Sistemin suyunu hər il mövsümdən əvvəl dəyişmək yaxşı olar. İlk çəkilişdən sonra 5 il rahat işləyir. Təxminən 5 ildən sonra radiatorlar da yuyulsa, yaxşı olar. Bu videodakı radiator bu il artıq 7-ci ildir işləyir. İndi planlaşdırıram yumağı. Yəni, 6 il rahat işləyib. Demək olar ki, iki ildən bir sistemin suyuna ərp təmizləyən məhlul əlavə etmişəm deyə, elə də tutulma nəzərə çarpmayıb.
Salam. Kollektorun üzərində (sonunda) hava çıxarmaq üçün başlıq quraşdırılır. Çox vaxt avtomatik hava çıxarıcı klapan olur ki, havanı çıxarır, suya çatanda özü qapanır.
Salam. ►Sistemin tez-tez söndürülüb-yandırılması, ►Genişlənmə çənində suyun az olması, ►Sistemin hansısa yerindən (boru və ya birləşmələrdən) sızma, ►Qızdırıcıda suyun kəskin qaynaması
İki şey səbəb ola bilər: ►Kranın özünün xarab olması; ►Çəkiliş zamanı istifadə olunmuş lent və ya ipin keyfiyyətinin itməsi. Hər iki halda kran açılmalıdır. Kranı açarkən bir qədər su axacaq ki, döşəmənin islanmaması üçün qabaqcadan tədbir görmək lazımdır.
Salam. Bəli, biri bağlı olsa, suyun radiatordan axını dayanacaq və radiator qızmayacaq. Bu kranlarla həm radiatorun qızma dərəcəsini nizamlamaq olur, həm də radiatorun təmiri zamanı kranları tam bağlamaqla sistemin işini dayandırmadan radiatoru açıb sistemdən çıxarmaq olur.
Salam. Bu cür ona görə qoşurlar ki, radiatoru dəyişdikdə, ölçü fərqindən asılı olmayaraq, bağlamaq olsun. Əsas odur ki, radiator qızsın. Eyni tərəfdən qoşulduqda radiatorun əks tərəfi zəif qızır. Bu, özünü daha uzun radiatorlarda daha çox göstərir.
Salam mende bu atapleniyadandi. Kuxnaninki iwliyir evinki bide hamaminki iwlemir 1hefdedi neden olar? Acib bagliyram duzelmir.hamamdaki atapleniyada kranti isdidi ama ozune cixmir isdilik.
Salam. Hər iki kranın açıq olmasına baxın. Bir də ola bilər ki, sistemin suyunun dövriyyəsi zəif olsun, əvvəlki radiatorlar qızsın, sonrakılar yox. Yəni, suyun axını zəif olduqda, həmin suyun istiliyini əvvəlki radiatorlar udur, sonrakılara istilik gedib çıxmır. Suyun axını güclü olduqda isə, əvvəlki radiatorlar "uspet" edə bilmir bütün istiliyi udsun. Suyun zəif axınına səbəb isə nasos da ola bilər, boru və filterlərdəki maneələr (pas və sair) də.
İstilik sistemi işlədikcə, xüsusilə də günlərlə fasilə ilə işlədikdə içərisində paslar və çöküntülər yaranır. Onlar da sistemdəki və kombinin girişindəki filterləri tutur, suyun axınına mane olur. Əgər radiatorun havası yoxdursa, suyun axınını yoxlayın.
Salam. Radiatorun giriş və ya çıxış kranından (birləşən hissədən) su damırsa, açarla sıxmaq lazımdır. Kəsməsə açılıb izoləedicisini (fun, tangit və s.) yeniləmək lazımdır. Əgər radiatorun digər hissəsindən damırsa, ola bilər karroziya və sair səbəbdən deşilib və bu halda təmir üçün açılıb götürülməlidir.
Salam usta. Biz 2 mertebe eve bir eded 32 lik kombi qoymusuq ve bu kombini ancaq evin isidilmesine isledirik. Ikinci mertebede isti polun bir hissesi isti olur digeri ise soyuq. Bilmek olar burda problem nedir ? onu da qeyd edim ki defelerle isti polun havasini cixardiriq. Daha deqiq desek isti polun giriş xətti isti olur çıxış xetti ise soyuq.
Salam. Həmin hissədə suyun dövriyyəsinin getmədiyindən ola bilər. Siz qızan hissəni tamamilə bağlayıb yoxlayın. Ola bilər ki, suyun axını qızan tərəfə daha çox meyllidir. Əgər bundan sonra da qızmasa, su xəttində və ya kranında keçməməzliyin ola bilmə ehtimalı var.
Salam. Sistemdə bunun üçün ayrıca kran qoyublarsa, onu açmaqla və ya hər hansı bir radiatorun hava çıxaran kranından suyu bir az açıb götürməklə mümkündür.
Usta, melumat ucun tesekkurler. Videonun axirina kimi gozlediyim bir meumat var idi, ama teessuf.. Sualim beledir: sistemde umumilikde 5 noqte var (5 otaga qurasdirilmis radiator). Evdeki tecrubemden gorurem ki, kombiye daha yaxin noqte daha cox isti olur, bu temperatur ise sonuncu noqtede digerlerine nisbetde cox asagi olur. Ozum qeyd etdiyim kimi tecrubeme esaslanaraq videoada tesdiq edici melumat gozledim sizden - hansi ki, kombiye yaxin noqtenin su girisi daha az acilmalidi.. bu forma sonuncu noqteye getdikce ozunden evvelkine nisbeten daha cox acilmalidi. Yani ki, kombiden uzaq olan noqte daha cox acilmalidi. Buna en sonuncu noqteni tam acmaqla baslamaq olar ve bu evvelki noqtelere getdikce az acilmaqla davam etdirilmelidi. Bunun tesdiqini sizden gozleyirem zehmet olmasa. Novbeti sualim: Yuxarida qeyd etdiyim girisin tedricen acilmasi suyun istiliyinin beraber paylanmasi ucundur. Bu zaman cixisin da hemin radiatorun girisine uygun olaraq eyni qeder acilmasina ehtiyac varmi? Dusunurem ki, radiatora giren su qeder de su cixacaq elbetde. Bu halda cixisi tam acmaq mence problemsiz olacaq. Onceden tesekkurler.
Salam. Hamısını düzgün qeyd etmisiniz. Radiatorların əvvəldə olanlarını az açmaq lazımdır. Amma ola bilər ki, əvvəldəki radiator otağın kvadratına görə azlıq (balacalıq) eləsin, ona görə onu tam açmaq məcburiyyətində olarıq. Radiatorun girişini azaldırıqsa, çıxışı azaltmağa ehtiyac yoxdur.
@@i.h.2807 Salam. Radiatorun içərisinə yağ vurmurlar. Suyun dövr etdiyi hissədə (sistemin daxilində) paslanan və paslanmayan metallar, rezin, boya, silikon, plastmast olur. Onlar suyun rəngini və iyini dəyişir zaman keçdikcə.
@@i.h.2807 Özünüz edə bilsəniz, suyunu açıb buraxın, sonra yenidən su vurun. Havalarını təzədən çıxarmalı olacaqsınız. Bir dəfə su vurub bir qədər işlətsəniz, içərisi yaxalanmış kimi olar. Havası çıxmasa da suyu dövr etdirsəniz olar. Sistem özü işləməsə də sadəcə su dövr etsin içərisindən. Amma sistemin işində problem yoxdursa, narahat olmayın. Bayıra vurmursa iyi özünüzü əziyyətə salmayın.
Salam. Otağın soyuq olması da səbəb ola bilər. Çünki, döşəmədən soyuq hava radiatorun alt hissəsindən daxil olur və yuxarıya doğru qızaraq qalxır. Radiatorun üst hissəsindən artıq qızmış hava qalxaraq otağa konveksiya edir. Otaq qızdıqdan sonra artıq radiatorun aşağı hissəsində də temperatur artacaq və fərq azalacaqdır.
Salam. Kombi sönülü olmalıdır. Əgər radiatoru sistemdən ayırmaq üçün suyunu boşaltmaq istəyirsinizsə, onda kranları bağlayıb, kranın qaykasından açaraq həm suyunu boşalda, həm də ayırıb götürə bilərsiniz. Yox, ümumiyyətlə qışa qədər istəyirsinizsə sistemdə su qalmasın, onda sistemin aşağıda yerləşən bir kranını (bəzən filtri aşağıda quraşdırırlar) və ya hər hansı bir açıla bilən hissəni açaraq boşalda bilərsiniz.
@@budaq Qizma isti sudan istifadə edərkən olur. Basqa vaxt qizma olmur. İsti su istifadə edərkən radiatora gedən isti su krani baglasam nəsə bir problem olmaz ki?
Salam. Bağışlayın, gec cavab verdiyim üçün. Ayrıca yazılmış rəylərə görə bildiriş gəlir, rəyə cavab verdikdə isə bildirişi görmək olmur. Əslində, mətbəxə (və ya hamama) gedən isti su xətti ilə istilik sisteminin xətti arasında əlaqə olmalı deyil. Siz isti sudan istifadə zamanı radiatora su axını baş verirsə, radiatorun xəttinin əvvəlində olan kranı (varsa) bağlayın. Radiatorun özünün yox, xəttin kranını.
Salam usta cox sagol. Bes meselen indi suyun teziqini 2 stm edirem 1 aydan sonra dusur 1.5 1.3e bunun sebebi nedi ? Sistem teze çəkilib kombi radiator teze alinib
Salam. Əgər sistemdən suyun sızması halı yoxdursa, bu, kombi daxilində olan və ya sistemə (böyük sistemlərdə) əlavə quraşdırılan enişlənmə rezervuarından ola bilər. Genişlənmə rezervuarında bir hissə hava, bir hissə də su olmalıdır. Su havadan çox olduqda da təzyiq azala bilir. Aradan qaldırmaq üçün, sözügedən rezervuarın suyundan azaltmaq lazımdır.
Salam. Usta radiatorun 3 pillesi istidi digerleri soyug, siz dediyiniz kimi havasin cixariram faydasi olmur. Ancag yuxari qonwuda istdi olur. Neden olar?
Salam. Həmin hissəyə su axınının zəif olmasından da ola bilər. Kranın az açılması və ya radiatorun içərisində tutlma da ola bilər. Gec cavablandırdığım üçün üzrlü sayın.
Salam. Gec cavab yazdığım üçün üzürlü sayın. Radiatora isti suyun zəif və az daxil olmasından da ola bilər, havasından da. Ola bilər ki, su həmin radiatora gəlib çıxana qədər də soyusun. Yəni, əvvəlki radiatorlar varsa, suyun istiliyinin çoxunu onlar da udmuş olar. İlk növbədə kranların açıq olmasına baxın. Əvvəlki radiatorların kranlarını bir qədər azaldıb suyu dediyiniz radiatora yönəltməyə çalışıb yoxlayın.
Salam. İsti pol kollektor vasitəsi ilə çəkilibsə, havasını ordan çıxara bilərsiniz. Əslində isti polda hava qalmalı dıeyil. Suyun axını özü havanı qovub çıxarır. Havanın ilişib qalacaq yeri yoxdur.
Salam. Suyun yüksək təzyiqli axını və kranlar da səbəb ola bilər səsə. Həmçinin də bəzən hava radiatorda (xüsusilə, suyun girişində) az miqdarda qalır, amma suyun axınına da mane olmur. Bu da, əsasən, suyun zəif axması zamanı olur ki, havanı qovub apara bilmir. Digər radiatorları bağlayıb tək bu radiatoru açaraq suyun bu radiatorda güclü axınına məcbur edərək havanı qovmağa çalışın. Hava çıxaran kran tərəfə qova bilsəniz havanı, çıxarmaq olar. Həmçinin radiatorun kranını bağlayıb təkrar açmaqla da sınayın.
Salam. Radiatorun girişində kran varsa, onu bir qədər bağlayın, temperaturu azalmalıdır. Əgər girişin hansı tərəfdən olduğunu bilməsəniz də fərq etməz. İkisindən birini bir qədər bağlayın.
