Paşinyan İrandan buna görə üz çevirir | Baqdasaryan hər şeyi danışdı

Поділитися
Вставка
  • Опубліковано 17 тра 2024
  • Paşinyan İrandan buna görə üz çevirir | Baqdasaryan hər şeyi danışdı
    “Bizim üçün ən vacib məsələlərdən biri Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanması və Zəngəzur məsələsidir. Burada Ermənistan və İranın maraqları 100 faiz üst-üstə düşür, ancaq Qərbin yox. Qərb Rusiya və İrandan yan keçən və birbaşa Orta Asiyaya uzanan platforma yaratmaqda maraqlıdır və bu, Türkiyə və Azərbaycan üçün daha sərfəlidir”.
    Bu sözləri politoloq Armen Baqdasaryan erməni mediasına geniş şərhində deyib. Onun iddiasına görə, bu məqamda Ermənistan Baş naziri Nikol Paşinyanın İranla münasibətləri ikinci mərhələyə keçirib, birbaşa Qərbə üstünlük verməsi müşahidə edilir:
    “Qərb üçün bölgəmizdə əsas oyunçu Türkiyədir və əsas hədəf bir tərəfdən Rusiya, digər tərəfdən isə İran olduğu üçün təbii ki, Qərbə inteqrasiya birbaşa Türkiyə ilə münasibətləri gücləndirmək və əməkdaşlıq etmək deməkdir. Həmin inteqrasiyanın yolu Türkiyədən keçəcək və Ermənistan iqtisadi, siyasi və hərbi potensialı ilə Türkiyə ilə bərabərhüquqlu əməkdaşlıq edə bilməyəcək və nəticədə Türkiyənin marionet ölkəsinə çevriləcək”.
    Onun fikrincə, İran Ermənistanın müdafiə qabiliyyətini artırmaq arzusu və imkanı olan ölkədir. Ancaq hazırda Ermənistanın qərbyönlü siyasəti İranla əlaqələrin saxlanılmasına imkan vermir, hətta Avropa İrəvanın İrana sanksiyalara qoşulmasını tələb edə bilər.
    Baqdasaryan qeyd edib ki, Paşinyanın “bir gün İranla sərhədin bağlana biləcəyi” haqda sözləri ciddidir, xüsusən nəzərə alaq ki, o, bu fikri ABŞ-nin yüksək rütbəli məmurunun səfəri zamanı səsləndirmişdi.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Paşinyan İrandan buna görə üz çevirir | Baqdasaryan hər şeyi danışdı
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #paşinyan #iran #baqdasaryan #türkiyə #armenbaqdasaryan #nikolpaşinyan #rusiya #ermənistan

КОМЕНТАРІ • 7

  • @user-mm9ez1ur5t
    @user-mm9ez1ur5t 14 днів тому +2

    🇦🇿🤝🇹🇷👍🏽

  • @user-hf7mb9uo6k
    @user-hf7mb9uo6k 14 днів тому +2

    🇦🇿🇹🇷👍

  • @user-qk5ud5fq3p
    @user-qk5ud5fq3p 14 днів тому +2

    Nikol Paşa farsa təqlid etmək istəmir.

  • @user-sd6ub7fd6v
    @user-sd6ub7fd6v 13 днів тому +1

    Ermeniler sevinsin ki Türkleri altinda olacaq.

  • @aycinhesenov1768
    @aycinhesenov1768 14 днів тому +2

    Turkiye böyuk dövletdi böyuk milletdi ay haylar siz sevinin ku siz turkiyenin himayesi altinda olacaqsiz😂😂