Mirfayaz Likməkani - İmam Hüseynə

Поділитися
Вставка
  • Опубліковано 18 вер 2024
  • O ruzi-aşuradır vida İmam Hüseynə,
    Zaman-zaman qoşuldu nida İmam Hüseynə.
    Daşınmadı qətiyyən o rahi-Kərbəladən
    Yaraşdı burda ancaq, əda İmam Hüseynə.
    Səninləyəm - Hüseynə deyirdi əhli - Küfə,
    Əməldə kimlər oldu fəda İmam Hüseynə?
    Əliylə idi yoldaş, axırda düşmən oldu,
    Gər o Şimr-ləin tək gəda, İmam Hüseynə.
    İsa kimi Muhəmməd, ki qılmadı şəhadət
    Yetirdi eşqi tamə Xuda, İmam Hüseynə.
    İsaye ya Musaye, lap olsa bexudaye,
    Bir ehtiramdı versin, səda İmam Hüseynə.
    Amanı bircə istər susuzdu tifli-Əsğər,
    Verilmədi su qətrə, qida İmam Hüseynə.
    Ələm əlində Abbas, dua dilində Zeynəb,
    Toxundu say-hesabsız cida İmam Hüseynə.
    Vəfasını yetirdi əyilmədən naHaqqa
    Edildi Haqq dübarə bəda İmam Hüseynə.
    Başın bu yolda qoydu, yaşasın İslamiyyət,
    Başı dəfndə qaldı cuda İmam Hüseynə.
    Hər an yanında Haqqın, bu Mirfayaz bir aşiq,
    Təziyə saxlar ağlar, o da, İmam Hüseynə.
    Mirfayaz Likməkani
    19.07.2023
    #ashura #imamhossein #karbala
    #mirfayazlikmekani #shia #یاحسین

КОМЕНТАРІ • 8