Aybeniz Hashimova & küsme gel

Поділитися
Вставка
  • Опубліковано 20 жов 2024

КОМЕНТАРІ • 270

  • @sebineresulova9521
    @sebineresulova9521 Рік тому +205

    06.04.2023 Ramazan ayının 15 ci günüdür imsaka ayılmışam Allah dünyamızı salamat eləsin bütün əsgərlərimizi Allah düşmənin namərd gülləsindən uzaq eləsin.. içində mənim əzizim sirdaşım sevgilim də onun içində Allahın nəzəri daim onların üzərində olsun 🥲🤎
    Yorumu hər oxuduğunuzda bəyənsəniz hər dəfəsində yadıma düşərdi)

  • @sadiqqurbanov4368
    @sadiqqurbanov4368 2 роки тому +63

    24 yaşındayam Belə mahnını Aybəniz Xanımın ifasında ilk dəfə eşidirəm.Çox təsirli mahnıdı🥀

  • @ilaharustamova287
    @ilaharustamova287 Рік тому +70

    Sen ey ureyimin tek sirdasi,
    Soyle hardasann?
    Gozleyirem yene gozu yasli
    Haralardasan??
    2-Soyle nedir nedir menim gunahim
    2dunya bir olsada sensenn penahim
    Sen kusme gel
    Ey eziz yarim ey ilk baharim
    Ayriliga dozmr inan bu seven canim
    San kusme gel ey eziz yarim
    E
    Ey ilk baharim
    Ayriliga dozmez inan bu seven canim
    😰
    Geceden sabaha seni anir xeyalim menim
    Senide menimtek oda yaxir
    Bu halim menim
    2-Gozlemekden konul evim talan oldu
    gel
    Xezan gormez ureyimi xezan aldi gel
    Sen kusme gel ey eziz yarim
    Ey ilk baharim
    Ayrilaga dozmez inan bu seven canim
    Sen kusme gel ey eziz yarim
    Ey ilk baharim
    Ayriliga dozmez bu yazig canim
    😰😰😰

  • @EX-lt9jf
    @EX-lt9jf 7 місяців тому +29

    Uşaq vaxti bu mahnılardan xoşumuz gəlmirdi indi isə ruhumuz tələb edir belə mahnıları 😢

    • @isagoodday7909
      @isagoodday7909 Місяць тому

      Çünki uşaq vaxtı xoşbəxt idik indi isə.......😢😢😢😢😢

  • @ilhamvliyev2333
    @ilhamvliyev2333 8 місяців тому +14

    Qoy yaşıdlarım, ətrafımdakılar desinlərki sənin zövqün yoxdur, sən geridə qalibsan, həyat pis üzünü bu yaşda mənə göstərməsəydi bəlkədə məndə dinləməzdim bu musiqiləri.... 🥀

  • @huseynyusubov3535
    @huseynyusubov3535 10 місяців тому +7

    Həqiqətən duzdu uşaq vaxti Atamizin babamizin qulaq asdigi zaman agiz burun eyerdik indi ise bu mahnilar ile yawayiriq

  • @krimkrimova937
    @krimkrimova937 Рік тому +149

    17 yaşda bu müsiqini dinləyəcək qədər yaşlı ruhlu olmağı mən istəmədim,dinləməyə məcbur kimi hiss eliyirəm özümü💔

  • @muradjaffarof
    @muradjaffarof Рік тому +21

    Bu cür mahnıya,bu cürə ifaya gelen baxış sayına baxın🤦🤦🤦Ürəyimin yağı əridi😢Sesinize sağlıq gözəl senetkar❤

  • @ayguneliyeva863
    @ayguneliyeva863 Рік тому +36

    😔😔😔Nece toxunur ureye bu mahni ,bu avaz.Allah wehidimize rehmet elesin.Ayniwan balamiz yuz yawasin .Wehid yadigari🤲

    • @Ap_011
      @Ap_011 9 місяців тому

      🙏🏼

  • @TunarBababeyli
    @TunarBababeyli 9 місяців тому +7

    23:01:2024 bu mahniya birlikde qulaq asiriq amma gun gelecek ayri ayri yerlərde qulaq asaciyiq bu mahni qarsiva cixsa dinlesen bu yorumu oxusan bilki men seni her zaman gözleyecem her zaman sevecəm . Ö... İki dunya bir olsada sensen penahim ❤