Bizdə 9 mərtəbəli binadır. Otapleniyanı 2 gündür kəsmişdilər və bu gün yenidən verdilər. Ana xətt istidir lakin otapleniya bum-buz. Ümumiyyətlə istilik yoxdur. Düşündük ki, bəlkə havasınnandır. Sizin elədiyiniz kimi elədik lakin havanın yerinə adi su gəldi.Xeyiri olmadı.Düşündük ki suyu bir az çıxardaq bəlkə düzələr. 1vedrə suyu çıxardandan sonra bir az isinmişdi. Lakin sonra yenə buz kimi oldu.Otapleniyanı yeni yuyulub yəni çirkə görə gəlməyə bilməz. Ana xətt istidir otapleniya bum-buz. Hələ də çarəsini tapa bilmirik.
Salam. Bağışlayın, gec cavab yazıram. Ola bilər ki, suyun dövriyyəsi düzgün getmir. Yəni, isti su radiatora daxil ola bilmir. Buna da səbəb radiatorun əsas xətdən aralı düşməsi, kranların hansınınsa bağlı olması, boruda tıxacın və ya maneənin yaranması ola bilər.
Sistemdə suyun dövr etməsi zamanı havanı çıxarmaq çətin olur. Su dayanmış halda daha yaxşı çıxır hava. Əgər sistemdə adi genişlənmə rezervuarı (rasşiritelnıy bak) varsa, sönülü olmalıdır və arabir sistemə su vurulmalıdır ki, çıxan havanın yerini tutsun. Daim təzyiq altında işləyən (qapalı) sistemlərdə kombini sönülü saxlayıb havasını çıxara bilərsiniz. Təzyiqin düşməməsi üçün hərdən su nasosunu qoşun ki, sistemə su əlavə etsin.
Salam. Radiatora təkrar hava düşmə ehtimalı ola bilir. Amma ikinci dəfə də havanı çıxarsanız, bir də düşməz. Həmçinin başqa səbəbdən də ola bilər radiatorun soyuması. Ola bilər ki, suyun dövriyyəsi normal getmir.
Salam. Radiatoru biz yumuruq hal-hazırda. Xüsusi ərp əleyhinə vasitələr var ki, onunla yuya bilərsiniz. Hətta marketlərdə də satılır bu cür məhlullar. Yuyucu tozları olan hissədə. Ərp və pas qatıdırsa, daha güclü vasitələr lazım olacaq ki, bunu da ustalar edirlər.
Salam usta, mən radiatorların havasını çıxarmaq üçün birşey tapabilmədim. 3 qəpiklə, qaşığın arxasıyla, evin açarıyla cəhd etdim, yerləşmədiyi üçün açabilmədim. xaiş edirəm mənə kömək edərdiz.
Salam. Əgər özünün açarı yoxdursa, vintaçanla (atverka ilə), yaxud da adi kəlbətinlə də aça bilərsiniz. Ola bilsin, vinti ərp və ya pas tutub, bərkiyib. Bu səbəbdən də siz deyən əşyalar sürüşüb çıxır, açmır. Bu halda kəlbətinlə yoxlaya bilərsiz. Əgər onunla da mümkün olmasa, qorxusu yoxdur. Həmin hissəni - mayevski kranını bütöv açıb dəyişə bilərsiniz. Bu zaman yerə bir qədər su töküləcək. Qabaqcadan tədbirli olun (dəsmal və s). Radiatorun giriş və çıxışında olan kranları d a mütləq bağlayın. Mayevski kranının necə olduğunu bilmək üçün internetdə də axtara bilərsiniz. Axtarış üçün söz: Кран Маевского
Salam. Suyun səsidir. Axını zamanı maneəyə rast gəlir. Radiatorun içərisində istehsal zamanı və ya quraşdırılarkən düşən maneə səbəb olur. Havanın olması zamanı da baş verə bilir, amma elə də nəzərə çarpmır.
Salam. Radiatorun qızmayan hissəsi üstüdürsə, havasını çıxarıb yoxlayın. Əgər bununla da radiatorun hissələrində temperatur fərqi olarsa, içərisində tutulma səbəb ola bilər. Amma ilk növbədə havasını yoxlayın. Gec cavablandırdığım üçün üzrlü sayın.
Salam Usta 5 mərtəbəli binada 3 otaqlı evdə yaşayıram. Otaqların 2sində və mətbəxdə normal istilik var. Lakin 1 otaqda havanı çıxardıqdan sonra yenə hava əmələ gəlir. Həmdə Havasını çıxardıqdan sonrada su şırıltısının səsi gəlir və 5-10 dəqiqəyə yenə hava əmələ gəlir, radiatorun 2 dilimi isti qalır digər 8 dilimi soyuyur. Zəhmət olmasa deyərdiz bunun səbəbi nədən olar.?
Salam. Əgər radiatorun havasını çıxardıqdan sonra təkrar hava düşürsə, bunun səbəbini ilk növbədə tapmaq lazımdır. Sizdə ümumi qazanxanadan gəlir xətt? Ola bilər ki, su ilə gəlib yığılır hava. Əgər bu hal təkrarlanırsa qazanxana (istilik sistemi) üzrə məsul şəxsə bildirin və ya radiatora kran bağlayın ki, havanı avtomatik çıxarsın. Mayevski kranlarının avtomatik hava çıxaranı olur. Ondan soruşun dükanlardan. Olsa, onu radiatora bağlayın.
Su gəldisə, deməli hava qurtarıb. Əvvəl su hava ilə qarışıq halda başlayır. Sonra isə ancaq su gəlir. Yarım stəkan kimi su gəldisə, artıq kranı bağlaya bilərsiniz. Hava kranını.
Təzyiq altında olan (qapalı) istilik sistemlərində olur. Amma açıq tiplidirsə, yəni, genişlənmə rezervuarı varsa, onda yaxşı olar ki, suyun dövriyyəsini dayandırasınız.
Salam usta bizdə Alarko cihazıdı. Bu gün qoşmaq istədik, amma 50 - yanıb sönür. Yəni radiatorda hava olduğu bildirilir.Bütün radiatorların havasını aldım. Su sürətlə axırdı, amma yenə eyni vəziyyət. Əvvəl də olurdu belə hallar, havasını alırdım işə düşürdü, amma indi təkrar - təkrar etdim elə yenə 50-də yanıb - sönür. Başqa nə edə bilərəm. Əvvəlcədən təşəkkür edirəm.
Salam. Radiatorlar və xətt üzərində yerləşən kranların hamısının açıq olmasını yoxlayın. Xətdə filtr varsa, onun da təmiz olmasına diqqət edin. Xətdəki suyun təzyuqunə baxın. Sudan bir qədər açıb boşaldaraq təkrar su vurub bir də yoxlayın.
Salam.men siz dediyiniz kimi havasini cixardim,ancaq 15 deqiqeden sonra yene temperatur dusdu radiatorun yari hissesi istidir yarisi soyuq. Bunu nece etmek lazimdirki hamisi eyni istilikde olsun?
Salam. Ola bilər ki, təkrar hava düşsün. Sistemin digər yerlərində qalan hava gəlib təzədən ora yığıla bilər. Həm də ola bilsin giriş və çıxış boruları düzgün quraşdırılmayıb.
Salam mən məhləli evdə yaşayiram mənim evim yaxşi isimir radiator isti olmur qaz 50-60 yanir. Bizdə Kombi Öptimal24 olub. Bizə dedilər sizə 24 azdi 28 lazimdi. Biz deyişdiq almişaq kombi kotel Demir doküm 30 iki borudu. Hettə bizim radiator divardan cixirdi ustadedi yerden cixmalidi,pollari deşdiler yeneden edibler. Amma mən heç ferqi qörmürrem. İndi deyiler motor qoş su qovucu🤦biz neyniyik?xaiş edirem kömek edin🙏
Salam. Suyun dövriyyəsi zəif olduğu zaman əlavə nasosa ehtiyac olur. Əgər elədirsə, gərək birinci, ikinci radiatorlar güclü qıza. Bütün radiatorlar zəif qızırsa, səbəb başqa ola bilər. Radiatorların düzgün qoşulmaması da ola bilər. Giriş yuxarıdan, çıxış kranı isə əks tərəfdən aşağıdan olsa daha yaxşı qızır radiatorlar.
@@budaq Mən sizə təşəkür edirem allah cinivizi saq elesin Elə düşünürem nasos quraşdiram inanin Minqeçevir şəhərdə mən bir yaxşi kombi ustasi tapamişam. Həresi bir sözdeyir bilmirem nə edim.
Salam.ikimertebeli evde yaşayiram aşaği mərtəbəde radiatorlar hami istidi.amma yuxari mertebede ise radiatorun üstü istidi aşagisi ilıqdi ne ede bilerem.prablemi ne ola.biler?
@Azad Abdullayev , seksiyalı (dilim-dilim) olan batareyanın hissələrini ayırmaq üçün xüsusi açar olur. Uzun qol kimidir. Onunla istədiyiniz dilimdən ayıra (bölə) bilərsiniz batareyanı. Bu açardan ustalarda və istilik avadanlıqlarını satan dükanlarda olur. Satışı demək olar ki, yoxdur. Ən yaxşısı, aparın, dükanda açıb versinlər.
@@gunduzagazad8430 Salam. Bu, suyun yuxarıya dövriyyəsinin zəif olmasından da ola bilər. Siz aşağıdakı radiatorların kranlarını bir az bağlayıb (tam yox) yoxlayın.
Salam. Şəkilişdən ola bilər. Su digər radiatorlara axır, həmin radiatora meyl etmir. Buna məcbur etmək üçün əvvəlki radiatorların suyunu azldıb yoxlayın.
Usta mən otaqda krantlari bağlıyırdim arada. İşe gedende. Kombi xarab olub indi..İsti suda gelmir ,otağa da istilik gelmir. Ne etməliyik?. Ve bir sualım da odur ki istiliyi nece keçirdə bilerem otagda. Krantdan kecirdende xarab oldu
Salam. Radiatorun kranlarını bağlamaq üçün gərək radiatorun aşağısından düz xətt (boru) getmiş olsun. Yəni, radiatordan su keçmədiyi halda ana xətlə su keçib digər radiatorlara gedə bilsin və kombiyə qayıda bilsin. Bu, birxətli sistemlərdə belə olmalıdır. Əgər su yalnız radiatordan keçib gedirsə, yəni, radiatorun altından ana xətt getmirsə, onda radiatoru bağladıqda sistemin suyu dayanmış olur və bu halda kombi işləmir. Əgər ana xətt yalnız radiatordan keçirsə, ona əlavə baypas əlavə etmək lazımdır. İnternetdə байпас yazsanız, daha ətraflı məlumat çıxacaq.
Salam Məhəmməd bəy. Radiator kranlarının üzərindəki “-“ və “+” işarələri nəyi göstərir? + açmaq - isə bağlamaq deməkdir. İkinci sualım isə radiatora gələn hər iki kranı açmaq lazımdır isitmək üçün? Yoxsa biri açıq biri bağlı olmalıdır? Bizdə də bu radiatorlardandır hamısının aşağı və yuxarısında kranlar var bilmirəm açmaq və bağıamaq hansı tərəfədir. Təşəkkürlər.
Salam. Digər izləyici suallarınızı düzgün cavablandırıb. Doğrudan da, kranı + tərəfə burduqda suyu açmış, - tərəfə burduqda bağlamış olursunuz. Su radiatora kranın birindən daxil olub digərindən çıxır. Ona görə də hər ikisi açıq olmalıdır. Temperaturu azaltmaq üçün kranlardan birini bir qədər bağlamaq olar. Hər iki tərəfdə ona görə kran qoyulur ki, radiator xarab olduqda, onu dəyişdikdə kranların ikisini də bağlayıb sistemdən ayırmaq mümkün olsun ki, sistemin suyu evə axmasın. Kranlar boruların üzərində qalır.
Salam. Mən Sabirabad rayonunda yaşayıram. Sizi tanımadan kiməsə məsləhət görə bilmərəm. Amma elan saytlarında (usta elanları olan) özünüzü profil aça bilərsiniz. Bu işdə sizə köməklik edə bilərəm.
Salam. İsti yuxarıya meyilli olur. Həm də radiatorun yuxarı hissəsinin içərisində su var. Aşağı hissənin ön tərəfində isə siz əlinizi vurduğunuz yerdə su yoxdur. Su divar tərəfdədir. Ona görə öndən çox hiss olunmur.
