Peyinin müsbət və mənfi cəhətləri

Поділитися
Вставка
  • Опубліковано 7 вер 2024

КОМЕНТАРІ • 197

  • @Afsanka8989
    @Afsanka8989 Рік тому +7

    Savadlı bağban. Yeni kəşf etdim. İzləyəcəyəm. Allah təala can sağlığı versin

  • @ilqarahadov2047
    @ilqarahadov2047 Рік тому +6

    Təşəkkürlər.bu gün fikirləşirdim ağaclara peyin verim.bu videodan sonra fikrim dəyişdi ..

  • @emilqasimov609
    @emilqasimov609 3 роки тому +30

    Qardaş məlumatların dəyərlidir,amma videoları qısa və lakonik çəksən daha yaxşı olar.Bax bu 10 dəqiqəlik videonu 3-4 dəqiqəyədə başa salnaq olardı

    •  3 роки тому +7

      Salam. Fikir bildirdiyiniz üçün çox sağ olun amma 3-4 dəqiqəyə yerləşdirmək olmur. Mən də çalışıram ki, qısa çəkim amma alınmır. Gərək dediklərimin 1/3 deməyim və çox tez-tez danışım.

  • @nazeketrehimova3232
    @nazeketrehimova3232 Рік тому +3

    Faydalı məsləhətlər üçün təşəkkürlər

  • @raminmiraliyev4363
    @raminmiraliyev4363 4 роки тому +11

    Kampos yaxşı şeydir Rusiya da ən çox istifadə olur ot yarpaq çürüyən nə varsa curudurlər

  • @elsenabasov4954
    @elsenabasov4954 8 місяців тому +3

    Çox sağ olun

  • @xuramanrizvan7683
    @xuramanrizvan7683 4 роки тому +5

    Videoya kanalınızda baxdım və sonra bir az youtubedə araşdırmalar apardım. Belə bir varianta rast gəldim ki, peyinin üstündən super fosfat əlavə edəndə, zərərlərini azaltmaq olur.

    •  4 роки тому +1

      terkibini fosforla zenginlesdirirsiz

    • @vasifkerimov436
      @vasifkerimov436 4 місяці тому +1

      Sizde baqbansiniz xanim??

    • @xuramanrizvan7683
      @xuramanrizvan7683 4 місяці тому

      @@vasifkerimov436 Bağban deyəndə ki, bir parça torpaq alıb, bağ salmışam özümçun.Xoşuma gəlir bu həvəs.

    • @xuramanrizvan7683
      @xuramanrizvan7683 4 місяці тому

      @@vasifkerimov436 Salam.Özümçün bağ balaca salmışam, həvəskaram.

  • @cinaremehdiyeva7149
    @cinaremehdiyeva7149 3 роки тому +5

    Mən toyuq peynini 5 lit suya, yarım lit islanmış toyuq peynininin suyunu qarışdırıb bütün ev güllərimə verirəm

  • @cingizsuleymanova6652
    @cingizsuleymanova6652 3 роки тому +4

    Bitki üçün peyin çox dəyərlidir birinci torpagi münbitləşdirir havalanmani yaxşilaşdirir peyin üzvi kübrədir insan orqanizmi üçün heç bir ziyani yoxdur

    •  3 роки тому

      Çox sağ olun fikir bildirdiyiniz üçün.

  • @tajafarov
    @tajafarov 4 роки тому +3

    Cox sag olun melumat ucun

    •  4 роки тому +1

      Zulm cekdim montajda. 4 saatimi aldi. 🙂

    • @tajafarov
      @tajafarov 4 роки тому +1

      @Bağban 😊😜 hansi proqramla montaj etdiniz?

    •  4 роки тому

      @@tajafarov wondershare filmora 9

    • @tajafarov
      @tajafarov 4 роки тому +1

      @ screenlərə baxdim, normal proqrama oxşadı

    •  4 роки тому

      @@tajafarov Pro kimi deyil. Sade bir seydir.

  • @eminnasibov5235
    @eminnasibov5235 4 роки тому +2

    👍

  • @sevincnebiyeva7117
    @sevincnebiyeva7117 3 роки тому +1

    Təşəkkürlər dəyərli məlumat üçün.

