İntensiv bağçılıq təsərrüfatında istehsal olunan məhsul yerli bazarla yanaşı, xaricə də göndərilir

Поділитися
Вставка
  • Опубліковано 4 сер 2020
  • Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Rayonda aqrar sektorun digər sahələri ilə yanaşı, bu istiqamətdə də inkişafa nail olunub. Son illərdə rayon ərazisində meyvə bağlarının sahəsi artırılaraq 1510 hektara çatdırılıb.
    Hazırda rayonun digər bağlarında olduğu kimi, “Aqropat” MMC tərəfindən Tərtərin Xoruzlu kəndində yaradılmış intensiv bağçılıq təsərrüfatında da meyvə yığımı davam edir. MMC-nin direktoru Elçin Maqsudov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etmək məqsədilə ilkin olaraq 128 hektarda yaradılan və sonradan sahəsi 250 hektara çatdırılan təsərrüfatda İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar meyvə tingləri müasir texnologiya əsasında əkilib.

КОМЕНТАРІ •