Qızılbaş ordusu ETNİK VƏ TAYFA TƏRKİBİ

Поділитися
Вставка
  • Опубліковано 21 сер 2024
  • BİR OSMANLI MƏNBƏSİNƏ GÖRƏ SAH İSMAYILIN ORDUSUNUN ETNİK VƏ TAYFA TƏRKİBİ
    "Topqapı sarayının kitabxanasında saxlanılan "Şahnamə-i Al-i Osman" adlı salnamədə Şah İsmayılın ordusunun (bəlkə də Çaldıran döyüşündəki) tam tərkibi verilir. "Şahnamə"yə görə, Şah İsmayıl böyüyəndə ətrafında bir neçə ölkədən böyük sayda insan toplaşdı. Bundan sonra şah, hər yeni gələn camaata (oymağa) bir rəhbər təyin edərək digərlərini ona tabe etdi və öz ordusunu beləcə qurdu. "Şahnamə"yə görə, İsmayılın ordusu ümumilikdə 17 oymaqdan ibarət idi və bu oymaqların hər biri orduya həm adi döyüşçü, həm də qorçu verirdi. Tam siyasi 5.1. nömrəli cədvəldə verilir.
    Cədvəl 5.1. Qızılbaş oymaqların siyahısı:
    Ustaclı:
    Adi döyüşçülər: 6100
    Qorçular: 400
    Əkrad-i Seyid Mansur:
    Adi döyüşçülər: 845
    Qorçular: 150
    Əfşar:
    Adi döyüşçülər: 7400
    Qorçular: 400
    Bayburdlu:
    Adi döyüşçülər: 375
    Qorçular: 400
    Bayatlı:
    Adi döyüşçülər: 1500
    Qorçular: xana boşdur
    Тəkəli:
    Adi döyüşçülər: 5000
    Qorçular: 300
    Ərəşli və Talışlı:
    Adi döyüşçülər: 6500
    Qorçular: 150
    Тürkman:
    Adi döyüşçülər: 6700
    Qorçular: 400
    Çəpni:
    (Adi döyüşçülər+qorçular): 1300
    Hacılar:
    Adi döyüşçülər: xana boşdur
    Qorçular: 1200
    Şamlı:
    Adi döyüşçülər: 5100
    Qorçular: 400
    Zülqədərli:
    Adi döyüşçülər: 6300
    Qorçular: 500
    Ərəbgirli:
    Adi döyüşçülər: 1000
    Qorçular: xana boşdur
    Qəriblər:
    Adi döyüşçülər: 350
    Qacar:
    Adi döyüşçülər: 3300
    Qorçular: 300
    Qaradağlı:
    (Adi döyüşçülər): 1000
    Varsaq:
    Adi döyüşçülər: xana boşdur
    Qorçular: 500
    ÜMÜMİ:
    Adi döyüşçülər 52770
    Qorçular: 5100.
    "Şahnamə"də zaman və məkan göstərilmədən Şah İsmayılın ümumən 54 000 döyüşçüsü olduğu yazılıb. Ordu bir-birindən fərqlənən iki hissədən ibarət idi. Birincisi hissə şahın birbaşa maiyyətindən (qapıqulu) ibarət idi və məvacibini birbaşa şahdan alırdı. Onlara qorçu və ya qorucu deyilirdi. Ordunun ikinci hissəsi isə (oymaq) camaatından və ya qızılbaş xanlarının (tayfa başçılarının) oymaqlarından yığılan döyüşçülərdən ibarət idi. Bu xanlar vilayətləri idarə edir, vergiləri yığırdılar, və Səfəvi ordusunun əsas hissəsini təşkil edən tayfa kontingentləri onların birbaşa tabeliyində idi. Hər xan və sultanın öz ərazisinə görə öz döyüşçü dəstəsi var idi. Dövlətin xəzinəsindən bunlara yanlız atları üçün bir qədər arpa və özləri üçün bir qədər buğda və xərcləri üçün müəyyən qədər pul verilirdi. Lakin bu istisna olmaqla nə şah bu xan-hakimlərə, nə də onlar şaha heç nə vermirdilər. Amma oymaqlardan yığılan qorçulara hərəsinin əməlinə və bacarığına görə şah tərəfindən geyim pulu verilirdi (“Kızılbaş-mecusi me’āş cümle vaz’-ı evvelde elli dört bin leşkerdür. Bu dahi iki nev’ üzeredür. Dergâhidür ki kapıkuludur Şahdan tonluğı vardur. Ya’ni ulûfeye mutasarrıfdur. Biri hanlar sultanlar nökeridür. Onlar ülkeye mutasarrıflardur. Ya’ni bir veche timar karyeleri vardur. Bu icmalin mufassalı ve bu kelamın mahsulü budur cümle kızılbaş on yedi oymaqdur. Aslı budur ki Şah İsmail zuhur itdükde her diyardan adem gelüb cem’ olan eşhasın birin baş eyleyüb sāyirini āna tābi’ iderdi. ...
    Bu zikr olunan oymaqlarun her birinin bir hanları üçer dörder beşer sultanları olub her hanın ve sultanın ülkesine göre neferātı olub bu neferātın atın arpa ve gendüye buğday virüb vemā yehtāc içün birer mikdar nesne virür. Ne Şah’dan bunlara bir akçe virilür ve ne bunların karyelerinden ve ülkelerinden Şah’a bir akçe gelür. Amma bu oymaqānun yine kurçıları ki vardur anlar şahdan tonluk yirler, nev-rūzda liyākatine göre hil’at giydirilüb şanına göre tümen hisabınca tonluk virülür.”"
    R. Yıldırım, "Turkomans between Two Empires", səh. 283-286

КОМЕНТАРІ • 8

  • @IlkinQurbanov-ti8dz
    @IlkinQurbanov-ti8dz Рік тому +3

    Yaşasın Böyük Qızılbaş Türk Azərbaycan 🇦🇿

  • @turcoman6211
    @turcoman6211 Рік тому +1

    👍

  • @az_804
    @az_804 4 місяці тому +1

    Çox gözəl işdir bu etdiyiniz. Nə olar savam edin🇦🇿🙏🏻

  • @gamejqar4454
    @gamejqar4454 Рік тому +2

    Gardaşım Azerbaycan.

  • @WooBackBaby
    @WooBackBaby Рік тому +3

    Talışlar xaric Qızılbaşlar 24 türk tayfasından ibarət idi.

    • @WooBackBaby
      @WooBackBaby Рік тому +3

      @@As_and Türkman tayfaları nəzərdə tutulur

    • @AveTruth
      @AveTruth Рік тому

      O vaxtı talışlı adlanan qızılbaşların indiki anlamda talış olması məsələsi də mübahisəlidi. Talışlı Qızıbaşların hakimlərini, adlarını və hansı tayfalara aid olduğu ilə maraqlanın. Talışlı Qızılbaşlar bir-neçə tayfanı təmsil edirlər, talış yox türkman tayfalarıdı.

    • @WooBackBaby
      @WooBackBaby Рік тому +2

      @@AveTruth Mən zatən onu nəzərdə tuturam. Məsələn Mir Mustafa Xan və Qara Xan Talış Türkmandır ancaq Talış olaraq gedir. Talışların tam olaraq kim olması ad etibarı ilə də mübahisəlidir. Bu səbəbdən Səfəvilərdə mövcud olmuş Talışların kip olduğunu tam olaraq deyə bilmərik.