Hər gün bu əməli edin - Hacı Şahin - Hər axşam özünü hesaba çək

Поділитися
Вставка
  • Опубліковано 9 вер 2022
  • 🔔Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    ✏️Hər gün bu əməli edin - Hacı Şahin - Hər axşam özünü hesaba çək
    Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü sizi hesaba çəkməmişdən qabaq siz özünüzü hesaba çəkin. Qiyamət günü sizi ölçməmişdən qabaq özünüzü ölçün ki, nə qədər mənəvi yükə malik olduğunuz məlum olsun. Özünüzü əkbər Qiyamətə hazırlayın".
    İmam Musa Kazım (ə) buyurur: "Bizdən deyildir o kəs ki, hər gün özünü mühasibə etməz. Əgər yaxşılıq edibsə, Allahın şükrünü artırar. Əgər pislik edibsə, istiğfar etsin, çirkin əməlindən geri qayıtsın".
    İmam Həsən (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir: "Bəndə, əgər özünü hesaba çəkməzsə, mömin deyildir".
    İmam Sadiq (ə) İmam Baqirdən (ə) nəql edir: "Heç bir gün Adəm övladına çatmaz, məgər o halda ki, insana deyər: "Ey Adəm övladı! Mən yeni günəm, Allah tərəfindən sənin bütün işlərinə şahidəm. Mənimlə yaxşı davran və mənim saatımı yaxşı əməllərlə keçirt ki, Qiyamətin hesabında səninlə asan davranım. Onu bil ki, bundan sonra məni görməyəcəksən".
    İmam Səccad (ə) buyurur: "İnsan üçün vəzifələndirilmiş mələk əməlləri əməl dəftərinə yazır. Əməl dəftərinin əvvəl və axır səhifəsinə xeyir və yaxşılıqlar yazın".
    İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir: "Xoş olsun o insanın halına ki, Qiyamət günü əməl dəftərində hər günahın yanında tövbə də tapılmış olsun".
    İmam Əli (ə) Bəsrə bazarına girir və müşahidə edir ki, insanlar qızgın alış-verişlə məşğuldurlar. Çox ağlayır və buyurur: "Ey dünya bəndələri və maddiyyat fəhlələri! Siz gündüz and içməklə məşğulsunuz və gecə isə yataqda yatırsınız. Gündüzlə gecə arasında axirətdən qafilsiniz. Bəs gələcək üçün nə zaman azuqə toplayacaqsınız? Nə zaman Qiyaməti xatırlayacaqsınız?".
    Bu dünya insanın axirəti üçün tarladır və bu tarlada hər nə əkərsən, axirətdə onun məhsulunu toplayarsan.
    Dünya eşqi hər bir günahın başında durur. Dünya iki cürdür: o dünya ki, insanı kamala və həqiqətə çatdırar. O dünya ki, insanı bütün həqiqətlərdən məhrum edir. Həzrət İmam Baqir (ə) İmam Səccaddan (ə) nəql edir: "Bilin ki, dünya sizə arxasını çevirmişdir. Axirət sizə üz çevirmişdir. Bunun hər ikisi üçün övladlar vardır. Siz axirət övladından olun. Dünyanın övladı olmaqdan çəkinin".
    O kəs ki, zöhd əhlidir, çətinliklər onun üçün asandır. Allahın bəsirətli bəndələri vardır. Onlar behişt əhlidirlər və cavidan behişti görürlər. Cəhənnəm əhlini əzabda müşahidə edərlər. Bütün insanlar onların şərindən amandadır. Onların kədərli qəlbi vardır və bu az müddətli dünyada müsibətlərə səbir edərək keçirərlər. Onlar bu yolla asanlıqla axirətə çatırlar. Gecə olan zaman ibadət üçün qalxarlar, göz yaşları axar. Axirətin əzabına görə raz-niyaz edər və ağlayarlar.
    Gündüz olan zaman isə səbirli, bəsirətli olar və saleh əməllərlə məşğul olarlar. Qiyamətin əzabından qorxuqları üçün bədənləri arıq olar. Hər kim onlara baxarsa, elə bilər ki, xəstədir. Halbuki xəstə deyildirlər, onlar cəhənnəmin qorxusundan bu hala düşüblər.
    Ona görə də bu bir-iki günlük dünyaya bağlanmayaq və axirətimiz üçün azuqə toplayaq.
    ✅ Rəsmi İnstagram linkimiz: bit.ly/39BPBD0
    ✅ Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
    ✅ Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
    ✅ Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
    ✅ Rəsmi Instagram səhifəsi: / hacishahinh. .
    ✅ Mənbə: UA-cam Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    ✏️Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    ✆Admin Whatsapp +994-070-878-72-62
    ✅ISLAM TV Official
    🔔Abunə ol bit.ly/2uR7dZv