  • @fatimhuseynova6717
    @fatimhuseynova6717 Рік тому +50

    Nə gözəl ifa ,nə gözəl mahnı🌹2023de eşitdim,hər gün qulaq asıram😊

    • @cenabmamedov9663
      @cenabmamedov9663 Рік тому +2

      Salam....ne varsa köhnelerde var🖤...ona gorede biraz köhleri vereqleyin , helem bir çoox gözel ifalar tapacaqsiz 🤝

    • @Ap_011
      @Ap_011 9 місяців тому

      Məndə 2024 də təkrar təkrar dinləyirəm (

    • @gunelesedova4800
      @gunelesedova4800 8 місяців тому +1

      Men de dinlemekden doymuram bu mahnını. Sağ olsun Aybeniz xanım💐

  • @xuramanhaciyeva3952
    @xuramanhaciyeva3952 Рік тому +34

    Ürəyimin yagı əridi💐💐💐 Allah sənəti yaşadan sənətkarlarımızı qorusun🙏🙏

    • @osmanomerov3942
      @osmanomerov3942 Рік тому +1

      Ureyimin yagiee necede mohtewem sozdu

    • @Ap_011
      @Ap_011 9 місяців тому

      🙏🏼

  • @minayqaraisayeva9293
    @minayqaraisayeva9293 7 місяців тому +2

    Allah necə gözəl oxuyur necə gözəl sözləri var.Allah Aybəniz xanımada saglam can versin.Səhnəmizdən əskik olmasın🤲🤲🤲🤲

  • @BiologistsLife
    @BiologistsLife 2 місяці тому +13

    İnanırsınız 3 aylıq oğlum Aybəniz xanımın məlahətli səs sədaları altında yuxuya gedir🤩inana bilmirəm🫠🤭qeyri vaxtı qucağımda yatan uşaq indi mahnını qoyub gedirəm gəlib görürəm ki, yatıb balam❤🥹❤

    • @novruztagiyev762
      @novruztagiyev762 Місяць тому +1

      Allah Saxlasın 😀

    • @Racab1991
      @Racab1991 Місяць тому +1

      Cann 30yasinda mən də yuxuya gedirəmsə inaniram camm❤❤❤

  • @pervinhuseyn2583
    @pervinhuseyn2583 Рік тому +21

    Nedense bilmirem..hezin mahnılarda axtarıram hey seni.. Belke qelbimin sesidir bu hezinliy içinde bağıra bağıra seni yoxluğunu axtaran..hardasan ey eziz yarım,ayrılığa dözmür inan bu yazıg canım 💔

  • @ŞefikaMacit
    @ŞefikaMacit 6 місяців тому +1

    Canım çok güzel parça 😢 teşekkür ederim yorum Harika 👍✋🤲

  • @vuqarhesenov9506
    @vuqarhesenov9506 2 роки тому +38

    Oxuduğum şeirlərdə, dinlədiyim musiqilərdə hər zaman səni gördüm....Yetər artıq.! Çıx həyatımdan.!!!(((( Seni niye unuda bilmirəm axı.....

    • @a_sema.2859
      @a_sema.2859 Рік тому

      😢

    • @rashadmirzeyev2881
      @rashadmirzeyev2881 Рік тому

      Can ay yetim 😢

    • @lamiaaisa1576
      @lamiaaisa1576 Рік тому +1

      ​@@rashadmirzeyev2881 Bu şərhi yazan bəy olduguna inanmıram.Çünki onlar qədər ruhsuz qəlb qıran ikinci canlı yoxdur..

    • @elvinyusubov3684
      @elvinyusubov3684 11 місяців тому

      ​@@lamiaaisa1576 canincun ele.sen ölub dirilmek ve yene ölmək nedir gormusen?amma yene de yashayir insan,yashamasa ondan yaxshi

    • @teraneagabeyova
      @teraneagabeyova 6 місяців тому

      Unudulanlar unudanları heç vaxt unutmurlar,bəy

  • @onurtak1525
    @onurtak1525 6 місяців тому +1

    Selam olsun Azerbaycan dostlarımıza. Selam olsun Sevgilim Sevda'ya❤

  • @turalabdullayev3782
    @turalabdullayev3782 Рік тому +17

    Sesine qurban olum Xala, Allah seni bize cox gormesin Amin.🤲❤️

  • @togrulbabayev9360
    @togrulbabayev9360 11 місяців тому +6

    Ne yazacagimi bile bile yazmamagi secmek hec bir acini evez ede bilmez!

