Cəmiyyət və sosial problemlər: Nəqliyyat

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 17

  • @Ferhadinho10
    @Ferhadinho10  3 місяці тому

    Mənim məqsədim nəyisə təbliğ etmək deyil, təbliğ olunan şablonları məhv etməkdir. Söhbət tək yer verməkdən getmir. Məsələ zehniyyətdir. Cəmiyyətimizin bu vəziyyətdə olmasının bir nömrəli səbəbi də bu yoxsul zehniyyətdir. Nəsildən nəsilə ötürülən bütün ənənələr qorunub saxlanılmaq məcburiyyətində deyil. Həmişə kiçiklər böyüklərə tabe olmaq məcburiyyətində deyil. Gənc olmaq günah deyil! Yaşda kiçik olan böyüyə yol vermək, yer vermək, haqqını qurban vermək məcburiyyətində deyil! Hörmətin böyüyü, kiçiyi olmur. Özündən kiçikdən yer tələb etmək böyüklük deyil, əziklikdir! Dəfələrlə demişəm, yenə də təkrar edirəm: Cəmiyyətimizdə düşüncə olaraq yoxsul insanların qəlibləşmiş normaları "mental dəyərlər" adı ilə vətəndaşlara yeritməsinə imkan verməyəcəyik!

  • @mathsolver1283
    @mathsolver1283 3 місяці тому +6

    Cəmiyyətin düzəlməsi üçün 1 ci bu düşüncədə olan yaşlı nəsil ölməlidi;))

    • @Ferhadinho10
      @Ferhadinho10  3 місяці тому

      Amma bu həll yolu deyil;))

    • @Erik.-bn1yf
      @Erik.-bn1yf 3 місяці тому

      Yaşlı nəslin içində atan,ananda yer alır,onlar üçündə ölüm arzulayırsan yəqin ki

    • @Ferhadinho10
      @Ferhadinho10  3 місяці тому +3

      ​@@Erik.-bn1yf1) O bütün yaşlı nəslə aid etməyib, "belə düşüncədə olan" yazıb. Vaxtın olanda, tam oxu, sonra tanımadığın insanı təhqir et!
      2) "Ölməlidir" yazanda öldürülməyi nəzərdə tutmayıb, yaşlanıb dünyadan köçmək yazmaq istəyib.
      3) Tanımadığın, bir hüququn olmayan insanın valideynləri ilə bağlı şərh yazanda diqqətli ol!

    • @Ferhadinho10
      @Ferhadinho10  3 місяці тому +3

      ​@Erik.-bn1yf Sənə pis xəbərim var, mənim kimi gənclər azalmayacaq(ən azı, əvvəlki illərlə müqayisədə artacaq). Cəmiyyətimizin yeni nəsillə birlikdə digər, inkişaf etmiş və sağlam düşüncəli cəmiyyətlərlə inteqrasiyada olmağa davam edəcək(ictimai nəqliyyatda öz haqqlarından, vətəndaşlıq hüququndan istifadə etdiyinə görə "tərbiyəsiz" sayılmayan cəmiyyətlərdə)

  • @Leyla-e1t
    @Leyla-e1t 3 місяці тому +1

    Bir dəfə unidən gəlirdim , saat 6dan durub hazırlaşıb uniyə getmişdim , 3 dərsim var idi, ağır gün idi mənim üçün, saat 2yə qalmış güc bəla ilə metroya minə bilmişdim və şansa o sıxlıqda oturmağa yer tapmışdım, tez gedib oturdum, yanımda bir tərəfdə mənlə hardasa yaşıd qız və bir qoca kişi oturmuşdu, 1 stansiya sonra orta yaşlarda bir qadın gəldi, yanımdakı qızın qarşısında durdu qız yer vermədi, mən də durmadım, çünki çox yorğun idim və yolum da uzaq idi, nəysə biz durmadıq amma qoca kişi gözlədi sonda yer verdi özü durdu ayağa , indi bunlar başladılar danışmağa, indikilər hörmət nədi bilmir, əllərində telefon nə hoqqadan çıxırlar bilən yoxdu, bunlar da qocalacaq amma Allah qismət eləsə və s. Mən bütün deyilənləri qulaq ardına vurdum, təsir eləmirdi mənə, sadəcə olaraq o təsir elədi ki, yəni bizdən bu hörməti gözləyirlərsə bizə də hörmət qoymalıdırlar, ən az onlar qədər yorğun oluruq biz də, xanımın yolu 3,4 stansiya idi, mənsə uzaqda qalırdım, sadəcə 3 stansiyaya görə bu qədər sözə ehtiyac vardımı maraqlıdır

    • @Ferhadinho10
      @Ferhadinho10  3 місяці тому +1

      @@Leyla-e1t Əvvəla, durmadığınız üçün sizə təşəkkür edirəm! İkincisi, tamamilə razıyam. O böyüklük deyil, əziklikdir. O "böyüklər" öz böyüklüklərini göstərmək istəyirsə, özləri yer verib nümunə olmalıdır. Bundan sonra da durmayın, haqqınızı tələb etməyə davam edin! Əgər haqsızlığa uğrasanız, mənə də bildirə bilərsiniz, bu kimi sosial problemləri işıqlandırarıq. İzlədiyiniz üçün təşəkkürlər!

    • @Leyla-e1t
      @Leyla-e1t 3 місяці тому

      @@Ferhadinho10 mən də minnətdaram , təşəkkürlər

  • @skyTechVektor
    @skyTechVektor 3 місяці тому +1

    Beyenmedikleri nesil itirdikleri torpaqları geri qaytardi, yene yaranamadi bulara. Ne verib ala bilmirlər ki, bizden? Olarin buraxdigi zibil icinde capalayiriq bes deyil

    • @Ferhadinho10
      @Ferhadinho10  3 місяці тому +2

      @@skyTechVektorOnların əksəriyyəti yeniliyə açıq olmayan, inteqrasiya ilə bağlı ciddi problemləri olan insanlardır. İndi də fərqli bir şey görən kimi bəyənmirlər. Amma etiraf etmək lazımdır ki, müəyyən qədər konservativ olmaq lazımdır. Sadəcə, bu konservativlik deyil, qatı mühavizəkarlıqdır.

    • @skyTechVektor
      @skyTechVektor 3 місяці тому

      @@Erik.-bn1yf mence oz isinizle mesgul olun)

    • @skyTechVektor
      @skyTechVektor 3 місяці тому

      @@Erik.-bn1yf dediyim cümlədə ne vaxt sehv taparsiz ve o sehvi subut ede bilersiz o zaman danışarıq. Ümumi formalaşmış qanuna uyğunluğa göre sehv oldugumu fikirlesirsize bu uje sizin probleminizdir)

    • @Erik.-bn1yf
      @Erik.-bn1yf 3 місяці тому

      @@skyTechVektor sən kimsən ki mən səninlə nəyisə müzakirə edim və ya danışım,səhvə gəlincə sən və sənin düşüncəndə olan "insanlar" mənim muhatabım ola bilməzsiniz,ən azından özümə bu hörmətsizliyi eləmərəm (sizin düşüncədə olan "insanlarla" söhbət etmək kimi) çox yaxşı gənclərimiz var,təmiz fikirli, mədəniyyətli, hörmətcil ALLAH sayılarını artırsın, ama sizin kimi çürük fikirli "gənclər"də var və yaxşı ki çox deyilsiniz və in şə ALLAH ki coxalmazsiz