Saatlıdakı quyudan cəhənnəm səsləri gəlir? - 40 il öncə qazılmışdı

Поділитися
Вставка
  • Опубліковано 8 лют 2022
  • #APATV #Saatlı #quyu #SSRİ #Kola #yarımada #Rusiya #ABŞ #Fransa #Qətər #Almaniya #Finlandiya #Britaniya #Azərbaycan #Kür #MilliElmlərAkademiyası #SeysimolojiXidmət #GPS #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    “40 il öncə qazılan dünyanın ən dərin quyularından olan Saatlı quyusunun önündə dayanmışıq. Quyunun qazılmasında məqsəd yerin təkini və həm də yaşının öyrənmək olub.”
    SSRİ dönəmində Elmi-tədqiqat məqsədləri üçün qazılan Saatlı quyusu dərinliyinə görə yer kürəsində vertikal qazılan 10 ən dərin quyu siyahısında yer alıb. SSRİ-də isə dərinliyinə görə Kola yarımadasında qazılan super dərin quyudan sonra ikinci olub.
    Bir sıra inkişaf etmiş aparıcı ölkələr Rusiya, ABŞ, Fransa, Qətər, Almaniya, Britaniya və bir çox digər ölkələr yerin təkini öyrənmək üçün superdərin quyular qazıb. Məlumata görə, dünyada belə quyuların sayı 30-dan çox deyil. Maraq doğuran odur ki, dərinliyinə görə ilk onluğa düşən quyulardan biri də Azərbaycanın Saatlı şəhərində Kür çökəkliyində qazılıb. 11 kilometr dərinlikdə qazılması nəzərdə tutulan quyuda dərinlik 8 324 metrə çatdıqdan sonra işlər dayandırılır. Həmin dövrdə Saatlı superdərin quyunun qazılmasında baş mühəndis kimi çalışan texnika elmləri namizədi Əyyub Babayev quyu haqqında bəzi məlumatlar bölüşdü: “Kola yarımadasında quyunun dərinliyi 8 min metr olarkən Saatlı quyusu qazılmağa başladı. Quyuya texniki kəmərlər buraxılıb, ən ağır kəmər burda 365 ton ağırlığında və diametri 339,7mm olan kəmər 3550 metrə buraxılmışdır. Belə kəmər dünyanın heç bir yerində buraxılmamışdır. Bu kəmər o məqsədlə buraxılmışdır ki, çökmə süxurları yuxarıdan bağlamaqla kristallik süxurları asan qazıb keçmək mümkün olsun.”
    Xatırladaq ki, belə quyuları qazmaqla alimlər yer qatlarının yaranma tarixlərini, süxurların yaşlarını, onların əmələ gəlməsinin periodunu öyrənməklə yerin yaşının təxminən 4,5 milyard il olduğunu müəyyən edə biliblər. Bu məqsədlə yerin təkini öyrənmək üçün müxtəlif ölkələr tərəfindən elmi tədqiqat məqsədləri üçün quyular qazılıb. Əyyub Babayev deyir ki, Saatlıdakı quyudan da süxur nümunələri çıxarılıb: “Quyunu qazarkən süxur nümunələri qaldırılıb. Həmişə süxur nümunələri qaldırılaraq quyunun nəzdində olan laboratoriyalarda doğranmış süxurlar 20-yə qədər elmi tədqiqat institutuna göndərilərək süxur nümunələrin fiziki və kimyəvi xassələrini öyrəniblər. Bəzi elmi institutlar süxurun yaşını öyrəniblər, bəziləri minerallığın, bərkliyin, yatım bucaqların, Yatım bucağı öyrənməklə hansı yer üzərinə çıxarmasının da öyrənmişik. Məsələn Kola yarımadasında 9 kilometrdə rast gəlinən suxurun Finlandiyada yer səthində rast gəlinib
    Yeri gəlmişkən həmin dönəmlərdə Kola yarımadasında və Saatlı şəhərində qazılan quyular bəzi şayələrə də yol açıb. Belə ki, o vaxtın sarı mətbuatının səhifələrində yazılan məqalələrdə guya quyulardan “cəhənnəmdən gələn səsləri eşidiblər” kimi məlumatlar yer alıb. Sonradan alimlər bu şaiyələri təkzib ediblər.
    Quyunun üzərində Milli Elmlər Akademiyası tərəfindən Seysimoloji Xidmət mərkəzinin “Saatlı” GPS” stansiyası qurulub və “Saatlı quyusu” kimi adlanır.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ua-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 104

