Ya sin Surəsi | 1-30🎙 Qari - ياسر الدوسري | Yasser Al-Dosari
Вставка
- Опубліковано 9 лют 2025
- 📖 Ya sin Surəsi | 1-30
🎙 Qari - ياسر الدوسري | Yasser Al-Dosari
1
Ya. Sin.
2
And olsun hikmətli Qurana!
3
Həqiqətən, sən göndərilmiş elçilərdənsən,
4
doğru yoldasan.
5
(Bu Quran) Qüdrətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir ki,
6
ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.
7
Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.
8
Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları (təkəbbürlə) yuxarı qalxmışdır.
9
Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görmürlər.
10
Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.
11
Sən ancaq Zikrə tabe olub Mərhəmətli (Allahı) görmədən (Ondan) çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.
12
Həqiqətən, ölüləri dirildən, onların (bu dünyada) törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.
13
Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək.
14
O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”- dedilər.
15
Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli (Allah) (sizə) heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.
16
(Elçilər) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.
17
Bizim vəzifəmiz ancaq (vəhy olunanı) aşkar təbliğ etməkdir”.
18
Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.
19
(Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti( bəd əlamət sayırsınız)? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.
20
Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin!
21
Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!
22
Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allaha) ibadət etməyim?
23
Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli (Allah) mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
24
Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram.
25
Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”
26
(Şəhərin sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”- deyildi. O dedi: “Kaş xalqım biləydi ki,
27
Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.
28
Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
29
(Onları məhv edən) ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.
30
Vay (bu) qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.
@quranayetleri #quranayetleri @raadalkurdy