Əslində bu, normal haldır. Radiatorun aşağısı döşəməyə yaxın olduğundan, həmin hissəyə soyuq havanın axını nəticəsində tez soyuyur. Daha doğrusu, istiliyini havaya ötürür ki, hava axını da radiatorun yuxarısından otağa yayılır. Otağın havası qızdıqca, radiatorun aşağısı da qızmağa başlayacaq. Amma yenə də yuxarısı ilə fərqin olması normal haldır.
@@budaq yutubda baxdim bir uata deyir duzgun qowulma xetlerin altdan girmesi ele altdanda cixmasidi radiatorun birini ele eledjm xeyri olmadi eyni weydi

@@budaq salam . Bizdə də bir radiatorda eyni problem var . Digər otaqlarda radiyatorların həm aşağı , həm yuxarı hissəsi eyni istilikdə olur . Sadəcə bir otağın radiatoru yuxarı hissə isti , aşağı hissəsi demək olar ki, istilik deyilən heçnə yoxdur .
Radiatorun içərisində suyun dövriyyəsinin yaxşı getməməsindən də ola bilər. Suyun təzyiqinin həmin radiatorda zəif olması və ya radiatorun içərisində ərpin və ya pasın mane olması da səbəb ola bilər. Əgər həmin radiator uzun müddət istifadə olunursa, yuduzdura bilərsiniz.
Salam. Bu halda da mümkündür. Amma daha yaxşı olar ki, sistem dayandığı halda edəsiniz. Radiatorun içərisindən təzyiqlə su axdığı zaman radiatorun yuxarısına (hava olan yerə) yox, giriş və çıxış hissələrinə daha çox təzyiq göstərir.
Arakəsmədə salnik olur, ordan da ola bilər, deşilmə səbəbindən də. Əgər hər iki tərəfdə kran varsa, o kranları bağlayıb radiatoru sistemdən ayırıb çıxararaq özünüz də baxa bilərsiniz, ya da ustaya aparıb düzəltdirə bilərsiniz.
Salamlar..Radiatoru ozum evde yuya bilerem? Tanıdığım insanalar var ki hansi ki özləri yuyur..Eger yuya bileremse basa sala bilersiz? Birde onun təhlükəsi yoxdu ki ozum eləsəm?
Salam. Özünüz də yuya bilərsiniz. Əgər radiatorun girişində və çıxışında kran varsa, onları bağlayaraq radiatoru ayırıb yuya bilərsiniz. Ərp əleyhinə vasitələr var ki, onunla ərpi və pası təmizləyə bilərsiniz. Bunun üçün nasos və ya iri ləyən lazım olacaq. Radiatoru açmadan bütün sistemi də yuya bilərsiniz. Amma bu iş çətindir. Təmizlənən ərpin borularda tıxanıb qalma ehtimalı da olur.
Salam. Hər iki kran açıq olmalıdır. Radiatora isti su birindən daxil olur, digərindən çıxır. Əgər biri bağlı olsa, radiatora isti su daxil olmayacaq və radiator qızmayacaq. Kranlardan birini qismən bağlamaqla onun temperaturunu azalda bilərsiniz.
Salam. Ola bilər ki, su həmin radiatora yaxşı axmır. Borulardan da ola bilər. İlk növbədə kranları yoxlayın. Həmin radiator digərlərindən uzaq məsafədə olmasından da ola bilər.
Salam. İsti polun havası kollektordakı klapanlardan çıxarılır. İstiliyin bölüşdürülməsi də kollektordan edilir. Qızmayan hissə kollektordan bağlı da olmuş ola bilər. Ordan da yoxlayın.
Salam. Mənim əvvəldə yazdığım cavabım açıq tipli istilik sisteminə aiddir. Sizdə kombidirsə, suyu motorla vurun (həmişəki kimi). Kranların bağlı olub-olmadığını yoxlayın. Filtrlər də tutula bilər.
Salam. Digər radiatorlar kifayət qədər qızırsa, səbəb müxtəlif ola bilər. Qızmayan radiatorun kranlarının açıq olmasını yoxlayın. Suyun radiatora yaxşı daxil olmaması səbəb ola bilər. Boruda. kranlarda və ya radiatorun özündə də tutulma ola bilər. Həmçinin, şəkilişə görə də suyun yaxşı dövr etməməsi baş verə bilər. Radiatora gələn xətt uzaq və ya çətin trayektoriya da ola bilər ki, bu da səbəb ola bilər.
Salam. Əslində su borusunda su qalmamalıdır. Çünki suyun təzyiqi borularda çox olur və havanı qovub çıxarır. Ola bilər ki, borunun diametri böyük olsun və təzyiq həmin boruda az olsun. Başqa kranları bağlayıb suyun ancaq boru ilə axmasına məcbur etsəniz, havanı çıxara bilər. Ola bilər ki, boruda (metaldırsa) pas və ya ərpdən maneə yaranıb, o da səs edə bilər.
@@budaq çox sağolun Allah razı olsun sizdən amma mən artizan borularıni soruşurdum 300 metr mesafedi su kəsilib deyirler hava düşüb onu soruşurdum necə etmək olar eyer mümkündürse cavab yazardiz öncədən təşəkkürlər
Artizan və çaylardan su çəkən nasoslarda hava nasosdan qabağa (çaya və ya yerin altına doğru) qədər olan hissəyə düşdükdə problem yaranır. Bunun üçün həmin hissə su vurmaqla havanı çıxarırlar. Yəni, nasosu işə salmaq üçün əvvəlcə nasosun özünü və öxündən qabaq borunu kənar su mənbəsindən (çəndən, kanistrdən) doldurmaq lazımdır. Havanın düşməsi (daha doğrusu suyun borudan axıb getməsi) klapanın sıradan çıxması və ya zibillənməsi səbəbindən ola bilir.
Salam. Radiatorun aşağısından su o vaxt axa bilər ki, kipkəci (salniki) quruya bilər. Bu da çox vaxt radiator soyuyanda, yəni istilik sistemi fasilə edəndə ola bilər. Qızanda rezin genişlənir və suyun qabağını alır. Əgər sıxmağa açarınız varsa, zəif şəkildə həmin hissədəki qaykanı sıxın. Ola bilər siz dediyinizi yanlış başa düşmüşəm, hər halda, güman etdiyim problemin həllini yazmağa çalışdım.
@@betiabdul2209Dilimlərin arasından axırsa, onda kənardan sıxmaq mümkün olmayacaq. Dilimlərin arasında da kipkəc olur. Əgər radiatorda çat və ya deşilmə yoxdursa, yəni, suyun damması məhz dilimlərin arasındakı kipkəcdəndirsə (salnikdəndirsə), onda radiator açılmalıdır. Xüsusi açar olur radiatoru yığmaq və ya sökmək üçün. Radiatorun içərisinə salınır və hansı dilimlərin arasından axırsa, həmin dilimlərdən radiatoru ayırıb yeni salnik qoyub təzədən bağlamaq lazımdır. Radiatorun girişində və çıxışında kranlar olur ki, onları bağlayaraq sistemlə əlaqəni kəsib sonra da radiatoru açıb ustaya apara bilərsiniz. Sistem isə həmin vaxtda işinə davam edəcək. Əgər kipkəcdirsə, dəyişiləcək, çat varsa, həmin dilimə uyğun satışda radiator olsa, dəyişmək də olar. Yaxud da lehimləyə bilərlər. Əgər kipkəcdəndirsə,15-20 dəqiqəyə dəyişə bilərlər. Radiatorun hansı hissəsindən damırsa, həmin hissəni işarələyin ki, ustaya aparanda biləsiniz. Radiatoru açacaqsınızsa, döşəməyə suyun axacağına görə tədbirli olun ki, döşəmə islanmasın. Həmçinin, radiatoru açmışkən onu yudurda da bilərsiniz. İşləri indi də görə bilərsiniz, yayda istifadə etmədiyiniz vaxtda. Bu cür istifadə edəcəksinizsə, sistemə müəyyən vaxtdan bir su əlavə etməli olacaqsınız ki, sistemə hava düşməsin.
Salam usta, mende qonaq otaqinda 2 eded kombiye qoshulmush radiator var, biri isinir digeri ise yox, hava cixartdim , su cixartdim, xeyri olmadi. Ne edim?
Salam, bizdə radiator yalnız suyunu açırıq boşaldırıq onda isti olur qızır amma suyu bağladıqdan sonra 15 dəqiqə falan radiator yenə buza dönür bu nədən olur?
Salam. Bu ondan ola bilər ki, radiatora öz xoşu ilə su axmır. Siz suyunu boşaldanda yerinə xətdə olan istu su gəlir və o da tez soyuyur. Radiatora daimi su axını yoxdur ki, onu isti saxlasın. Bu da çəkilişdən ola bilər. Əgər ikixətli sistemdirsə, onda əvvəlki radiatorların kranlarını bir az bağlayın ki, sonrakı radiatorlara da su çatsın. Birxətli sistremdirsə, əvvəlcə kranların açıq olmasını yoxlayın. Radiatorun altından düz küçən xəttin üzərində kran yoxdursa, onu əlavə edərək, suyu bağlayıb hamısının radiatordan axmasına məcbur edə bilərsiniz. Bundan əvvəlki videolarımızda izah etmişik. (suallara cavab-1 videosunda)
Salam. Havanı avtomatik çıxara bilən klapanlar olur. Ondan alıb bağlasanız, hava çıxacaq, suya çatanda özü bağlayacaq. Nə vaxt hava yığılsa, özü dərhal çıxaracaq. Bilmirəm burdakı dükanlardan hansında olur. Amma elə klapanlar var. Axtarsanız, taparsınız.
Salam. Ola bilsin sizdə radiatorun giriş və çıxış boruları düzgün quraşdırılmayıb. Çox güman ki, hər iki boru yuxarıdan birləşdirilib. Bundan ola bilər.
Bizim radiatordan çox qəribə səs gəlir , qonşulardan soruşuram onlarda da elədi, elə bil evdən çay axır , hava yigilir çıxarıram yenə turbadan hava gəlir, evdə qəribə səs olur, biri deyir təzə verilib ataplenya ona görə belədi düzələr amma 4 gündü belədi nə edək bilmirik səsdən baş qulağımız gedib
@Nuraddin Ibragimov Ola bilər ki, əsas xəttin üzərində olan kranlardan hansısa bağlıdır və ya filter tutula bilər. Yəni, suyun dövriyəsinə maneə yarananda səs çıxara bilər.
Salam. Bu sistem artıq 5-ci ildir işləyir. Hərdən filtri təmizləyirik, amma palçıq tökülmür. Əvvəlki sistemlərin borusu və radiatorları, eləcə də su qızdırıcısı (kolonkası) dəmirdən olduğu üçün onlarda paslanma çox gedir. Amma plastik boru, alüminium radiatorlar və pitiminutka ilə çəkilmiş sistemlərdə paslanma çox cüzi gedir.
Salam. Əvvəlcə radiatorun kranlarının açıq olmasını yoxlayın. Hər iki kran açıq halda zəif qızırsa, havasını olub-olmamasını yoxlaya bilərsiniz. Amma əvvəlcə kranları yoxlayın. Kranın biri də bağlı olsa, suyun dövriyyəsi olmayacaq və radiator qızmayacaq.
Salam. Radiatorun havasını çıxardıqdan sonra radiatorun temperaturunda dəyişiklik olur? Bəlkə radiatora su yaxşı gəlib çatmır? Yəni, başqa səbəb də ola bilər.
@@Sweathome123 Ola bilər ki, bu radiatordan əvvəlki radiatorların kranları tam açıqdır və onlar suyun istiliyinin çox hissəsini udur. Əvvəlki radiatorların kranlarını bir qədər bağlayıb baxın.
@@Sweathome123 Bəli, radiatora bağlı olan kranları. Yuxarıdan da qoşulmuş ola bilər, aşağıdan da. Tam bağlamayın ki, onlara da su girsin. Qalan su isə gedib sonrakı radiatorları qızdırsın.
Salam. Radiatorun havası çıxarılırsa, yenidən su vurulmalıdır. Çıxan havanın miqdarından asılı olaraq. Kombidirsə, təzyiqə nəzarət olunur. Sadə genişlənmə çəni varsa, ona.