  • @user-zt7hs1br9j
    @user-zt7hs1br9j Рік тому +12

    BELƏ ÇIXIR
    Kİ CƏHƏNNƏMƏ YOL SAATLIDAN KEÇİR

  • @vaqifmammadov1669
    @vaqifmammadov1669 Рік тому +23

    Mən 70 ci illərin ortsında qatarda yol gedərkən 2 nəfər rus sərnişınlə söhbət edəndə dedilər ki, qeolojı qazıntı işləri ilə məşğul olurlar Saatlıda yerin ən dərin qatına çatmaq üçün 11 km dən artəq yer qazıblar. Belə qazıntıları bir neçə yerdə edəcəklər

    • @an_na4506
      @an_na4506 Рік тому

      Goresen ne edeceklerki orda

    • @mahizar2989
      @mahizar2989 Рік тому +2

      Qarabağ bəs eləmir ruslara, altımıza da nə isə doldururlar)))))

  • @mubarizwukurov3501
    @mubarizwukurov3501 2 роки тому +45

    1 hefteye gorun o quyunu qazib orda olan demir durbani aparillar yoxsa yox?

  • @kamalagazad7519
    @kamalagazad7519 Рік тому +5

    Allah cəmi ölənlərə rəhmət eləsin .rəhmətli atam bu neft qaz kəşfiyyat quyusunda mühəndis işləyib uzun müddət.bura Saatlının simvolu idi 75 mt hündürlüyündə tikili vardı sökdülər heyif

  • @azadrzayev1936
    @azadrzayev1936 Рік тому +9

    Çox illər bundan qabaq rus mətbuatında da yazılmışdı ki Kola yarımadasındakı quyudan da cəhənnım səsləri gəlirdi

  • @ilhamazimzade2675
    @ilhamazimzade2675 Рік тому +7

    Dəmir yıganlar ücün yaxşı temadır...

  • @prviz491
    @prviz491 Рік тому +12

    Bu quyu cox vacib quyudu ,onnan muqayet olun.

  • @rustemkaralov9399
    @rustemkaralov9399 Рік тому +5

    Dünyanın ən dərin quyusu Rassiyadadı 24 km di!!

  • @user-ud1oi3fj2w
    @user-ud1oi3fj2w 2 роки тому +6

    Savet dovurunda 3 bela quyu vardi birida can saatlimda idi, orda hundun buruq var idi, sokub dagitdilar, ozun Nizami kucasinda yawayiram bizim evimizdan o buruq gorsanirdi,, xayal sarayinin arxasinda idi.

  • @Xamneye_1000Lenet
    @Xamneye_1000Lenet Рік тому +24

    Xamneyinin səsi olar!

    • @user-ge2zd8hx3l
      @user-ge2zd8hx3l Рік тому

      ALLAH qiyamətə and içir.Rəhbəri təhqir etmə özunə günah qazanma.

    • @Xamneye_1000Lenet
      @Xamneye_1000Lenet Рік тому +8

      @@user-ge2zd8hx3l Kimdi ala o mənə rəhbər ola? Mənim rəhbərim İmamzandı. Xamneyi ermənin tulasıdı, həmdə əhlibeyit düşmənidi

    • @Xamneye_1000Lenet
      @Xamneye_1000Lenet Рік тому +4

      @@user-ge2zd8hx3l Onun adın quranla bir turub özvü günaha salma,

    • @NABLYUDATEL-K-
      @NABLYUDATEL-K- Рік тому

      @@user-ge2zd8hx3l xamneyi pedofildi

    • @kizilelma2298
      @kizilelma2298 Рік тому +2

      100%

  • @Mubin6439
    @Mubin6439 Рік тому +4

    Hər vəchlə fırladıblar ki , insanlar o biri dünyanın olduguna inanmasınlar
    Təsüfki inansalarda inanmasalarda yol ordan keçir , hər kəs ölümü sadacaq . Özünüz Fikirləşin

  • @Ali_Sefer
    @Ali_Sefer 2 роки тому +6

    Saatlidaki quyu dunyanin en derin quyusu deyil vidiyoda quyu qapaginin seklin gosderiblere usdundede 12.226m.odu derin uzunlugu da 12.226m dir

  • @leylaveliyeva7248
    @leylaveliyeva7248 Рік тому +12

    Belə getsə,yerin altını eşələdiyimizə görə,yer kürəsi bizi hələ çox cəzalandıracaq.Üstündə öyrənməli oooo qqqəəddər maraqlı materiallar ola ola altını niyə eşirik ki,özü də o dərinlikdə ki,maqmanı havaya püskürə bilə???🧐🤔🙄🙉

    • @rustemkaralov9399
      @rustemkaralov9399 Рік тому +3

      Yaşını öyrənmək üçün təbii yataqları öyrənmək üçün!! 11 km düşüblər dərliy 54 km olur oda hələ tam bilinmir yenədə dərin ola bilər!!