  • @KamilKerimov
    @KamilKerimov 9 місяців тому +1

    Bəh bəh,Allah cansağlığı versin gözəl sənətkarımıza.

  • @mubarizmahmudlu3494
    @mubarizmahmudlu3494 3 роки тому +11

    Cox gözəl mahnıdı mən bu mahnıya qulaq asanda cox rahatlıq tapıram cox sag olun aybəniz xanım bu mahnını bütün sevginizlə oxumusunuz təşəkkür edirəm bütün səmimiyətimlə kaş ki belə mahnılar cox olsun belə oxuyan mügənnilərdə kaş ki cox olardı❤❤❤

  • @mehparemustafayeva1338
    @mehparemustafayeva1338 Рік тому +16

    nə qədər səliqəli ifa.çox sağ olun Aybəniz xanım məni məndən aldı bu ifa.❤

  • @firuzanagiyeva2964
    @firuzanagiyeva2964 2 роки тому +10

    Super ifa var olun Ayben8z xanim siz bu mahniya ele mòhur vurmusunuz ki ikinci ifaci ola bilmez Bravo

  • @keramethasanov9502
    @keramethasanov9502 3 місяці тому +1

    ALLAH TƏALA hamının dualarını qəbul , arzularını çin eləsin .. AMİN .Mahnı adamı çox gözəl sakitləşdirir

  • @An-dj5pe
    @An-dj5pe Рік тому +1

    Sesdeki hüzur…….Sözün bitdiyi an terife ehtiyac yoxdur insanı haralara aparır.Mə şə ALLAH. Hardadı indiki vaxt belə sesi olan keşke vaxtında qiymət verilsə.Oxuyan belə olar yoxsa çığıra çığıra ad alanlar)

  • @shan1371
    @shan1371 2 роки тому +7

    Salam, elə qəlbimə yatdı bu mahnı, Aybəniz xanımın oxuduğu bütün mahnılar kimi❤🌹🌹🌹Tez-tez qulaq asıram. Çox sağ olun.

  • @teraneagabeyova
    @teraneagabeyova 6 місяців тому

    İlk dəfədir eşidirəm. Nə gözəl mahnıdır. Ürəyimin gizli simlərinə toxundu. 😢çox darıxdım çooox

  • @ReyhanAğacanova-n5o
    @ReyhanAğacanova-n5o 13 днів тому

    Super mahnı.insan feyziyab olur xəyallara dalırsan❤❤

  • @Pro_Gamer5566
    @Pro_Gamer5566 11 місяців тому +1

    Nədənsə hər gün qulaq asıram amma çox dərin duyğullarla

  • @gurumexdieva9844
    @gurumexdieva9844 7 місяців тому +2

    Kash ki sizin qedrinizi bilaeydi xalqimiz...esl azerbaycanliliq var sesinizde.....

  • @erolmemmedov1140
    @erolmemmedov1140 Рік тому +6

    Gozel senetkarimiz deyerli hezin sesiniz negmeniz meni cox uzaqlara apardi😥

  • @hesenbagirov4358
    @hesenbagirov4358 Рік тому +7

    Tik tokda cixdi bu musiqi qarsima .cox beyendim.

  • @reshadcelilovS
    @reshadcelilovS 5 місяців тому

    Bele mukemmel sesler gizlenib.Efirler ancaq pozgun aparacidi ve mugennilerle qaynayirrr😮😮😮

  • @mehimamedova2707
    @mehimamedova2707 6 місяців тому +1

    Ele datixmiwiq Aybeniz Hawimova ucun.Cox ozude.Niye cixmir veriliwlere.Yeriniz gorunur axi❤

  • @selaleasgerova5671
    @selaleasgerova5671 2 роки тому +23

    Sevimli Aybəniz xanım, ifanızda sevdiyim bu mahnı ilə dərdlərimə az da olsa su çiləmək istədim. Amma göz yaşlarım imkan vermədi… Gözəl əsər, həzin ifa. Var olun.