@@əli-v4f Sistemə su vurmaq üçün çox vaxt sistemin çəkilişi zamanı əlavə kran qoyulur ki, su xəttinə qoşub su əlavə etmək olsun. Bizim sistemdə isə bu yoxdur və biz suyu genişlənmə rezervuarından əlavə edirik. Digər videomuzda genişlənmə rezervuarı barədə danışmışıq: ua-cam.com/video/frMtFtXbXys/v-deo.html Qeyd edim ki, bizim birləşdirdiyimiz plastik qabın altı açıqdır. Və o, qıf kimi dayanıb. Suyu da banka ilə asanlıqla əlavə edirik. Müasir dövrdə istilik sistemləri plastik boru və alüminium radiatorlarla çəkilir deyə onların da su tutumu az olur. Ona görə də dediyimiz üsulla asanlıqla su əlavə etmək mümkündür. Radiatorun havasını çıxardıqda da plastik qabda azalan suyun üzərinə su əlavə edirik.
Salam Aleykum +terefe etdim obri otaqdada bubri otaqdada her iksinde yuxarnida awaqinda +terefe etdim 2 vedre su aldim her iksinende bina evidi atapleynaya elmi qoyub deqelernen saqliyram neden olar?
Salam. Sizin sistem binanın ümumi sisteminə aiddir, yoxsa özünüz ayrıca çəkdirmisiniz? Ola bilər ki, su özü çox isti deyil. Mənzilə gələn boru xətti dəmirdəndirsə, onun istiliyini də yoxlaya bilərsiniz. Plastikdirsə, ilk kranın dəmirinə əlinizi vurub baxın.
Birinci radiatoru tapmaq üçün kombinin (kalonkanın və ya pitiminutkanın) çıxış borusunu müəyyənləşdirmək lazımdır. Həmin boru üzərində kombiyə ən yaxın olan radiator birinci radiator olacaq.
Əslində bu, normal haldır. Radiatorun aşağısı döşəməyə yaxın olduğundan, həmin hissəyə soyuq havanın axını nəticəsində tez soyuyur. Daha doğrusu, istiliyini havaya ötürür ki, hava axını da radiatorun yuxarısından otağa yayılır. Otağın havası qızdıqca, radiatorun aşağısı da qızmağa başlayacaq. Amma yenə də yuxarısı ilə fərqin olması normal haldır.
Bəli, düzgündür. Kiçiyi ilə də etmək mümkündür. Bəzən elə olur ki, radiatorun yaxşı qızması üçün bütün suyun radiatorun içərisindən keçməsin istəyirik. Xüsusilə də sonuncu radiatorlarda. Bu halda suyun təzyiqinin azalmaması üçün radiatora qalxan borunun diametri kiçik olmasa yaxşı olar.
@@shadtyusifov407, isti pol üzrə ixtisaslaşmamışam deyə dəqiq cavab verə bilməyəcəyəm. Üzürlü sayın. 24-lük pitiminutka radiatorla 65 kvadrat mənzili təmin edir.
Radiatorun üst hissəsinin temperaturu ilə alt hissəsinin temperaturlarında fərqin olması normal haldır. Çünki, raditorun alt hissəsi döşəmənin soyuq havası ilə təmasdadır. Radiatorun forması elə tərtib olunub ki, otağın havası dövr etsin. Yəni, döşəmə üzərindən soyuq hava radiatora toxunaraq onun arakəsmələri ilə qızaraq yuxarı qalxır. Odur ki, dediyiniz hal normaldır. Otağın temperaturu qızdıqdan sonra temperatur fərqi də nisbətən azalacaq.
Ola bilsin suyun həmin radiatorda dövriyyəsi zəifdir. Ola bilər ki, ondan əvvəlki radiatorlar istinin çoxunu udur, ona su ilıq gəlib çıxır. Ya da ümumiyyətlə suyun daxil olmasında zəiflik var. İlk növbədə kranların tam açıq olmasını yoxlayın.
Suyun radiatorun daxilində daha yaxşı dövr etməsi üçün onun çarpaz axını məsləhətdir. Sizin halda su aşağı ən qısa yolla hərəkət etdiyi üçün aşağı hissə yaxşı qızır. Amma lazımdır ki, radiator bütövlükdə qızsın.
Cox gozel ve sebrle izah edir,hem de reylere o qeder seliqeli cavab verib bu usta,halal olsun.Allah sizin kimi insanlari cox etsin🤲
Çox sağ olun. Təşəkkür edirəm.
Tesekkur qardas . Sayenizde duzeltdik radyatoru.
Çox sağ olun. Şad oldum.
Əla. Kömək oldu. Təşəkkür edirəm
Çox sağ olun.
Əməyinizə sağlıx
Təşəkkürlər!
cox sagol
Cox sagolun
Siz də sağ olun.
Cox sag olun duzeldi
Siz də sağ olun.
Allah razi olsun.Faydanız çox oldu👍
Çox sağ olun.
Neçə ildən bir radiatorların içini yumag lazımdır
Sistemin suyunu hər il mövsümdən əvvəl dəyişmək yaxşı olar. İlk çəkilişdən sonra 5 il rahat işləyir. Təxminən 5 ildən sonra radiatorlar da yuyulsa, yaxşı olar. Bu videodakı radiator bu il artıq 7-ci ildir işləyir. İndi planlaşdırıram yumağı. Yəni, 6 il rahat işləyib. Demək olar ki, iki ildən bir sistemin suyuna ərp təmizləyən məhlul əlavə etmişəm deyə, elə də tutulma nəzərə çarpmayıb.
Tesekkur edirem. Cox faydali oldu👍👍👍
Çox sağ olun.
Cox sag olun
Siz də sağ olun.
əla izah etdiniz 👏
Çox sağ olun.
Salam usta. Genişlənmə rezervuarı nəyə deyirsz?
Genişlənmə rezervuarı - rasşiritelnıy bak-a deyirik. Açıq tipli sistemlərdə olur.
Qardaw Allah olenlerine Rehmet elesin videonan faydalandim duzeldim bir radiatora ama gelmedi isti berrela raditorun havasin nece cixardirlar
Salam. Əgər radiatorun özünün hava çıxaran kranı yoxdursa, onun yuxarı tərəfdən suyun giriş krantına trayniklə əlavə havaçıxaran bağlamaq olar.
Salam usda radyatorun bizde asaqi terefden ceklib ama sizde gorunur yuxardan ve asqdan ceklib amma bizde suyun asqadan apariblar sizce hamsi doxdurdur
Salam. Sizdəki də doğrudur. Amma ən optimal variant çarpaz birləşmədir: giriş yuxarıdan, çıxış isə əks tərəfdən aşağıdan.
Elə sizdəki
Çox sağ olun🤲
🤲
Usta isti polda havani nece cixarirsan? Kollektorda olan hava nece cixir?
Salam. Kollektorun üzərində (sonunda) hava çıxarmaq üçün başlıq quraşdırılır. Çox vaxt avtomatik hava çıxarıcı klapan olur ki, havanı çıxarır, suya çatanda özü qapanır.
Bes suyun giris krantini polnu acib cixis kranini yarimciq acsaq radiatorun istiyili artar ?
Xeyr, istiliyin tam mənimsənilməsi üçün hər iki kran tam açıq olmalıdır.
Usta salam, radiatorlara tekrar hava dusmesi neden olar?
Salam.
►Sistemin tez-tez söndürülüb-yandırılması,
►Genişlənmə çənində suyun az olması,
►Sistemin hansısa yerindən (boru və ya birləşmələrdən) sızma,
►Qızdırıcıda suyun kəskin qaynaması
Krantdan axldlr . Onu nece edek bes?
İki şey səbəb ola bilər:
►Kranın özünün xarab olması;
►Çəkiliş zamanı istifadə olunmuş lent və ya ipin keyfiyyətinin itməsi.
Hər iki halda kran açılmalıdır. Kranı açarkən bir qədər su axacaq ki, döşəmənin islanmaması üçün qabaqcadan tədbir görmək lazımdır.
Salam.Radiatorda olan kranlar ikiside yeni alt ust aciq olmalidir?
Salam. Bəli, biri bağlı olsa, suyun radiatordan axını dayanacaq və radiator qızmayacaq. Bu kranlarla həm radiatorun qızma dərəcəsini nizamlamaq olur, həm də radiatorun təmiri zamanı kranları tam bağlamaqla sistemin işini dayandırmadan radiatoru açıb sistemdən çıxarmaq olur.
Salam olsun senetkar bizim radyatorda kranlar her ikisi eyni terefden qoyulub o duzgun çəkilmişdir?
Salam. Bu cür ona görə qoşurlar ki, radiatoru dəyişdikdə, ölçü fərqindən asılı olmayaraq, bağlamaq olsun.
Əsas odur ki, radiator qızsın. Eyni tərəfdən qoşulduqda radiatorun əks tərəfi zəif qızır. Bu, özünü daha uzun radiatorlarda daha çox göstərir.
Salam mende bu atapleniyadandi. Kuxnaninki iwliyir evinki bide hamaminki iwlemir 1hefdedi neden olar? Acib bagliyram duzelmir.hamamdaki atapleniyada kranti isdidi ama ozune cixmir isdilik.
Salam. Hər iki kranın açıq olmasına baxın. Bir də ola bilər ki, sistemin suyunun dövriyyəsi zəif olsun, əvvəlki radiatorlar qızsın, sonrakılar yox. Yəni, suyun axını zəif olduqda, həmin suyun istiliyini əvvəlki radiatorlar udur, sonrakılara istilik gedib çıxmır. Suyun axını güclü olduqda isə, əvvəlki radiatorlar "uspet" edə bilmir bütün istiliyi udsun.
Suyun zəif axınına səbəb isə nasos da ola bilər, boru və filterlərdəki maneələr (pas və sair) də.
@@budaq cox sagolun. Usta getirerem baxar biler yeqinki. Vidyodadki kimi havani cixartdim tesir elemedi iwlemir yene
İstilik sistemi işlədikcə, xüsusilə də günlərlə fasilə ilə işlədikdə içərisində paslar və çöküntülər yaranır. Onlar da sistemdəki və kombinin girişindəki filterləri tutur, suyun axınına mane olur. Əgər radiatorun havası yoxdursa, suyun axınını yoxlayın.
@@budaq cox sagolun. Tocnu eledi. Usta cagiracam baxsin anlayiwim yoxdu kombiden
Uğurlar olsun.
Salam bizim atapleni su damciliyir neden olar en cox cimende?
Salam. Radiatorun giriş və ya çıxış kranından (birləşən hissədən) su damırsa, açarla sıxmaq lazımdır. Kəsməsə açılıb izoləedicisini (fun, tangit və s.) yeniləmək lazımdır. Əgər radiatorun digər hissəsindən damırsa, ola bilər karroziya və sair səbəbdən deşilib və bu halda təmir üçün açılıb götürülməlidir.
Salam usta. Biz 2 mertebe eve bir eded 32 lik kombi qoymusuq ve bu kombini ancaq evin isidilmesine isledirik. Ikinci mertebede isti polun bir hissesi isti olur digeri ise soyuq. Bilmek olar burda problem nedir ? onu da qeyd edim ki defelerle isti polun havasini cixardiriq. Daha deqiq desek isti polun giriş xətti isti olur çıxış xetti ise soyuq.
Salam. Həmin hissədə suyun dövriyyəsinin getmədiyindən ola bilər. Siz qızan hissəni tamamilə bağlayıb yoxlayın. Ola bilər ki, suyun axını qızan tərəfə daha çox meyllidir. Əgər bundan sonra da qızmasa, su xəttində və ya kranında keçməməzliyin ola bilmə ehtimalı var.
@@budaq bayramınız mübarək. Cavabiniza görə təşəkkürlər. Dediyiniz kimi edecem.
@@mechmat1758 Çox sağ olun. Sizin də bayramınız mübarək olsun.
Salam kombinin tezyiqini nece salmaq olar?
Salam. Sistemdə bunun üçün ayrıca kran qoyublarsa, onu açmaqla və ya hər hansı bir radiatorun hava çıxaran kranından suyu bir az açıb götürməklə mümkündür.
Usta, melumat ucun tesekkurler. Videonun axirina kimi gozlediyim bir meumat var idi, ama teessuf..
