İmam Əlinin(ə)Sadiq Dostu Meysəm Təmmarin Şəhadəti Günü Munasibətiylə Baş Sağlığı Veririk

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 5

  • @islamtv3145
    @islamtv3145  4 місяці тому

    Daha sonra onun qılıncdan iti dilini kəsdilər. Onun dilini kəsmək tapşırığı almış məmur Meysəmə dedi: "Nə istəyirsənsə, de, əmir sənin dilinin kəsilməsini əmr etmişdir." Meysəm dedi: "Günahkar qadının oğlu Übeydullah İbn Ziyad elə düşünür ki, məni və mövlamı yalançı kimi tanıtdıra bilər. Budur mənim dilim." Həmin muzdur Meysəmin dilini ağzından çıxardı.

  • @islamtv3145
    @islamtv3145  4 місяці тому

    Xüsusi istedad və məqama malik olan Meysəm həzrət Əlidən (ə) xeyli hədis eşitmişdi. Onun oğlunun deməyinə görə, bu hədislərdən bir kitab da tərtib olunmuşdu. Təəssüf ki, Meysəmin yazılarından bu günümüzə gəlib çatanı olmamışdır. Hədis kitablarında Meysəmdən nəql olunmuş rəvayətlər isə çox azdır. Oğlanları Yəqub və Saleh Meysəmin yazılarından rəvayətlər söyləmişlər.

  • @islamtv3145
    @islamtv3145  4 місяці тому

    Meysəm öz ölümünü o qədər adi və etinasız qarşıladı ki, düşmənin qəzəbi daha da artdı. O hətta ölüm astanasında uca bir səslə xalqa İslami həqiqətlərdən və Həzrət Əlinin (ə) əsrarəngiz hədislərindən danışırdı. O vaxtlar insanı boğazından yox, çiyinlərindən, sinəsindən dara çəkər və boğmaqla yox, sıxıntı və aclıqla öldürərdilər. Meysəm deyirdi: "Hər kəs Həzrət Əlinin (ə) dəyərli bir hədisini eşitmək istəyirsə, mən ölməmiş yaxına gəlsin. Mən sizə dünyanın sonunadək gələcəyin hadisələrini xəbər verərəm. Xalq onun ətrafına toplanmışdı. Meysəm din mənbərindən danışırdı. O Peyğəmbər (s) Əhli-beytinin, Əli (ə) ailəsinin fəzilətlərindən danışır. Bəni-Üməyyənin xəyanətlərini ifşa edirdi. Həmin bu son anlarda Meysəmin dar ağacından həqiqətləri bəyan etməsi olduqca təsirli idi. İbn Ziyada xəbər verdilər ki, bu adam sizi rüsvay etdi. İbn Ziyad dedi: "Ağzına cilov taxın." Bəli, Meysəm İslam yolunda ağzına cilov taxılmış ilk şəxs oldu

  • @ilqarallahyarov625
    @ilqarallahyarov625 4 місяці тому

    Çox sağ olun.Amma musiqinin səsi çoxdur.