    • @seidealxasova2941
      @seidealxasova2941 Рік тому

      adamin ruhu dinçəlir varolasin belə mahnilariniz davamli olsun

  • @nigarsuleymanli4545
    @nigarsuleymanli4545 Рік тому +6

    Allah sizi var elesin.cok duygulandirdiniz

  • @ХакимаАбдиева
    @ХакимаАбдиева Рік тому +2

    Cox kovreldim bu mahniya sox sedim coxdan qulaq asmisdim Aybeniz xanimim ifasinda o vaxti heyat yoldasina hesr etmisdi 😢Allah burin sehidlere rehmet etsin 🥀

  • @ŞefikaMacit
    @ŞefikaMacit 6 місяців тому +1

    Yüreğine sağlık çok güzel olmuş şarkıniz tebrikler ❤❤

  • @jafarov472
    @jafarov472 Рік тому +1

    Korifey sənətkar, Allah səsinə güc versin hər zaman

  • @peri1peri397
    @peri1peri397 Рік тому +2

    Möhtəşəm ifa, möhtərəm xanım, istedadlı və savadlı sənətkar, gözəl əsər

  • @jshwbghehueh3987
    @jshwbghehueh3987 6 місяців тому +6

    Bu mahni derinnen yarali insanlarin mahnisidir....!

  • @Ulya.Haciyeva
    @Ulya.Haciyeva 9 місяців тому +2

    Mahnini esitmisdim.ama belə fikirle qulaq asmamisdim.birbhekaye meni yeniden bu mahniya geri donus etmeye mecbur etdi..indi basa dusurem sozlerini ama😢

  • @aminasuleyman6903
    @aminasuleyman6903 Рік тому +1

    Mohuru vurulmus mahni,ureyinize sagliq❤️

  • @orhanahmedoglu8083
    @orhanahmedoglu8083 Рік тому +2

    bu sanatcının şarkıları çok güzel gercekten dinlerim ben✋🏻✋🏻✋🏻✋🏻🇦🇿🇦🇿🇦🇿🇦🇿🇹🇷🇹🇷🇹🇷😍

  • @ZenfiraSadigova
    @ZenfiraSadigova 5 місяців тому

    Gəlbə məlhəm olan ifa! Var olun Aybəniz xanım!❤️❤️👏👏🙏🙏🌹🌹🌹

  • @SbinOsmanova
    @SbinOsmanova 8 місяців тому

    Bu mahniya qulaq asanda en azi 5 6 defe qulaq asiram doya bilmirem sesinize quvvet aybeniz xanim❤

  • @Amin_klarnet
    @Amin_klarnet Рік тому +1

    18 yaşın içindeyik biz 11 yaşından qocaymışıq muğamlar bu keçmiş sevdası içimizdedi.
    😢 sen küsme gel ey eziz yarım ey ilk baharım. Ayrılıqa dözmez inan bu yazıq canım

  • @amileliyevAmil
    @amileliyevAmil 3 місяці тому

    Butun hislərin cəmləsdiyi musiqilərimizdən biri və mahnini öz sozlərimiz kimi oxuyaraq bizlərə nostalji duygular yasadan unudulmazimiz Aybəniz xanim

  • @suleymanhnifyev7346
    @suleymanhnifyev7346 9 місяців тому +1

    AYBƏNİZ XANIM VAR OLUN FÜSUNKAR SƏSİNİZLƏ BİZİ HƏMİŞƏ SEVİNDİRİN.MÖHTƏŞƏM.🙏✨✨✨🙏

  • @n.n.5915
    @n.n.5915 Рік тому +1

    Üreyimin tek sirdaşı...xeyalımın qaçaq yeri...sonsuz eşqim...Daha soruşmuram ki hardasan...
    Çünki bilirem Hemişe üreyimde olacaq qeder yaxın, son nefesimedek hesret qalacağım qeder uzağımdasan...😢❤

  • @gulbenizismayilova456
    @gulbenizismayilova456 Рік тому +1

    Senet ücün yaşayan əsl senetkar.Gözel əsər, gözel ifa.Adami özünden alıb,o qeder uzaqlara aparır ki.Allah sizi var elesin Aybeniz xanım.❤❤❤❤🧿🧿🧿🧿

  • @Elvin-ww7yi
    @Elvin-ww7yi Рік тому +7

    Ehsen cox gözel eser

  • @floratagiyeva4915
    @floratagiyeva4915 9 місяців тому

    Menim heyatim.😢😢😢😢😢Cox sag olun Aybeniz xanim.

  • @Sanan_quliyev
    @Sanan_quliyev 6 місяців тому +5

    İstədiyimiz insanlar çıxıb gedəndə istəmədiyimiz həyatı yaşayırığ.

