Çay kənarındakı evlər üçün təhlükə yaranıb - APA TV

Поділитися
Вставка
  • Опубліковано 28 вер 2024
  • #APATV #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm
    Ötən gündən başlayaraq cənub bölgəsində qeyri - sabit hava şəraiti bir sıra fəsadlar
    törədib. Rayonun Siyəkü kəndi ərazisində Pensərçay bir neçə
    istiqamətdə 40 metrə qədər məcrasını dəyişib. Sakinlər deyir ki, dünən
    gecə Pensərçayda suyun səviyyəsi 5 metrə kimi qalxıb və su həyətlərə
    dolub. Çay kənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.
    Bu çay qabaq ordan gedirdi. İstiqaməti dəyişdi düz buranı, çəpər
    görünür də, poçti 4 metr çəpərin hündürlüyü var. 4 metrə su qalxdı
    girdi həyətə, həyəti də pis günə qoydu. Burda bəlkə də 10 minə yaxın
    ziyan vurdu balıq saxlayırdıq. Hələ bu ağacları demirəm, çəpərləri
    demirəm. Dəfələrlə belə olub.İstiqaməti çay dəyişdi gedib girib bağın
    içinə nətincədə yoxdur. İcra nümayədəsindən xahiş elədik səhər
    gəlmişdi özü baxdı dedi məlumat vermişik yuxarıya heçnə yoxdur.
    Sel birdəfəlik qalxdı. Həyəti basdı, naringi ağaclarını apardı. Hardasa
    bir 30 - 40 - 25 dənə üstündə meyvəsi. Həyətə dəyən ziyan bu. 6 - 7
    metr enliyində uzunluğu da hardasa görsənir də 30 - 40 metr torpağı
    yuyub apardı. Evə çatıb ev üçün təhlükədir.
    Gecə seldən sonra çəpərimdir, göz qabağındadır. Bu tərəfdə voobşe
    çəpər yoxdur su aparıb. O tərəfdən də pis gündədir. Ev hamısı su
    içindədir, 1 metr suyun içindədir ev. Uşaqları güclə çıxartdım ordan. 6
    dənə arı yeşiyimi aparıb. Qalan arılar da orda palçığın içindədir.toyuq
    cücə 27 dənədir onuda aparıb.
    Bu möhkəm sel 10 radələri idi də 22 - də gəldi çaya. Səsdən çıxdım
    həyət bu gündədir. Kivi bağları burda 200 dənədən çox ağac var.
    Onlar yox dərəcəsindədir. O tərəfdən həyəti aparıb. 1 - 2 sot həyəti
    aparıb, onu göstərərsiniz. ///61 yaşım var belə şey görməmişəm sel
    gəlsin çaya.
    Kənd sakinləri onu da bildirdilər ki, Pensərçay sahil boyu sahilbərkitmə
    işləri tez aparılmalıdır. Əks halda fəsadlar daha böyük ola bilər. Siyəkü
    kənd bələdiyyə sədri baş verən təbii fəlakətlə bağlı artıq aidiyyəti üzrə
    qurumlara məlumat verildiyini bildirib. Pensərçayın daşaraq fərdi
    həyətlərə, təsərrüfatlara vurduğu ziyanın miqdarı hesablanır.

    Demək olar fərdi həyətyani sahələrdə sitrus bağlarını ari pətəklərini su yuyub
    Aparıb. Əhalinin çox qismi dolanışıq
    bundandır və fərdi həyətyani sahələrdə torpaqlardandır. Torpaqları da
    sel aparmışdır. ///Demək istəyirik ki, Siyəkü bələdiyyə ərazisinin
    Siyəkü və bir də Pensərçay məcrası öz axarından çıxmışdır və çoxlu
    ziyanlar fərdi həyətyani sahələrə vurmuşdur.
    Qeyd edək ki, təbii fəlakət Siyəkü ərazi vahidliyinə daxil olan 24
    kəndinin hər birinə, təsərrüfatlara küllü miqdarda ziyan vurub.
    İlkin Rzayev
    Rövşən Almazoğlu
    APA TV Astara
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi X səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 1

  • @rahimmeherremov8795
    @rahimmeherremov8795 3 місяці тому

    He indi ne edey tebiyi felaketdi da caniz sagdi wukur edin bududa dovlet edib