Əmək Məcəlləsi | Maddə 2 | ARƏ Məcəlləsinin vəzifələri və prinsipləri

Поділитися
Вставка
  • Опубліковано 26 кві 2023
  • Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
    1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
    2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
    3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin:
    hüquq bərabərliyinin təmin edilməsi;
    mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;
    maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;
    əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi;
    əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

КОМЕНТАРІ • 2

  • @xeyyamadigozel222
    @xeyyamadigozel222 6 місяців тому

    Salam Bilmek isdiyirem Qanunda 24-saat isdrahetsiz işlemek olarmı? zehmet olmasa melumat vererdiniz

    • @nerminrecebova6684
      @nerminrecebova6684 5 місяців тому +1

      Salam, xeyr, elə bir şey yoxdur. Əmək Məcəlləsinə əsasən 5 günlük iş həftəsində gündəlik iş saatlarının sayı 8, 6 günlük iş həftəsində isə 5 gün 7 saat, 6-cı gün isə 5 saatdır. Həftəlik iş norması 40 saatdan çox ola bilməz, amma çox yerdə, təəssüf ki, tətbiq olunmur.