    • @elchinguliyev3904
      @elchinguliyev3904 Рік тому

      birdən çox qazsalar,yerin o biri tərəfindən də dəşik acilar,onda yer kürəsi muvaznwtni itirər,adamlar sonra yer kürəsindən yıxıla bilər.Bir də görəsən Tualetin yolunu o deşiyə çəksələr və tualetdən çıxanlar görəsən ya erin o biri deşiyindən çıxar?😉😂

    • @rustemkaralov9399
      @rustemkaralov9399 Рік тому +2

      @@elchinguliyev3904 cahilsən😅 brincisi yerin qatlarını öyrən sonra de görüm yeri axıra kimi qaza bilərlər hə yox?! 😅😅😅

    • @elchinguliyev3904
      @elchinguliyev3904 Рік тому +1

      @@rustemkaralov9399 sənə dexlii yoxdu,ayın necesidi.

    • @rustemkaralov9399
      @rustemkaralov9399 Рік тому +1

      @@elchinguliyev3904 sən axı osturaqa basırsan))) püfləyirsən savadı biraz az olanda inanacaq sənə!)))

  • @Foodblog_gunay
    @Foodblog_gunay Рік тому +1

    Cennet ve Cehennem qiyamet günü insanlar haqq hesaba çekildikden sonra dolacaq.Nece ses gele biler?

  • @vuqarcavadov5821
    @vuqarcavadov5821 Рік тому +5

    Kola yarimadasinda kola tapmadilar

  • @kamaazeri972
    @kamaazeri972 2 роки тому +8

    Alimlər cəhənnəmə heç vaxt inanmayıblar.Bəlkə doğrudan da səs gəldiyinə görə qazmanı dayandırıblar.

    • @elquarantino6106
      @elquarantino6106 2 роки тому +2

      8324 metirden gedir sohbet SSR bacardigin edib dunyada en derin 12 000 di ne cehennem nede bos bos seyler bucur bir seyin qarsisini ala biler sadece mentiqi olan ve basi isdiyen isdenilen insan bunu anliya biler

    • @baku5717
      @baku5717 Рік тому +1

      @@elquarantino6106 sen hansı başla mentiqlə izah ede bilersenki ordan qorxulu sesler gelmiyib, ilk sen izah elə görüm necə izah edirsen?

    • @baku5717
      @baku5717 Рік тому +1

      Kaş o quyunun ağzı açıq olaydı inanmıyabları ora salardılar görüm sese necə dözə bilerdiler?

  • @cimnazhsnova7188
    @cimnazhsnova7188 Рік тому

    Azarbsycanda geologiya elmindan, elmi asaslarla basl clxan mutaxasislar yoxdur..
    Bu gunku geologiya elminda coxlu say da sahvfikirlarmovcuddur movcuddur...

  • @baharmemmedova3569
    @baharmemmedova3569 2 роки тому +15

    Əyyub Babayevin çox böyük əməyi olub Saatlı quyusu qazılan zamanı.Belə alimlərin qədrini bilməliyik

    • @nacafguliyev7930
      @nacafguliyev7930 Рік тому +2

      Normal alim olsaydi" kola" adasi demezdir ,kolim ve yaxud kolim yarimadasi deyerdi . . .

    • @ulfetmamedov5547
      @ulfetmamedov5547 Рік тому +3

      Amma çox savadsız , bərbad səviyyədə danışır , heç onun alim olmağına inanamaq olmur

    • @national_turk
      @national_turk Рік тому

      @@ulfetmamedov5547 Rus lehçesi ile danişsaydi alimiliyine şübhe etmeyecekdiniz. Özümüzden başqa her kesi sevirik.

  • @NABLYUDATEL-K-
    @NABLYUDATEL-K- Рік тому +1

    Cehennem dediz indi cahiller gedib orani QUYU PİRİ eləməsələr yaxşidi

  • @user-ie7pp3ru2u
    @user-ie7pp3ru2u Рік тому

    ССРИ вахты белэ гуюрын газынтысы 4 йердэ Казахстан, Сибирь, Кола ярым адасы вэ Саатлы району, УРАЛММАШ 15000 сверхлубокая скважина, галды ки сеслэр меселесинэ, Кола ярымадасында хегигетен деринлигэ спесиалны микрофон салламышдыла температура +200 юхары вэ мухтелиф суртинмэ, суришмэ, гизилтили сеслер гейдэ алынмышдыр эхо формасында, там дегиг мелумат олмайыб ки чехеннем сеследир

  • @ahmedov79
    @ahmedov79 Рік тому +2

    Cehennemin sesini kim eşidib ki, deyirlər cehennem sesi?

  • @qasannabiyev2611
    @qasannabiyev2611 Рік тому

    Bu dunyanin en derin quyusu deyil, quyu yarimchiq qazilib, hazirda en derin quyu Chinde qazilib 9km- i kechib, 18 km-e.qeder qazilacaq. Yaxshisi budur lazimi xeberleri veresiniz.

