Vətən müharibəsi qəhrəmanı Elyar Vəliyevin büstü hazırlandı - APA TV

Поділитися
Вставка
  • Опубліковано 29 вер 2024
  • #APATV #heykəltəraş #vətənmüharibəsi #ElxanZeynalov #qəhrəman #büst #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Vətən müharibəsi qəhrəmanının büstü hazırlandı - APA TV
    Gənc heykəltəraş Elxan Zeynalov Vətən Müharibəsi şəhidi, gizir Elyar Vəliyevin büstünü hazırlayıb.
    Heykəltəraş APA TV-yə bildirib ki, büstün hazırlanması 1 ay 10 gün çəkib: “Yaradıcılığımda hansısa obrazı əvvəlcədən təyin etmək çox çətin olur. Məsələn, olur ki, iş prosesində və yaxud hardasa məlumat oxuyursan və o obraz haqqında insan uzun müddətli bir təsəvvürlərə dalır və bir müddətdən sonra insan yaradıcılığında həqiqətən də o obrazlar üzə çıxır”.
    Heykəltəraş deyir ki, bu cür abidələri hazırlayanda daha yaxşı hazırlanması üçün çoxlu araşdırma edib, özündə fikir formalaşdırmalısan: “Ümumilikdə insan hər bir obrazı işləyərkən insanın xüsusi qatqısı olur həmin o obraza. Məsələn onun haqqında düşünürsən, onun həyat fəaliyyəti haqqında düşünürsən, qəhramanlığlarını düşünürsən. Əlbəttə ki, bunları düşündükdə insan istəyir ki, daha da çox əzəmət, daha da çox görkəm bəxş etsin əsərə. Əlbəttə, bir əsəri insanın öz başına işləməsi də mümkün deyil. Əsəri işləyərkən həqiqətən də ilahi təb çox böyük rol oynayır. Şəhidlərimizin abidəsini hazırlamaq sanki portretə tam real da yanaşmırsan, təəssüratnan yanaşırsan”.
    Elxan Zeynalovun sözünə görə, bəzi əsərləri işləyərkən qəhrəmanın həyat hekayəsindən o qədər təsirlənir ki, hətta onun fotosuna bir dəfə baxmağı belə kifayət edir. Onun fikrincə, əsərlərin hər birinin özünəməxsus təəssüratı olur: “Həqiqətən də çox möcüzəvi hisslər yaşayırsan, bu hisslər sözlə ifadə olunacaq hisslər deyil. Məsələn, o obrazı artıq ərsəyə gətirərkən, onun portretində üz formalarında müəyyən kulminasiya nöqtəsinə artıq çatdıqda əsərin sənə qatdığı bir stimul olur ki, mən bu əsərin öhtəsindən nailiyyətlə gəlməliyəm. Hər hansısa bir şəhidimizin heykəlini hazırlamaq mənim üçün bir qürurdur”.
    Qeyd edək ki, gizir Elyar Vəliyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 10

  • @orucmusic2567
    @orucmusic2567 2 роки тому +1

    Uğurlar Məllim 👋🏽🇦🇿

  • @rehmanxanbutayev7236
    @rehmanxanbutayev7236 2 роки тому +2

    Çox saq ol qardas var ol Mende Qəhraman Vəliyev Elyarin Əmisi oqlu olaraq size teşekkür edirəm Allah Qəhraman Qardasimada rehmet elesin mekanı cənnət ruhu şad olsun

  • @anarhuseynov514
    @anarhuseynov514 2 роки тому +2

    Həmişə belə mükəmməl və qürur verici işlərlə vətəninə xidmət elə gözəl qardaş

  • @dilqmveyisov4502
    @dilqmveyisov4502 2 роки тому +2

    Əllərinə sağlıq yaxşı sənətdi belə heykəl neciyədi görən

  • @muradmuradov7077
    @muradmuradov7077 2 роки тому +3

    Qurur vericidi elerine salig qewey cixib

  • @ehtiramehtibarov-ll7sq
    @ehtiramehtibarov-ll7sq 3 місяці тому

    Allah rəmət eləsin