  • @kamranncfov5219
    @kamranncfov5219 Рік тому +5

    Hardasan sevdiyim.hara getdün ay insafsız 😔😔😔🥀🥀🥀🥀

  • @sonaahmedova133
    @sonaahmedova133 Рік тому +7

    Cox super ifa edirsizzz halaldir❤

  • @Guller_dunyasi
    @Guller_dunyasi 11 місяців тому +1

    Aybeniz xanim sizi cox sevirik. Allah qorusun ozunuzu de , sesinizi de ❤

  • @zulfiyybabayeva7495
    @zulfiyybabayeva7495 Рік тому +1

    19 yaşında bu mahnıya qulaq asmaq çox ağırdı❤️‍🩹

  • @nazliseyidova669
    @nazliseyidova669 11 місяців тому

    sen ey ürəyimin tek sırdası mamam axı hardasan 😢😢9 ıl dı gozleyırem

  • @ferziyevv_3458
    @ferziyevv_3458 Рік тому +2

    Allaha qurban olum 6 yaşindan yetim qalib ana sevgisi qaygisi gormedim indi onu axtaram 30 yaşimda.yaşlandiqca daha cox ehdiyacim olur hardasan bilirem gelecem yanina ❤

    • @trlnrza
      @trlnrza Рік тому

      Can qurban ureyine qardasim😔qadan alaram

  • @saritel100
    @saritel100 8 місяців тому +1

    aybeniy xanımın ifalari biri birinden cox gözəldir

  • @elmiradavudova777
    @elmiradavudova777 Рік тому +6

    Alem, ne gozel ifadi, mashallah!❤

  • @cahidcahid9902
    @cahidcahid9902 11 місяців тому

    😢 var olun gozel Aybeniz xanim xatirelere apardiniz meni❤

  • @bunyadalizade2799
    @bunyadalizade2799 Рік тому

    Su kimi axan qəlbi ruhu dincelden ifa❤

  • @emilaliyev4802
    @emilaliyev4802 Рік тому

    Gözəl ifa,gözəl musiqi,gözəl sənətkar qulaq asmaqdan doymur insan ❤

  • @vuqarhesenov9506
    @vuqarhesenov9506 2 роки тому +4

    BaL kimi...var olun Aybeniz Xanım.!!!

  • @mseferova1557
    @mseferova1557 Рік тому +2

    Qişqirirqsiz,aramla musiqi gözəl,səs gözəl,sözlər gözəl.❤

  • @humayrcbovaa
    @humayrcbovaa 6 місяців тому +2

    Bu.. çox.. mükəmməldir..🥀❤️‍🩹

  • @bextiyarsuleymanli9844
    @bextiyarsuleymanli9844 Рік тому +6

    Sevənlər tezliklə qovuşsun inşaALLAH. Məndə daxil🤲

  • @GameRS_222
    @GameRS_222 5 місяців тому

    Təşəkkürlər xeberim bele yox idi bu gözəl ifadan.

  • @yasemenefendiyeva-dc8jm
    @yasemenefendiyeva-dc8jm Рік тому +4

    Əhsən ağzınıza sağlıq Aybəniz xanım❤❤❤❤

  • @vaqifeyyubov9441
    @vaqifeyyubov9441 Рік тому +1

    Xalqın artisti, var olasınız.

  • @CmilSahbazov
    @CmilSahbazov 3 місяці тому

    Adamın ruhu dincəlir e bu nə səsdi 🥺💔

  • @azeriamazon2988
    @azeriamazon2988 Рік тому +1

    Sen menım yasaq sevgim oldun. İki düşman ailenin uşakları olduk... Ne senınkıler razı oldular, ne de menım kiler😢

  • @Aygun-cg1qo
    @Aygun-cg1qo 2 місяці тому

    Çox sevirəm bu ifanı

  • @xeyyamhuseynov-hi3uq
    @xeyyamhuseynov-hi3uq 2 місяці тому +2

    Belə mahnılar yoxdu daha və beləcə zövqlər kor olub getdi

  • @elmirabdullayev3668
    @elmirabdullayev3668 8 місяців тому +4

    HARALARDASAN AY ANA........

  • @narminaabbasova1021
    @narminaabbasova1021 2 роки тому +19

    Həmişə sizi sevə -sevə dinləyirəm.Həmişə zirvələrdə olasınız.❤

  • @semedagamuradov6640
    @semedagamuradov6640 Рік тому +3

    Gozel ifa ele bil heyatima yazilib

  • @kursatkaya6336
    @kursatkaya6336 6 місяців тому +1

    Rabbim sen çok yücesin kalbi yaratan,ona merhamet ve sevgi koyan yüceler yücesi bizleri merhametten yoksun sevgiyi kabalastiran yureksizlere denk getirme..

