Quru sərhədlərinin açılması ilə bağlı vacib xəbər - Şərtlər belədir

Поділитися
Вставка
  • Опубліковано 9 вер 2024
  • Quru sərhədlərinin açılması ilə bağlı vacib xəbər - Şərtlər belədir...
    Quru sərhədlərinin açılması məsələsi ətrafında müzakirələr davam edir. Məkan Xəbər Xəbər verir ki, Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbiri ərəfəsində quru sərhədlərinin müəyyən şərtlər çərçivəsində açılması ehtimal edilir. Sərhəd bölgələrində yaşayan insanların əksəriyyətinin gəlirləri və dolanışığı qonşu ölkələrlə ticarət və mübadilə əsasında formalaşdığına görə, hazırda durğunluq yaranıb. Belə olan halda prosesdən çıxış yolu ilə bağlı fərqli fikirlər səslənir. Mövzu ilə bağlı Teleqraf.com-a danışan iqtisadçı Rəşad Həsənov quru sərhədlərinin uzun müddət qapalı qalmasının təhlükəsizlik və digər məsələlərlə bağlı olduğunu əsaslandırsa da, bunun mənfi elementlərinin də olduğunu deyib. O qeyd edib ki, quru sərhədlərin uzun müddət bağlı qalması böyük sosial kütlələrə, onların həyat tərzinə, dolanışığına, mikro və kiçik biznesə, fərdi sahibkarlığa təsir göstərir: “Eyni zamanda ailə büdcələrinin idarə edilməsində bunun böyük təsiri var. Təxminən 1 milyondan artıq insan demək olar ki, sərhəd bölgələrində xırda ticarətlə öz dolanışığını təmin edirdi. Həmçinin insanlar ailə büdcəsini daha sərfəli alış-veriş etməklə daha normal idarə edə bilirdi”.
    İqtisadçıya görə, cəmiyyət quru sərhədlərinin açılmasını istəyir:
    “Bunun sosial-iqtisadi faydaları çoxdur. Olsa bilsin ki, indi bir sıra sahələrdə üstünlüklər yaransın. Xırda ticarət formasında ölkəyə mal və xidmətlərin gətirilməməsi nəticədə bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövriyyəsinin genişlənməsinə gətirib çıxarır. Eyni zamanda ixracla məşğul olan şirkətlərin də dövriyyəsində genişlənmə baş verir. Çünki insanlar fərdi şəkildə öz məhsullarını gətirə bilmir. Bu da müəyyən mənada rüsumlara, vergi yığımlarına müsbət təsir edir”.
    Rəşad Həsənov hesab edir ki, bütün hallarda quru sərhədlərinin bağlı qalmasının neqativ təsirləri çoxdur:
    “Ona görə də, quru sərhədləri açılmalıdır. Təhlükəsizlik məsələləri isə aidiyyatı dövlət qurumları tərəfindən çevik şəkildə idarə edilə və tənzimlənə bilər”.

КОМЕНТАРІ • 20

  • @user-xb8lo5dv2t
    @user-xb8lo5dv2t Місяць тому +12

    Ачанын дадасинин корну скем хеч ачмайн лазым дой йоларын ачылмагы

  • @user-gw4od6vu2j
    @user-gw4od6vu2j Місяць тому +5

    Acmırlar millət təyyarə İıə gedib gəlsin . Pul kiminsə cibinə getsin. Millət yazıq deyilmi niyə acmırlar yolu açın bəsdir qırdınız millətin belini

  • @muradzeynalov9148
    @muradzeynalov9148 Місяць тому +1

    Цаханама ачылсын гарада йола Аллах хамиша баглы сахласын.

  • @user-ye1gc1fm7x
    @user-ye1gc1fm7x Місяць тому

    Həmmeşə yaxşı olacaqdır

  • @user-kq9vb1yk8k
    @user-kq9vb1yk8k Місяць тому +4

    Гуру серхед бахлы бенизн баха иш йох такси ишчлерни чорекни кесдилер хер бир шей баха бу милет нече долнсын

  • @user-ep7lt4mn2s
    @user-ep7lt4mn2s Місяць тому +1

    Masallah olsun prezident xalqini yaman cox isdayir 😂😂😂

  • @FuadZahirov-dl8ko
    @FuadZahirov-dl8ko Місяць тому +2

    Manapoliyadi

  • @user-vy9lr1zu1s
    @user-vy9lr1zu1s Місяць тому +1

    Ачмайын сехреди ачанын атаба атасына ленет хайыф Азербайджандан йийесиз олкедир

  • @radhanmollaev9889
    @radhanmollaev9889 Місяць тому +1

    Guya indi bu Rəşad həsənov söylədiklərini heç kim bilmirdi ki.

  • @user-lm2qc5df6j
    @user-lm2qc5df6j Місяць тому +1

    Бу неча довлатди ки,озуну горя билмир, кимнан горхурсуз ай шарафсизлар, сих башда отранлар гулдурсуз,бандитсиз,инсанлар сиздан горхур,ачын сархатлари!

  • @fexiela._1995
    @fexiela._1995 Місяць тому

    Bəs deyirlər oktiyabirin 1 də açilir.

  • @xayalaibragimova3221
    @xayalaibragimova3221 Місяць тому +1

    Hər ğələn pul versin əliyevə az yığıb 4 ili

  • @yummy_.kitchen
    @yummy_.kitchen Місяць тому

    Nə tez- tez camaat sərhəddən dolanırdı deyirsiz! Sərhəddə mənə sərhədçilər dedilərki sən heç narahat olma. Kimə lazımdırsa gətirəcək. Bəs tırlar, maşınlar nə iş görür? Siz yəni insanlar iş adamlarına mane olur, onların işinə əngəl olursuz!

  • @user-xz5go9ns5d
    @user-xz5go9ns5d Місяць тому +1

    Ачма гой миллат грлсын

  • @mentiqabbasov9475
    @mentiqabbasov9475 Місяць тому

    2027 də açılacaq ilk bağlananda agzdarinda qaçırdılar

  • @user-dv8kb5pm8s
    @user-dv8kb5pm8s Місяць тому

    Yalanan.yörmain.oznuzu.o.tayaradan.gazanir.vejnadimi.xalgdan.hec.vikiraşmirki..dyazin.oxuyun.der..onu.olkadan.cixartmag.lazimdi

  • @ruslanyusubov3414
    @ruslanyusubov3414 Місяць тому +1

    boş söhbətdi 2025 də açilacax

  • @user-gy4ur4qn8t
    @user-gy4ur4qn8t Місяць тому

    Tökdūrduz eeee... guru serhediynen