Sualim beledir: sistemde umumilikde 5 noqte var (5 otaga qurasdirilmis radiator). Evdeki tecrubemden gorurem ki, kombiye daha yaxin noqte daha cox isti olur, bu temperatur ise sonuncu noqtede digerlerine nisbetde cox asagi olur. Ozum qeyd etdiyim kimi tecrubeme esaslanaraq videoada tesdiq edici melumat gozledim sizden - hansi ki, kombiye yaxin noqtenin su girisi daha az acilmalidi.. bu forma sonuncu noqteye getdikce ozunden evvelkine nisbeten daha cox acilmalidi. Yani ki, kombiden uzaq olan noqte daha cox acilmalidi. Buna en sonuncu noqteni tam acmaqla baslamaq olar ve bu evvelki noqtelere getdikce az acilmaqla davam etdirilmelidi. Bunun tesdiqini sizden gozleyirem zehmet olmasa.
Novbeti sualim: Yuxarida qeyd etdiyim girisin tedricen acilmasi suyun istiliyinin beraber paylanmasi ucundur. Bu zaman cixisin da hemin radiatorun girisine uygun olaraq eyni qeder acilmasina ehtiyac varmi? Dusunurem ki, radiatora giren su qeder de su cixacaq elbetde. Bu halda cixisi tam acmaq mence problemsiz olacaq.
Onceden tesekkurler.
Salam. Hamısını düzgün qeyd etmisiniz. Radiatorların əvvəldə olanlarını az açmaq lazımdır. Amma ola bilər ki, əvvəldəki radiator otağın kvadratına görə azlıq (balacalıq) eləsin, ona görə onu tam açmaq məcburiyyətində olarıq. Radiatorun girişini azaldırıqsa, çıxışı azaltmağa ehtiyac yoxdur.
@@budaq Salam . Havasın çıxaranda gələn suyun pis iyli olması nədəndir? Təzə radiatordu içərisinə yağ vururlar yoxsa nədəndir?
@@i.h.2807 Salam. Radiatorun içərisinə yağ vurmurlar. Suyun dövr etdiyi hissədə (sistemin daxilində) paslanan və paslanmayan metallar, rezin, boya, silikon, plastmast olur. Onlar suyun rəngini və iyini dəyişir zaman keçdikcə.
@@budaq Sistem təzədir , tam təmirli təzə təmirdən çıxan evdir . Otapleniyanı yudurtsaq çəkilər iy?
@@i.h.2807 Özünüz edə bilsəniz, suyunu açıb buraxın, sonra yenidən su vurun. Havalarını təzədən çıxarmalı olacaqsınız. Bir dəfə su vurub bir qədər işlətsəniz, içərisi yaxalanmış kimi olar. Havası çıxmasa da suyu dövr etdirsəniz olar. Sistem özü işləməsə də sadəcə su dövr etsin içərisindən.
Amma sistemin işində problem yoxdursa, narahat olmayın. Bayıra vurmursa iyi özünüzü əziyyətə salmayın.
Salam. Bizimkinde adi su gelir lakin yarisi qizmir. Basqa sebebi neden ola biler?
Salam. Otağın soyuq olması da səbəb ola bilər. Çünki, döşəmədən soyuq hava radiatorun alt hissəsindən daxil olur və yuxarıya doğru qızaraq qalxır. Radiatorun üst hissəsindən artıq qızmış hava qalxaraq otağa konveksiya edir. Otaq qızdıqdan sonra artıq radiatorun aşağı hissəsində də temperatur artacaq və fərq azalacaqdır.
@@budaq salam otagin temperaturu yaxshidir. Lakin radiatorun yarisi isti yarisi soyuqdur. Ustden istidir lakin asagi panellerden 4u soyuqdur
Salam.
Radiatordaki suyu nəcə bosatmaq lazimdi?
Bosaltma zamani radiatorlarin krantini baglamaq və kombini sondurmək lazimdi?
Salam. Kombi sönülü olmalıdır. Əgər radiatoru sistemdən ayırmaq üçün suyunu boşaltmaq istəyirsinizsə, onda kranları bağlayıb, kranın qaykasından açaraq həm suyunu boşalda, həm də ayırıb götürə bilərsiniz. Yox, ümumiyyətlə qışa qədər istəyirsinizsə sistemdə su qalmasın, onda sistemin aşağıda yerləşən bir kranını (bəzən filtri aşağıda quraşdırırlar) və ya hər hansı bir açıla bilən hissəni açaraq boşalda bilərsiniz.
@@budaq Cox sag olun.
Birdə yay rejmində radiatorlarda qizma olur.
Sizcə bu adi haldi yoxsa kombidə problem var?
@@vuqarhesenov6197 İstifadə etmədikdə istilik sisteminə gələn xətlərin kranını bağlaya bilərsiniz. Kombinin aşağısındakı kranlardan.
@@budaq Qizma isti sudan istifadə edərkən olur.
Basqa vaxt qizma olmur.
İsti su istifadə edərkən radiatora gedən isti su krani baglasam nəsə bir problem olmaz ki?
Salam. Bağışlayın, gec cavab verdiyim üçün. Ayrıca yazılmış rəylərə görə bildiriş gəlir, rəyə cavab verdikdə isə bildirişi görmək olmur.
Əslində, mətbəxə (və ya hamama) gedən isti su xətti ilə istilik sisteminin xətti arasında əlaqə olmalı deyil. Siz isti sudan istifadə zamanı radiatora su axını baş verirsə, radiatorun xəttinin əvvəlində olan kranı (varsa) bağlayın. Radiatorun özünün yox, xəttin kranını.
Salam usta cox sagol. Bes meselen indi suyun teziqini 2 stm edirem 1 aydan sonra dusur 1.5 1.3e bunun sebebi nedi ? Sistem teze çəkilib kombi radiator teze alinib
Salam. Əgər sistemdən suyun sızması halı yoxdursa, bu, kombi daxilində olan və ya sistemə (böyük sistemlərdə) əlavə quraşdırılan enişlənmə rezervuarından ola bilər. Genişlənmə rezervuarında bir hissə hava, bir hissə də su olmalıdır. Su havadan çox olduqda da təzyiq azala bilir. Aradan qaldırmaq üçün, sözügedən rezervuarın suyundan azaltmaq lazımdır.
Salam. Usta radiatorun 3 pillesi istidi digerleri soyug, siz dediyiniz kimi havasin cixariram faydasi olmur. Ancag yuxari qonwuda istdi olur. Neden olar?
Salam. Həmin hissəyə su axınının zəif olmasından da ola bilər. Kranın az açılması və ya radiatorun içərisində tutlma da ola bilər. Gec cavablandırdığım üçün üzrlü sayın.
Usda salam hansi yonə kirant acilmalidir qarisdirmosam
Salam. Saat əqrəbinin əksinə açılır. Saat əqrəbi istiqamətində isə kran suyu bağlayır.
Salam, Usta. Mayevskiy kranı özüm evdə dəyişə bilərəmmi?
Salam. Bəli, dəyişə bilərsiniz. Əvvəlcə hər iki kranı bağlayın ki, su axmasın.
Salam usta mende evde 3 radiator var 2si isinir 1 ri isinmir o neden ola biler?
Salam. Gec cavab yazdığım üçün üzürlü sayın. Radiatora isti suyun zəif və az daxil olmasından da ola bilər, havasından da. Ola bilər ki, su həmin radiatora gəlib çıxana qədər də soyusun. Yəni, əvvəlki radiatorlar varsa, suyun istiliyinin çoxunu onlar da udmuş olar. İlk növbədə kranların açıq olmasına baxın. Əvvəlki radiatorların kranlarını bir qədər azaldıb suyu dediyiniz radiatora yönəltməyə çalışıb yoxlayın.
Salam usta ,bes toplu polun havasini nece cixardmaq olsr ?
Salam. İsti pol kollektor vasitəsi ilə çəkilibsə, havasını ordan çıxara bilərsiniz. Əslində isti polda hava qalmalı dıeyil. Suyun axını özü havanı qovub çıxarır. Havanın ilişib qalacaq yeri yoxdur.
Biz evden cixanda kombini sondururuk ve evde olsaqda hava mulayim olandada tez tez cereyandan cixaqdib qowuruq. Bunun kombiye ziyani var ya yox?
Salam. Xeyr. Əgər kombinin üzərində dayandırma (on/off) düyməsi varsa, əvvəlcə ordan söndürün, sonra cərəyandan ayırın.
Salam atapleniya istidi problem yoxdur sadəcə şırıltı su sesi gelir 1 həftədi kəsmir o ses neden olar?
Salam. Suyun yüksək təzyiqli axını və kranlar da səbəb ola bilər səsə. Həmçinin də bəzən hava radiatorda (xüsusilə, suyun girişində) az miqdarda qalır, amma suyun axınına da mane olmur. Bu da, əsasən, suyun zəif axması zamanı olur ki, havanı qovub apara bilmir. Digər radiatorları bağlayıb tək bu radiatoru açaraq suyun bu radiatorda güclü axınına məcbur edərək havanı qovmağa çalışın. Hava çıxaran kran tərəfə qova bilsəniz havanı, çıxarmaq olar. Həmçinin radiatorun kranını bağlayıb təkrar açmaqla da sınayın.
Salam.metbex radiatoru cox isinir .o biri otaqdaki az. Radiatorun derecesini nece alaq?
Bizdede eynidi. Kuxnede istidi. Otagda soyuq. Havani cixartdim amma duzelmedi . Kuxnede radiatoru bagliyiram otaqdaki qizir
Salam. Radiatorun girişində kran varsa, onu bir qədər bağlayın, temperaturu azalmalıdır. Əgər girişin hansı tərəfdən olduğunu bilməsəniz də fərq etməz. İkisindən birini bir qədər bağlayın.
@@leylaqva1 Salam. Mətbəxdəki kranı tam yox, qismən bağlayın, hər ikisi qızsın.
Bizdə 9 mərtəbəli binadır. Otapleniyanı 2 gündür kəsmişdilər və bu gün yenidən verdilər. Ana xətt istidir lakin otapleniya bum-buz. Ümumiyyətlə istilik yoxdur. Düşündük ki, bəlkə havasınnandır. Sizin elədiyiniz kimi elədik lakin havanın yerinə adi su gəldi.Xeyiri olmadı.Düşündük ki suyu bir az çıxardaq bəlkə düzələr. 1vedrə suyu çıxardandan sonra bir az isinmişdi. Lakin sonra yenə buz kimi oldu.Otapleniyanı yeni yuyulub yəni çirkə görə gəlməyə bilməz. Ana xətt istidir otapleniya bum-buz. Hələ də çarəsini tapa bilmirik.
Salam. Bağışlayın, gec cavab yazıram. Ola bilər ki, suyun dövriyyəsi düzgün getmir. Yəni, isti su radiatora daxil ola bilmir. Buna da səbəb radiatorun əsas xətdən aralı düşməsi, kranların hansınınsa bağlı olması, boruda tıxacın və ya maneənin yaranması ola bilər.
Hava alinarken kombi sondurulmelidir?
Sistemdə suyun dövr etməsi zamanı havanı çıxarmaq çətin olur. Su dayanmış halda daha yaxşı çıxır hava.
Əgər sistemdə adi genişlənmə rezervuarı (rasşiritelnıy bak) varsa, sönülü olmalıdır və arabir sistemə su vurulmalıdır ki, çıxan havanın yerini tutsun.
Daim təzyiq altında işləyən (qapalı) sistemlərdə kombini sönülü saxlayıb havasını çıxara bilərsiniz. Təzyiqin düşməməsi üçün hərdən su nasosunu qoşun ki, sistemə su əlavə etsin.
Salam bizdə hamamda sşulka var onu uşaq fırladıb bilmirəm nəyəgörəsə isinmir usta cavab verərdiz
Salam. Kranların açıq olduğunu dəqiqləşdirin. Hər iki kranı. Kranlara perpendikulyar baxdıqda, saat əqrəbinin əksinə açılır.
Salam Qardas men radyatorun havasni cixardiram azca qizir sonra yene soyuyur mene bir cavab yaz xais edirem
Salam. Radiatora təkrar hava düşmə ehtimalı ola bilir. Amma ikinci dəfə də havanı çıxarsanız, bir də düşməz.
