Azərbaycanda ilk ödənişli yol istifadəyə verilib - APA TV

Поділитися
Вставка
  • Опубліковано 19 жов 2023
  • #APATV #Azərbaycan #Prezident #İlhamƏliyev #BakıQubayolu #açılış #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Prezident İlham Əliyev oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.
    APA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
    Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdın Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib.
    Magistralın 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyənləşdirilib və Taarif Şurası tərəfindən gediş taarifləri təsdiq edilib. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Ödənişli avtomobil yolu 4 zolaqlıdır.
    Ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün hazırda həmin tariflərin ödəniş sisteminə inteqrasiyası həyata keçirilir. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.
    Diqqətə çatdırılıb ki, bu magistral yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında 5 hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin hansısa maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb. O da bildirilib ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır.
    Dövlət başçısı ödəmə sistemi haqqında videoçarxa baxıb.
    Bildirilib ki, ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək. Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.
    Kartın 2 formada olması nəzərdə tutulub. Yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxtaşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər.
    Ödənişli yol sistemi sürücülərə adi və dayanmadan keçid zolaqlarından istifadə etmək imkanı verəcək. Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur. Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkan verir. Bunun üçün sürücüdə əvvəlcədən əldə edilmiş xüsusi çip kart və yetərli ödəniş balansının olması kifayətdir. Bu zolaqlarda xüsusi nömrə oxuma kameralar, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllər tətbiq olunub, bütün məntəqələrdə çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də quraşdırılıb. Gələcəkdə avtomatik ödənişlər və ya QR kodları ilə mobil ödənişlər də mümkün olacaq.
    Ödənişli yoldan keçid kartının ilk nümunəsi Prezident İlham Əliyevə təqdim olunub.
    Qeyd edək ki, son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun inşası ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində icra olunan işlərin davamlı xarakter aldığını göstərir.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ua-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 22

  • @ironzakm9130
    @ironzakm9130 7 місяців тому +8

    Uje torpaq da pullu oldu birazdan həqiqətən nəfəs almaq da pullu olar zənnimcə ))

  • @n.d.4973
    @n.d.4973 7 місяців тому +5

    İnşəAllah quru yollarımız açılar. 🤲

  • @Mementomori.777
    @Mementomori.777 7 місяців тому +5

    DEMƏLİ YAXIN ZAMANDA SƏRHƏDLƏR AÇILAR BUNLARIN DƏRDİ YOL DƏRDİİMİŞ

  • @user-ki6ul2nr1i
    @user-ki6ul2nr1i 7 місяців тому +5

    Quru sərhədlər ne vaxt acilir

  • @romanfarming7241
    @romanfarming7241 7 місяців тому +15

    QURU SƏRHƏDLƏRİ AÇIN ALLAH BƏLAVUZU VERSİN TEZLİKLƏ MİLLƏT 4 İLDİR VƏTƏNİNƏ AYLƏ UŞAQNIN VALDEYNİN ÜZÜNƏ HƏSRƏT QALIB, ALLAH SİZİ ƏZUZLƏRVİZİN ÜZÜNƏ HƏSRƏT QOYSUN AMİN İNŞALLAH🤲🏻

  • @elnurismaylov6311
    @elnurismaylov6311 7 місяців тому +1

    Xeyirli olsun

  • @user-yb2yr5co3e
    @user-yb2yr5co3e 7 місяців тому +7

    ПЛАТНЫМ ДОЛЖНО БЫТЬ ДЛЯ ИНОСТРАННЫХ МАШИН И ДЛЯ БОЛЬШЕГРУЗНЫХ .
    ДЛЯ ГРАЖДАН АЗЕРБАЙДЖАН С ЛЕГКОВЫМИ МАШИНАМИ ЛУЧШЕ БЫ БЕЗПЛАТНО .
    У НАС СОЦИАЛЬНАЯ ЖИЗНЬ НЕ ПОЗВОЛЯЕТ РАЗКОШЕЛИТЬСЯ ..

  • @user-rx8vc8sb8r
    @user-rx8vc8sb8r 7 місяців тому +1

    Yolu acun

  • @sabirgulmirzeyev5784
    @sabirgulmirzeyev5784 7 місяців тому +1

    Bu yol neçə ay çəkəcək

  • @ibadovafamila
    @ibadovafamila 7 місяців тому +3

    Sukuler Allaha serhedler acilir odenislide olursa acilsin

    • @Teamo77777
      @Teamo77777 7 місяців тому

      Açlmır sevinmə

    • @Teamo77777
      @Teamo77777 7 місяців тому

      Yük maşınlarna aiddi alqi satqi

  • @planetaklass8590
    @planetaklass8590 7 місяців тому +1

    Mənim şəxsi fikrimdi pullu yol öz vətəndaşlarına yeridilməsi absurd və gülünçdü, onsuzda vətəndaş yazıg hər şeyin pulunu verir, yəginki parklarıda pullu edəçəklər,skamyaları, qəzintini və sairə, çox heyif bu nəhənq Allah yaradan dünyaya hər şeyi təmənasız yaradan və insanlara bəxş edən həyata....

  • @asimesedov84
    @asimesedov84 7 місяців тому +2

    Şükür dövlətin gəliri birazda düzəldi

  • @nasimiabbasov3032
    @nasimiabbasov3032 7 місяців тому

    Kimlər üçün ???? Sərhədlə bağlı , hansı turistlər üçün ?
    Hansı avtomobillər üçün ?

  • @user-rb2kh7qr9y
    @user-rb2kh7qr9y 7 місяців тому

    Hara acillar aeroport qazanirda

  • @cingizsultanzade9356
    @cingizsultanzade9356 7 місяців тому

    👹☠️👺

  • @user-im3qo1xz5t
    @user-im3qo1xz5t 7 місяців тому

    Иншаллах Ачын Ëллары гелек Ватана

  • @ehlimanmemmedov1186
    @ehlimanmemmedov1186 7 місяців тому +4

    HƏM yola, həm də o yolboyu aldığınız havaya görə pul ödəməlisiniz . Bir analoqu olmayan ölkəyik , qazancımıza Avropa paxıllıq edir

  • @user-kh2os8em2x
    @user-kh2os8em2x 7 місяців тому +2

    milletin bogazindak kesilen pulla tikilib,indide odenisli

  • @nahidhuseyn3632
    @nahidhuseyn3632 7 місяців тому

    Hesdad hamisin elinde verim