Süni Mayalanmadan SONRA - Bunları edin!

Поділитися
Вставка
  • Опубліковано 19 сер 2024
  • #Ginekoloq #Xəyalə #Hamiləlik
    Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq Xəyalə Təhməzi
    Tel: 055 882 38 34,
    077 312 38 34
    İnstaqram: www.instagram....
    Facebook: www.facebook.c...
    MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru
    Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika,
    Sonsuzluğun müalicəsi,süni mayalanma, EKO
    Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan
    Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan
    Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan
    Mamalıq və Ginekologiya ixtisası üzrə Dosent 2019-cu il Azərbaycan
    Süni mayalanma nədir
    Süni - ekstrakorporal mayalanma - boru sonsuzluğunun əsas müalicə üsuludur. Onun effektivliyi 25-26% təşkil edir, bəzi tibb mərkəzlərində isə 40%-ə çatır. Sübut olunmuşdur ki, ekstrakorporal mayalanma (EKM) üsulu, uşaqlıq borularında aparılan mikrocərrahi müdaxilələrdən iki dəfə effektivdir.
    Qadınlarda yumurtalıq rezervi - yetişməmiş yumurtahüceyrə ehtiyatı yüksək olduqca, EKM daha effektivdir. Buna görə də, ginekoloji müdaxilələr zamanı, yumurtalıqların daha çox hissəsinin qorunması vacibdir. Gələcəkdə bu, EKM-in müvəffəqiyyətlə bitmə şansını artırır.
    Müasir dövrdə sonsuzluğun az effektiv və köhnə üsullarla müalicəsinə sərf olunan zamanı qısaltmaq lazımdır. Bəzi ölkələrdə EKM proqramları artıq məcburi tibbi sığorta sistemində qarşılanır. Ümid etmək olar ki, bu prosedur çox sayda qadının ana olmasına kömək edə biləcək.
    Göstəriş və əksgöstərişlər
    EKM proseduru, sonsuzluğun, digər müalicə üsullarının effektsiz olduğu bütün hallarında göstərişdir.
    EKM aşağıdakı hallarda aparılmır:
    ağır ruhi və daxili xəstəliklər olduqda;
    hamiləliyi davam etdirə bilməyəcək səviyyədə uşaqlığın forma dəyişikliyi;
    yumurtalıqların törəmələri;
    endometriumun hiperplastik prosesləri;
    uşaqlığın xoşxassəli şişi (məsələn, böyük miomalar) üçün cərrahi müalicəyə ehtiyac;
    istənilən, o cümlədən əvvəllər keçirilmiş bədxassəli şişlər;
    kəskin iltihabi xəstəliklər.
    Bu maneələrin çoxusu həll ediləndir. Sonra prosedur həyata keçirilə bilər.

КОМЕНТАРІ • 18