Taekvondo idman növünün təbliği • Alpman Taekvondo Klubu

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • 18.01.2022-ci il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsi 255 nömrəli tam orta məktəbin idman zalında "Sabunçu rayon Gənclər və İdman idarəsi" və "Alpman" taekvondo klubunun birgə təşkilatçılığı ilə
    20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "taekvondo olimpiya idman növünün bədən tərbiyəsi və idmanda rolu və təbliği" adlı idman tədbiri keçirilmişdir. Tədbirdə 255, 108 və 187 nömrəli məktəbin şagirdləri iştirak etmişdir.
    Tədbir dövlət himnimizin səslənməsi ilə başlamış və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbirin keçirilməsində əsas
    məqsəd şəhidlərimizin əziz xatirəsini yad etmək, eləcə də yeniyetmə və gənclərimizə vətənpərvərlik hisslərinin aşılanması, taekvondo idman növünün təbliği, narkomaniyaya qarşı mübarizədə idmanın önəmi haqda şagirdlərin maarifləndirilməsi, taekvondo idman növünə marağın artırılması olmuşdur.
    Gənc nəslin vətənpərvərlik hisslərinin tərbiyəsində idmanın rolu danılmazdır. İdman gənclərimizin həyat tərzinin formalaşmasında da müstəsna rol oynayır. Onların yarışlarda yüksək yerləri tutması milli mənlik şüurunun inkişafına da öz töhfəsini verir. Gənc nəslin nümayəndələrinin müxtəlif yarışlarda qələbə əzmi ilə mübarizə aparması onlarda vətənpərvərlik hissini formalaşdırır.
    Tədbir müddətində Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, 255 nömrəli tam orta məktəbin direktoru Mətanət Məmmədova Alpman Taekvondo Klubunun Sabunçu rayonunda fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd etmiş, klubun idmançılarının uğurlarından bəhs etmiş və onlara bu yolda uğurlar arzulamışlar.
    Taekvondo idman növü barədə maarifləndirici söhbətlər aparan Alpman Taekvondo Klubunun direktoru Zahid Nadirov bu idman növünün fəlsəfəsini, özünəməxsus gözəlliklərini şagirdlərin diqqətinə çatdırmışdır.
    Taekvondoçuların nümunəvi çıxışından sonra kifayət qədər bu idman növünə marağı yaranan məktəblilərin iştirakı ilə taekvondo hərəkətləri icra olunmuşdur.

КОМЕНТАРІ •