Həmçinin başqa səbəbdən də ola bilər radiatorun soyuması. Ola bilər ki, suyun dövriyyəsi normal getmir.
Salam suyu hacandan hacana buraxmag lazımdır radiatorun?
Salam. Nə vaxt hava düşürsə, və ya düşməsindən şübhələnirsinizsə o zaman. Yəni, radiatorun üstü və ya üstünün bir hissəsi yaxşı qızmırsa, o zaman.
@@budaq məlumat üçün çox sağ olun
Salam radiatoru ne ile yuyursuz?
Salam. Radiatoru biz yumuruq hal-hazırda. Xüsusi ərp əleyhinə vasitələr var ki, onunla yuya bilərsiniz. Hətta marketlərdə də satılır bu cür məhlullar. Yuyucu tozları olan hissədə. Ərp və pas qatıdırsa, daha güclü vasitələr lazım olacaq ki, bunu da ustalar edirlər.
Salam usta, mən radiatorların havasını çıxarmaq üçün birşey tapabilmədim. 3 qəpiklə, qaşığın arxasıyla, evin açarıyla cəhd etdim, yerləşmədiyi üçün açabilmədim. xaiş edirəm mənə kömək edərdiz.
Salam. Əgər özünün açarı yoxdursa, vintaçanla (atverka ilə), yaxud da adi kəlbətinlə də aça bilərsiniz. Ola bilsin, vinti ərp və ya pas tutub, bərkiyib. Bu səbəbdən də siz deyən əşyalar sürüşüb çıxır, açmır. Bu halda kəlbətinlə yoxlaya bilərsiz. Əgər onunla da mümkün olmasa, qorxusu yoxdur. Həmin hissəni - mayevski kranını bütöv açıb dəyişə bilərsiniz. Bu zaman yerə bir qədər su töküləcək. Qabaqcadan tədbirli olun (dəsmal və s). Radiatorun giriş və çıxışında olan kranları d a mütləq bağlayın. Mayevski kranının necə olduğunu bilmək üçün internetdə də axtara bilərsiniz. Axtarış üçün söz: Кран Маевского
Salam radiatordan gələn tıkkıltı sesi nədən ola bilər və çarəsi?
Salam. Suyun səsidir. Axını zamanı maneəyə rast gəlir. Radiatorun içərisində istehsal zamanı və ya quraşdırılarkən düşən maneə səbəb olur. Havanın olması zamanı da baş verə bilir, amma elə də nəzərə çarpmır.
Usta salam.
Radiatorun havasını çıxaran zaman kombi sönülü vəziyyətdə olmalıdır?
Öncədən təşəkkürlər.
Salam. Yaxşı olar ki, suyun axını dayandırılsın. Yəni, kombi sönülü olsun.
Salam usta atapleniyanın bir hissəsi qızır bir hissəsi buz kimidi bu nəyə görə ola bilər??
Salam. Radiatorun qızmayan hissəsi üstüdürsə, havasını çıxarıb yoxlayın. Əgər bununla da radiatorun hissələrində temperatur fərqi olarsa, içərisində tutulma səbəb ola bilər. Amma ilk növbədə havasını yoxlayın. Gec cavablandırdığım üçün üzrlü sayın.
Salam
Usta 5 mərtəbəli binada 3 otaqlı evdə yaşayıram. Otaqların 2sində və mətbəxdə normal istilik var. Lakin 1 otaqda havanı çıxardıqdan sonra yenə hava əmələ gəlir. Həmdə Havasını çıxardıqdan sonrada su şırıltısının səsi gəlir və 5-10 dəqiqəyə yenə hava əmələ gəlir, radiatorun 2 dilimi isti qalır digər 8 dilimi soyuyur. Zəhmət olmasa deyərdiz bunun səbəbi nədən olar.?
Salam. Əgər radiatorun havasını çıxardıqdan sonra təkrar hava düşürsə, bunun səbəbini ilk növbədə tapmaq lazımdır. Sizdə ümumi qazanxanadan gəlir xətt? Ola bilər ki, su ilə gəlib yığılır hava. Əgər bu hal təkrarlanırsa qazanxana (istilik sistemi) üzrə məsul şəxsə bildirin və ya radiatora kran bağlayın ki, havanı avtomatik çıxarsın. Mayevski kranlarının avtomatik hava çıxaranı olur. Ondan soruşun dükanlardan. Olsa, onu radiatora bağlayın.
İsinənə qədər suyun gəlməlidir, yoxsa su gəldikdən sonra bağlamaq olar?
Su gəldisə, deməli hava qurtarıb. Əvvəl su hava ilə qarışıq halda başlayır. Sonra isə ancaq su gəlir. Yarım stəkan kimi su gəldisə, artıq kranı bağlaya bilərsiniz. Hava kranını.
Bes bunu eden zaman kombini söndürmek lazımdı??
yox
Bəli. Su nasosu, pitiminutka və ya kombi sönülü olmalıdır.
Sondurmek lazimdir
Radiator isleye isleye havasini çıxartmaq olar?
Təzyiq altında olan (qapalı) istilik sistemlərində olur. Amma açıq tiplidirsə, yəni, genişlənmə rezervuarı varsa, onda yaxşı olar ki, suyun dövriyyəsini dayandırasınız.
Eqreb kombide 2 arasinda yox 2den yuxari qalxir neden olar o?birde radiyatorlar yari soyuq yari isdi oldu su siriltisi gelir radyatordan
Salam. Radiatorun hansı yarısı qızır? Aşağı hissəsi, yoxsa qırağı? Qoşulmadan da ola bilər, havadan da.
Salam usta bizdə Alarko cihazıdı. Bu gün qoşmaq istədik, amma 50 - yanıb sönür. Yəni radiatorda hava olduğu bildirilir.Bütün radiatorların havasını aldım. Su sürətlə axırdı, amma yenə eyni vəziyyət. Əvvəl də olurdu belə hallar, havasını alırdım işə düşürdü, amma indi təkrar - təkrar etdim elə yenə 50-də yanıb - sönür. Başqa nə edə bilərəm. Əvvəlcədən təşəkkür edirəm.
Salam. Radiatorlar və xətt üzərində yerləşən kranların hamısının açıq olmasını yoxlayın. Xətdə filtr varsa, onun da təmiz olmasına diqqət edin. Xətdəki suyun təzyuqunə baxın. Sudan bir qədər açıb boşaldaraq təkrar su vurub bir də yoxlayın.
Çox sağolun, artıq problem həll olunub.
Kombiyə bir dəfə üçün antfris tökmək ziyan olar?
Əgər güclü şaxtalar və sistemin işində fasilələr olmursa, antifrizi məsləhət görmürük.
Salam.men siz dediyiniz kimi havasini cixardim,ancaq 15 deqiqeden sonra yene temperatur dusdu radiatorun yari hissesi istidir yarisi soyuq. Bunu nece etmek lazimdirki hamisi eyni istilikde olsun?
Salam. Ola bilər ki, təkrar hava düşsün. Sistemin digər yerlərində qalan hava gəlib təzədən ora yığıla bilər. Həm də ola bilsin giriş və çıxış boruları düzgün quraşdırılmayıb.
@@budaq cox sagolun
Salam mən məhləli evdə yaşayiram mənim evim yaxşi isimir radiator isti olmur qaz 50-60 yanir. Bizdə Kombi Öptimal24 olub. Bizə dedilər sizə 24 azdi 28 lazimdi. Biz deyişdiq almişaq kombi kotel Demir doküm 30 iki borudu. Hettə bizim radiator divardan cixirdi ustadedi yerden cixmalidi,pollari deşdiler yeneden edibler. Amma mən heç ferqi qörmürrem. İndi deyiler motor qoş su qovucu🤦biz neyniyik?xaiş edirem kömek edin🙏
Salam. Suyun dövriyyəsi zəif olduğu zaman əlavə nasosa ehtiyac olur. Əgər elədirsə, gərək birinci, ikinci radiatorlar güclü qıza. Bütün radiatorlar zəif qızırsa, səbəb başqa ola bilər. Radiatorların düzgün qoşulmaması da ola bilər. Giriş yuxarıdan, çıxış kranı isə əks tərəfdən aşağıdan olsa daha yaxşı qızır radiatorlar.
@@budaq Mən sizə təşəkür edirem allah cinivizi saq elesin Elə düşünürem nasos quraşdiram inanin Minqeçevir şəhərdə mən bir yaxşi kombi ustasi tapamişam. Həresi bir sözdeyir bilmirem nə edim.
Bes radiatorun özünü nece söke bilerem. 2 parcası artıq gelır cıxarmak istıyirem
Salam.ikimertebeli evde yaşayiram aşaği mərtəbəde radiatorlar hami istidi.amma yuxari mertebede ise radiatorun üstü istidi aşagisi ilıqdi ne ede bilerem.prablemi ne ola.biler?
@Azad Abdullayev , seksiyalı (dilim-dilim) olan batareyanın hissələrini ayırmaq üçün xüsusi açar olur. Uzun qol kimidir. Onunla istədiyiniz dilimdən ayıra (bölə) bilərsiniz batareyanı. Bu açardan ustalarda və istilik avadanlıqlarını satan dükanlarda olur. Satışı demək olar ki, yoxdur. Ən yaxşısı, aparın, dükanda açıb versinlər.
@@gunduzagazad8430 Salam. Bu, suyun yuxarıya dövriyyəsinin zəif olmasından da ola bilər. Siz aşağıdakı radiatorların kranlarını bir az bağlayıb (tam yox) yoxlayın.
Salam usda radiyatirarin hamisi qizir birinen bawqa havasinida aliram genede qizimir o neden olar bir cavab yazarsan zehmet olmasa
Salam. Şəkilişdən ola bilər. Su digər radiatorlara axır, həmin radiatora meyl etmir. Buna məcbur etmək üçün əvvəlki radiatorların suyunu azldıb yoxlayın.
Usta mən otaqda krantlari bağlıyırdim arada. İşe gedende. Kombi xarab olub indi..İsti suda gelmir ,otağa da istilik gelmir. Ne etməliyik?. Ve bir sualım da odur ki istiliyi nece keçirdə bilerem otagda. Krantdan kecirdende xarab oldu
Kombinin adı demirdokumdu. Otaglar ataplenadi
Salam. Radiatorun kranlarını bağlamaq üçün gərək radiatorun aşağısından düz xətt (boru) getmiş olsun. Yəni, radiatordan su keçmədiyi halda ana xətlə su keçib digər radiatorlara gedə bilsin və kombiyə qayıda bilsin. Bu, birxətli sistemlərdə belə olmalıdır. Əgər su yalnız radiatordan keçib gedirsə, yəni, radiatorun altından ana xətt getmirsə, onda radiatoru bağladıqda sistemin suyu dayanmış olur və bu halda kombi işləmir. Əgər ana xətt yalnız radiatordan keçirsə, ona əlavə baypas əlavə etmək lazımdır. İnternetdə байпас yazsanız, daha ətraflı məlumat çıxacaq.
Salam Məhəmməd bəy. Radiator kranlarının üzərindəki “-“ və “+” işarələri nəyi göstərir? + açmaq - isə bağlamaq deməkdir. İkinci sualım isə radiatora gələn hər iki kranı açmaq lazımdır isitmək üçün? Yoxsa biri açıq biri bağlı olmalıdır? Bizdə də bu radiatorlardandır hamısının aşağı və yuxarısında kranlar var bilmirəm açmaq və bağıamaq hansı tərəfədir. Təşəkkürlər.
+açilan tərəfdir...-bağlamaq deməkdir...Aşağinida yuxarinida açig goyursunur...Yuxaridan su girir aşağidan çixir
Salam. Digər izləyici suallarınızı düzgün cavablandırıb.
Doğrudan da, kranı + tərəfə burduqda suyu açmış, - tərəfə burduqda bağlamış olursunuz. Su radiatora kranın birindən daxil olub digərindən çıxır. Ona görə də hər ikisi açıq olmalıdır. Temperaturu azaltmaq üçün kranlardan birini bir qədər bağlamaq olar. Hər iki tərəfdə ona görə kran qoyulur ki, radiator xarab olduqda, onu dəyişdikdə kranların ikisini də bağlayıb sistemdən ayırmaq mümkün olsun ki, sistemin suyu evə axmasın. Kranlar boruların üzərində qalır.
