İxtisas seçimində nələrə diqqət yetirməliyik?

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • İxtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2023‑cü il avqustun 16-dan 28-dək in­ter­­net vasitəsilə aparılır.
    Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
    İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.
    Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
    Bizi İzləyin:
    Facebook: / ictimai.tv
    Instagram: / ictimaitv.official
    Teleqram: t.me/tvictimai
    Sayt: itv.az/
    Copyright © İCTİMAİ TV
    #İxtisas #DIM #abituriyent
    #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondeqiqe #sondəqiqə #sondakika #haber #haberler #video #gündem #news #kefşet

КОМЕНТАРІ • 2