Vətən Müharibəsində ilk ŞƏHİD xanımı - Arəstə Baxışova

Поділитися
Вставка
  • Опубліковано 21 сер 2024
  • 1989-cu ildə Xaçmazın Qımılqışlaq kəndində dünyaya gələn Arəstə Azərbaycan Dövlət Pedaqoji Kollecini bitirsə də, uşaqlıqdan hərbiyə olan sevgisi, marağı onu bu sahəyə gətirir.
    Silahlı Qüvvələrin hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Beyləqan rayonu "N" saylı hərbi hissədə çalışıb. Azərbaycan Ordusunun hərbi tibbi çavuşu olan Arəstə Baxışova 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak etmək üçün 2 övladını anasına əmanət edir.
    Vətən uğrunda ŞƏHİD olmaq ucalıqdır deyərək könüllü cəbhəyə yollanır. Oktyabr ayının 23-də Qubadlının azadlığı uğrunda gedən ağır döyüşlər zamanı yaralı hərbiçiləri döyüş meydanından çıxararkən ŞƏHİDLİK ZİRVƏSİNƏ ucalıb. 2 övladı əmanət qalır. Ölümündən sonra "Vətən Uğrunda " medalı ilə təltif olunub. 🇦🇿🇦🇿🇦🇿 Allah rəhmət edsin 🇦🇿.

КОМЕНТАРІ •