  • @rufetbabayev6678
    @rufetbabayev6678 Рік тому +3

    Cehenemin yerin altinda oldugunu kim dedi 🧐

    • @baku5717
      @baku5717 Рік тому

      Yer küresinin içində olan alov qatı Cehennemin toxumudu.nöktə boyda balaca toxumdan ağacın gövdəsi, yarpağı, çiçəyi, meyvesi, rengi, qoxusu, lezzeti,alovu, istiliyi,işiğını xelq eliyən Zat, elbette bir gün yerin merkezində olan Cehennemin toxumunu böyük Cehennem'e inqilab etdirecek

  • @jwjsbsjjzzbhjiaavgzjh-yg2gh

    Demək Cəhənnəmin qapısı Azərbaycanda
    Qazilib

  • @suleymanahmadov6091
    @suleymanahmadov6091 Рік тому

    Buruq necə oldu

  • @hemzalimemmedov6213
    @hemzalimemmedov6213 Рік тому

    Rusiya nə vaxtdan inkişaf etmiş ölkə olub

  • @namiqcebrayilov1110
    @namiqcebrayilov1110 2 роки тому +5

    Niye göresen mehs Saatlıda?

    • @alibeyzeynalli
      @alibeyzeynalli 2 роки тому +5

      Yer kürəsinin ən çökək yerlərindən biridir. Ona görə...

    • @elnuriskenderov8218
      @elnuriskenderov8218 2 роки тому +2

      Saatıida filiz medenleri var

  • @nurupro5959
    @nurupro5959 2 роки тому +4

    Goresen bu işi davam etdirmek olarmi?

    • @keveltv
      @keveltv 2 роки тому +1

      Olar olmağınada, sadəcə ilaraq o dərinlikdə istilik 50 dərəcəyə çalır, həm çətin həm mənasızdır.
      Digər ölkələr araşdırıblar artıq, bizim araşdırmağımıza gərək yoxdur.

    • @elquarantino6106
      @elquarantino6106 2 роки тому

      12 000 e kimi dusubler ordan oyana artiq texnalogyanin gucu catmir

    • @baku5717
      @baku5717 Рік тому

      @@keveltv her 33 mdən bir tempiratur artdığından texmini 250 derece edir

    • @baku5717
      @baku5717 Рік тому

      @@elquarantino6106 texnologiya meselesi deyil sadece səsə dözə bilmeyiblər. Orda derinlikde işliyen hamisi sonradan psixologiyaları pozulub. Arasdiranda bir terefli arasdirmayin

  • @sadazeynalova5221
    @sadazeynalova5221 Рік тому +1

    Ha yaxshidi goyarlar ora bombani partladarlar Turkiyanin gununa dusharik.Yerin tarixi neyiviza lazimdi??Ay tupoylar Azarbaycani da bu guyuynan yernan bir edacaklar.

  • @user-um8qw5zt2b
    @user-um8qw5zt2b Рік тому

    Бу огру яп парти бастырмаг учун

  • @turalaxmedov7115
    @turalaxmedov7115 Рік тому

    Ordan cehenemdeki taniş dost bilişe salam gondermek olar

  • @user-vq3kl8wo4j
    @user-vq3kl8wo4j Рік тому

    yazixlar su cixana kimi qaziblar

  • @qarabag2601
    @qarabag2601 Рік тому +2

    pa atonan 8min metr quyu qazşblar xalqa 8 qəpik kıməyi olmayib nəədər pul itiriblər😂

  • @trzanhasmov1992
    @trzanhasmov1992 Рік тому

    Başız batsın

  • @mirzemirzeyev6328
    @mirzemirzeyev6328 Рік тому

    Гаазанлар йахшы билир

  • @fermanimanov4403
    @fermanimanov4403 Рік тому

    SAATLIDA YOXSA IMIWLIDE QAZILIB QUYU

  • @huseynallahverdiyev4927
    @huseynallahverdiyev4927 Рік тому

    Saatlı guyusunda cox bahalı Almaz dişlibalta sıxılıb galıb cıxara bilməyiblər odurki aqzını yumublar haradan səs ğəlsin oradan dəmirdə cıxarmaq mumkün deyil

  • @ŞAHİN_ƏLI
    @ŞAHİN_ƏLI Рік тому

    Orda Azərbaycanın ölən şərəfsiz məmurları bağırırlar yəqin🤣🤣🤣

  • @user-px7oz9nz6y
    @user-px7oz9nz6y Рік тому +1

    Бес сен не оргенмисен.

  • @yusifmemmedli1825
    @yusifmemmedli1825 Рік тому +2

    Bu quyu yerin altında irana neft çayı keçir sovet dövründə həmin çaya düşməy üçün qazılıb sonradan qazıntının nə səbəb dayandırıldığı bəllideyil