КОМЕНТАРІ • 26

  • @eml9542
    @eml9542 Рік тому +5

    Hezreti Elini guku kölesi olag gurban olag onun gapsina Peygemberin nesline sülalesine Pak Ehli Beytinin pajk hak yoluna şükur sonsuz hamd olsun

  • @eml9542
    @eml9542 Рік тому +2

    Nefsimz biz guk etnesin inşalax

  • @durdanaqasimova639
    @durdanaqasimova639 Рік тому +2

    Аллах комайиниз олсун гардашым🙏

  • @imanova16imanova79
    @imanova16imanova79 Рік тому +1

    YA ALLAHIM🤲🤲🤲HƏMD olsun ALƏMLƏRİN RƏBBİ ALLAHIMA🤲🤲🤲

  • @aminaaliyeva4335
    @aminaaliyeva4335 Рік тому +1

    Allah razı olsun!

  • @necisalmanova7949
    @necisalmanova7949 Рік тому +6

    Elə yaşamaq lazım ki hər bir günün deyərin bilməliyik
    İmanla yaşayıb imanla bu dünyadan köçək inşa ALLAH🤲

  • @irademmmdova1682
    @irademmmdova1682 Рік тому

    ALLAH sizdən razı olsun Hacı Şahin qardaşımız AMİN 🤲🕋

  • @Ravan_Maharramov
    @Ravan_Maharramov Рік тому +3

    Salam, çox faydalı oldu, Allah razı olsun.

  • @irademmmdova1682
    @irademmmdova1682 Рік тому

    ALLAHUME SALLİ ELA SEYİDİNA MUHAMMƏDİN VE ALİ MÜHƏMMƏD

  • @irademmmdova1682
    @irademmmdova1682 Рік тому +1

    ALLAHIM BİZİ 99ADINA XATİR BİZİ HAQQININ YOLUNDAN AYIRMA AMİN YA REBBİL ALƏMİN AMİN 🤲🕋🥺❤

  • @xanmmmmdova1858
    @xanmmmmdova1858 Рік тому +4

    Allah qorusun sizi Hacı hər kəlməniz qızıl və çox dəyərlidir🤲

    • @gulovse
      @gulovse Рік тому +2

      Allah sizdən razı olsun.AMİN.

    • @rezagrans1296
      @rezagrans1296 Рік тому

      @@gulovse bana azərli türkçe öyrediz gaqa

    • @rezagrans1296
      @rezagrans1296 Рік тому

      @xanım məmmədova
      Azərca öyrediz bene

  • @irademmmdova1682
    @irademmmdova1682 Рік тому +1

    ALLAHU ƏKBƏR ☝️🤲🕋❤

  • @eml9542
    @eml9542 Рік тому +2

    Ehli Beyt düz deyr selam onlara Mugedes ruhlara mugedes melekler salam olsun yeri göyu tutan Alaxa tek bir1 olan☝️her zsman özümiuzü teklikde hesaba çekmey çalusah özel günde yok tekce tefeküe edek mektebdu tek olanda evdd im huseyin tekbotranda yanir ureyim vslah öz özüne birde bire gözderm dolur çetin vaxtda özde agliyram kimse görmesin

  • @GASANOV7575
    @GASANOV7575 10 місяців тому

    Allah rəhmət eləsin🤲😢

  • @crazyman0895
    @crazyman0895 Рік тому +1

    🖒🖒👏👏👏🖒🖒🖒👏👏🖒

  • @irademmmdova1682
    @irademmmdova1682 Рік тому

    ALLAHIM BU ACİZ QULUNA İMAM ZAMAN AĞAMIZIN ZÜHÜRÜNÜ TEZLİKLƏ GĞRMƏYİ NƏSİB EYLƏ NƏ OLAR YA REBBİL ALƏMİN AMİN 🤲🕋🥺

  • @eml9542
    @eml9542 Рік тому +1

    Minetdaram🌏👋🌌😊🙏🤲👏👋♥️👍💫💖😎🖤💔❣

  • @sahnazsgerova9276
    @sahnazsgerova9276 Рік тому

    Herzaman men deyirem kim nece duşunur duşunsu lazimdi tebliq edey qeybetin qarşisini almaq lazimdi

  • @eml9542
    @eml9542 Рік тому +1

    Adam peşman olurki yaxşi emel az edrik