  • @safaqnagizada3605
    @safaqnagizada3605 6 місяців тому

    Aybeniz xanim hansi mahnini oxusa cox gozel kxuyur

  • @osmanomerov3942
    @osmanomerov3942 Рік тому

    Adanin ortasinda bu mahnini dinlemeyin lezzeti bawqa heqiqeten denizin sesinde dahada hezz verir

  • @NesimiMirzeyev-t1z
    @NesimiMirzeyev-t1z Рік тому +1

    Çox gözəl ifadır ❤❤❤❤

  • @senanmeherremov8173
    @senanmeherremov8173 Рік тому +1

    Super mahni ve ifaci

  • @msialyeva9027
    @msialyeva9027 Рік тому +6

    5:10 Əziz yarım…🖤

  • @cbraylova2159
    @cbraylova2159 11 місяців тому +2

    Düzdü indi danışmırıq,amma imkan vermə unudum səni 🤍🫂

  • @samirocaqverdiyev9888
    @samirocaqverdiyev9888 10 місяців тому

    Ela ses adamı bütünlükle kecmişe aparır

  • @leylaquluyev6115
    @leylaquluyev6115 Рік тому +4

    Şah əsər .😥♥️

  • @aidamammadova13
    @aidamammadova13 Рік тому +4

    Qardasim yoldasimi itirenen bu mahniya qulag asiram

  • @ulviyyhsnova3362
    @ulviyyhsnova3362 6 місяців тому

    Çoooxxx gözəl ifa

  • @vafaqurbanova8907
    @vafaqurbanova8907 Рік тому

    Nece gozel oxuyur,masaAllah

  • @АрианМамедов
    @АрианМамедов Рік тому +1

    Bəh-bəh lap qəlbimə toxundu

  • @rzazada92
    @rzazada92 Рік тому +2

    Sən ey ureyimin Tək sirdasi
    söylə Hardasan
    Gözləyirəm Yene Gozu Yasili
    Haralardasan
    Soylə Nədir. Nədir mənim
    Mənim Günahım
    İki dünya bir olsada sənsən pənhim
    Nəq
    Sən Kusmə gəl ey Əziz Yarim
    Ey ilk baharim
    Ayrılığa Dozməz inan bu seven
    Canimm

    Gecədən Sabaha Səni Anib
    Xəyalim mənim
    Sənidə mənim tək oda yaxir
    Bu halin məni
    Gozləməkdən konul evim
    Talan oldu gəl
    Xəzan Gorməz ureyimi
    Xəzan aldi gəl

  • @gurumexdieva9844
    @gurumexdieva9844 6 місяців тому +1

    Anam menim yazim baharim.....🥀

  • @tehmasibquliyev8398
    @tehmasibquliyev8398 Рік тому

    Çox gözəl dinləməkdən doymuram

  • @aytacmusayeva2528
    @aytacmusayeva2528 Рік тому +6

    17gündü Anam evimizdə yoxdu… o qeder çətindi öldüyünə alışmağ sözlə ifadəsi yoxdu… musiqi azda olsa ifadə edir hissləri…Ayrılığa dözməz inan bu seni seven canım…

    • @turanememmedli3372
      @turanememmedli3372 Рік тому

      Allah sebir versin size coxlu coxlu dua edin oxudum yazdiginizi gozlerim doldu😢😢

    • @hafizgaraev8582
      @hafizgaraev8582 Рік тому

      ALLAH sebr versin😔

    • @aytacmusayeva2528
      @aytacmusayeva2528 Рік тому

      @@turanememmedli3372 Allah razı olsun Amin..

    • @aytacmusayeva2528
      @aytacmusayeva2528 Рік тому

      @@hafizgaraev8582 Allah razı olsun Amin..

    • @janalibabayev
      @janalibabayev Рік тому +1

      Allah rehmet elesin. Atam ölende men de cox agir günler kecirdim. Zaman cox seyin elacidir. Zamanla insan razilasir itkiye((

  • @nazileyusifova9564
    @nazileyusifova9564 Рік тому

    Möhtəşəm ifa👏👏👏

  • @cavadliaga7797
    @cavadliaga7797 Рік тому +1

    Xezan bilmez ureyimi xezan vurdu gel .Amma gelmeyeceksen bir da azizim.

  • @emilaliyev3204
    @emilaliyev3204 Рік тому

    Mohtəsəm mahni .Mohtəsəm ifa.