Eli shen yashasin deye, canindan kechen Shekili Elshen!

Поділитися
Вставка
  • Опубліковано 10 лют 2025
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © ARB Şəki
    Sayt: goo.gl/NfKDu5
    Facebook: goo.gl/XVhVzG
    Elə insanlar var ki, qısa bir ömür yaşayır, lakin əbədiyyətə qovuşur. Özündən sonrakı nəsillərə örnək olur, vətəni, torpağı, milləti sevdirməyi öyrədir. 2873 şəhidimizdən biri Elşən İbrahimov da ömrünün 18-ci baharında şəhadətə yüksələrək Zəfər tariximizin şanlı qəhrəmanlarından birinə çevrildi. Şəkinin Vətən Müharibəsində ilk şəhidi Elşənin şərəfli ömür yoluna birlikdə göz ataq... Elşən İbrahimov 2002-ci ildə Şəkidə dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Bakı Sosial İqtisad kollecinə daxil olub. Təhsilini davam etdirmək, ailəsinə layiqli oğul olmaq istəyirdi... Oldu da... Təkcə ailəsinin yox, bütün Azərbaycanın övladı oldu...
    Hərbi xidmətə çağırılanda isə hamıya sanki bilirmiş kimi, “Qarabağı almağa gedirəm” deyir. Elə xidmətdə olduğu 5-ci ayda da müharibə başlayır, Elşən dediyi kimi, Qarabağı almağa yollanır. Tərtər istiqamətində gedən qızğın döyüşlərdə olsa da ailəsindən bunu gizlədir. Sonuncu zəngində isə anasından halallıq istəyir. Adı kimi şən idi- Elşən. Dostlarının, yaxınlarının, onu tanıyanların xatirəsində həyat dolu, gülərüz qaldı. Yaşadığı torpağa, ailəyə, el-obaya şərəf gətirdi Elşən. Qısa bir ömür yaşadı, ancaq şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşdi... Yaxınları, dostları şəhidin xatirəsini əziz tutur, məzarını daim yad edir. Bəli, zaman, şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix... Elşən də bu şanlı zəfərə qanı ilə imza atanlardan biri oldu.. Elə bir imza ki, tarixdə daim izi olacaq...
    #Şəkinin #ilkşəhidi #Elşənİbrahimov

КОМЕНТАРІ • 34