Prezident və birinci xanım Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • Aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
    Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.
    Qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə - əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır.
    Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verdi.
    Prezident İlham Əliyev: Buraya gələn qonaq, turist nə görəcək?
    Fuad Nağıyev: Konsepsiya ondan ibarətdir ki, kompleksin binası yuxarıdan krater kimi görünəcək. Eyni zamanda, burada emalatxana da fəaliyyət göstərəcək. Uşaqlar üçün dərslər keçəcəyik. Sərgi zalı və kafe də olacaq.
    “Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri vardır. Yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan “Torağay”a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər buranın turistik önəmini daha da artırır.
    Dövlətimizin başçısı Palçıq Vulkanları Turizm Kompleksinin təməlini qoydu.
    Sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur.
    Əraziyə gedən yol infrastrukturunun qurulması üçün Qobustan qoruğundan “Qılınc” və ətraf ərazilərdəki vulkanlara gediş-gəlişi təmin edəcək, eləcə də Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaranması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır.
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vulkanların yerləşdiyi ərazini gəzdilər.
    @Yeni TV-yə 🔔 / @yenitv tıklayaraq abunə ola bilərsiniz.

КОМЕНТАРІ • 7

  • @aqsinliyev9003
    @aqsinliyev9003 3 роки тому +1

    Azərbaycanda bütün sahələrdə olduğu kimi Turizm sektorundada dinamik inkişaf mövcuddur.

  • @ŞaiqQedirov
    @ŞaiqQedirov 9 місяців тому

    Dəhşətdi aparıcı Qaradağ rayonu Qobustan qəsəbəsi deməli idi

  • @aqsinliyev9003
    @aqsinliyev9003 3 роки тому

    Allah xeyirli və uğurlu eləsin!

  • @aqsinliyev9003
    @aqsinliyev9003 3 роки тому +1

    Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 18 ildə böyük inkişaf yolu keçib.

  • @aynurmmmdova2356
    @aynurmmmdova2356 11 місяців тому

    AÇILIŞI NE VAXT OLACAQ ? BİLEN VARSA YAZSINDA XAİŞ

  • @geography_teacher2234
    @geography_teacher2234 2 роки тому

    Mən anlamıram bir azərbaycan vətəndaşı olaraq mən bütün buları niyə ancaq uzaqdan görə bilərəm niyə gedə bilmirik qalaaltı iatirahət mərkəzinə hər şüy od bahasına açılış edəndə belə deyir gələcək turisrlər qonaqların qalmaaı nələrisə görməsi üçün nə bilim nə olmazmıki dövlətimizi sərvətlərindən bizdə xalq olaraq istifadə edə bilək

  • @guliguli563
    @guliguli563 3 роки тому

    Qobustan kend deyil Qesebedir!