@@huseynyt3277salam xanım olar söz soruşum
Salam qardas santexnik isin olsa yaz isleyek mende ustayam is tapa bilmirem ayda ilde 1 2 defe is olur
Salam. Mən Sabirabad rayonunda yaşayıram.
Sizi tanımadan kiməsə məsləhət görə bilmərəm. Amma elan saytlarında (usta elanları olan) özünüzü profil aça bilərsiniz. Bu işdə sizə köməklik edə bilərəm.
@@budaq qardas santexnik qrupu var whatsapda?
@@elcinceferov3141 Salam. Mən elə bir qrupda deyiləm. Amma olmamış olmaz.
Usda bizde yuxari hisse isdi awagi hisse ise yuxarya nisbeten awagi isdilik olur nedendir bu??
Salam. İsti yuxarıya meyilli olur. Həm də radiatorun yuxarı hissəsinin içərisində su var. Aşağı hissənin ön tərəfində isə siz əlinizi vurduğunuz yerdə su yoxdur. Su divar tərəfdədir. Ona görə öndən çox hiss olunmur.
Ve aleykum salam usta ellerin var olsun usta mende ustu istidi alti soyugdu havasinida aciran hava gelmir su gelir alt yenede soyug olur
Əslində bu, normal haldır. Radiatorun aşağısı döşəməyə yaxın olduğundan, həmin hissəyə soyuq havanın axını nəticəsində tez soyuyur. Daha doğrusu, istiliyini havaya ötürür ki, hava axını da radiatorun yuxarısından otağa yayılır. Otağın havası qızdıqca, radiatorun aşağısı da qızmağa başlayacaq. Amma yenə də yuxarısı ilə fərqin olması normal haldır.
@@budaq cox sag ol qardaw
@@qudratbayramov850 Siz də sağ olun.
@@qudratbayramov850 Siz də sağ olun.
@@budaq yutubda baxdim bir uata deyir duzgun qowulma xetlerin altdan girmesi ele altdanda cixmasidi radiatorun birini ele eledjm xeyri olmadi eyni weydi
Salam nəyə görə radiatorun üstü isti olur aşağı hissəsi soyug olur
Salam. İsti yuxarıya meyilli olur. Həm də radiatorun yuxarı hissəsinin içərisində su var. Aşağı hissənin ön tərəfində isə siz əlinizi vurduğunuz yerdə su yoxdur. Su divar tərəfdədir. Ona görə öndən çox hiss olunmur.
@@budaq salam . Bizdə də bir radiatorda eyni problem var . Digər otaqlarda radiyatorların həm aşağı , həm yuxarı hissəsi eyni istilikdə olur . Sadəcə bir otağın radiatoru yuxarı hissə isti , aşağı hissəsi demək olar ki, istilik deyilən heçnə yoxdur .
Radiatorun içərisində suyun dövriyyəsinin yaxşı getməməsindən də ola bilər. Suyun təzyiqinin həmin radiatorda zəif olması və ya radiatorun içərisində ərpin və ya pasın mane olması da səbəb ola bilər. Əgər həmin radiator uzun müddət istifadə olunursa, yuduzdura bilərsiniz.
Monomtr 2də qalsa prablem olmazki
Bizim sistem təzyiq altında çalışmır. Təzyiqlə çalışan sistemlərdə isə təzyiqin 2-də qalması normaldır.
Salam radiator yana yana havasını çıxartmaq lazımdır?
Salam. Bu halda da mümkündür. Amma daha yaxşı olar ki, sistem dayandığı halda edəsiniz. Radiatorun içərisindən təzyiqlə su axdığı zaman radiatorun yuxarısına (hava olan yerə) yox, giriş və çıxış hissələrinə daha çox təzyiq göstərir.
Radiatorun 4 cu sektorunun as'agisindan su damcilayir ,haradan axa biler?
Arakəsmədə salnik olur, ordan da ola bilər, deşilmə səbəbindən də. Əgər hər iki tərəfdə kran varsa, o kranları bağlayıb radiatoru sistemdən ayırıb çıxararaq özünüz də baxa bilərsiniz, ya da ustaya aparıb düzəltdirə bilərsiniz.
Salamlar..Radiatoru ozum evde yuya bilerem? Tanıdığım insanalar var ki hansi ki özləri yuyur..Eger yuya bileremse basa sala bilersiz? Birde onun təhlükəsi yoxdu ki ozum eləsəm?
Salam. Özünüz də yuya bilərsiniz. Əgər radiatorun girişində və çıxışında kran varsa, onları bağlayaraq radiatoru ayırıb yuya bilərsiniz. Ərp əleyhinə vasitələr var ki, onunla ərpi və pası təmizləyə bilərsiniz. Bunun üçün nasos və ya iri ləyən lazım olacaq. Radiatoru açmadan bütün sistemi də yuya bilərsiniz. Amma bu iş çətindir. Təmizlənən ərpin borularda tıxanıb qalma ehtimalı da olur.
Usta radiatorlarin havasini cixartdim. Ama yanmir yene. Radiatorun bashinda ve ashagisinda kranlar var. Onlardan hansini achmaliyam ishlesin deye?
Salam. Hər iki kran açıq olmalıdır. Radiatora isti su birindən daxil olur, digərindən çıxır. Əgər biri bağlı olsa, radiatora isti su daxil olmayacaq və radiator qızmayacaq. Kranlardan birini qismən bağlamaqla onun temperaturunu azalda bilərsiniz.
Bu deyileni etdik, yenede qizmir, ancag evde bidenesi qizmir sebeb nedir?
Salam. Ola bilər ki, su həmin radiatora yaxşı axmır. Borulardan da ola bilər. İlk növbədə kranları yoxlayın. Həmin radiator digərlərindən uzaq məsafədə olmasından da ola bilər.
Acmaq ucun o açar harda satilirki
Salam. Radiatorun aksesuar dəstində olur. Əgər yoxdursa, adi vintaçanla (atverka) da açmaq olur. Vintin üzərində yarığı vardır.
Salam istipolun havasi nece cixir?yari qizib yari yox
Salam. İsti polun havası kollektordakı klapanlardan çıxarılır. İstiliyin bölüşdürülməsi də kollektordan edilir. Qızmayan hissə kollektordan bağlı da olmuş ola bilər. Ordan da yoxlayın.
Havasın alarkən radiyatorun kranını bağlamalıyam?
Salam. Xeyr. Kran açıq olmalıdır ki, su daxil olub radiatordan havanı çıxarsın. Amma sistemi söndürün, işləməsin bu vaxt.
@@budaq Salam usta.Kombinin əqrəbi düşüb aşağı.Su vurmaq istədim amma su vurmaq olmadı.Birinci dəfədir belə olur.Həmişə açırdım su gəlirdi,əqrəb 2yə yaxınlaşanda bağlıyırdım
Salam. Mənim əvvəldə yazdığım cavabım açıq tipli istilik sisteminə aiddir. Sizdə kombidirsə, suyu motorla vurun (həmişəki kimi). Kranların bağlı olub-olmadığını yoxlayın. Filtrlər də tutula bilər.
Salam, Məhəmməd bəy. Radiatorun havasını alsam da, yenə də soyuqdur. Başqa nə etmək olar?
Salam. Digər radiatorlar kifayət qədər qızırsa, səbəb müxtəlif ola bilər. Qızmayan radiatorun kranlarının açıq olmasını yoxlayın. Suyun radiatora yaxşı daxil olmaması səbəb ola bilər. Boruda. kranlarda və ya radiatorun özündə də tutulma ola bilər. Həmçinin, şəkilişə görə də suyun yaxşı dövr etməməsi baş verə bilər. Radiatora gələn xətt uzaq və ya çətin trayektoriya da ola bilər ki, bu da səbəb ola bilər.
Salam su borularına hava düşüb necə çıxara bilərik xahiş edirəm cavab yazasiz
Salam. Əslində su borusunda su qalmamalıdır. Çünki suyun təzyiqi borularda çox olur və havanı qovub çıxarır. Ola bilər ki, borunun diametri böyük olsun və təzyiq həmin boruda az olsun. Başqa kranları bağlayıb suyun ancaq boru ilə axmasına məcbur etsəniz, havanı çıxara bilər. Ola bilər ki, boruda (metaldırsa) pas və ya ərpdən maneə yaranıb, o da səs edə bilər.
@@budaq çox sağolun Allah razı olsun sizdən amma mən artizan borularıni soruşurdum 300 metr mesafedi su kəsilib deyirler hava düşüb onu soruşurdum necə etmək olar eyer mümkündürse cavab yazardiz öncədən təşəkkürlər
Artizan və çaylardan su çəkən nasoslarda hava nasosdan qabağa (çaya və ya yerin altına doğru) qədər olan hissəyə düşdükdə problem yaranır. Bunun üçün həmin hissə su vurmaqla havanı çıxarırlar. Yəni, nasosu işə salmaq üçün əvvəlcə nasosun özünü və öxündən qabaq borunu kənar su mənbəsindən (çəndən, kanistrdən) doldurmaq lazımdır. Havanın düşməsi (daha doğrusu suyun borudan axıb getməsi) klapanın sıradan çıxması və ya zibillənməsi səbəbindən ola bilir.
@@budaq cox sağolun başa saldığınız üçün bəlkə siz ıran peclerinin filterinin dəyişməsində bilirsiz eyer bilmirsizsə video paylasardiz zəhmət olmasa
Salam radiatorun aşağıları ilıq yuxarı hissesi isti olur bu neden belədir usta
Salam. Normal halda radiatorun yuxarı hissəsi aşağısından daha isti olmalıdır. Təbiətdə də isti hava və su yuxarı qalxır, soyuq isə aşağı çökür.
Necce dene radiator var
1 deqiqelik işi 15 deqiye izah eleyir
Salam. Bağışlayın, vaxtınızı aldığıma görə.
hava nece saata cixir
Salam. Hava saniyələr ərzində çıxır. Bir dəqiqə çəkmir. Sistemə ilk dəfə su vurulduqda isə boş radiatorun havası bir neçə dəqiqə çəkə bilər.
Ataplenan in altından su niye axır yazında zəhmət olmasa arada axmır arada su axir
Salam. Radiatorun aşağısından su o vaxt axa bilər ki, kipkəci (salniki) quruya bilər. Bu da çox vaxt radiator soyuyanda, yəni istilik sistemi fasilə edəndə ola bilər. Qızanda rezin genişlənir və suyun qabağını alır. Əgər sıxmağa açarınız varsa, zəif şəkildə həmin hissədəki qaykanı sıxın. Ola bilər siz dediyinizi yanlış başa düşmüşəm, hər halda, güman etdiyim problemin həllini yazmağa çalışdım.
@@budaq radiatorun altından elimizi vururuq dilimlerini arasından gelir su .fasilə verməyine verir kombi onu sıxmaq olarki acarnan?
@@betiabdul2209Dilimlərin arasından axırsa, onda kənardan sıxmaq mümkün olmayacaq. Dilimlərin arasında da kipkəc olur. Əgər radiatorda çat və ya deşilmə yoxdursa, yəni, suyun damması məhz dilimlərin arasındakı kipkəcdəndirsə (salnikdəndirsə), onda radiator açılmalıdır. Xüsusi açar olur radiatoru yığmaq və ya sökmək üçün. Radiatorun içərisinə salınır və hansı dilimlərin arasından axırsa, həmin dilimlərdən radiatoru ayırıb yeni salnik qoyub təzədən bağlamaq lazımdır. Radiatorun girişində və çıxışında kranlar olur ki, onları bağlayaraq sistemlə əlaqəni kəsib sonra da radiatoru açıb ustaya apara bilərsiniz. Sistem isə həmin vaxtda işinə davam edəcək. Əgər kipkəcdirsə, dəyişiləcək, çat varsa, həmin dilimə uyğun satışda radiator olsa, dəyişmək də olar. Yaxud da lehimləyə bilərlər. Əgər kipkəcdəndirsə,15-20 dəqiqəyə dəyişə bilərlər.
Radiatorun hansı hissəsindən damırsa, həmin hissəni işarələyin ki, ustaya aparanda biləsiniz. Radiatoru açacaqsınızsa, döşəməyə suyun axacağına görə tədbirli olun ki, döşəmə islanmasın. Həmçinin, radiatoru açmışkən onu yudurda da bilərsiniz. İşləri indi də görə bilərsiniz, yayda istifadə etmədiyiniz vaxtda. Bu cür istifadə edəcəksinizsə, sistemə müəyyən vaxtdan bir su əlavə etməli olacaqsınız ki, sistemə hava düşməsin.
@@budaq Allah razı olsun sizden
Salam usta, mende qonaq otaqinda 2 eded kombiye qoshulmush radiator var, biri isinir digeri ise yox, hava cixartdim , su cixartdim, xeyri olmadi. Ne edim?
Salam. Çəkilişdən asılı ola bilər. Görmədən dəqiq deyə bilmərəm.
Salam, bizdə radiator yalnız suyunu açırıq boşaldırıq onda isti olur qızır amma suyu bağladıqdan sonra 15 dəqiqə falan radiator yenə buza dönür bu nədən olur?
Salam. Bu ondan ola bilər ki, radiatora öz xoşu ilə su axmır. Siz suyunu boşaldanda yerinə xətdə olan istu su gəlir və o da tez soyuyur. Radiatora daimi su axını yoxdur ki, onu isti saxlasın. Bu da çəkilişdən ola bilər. Əgər ikixətli sistemdirsə, onda əvvəlki radiatorların kranlarını bir az bağlayın ki, sonrakı radiatorlara da su çatsın. Birxətli sistremdirsə, əvvəlcə kranların açıq olmasını yoxlayın. Radiatorun altından düz küçən xəttin üzərində kran yoxdursa, onu əlavə edərək, suyu bağlayıb hamısının radiatordan axmasına məcbur edə bilərsiniz. Bundan əvvəlki videolarımızda izah etmişik. (suallara cavab-1 videosunda)
salam men bina evide qaliram birinci mertebede radiyatora hava yigilir tekrar cixardiram tezeden yigilir .ne edim.saq ol
Salam. Havanı avtomatik çıxara bilən klapanlar olur. Ondan alıb bağlasanız, hava çıxacaq, suya çatanda özü bağlayacaq. Nə vaxt hava yığılsa, özü dərhal çıxaracaq. Bilmirəm burdakı dükanlardan hansında olur. Amma elə klapanlar var. Axtarsanız, taparsınız.
Radiyatorlar qizdirmir neden olar? Birterefi qizdirir birterefi soyuq.radiyatorda suyun sesi gelirdi.
Salam. Elaqe nomresi yazin zehmet olmasa
Salam. Bütün əlaqə vasitələrimiz yuxarıda (vidaonun altında) qeyd edilib.
Usta mende radiatirin yuxarısı qızır ama aşağısı yox başqa otaqlarda asagisida qızır ama bir otaqda ancaq yuxarısı qizir
Salam. Ola bilsin sizdə radiatorun giriş və çıxış boruları düzgün quraşdırılmayıb. Çox güman ki, hər iki boru yuxarıdan birləşdirilib. Bundan ola bilər.
Bizim radiatordan çox qəribə səs gəlir , qonşulardan soruşuram onlarda da elədi, elə bil evdən çay axır , hava yigilir çıxarıram yenə turbadan hava gəlir, evdə qəribə səs olur, biri deyir təzə verilib ataplenya ona görə belədi düzələr amma 4 gündü belədi nə edək bilmirik səsdən baş qulağımız gedib
bizdeda 1 otaqda eladir.istilik sistemi iscilerine deyirsen gelib baxir deyir senda sistem duz qosulmayib yeniden pul ver biz yixaq tezasin).
Əgər radiatordan səs gəlirsə, deməli içərisində hava var. Tək su, demək olar ki, səs çıxarmır. Havanı çıxarın, düzələr inşəAllah.
@Nuraddin Ibragimov Ola bilər ki, əsas xəttin üzərində olan kranlardan hansısa bağlıdır və ya filter tutula bilər. Yəni, suyun dövriyəsinə maneə yarananda səs çıxara bilər.
Salam qardaw o radiatorun heç olmasa ildə birdefe için yuyunda içindən palçıq tokulur
Salam. Bu sistem artıq 5-ci ildir işləyir. Hərdən filtri təmizləyirik, amma palçıq tökülmür. Əvvəlki sistemlərin borusu və radiatorları, eləcə də su qızdırıcısı (kolonkası) dəmirdən olduğu üçün onlarda paslanma çox gedir. Amma plastik boru, alüminium radiatorlar və pitiminutka ilə çəkilmiş sistemlərdə paslanma çox cüzi gedir.
Salam bir otaqda qizmir radiator
Salam. Əvvəlcə radiatorun kranlarının açıq olmasını yoxlayın. Hər iki kran açıq halda zəif qızırsa, havasını olub-olmamasını yoxlaya bilərsiniz. Amma əvvəlcə kranları yoxlayın. Kranın biri də bağlı olsa, suyun dövriyyəsi olmayacaq və radiator qızmayacaq.
Salam. Men her gun radiatorlarin havasini tez tez cixariram. Ama normal qizmur yene
Salam. Radiatorun havasını çıxardıqdan sonra radiatorun temperaturunda dəyişiklik olur? Bəlkə radiatora su yaxşı gəlib çatmır? Yəni, başqa səbəb də ola bilər.
@@budaq Beli azca istilik artir. Ama yenede 78 derece ucun istilik az olu
@@Sweathome123 Ola bilər ki, bu radiatordan əvvəlki radiatorların kranları tam açıqdır və onlar suyun istiliyinin çox hissəsini udur. Əvvəlki radiatorların kranlarını bir qədər bağlayıb baxın.
@@budaq . ust terefdekı kranlari?
Diqqetinize gore cox sag olun
@@Sweathome123 Bəli, radiatora bağlı olan kranları. Yuxarıdan da qoşulmuş ola bilər, aşağıdan da. Tam bağlamayın ki, onlara da su girsin. Qalan su isə gedib sonrakı radiatorları qızdırsın.
Salam yenidən su vurulur yoxsa yox ?
Salam. Radiatorun havası çıxarılırsa, yenidən su vurulmalıdır. Çıxan havanın miqdarından asılı olaraq. Kombidirsə, təzyiqə nəzarət olunur. Sadə genişlənmə çəni varsa, ona.
@budaq necə vurulur haradan video varmı səhifədə ona aid
@@əli-v4f Sistemə su vurmaq üçün çox vaxt sistemin çəkilişi zamanı əlavə kran qoyulur ki, su xəttinə qoşub su əlavə etmək olsun. Bizim sistemdə isə bu yoxdur və biz suyu genişlənmə rezervuarından əlavə edirik. Digər videomuzda genişlənmə rezervuarı barədə danışmışıq: ua-cam.com/video/frMtFtXbXys/v-deo.html
Qeyd edim ki, bizim birləşdirdiyimiz plastik qabın altı açıqdır. Və o, qıf kimi dayanıb. Suyu da banka ilə asanlıqla əlavə edirik. Müasir dövrdə istilik sistemləri plastik boru və alüminium radiatorlarla çəkilir deyə onların da su tutumu az olur. Ona görə də dediyimiz üsulla asanlıqla su əlavə etmək mümkündür. Radiatorun havasını çıxardıqda da plastik qabda azalan suyun üzərinə su əlavə edirik.
@@budaq varolun
Salam Aleykum +terefe etdim obri otaqdada bubri otaqdada her iksinde yuxarnida awaqinda +terefe etdim 2 vedre su aldim her iksinende bina evidi atapleynaya elmi qoyub deqelernen saqliyram neden olar?
Salam. Sizin sistem binanın ümumi sisteminə aiddir, yoxsa özünüz ayrıca çəkdirmisiniz?
Ola bilər ki, su özü çox isti deyil. Mənzilə gələn boru xətti dəmirdəndirsə, onun istiliyini də yoxlaya bilərsiniz. Plastikdirsə, ilk kranın dəmirinə əlinizi vurub baxın.
@@budaq ûmúmidi Kaprondu elmi vuram atpleynanin istlynende azdi
Biz nə bilek birinçi radiator hansidi?(((
Birinci radiatoru tapmaq üçün kombinin (kalonkanın və ya pitiminutkanın) çıxış borusunu müəyyənləşdirmək lazımdır. Həmin boru üzərində kombiyə ən yaxın olan radiator birinci radiator olacaq.
@@budaqBizim kombi düz mətbexin ayasinin altindadi. Deyməli birinçi radiator mətbexindi. Mən sizə minataram başasalmisiz.
Çox sağ olun.
Havasını cixatrdsada,yuxarı hissəsi gaynar oldugda, aşağı hissəsinin istiliyi çox zeidi!
Əslində bu, normal haldır. Radiatorun aşağısı döşəməyə yaxın olduğundan, həmin hissəyə soyuq havanın axını nəticəsində tez soyuyur. Daha doğrusu, istiliyini havaya ötürür ki, hava axını da radiatorun yuxarısından otağa yayılır. Otağın havası qızdıqca, radiatorun aşağısı da qızmağa başlayacaq. Amma yenə də yuxarısı ilə fərqin olması normal haldır.
Suyun radiyatora padacasi yeni verilishi altdan olmalidir hava mava bosh sohbetdi
Biz videogörüntü ilə izah edib göstəririk. Boş olmadığını da mümkün qədər izah etmişik.
,25 lik boru ilə radiatora giriş çixiş vermək düzgündür
Bəli, düzgündür. Kiçiyi ilə də etmək mümkündür. Bəzən elə olur ki, radiatorun yaxşı qızması üçün bütün suyun radiatorun içərisindən keçməsin istəyirik. Xüsusilə də sonuncu radiatorlarda. Bu halda suyun təzyiqinin azalmaması üçün radiatora qalxan borunun diametri kiçik olmasa yaxşı olar.
24 luk kombiyə necə kvadrat istipol palojnadi
@@shadtyusifov407, isti pol üzrə ixtisaslaşmamışam deyə dəqiq cavab verə bilməyəcəyəm. Üzürlü sayın. 24-lük pitiminutka radiatorla 65 kvadrat mənzili təmin edir.
@@shadtyusifov407 100 kvm rahat qizdira biler ama borular 50 metrden yuxari cekilmemk serti ile
Havasında çıxardım üst hissə qızır alt hissə qizmir
Temp 60+ ele
Radiatorun üst hissəsinin temperaturu ilə alt hissəsinin temperaturlarında fərqin olması normal haldır. Çünki, raditorun alt hissəsi döşəmənin soyuq havası ilə təmasdadır. Radiatorun forması elə tərtib olunub ki, otağın havası dövr etsin. Yəni, döşəmə üzərindən soyuq hava radiatora toxunaraq onun arakəsmələri ilə qızaraq yuxarı qalxır. Odur ki, dediyiniz hal normaldır. Otağın temperaturu qızdıqdan sonra temperatur fərqi də nisbətən azalacaq.
Ureyim uzulduyaaaaa tez tez danisda
Bağışlayın. Yutubun videooxuducusunda sürət tənzimləməsi var. Onu vurub sürətlə baxa bilərsiniz.
@@budaq ondada hecne anlasilmir
vedre dolusu su cixiramma qizmir
Ola bilsin suyun həmin radiatorda dövriyyəsi zəifdir. Ola bilər ki, ondan əvvəlki radiatorlar istinin çoxunu udur, ona su ilıq gəlib çıxır. Ya da ümumiyyətlə suyun daxil olmasında zəiflik var. İlk növbədə kranların tam açıq olmasını yoxlayın.
RADYATOR DA SƏHV QOŞULUB İKİ TƏRƏFDƏN GİRİŞ ÇIXIŞ XƏTT AŞAĞIDAN QOŞULMALIDI,YOXSA RADYATORUN AŞAĞI HİSSƏLƏRİ QIZMIR,55 FAİZİ İŞLƏYİR
Suyun radiatorun daxilində daha yaxşı dövr etməsi üçün onun çarpaz axını məsləhətdir. Sizin halda su aşağı ən qısa yolla hərəkət etdiyi üçün aşağı hissə yaxşı qızır. Amma lazımdır ki, radiator bütövlükdə qızsın.
Duz qoshmamisiz isti su aşağıdan qoshulur ona görə qizmir
Videoya sona qədər baxsanız, qızdığını görərsiniz.