  • @abuyusuf2085
    @abuyusuf2085 3 роки тому +3

    Sizin kimi mütəxəssis birinin həyətini daha gözəl görmək istərdik. Ağacların arası çəmənlik, divarlar sarmaşıq və ya salxımlı çiçəklər bəzi boş yerlərdə dekorativ bitkilər və s.

    •  3 роки тому +1

      İnşallah o da olar amma qazon xoşlamıram. Bağda yaşayanda onlar olacaq.

  • @Xacmazbagciliq
    @Xacmazbagciliq Рік тому +2

    Məlumat üçün Təşəkkürlər. Uğurlar.

  • @kamranrzayev8748
    @kamranrzayev8748 4 роки тому +3

    Cox maragli bir mövzüdü cox saholun ki onu galdırdız burda. Demey olar ki ancag AT peyini faydalidi, onu men coxtan bilirdim dogrusu, onu da cidirda almag olar. Mən umumiyətlə kubrə vurmagini tərəftariyam nede olmasa 21-ci əsirdə yaşayırıq )))) Sadecə kübrə vuranda dozani duzgun vurmag lazimdi ves salam. Elimnən gorxmag lazım deil düzgün istifadə etmək lazımdı, Peyin isə keçmiş əsirlərdə galmalıdır artıg. Bu mənim subyektiv fikirimdi, mənnə razilaşmag hec kim məcbur deil))

    •  4 роки тому +1

      Duz deyirsiz. Peyinden daha yaxsi ve daha faydali kompost var. Gubrelerden de qorxmaq lazim deyil. Tam duz deyirsiz.

    • @aynura-va1674
      @aynura-va1674 3 роки тому +3

      Hal hazırda Avropa ölkələri kimyəvi gübrələrdən keçiblər təbii peyinlərə.

  • @user-gq2pf3bm4u
    @user-gq2pf3bm4u Рік тому +3

    Yaşlı bir bağban kimi (72 yaşım var 33 il bağla məşğulam) sənin verlişlərindən xoşum qəlir . Mən sizə Mal peynindən danışmag istəyirəm. Mal peyninin ən yaxşısı yaş Mal peyinidir . Yaş mal peyinini 3 qün suda saxlamag lazımdır və sonra ondan istifadə etmək məsləhət qörürəm.

    •  Рік тому +1

      Allah sizə can sağlığı versin. Amin

  • @amirismayilov6024
    @amirismayilov6024 4 роки тому +2

    sagol məlumata görə

    •  4 роки тому

      buyurun

  • @amirismayilov6024
    @amirismayilov6024 4 роки тому +1

    super

  • @afikhuseyin659
    @afikhuseyin659 3 роки тому +2

    Safdali agacina nece quluq etmey lazimdir. Dibine peyin tokmey lazimdir yoxsaki gubre tokmey lazimdir? Hansi efeklidir.
    Birde deyirlerki gubre tokende torpaq soranlasir duzdumu?

    •  3 роки тому +1

      Salam. Peyin əlavə etməyi tövsiyyə etmirəm. Səbəbini burda bir videoda izah etmişəm. Yay boyu peyin ya da ondan daha yaxsi alaq otlarının suyundan istifadə etməyi tövsiyyə edirəm. Hazırlanması qaydası burda bir videoda izah etmişəm. Beləliklə yay boyu peyin suyu, payızda isə Kailum və Fosfor verməyinizi tövsiyyə edirəm. Gübrədən torpağın şoranlaşması bəli duzdür. Azotu çöx verəndə torpaq şoranlaşır. Bu arada peyinin də tərkibində azot çox oluduğu üçün onu da 3 ildən bir verirlər. Petin də hər il verildikdə torpağı şoranlaşdırır.

  • @familrzayev5573
    @familrzayev5573 Рік тому +2

    Bəyəndim həta bezi melumatlarda öyrəndim ama bir sualım var neden bağınız görsədmədiz yani birbiriniz tamlayırmi .maraqındı sizin bağınız necədi

  • @za3266
    @za3266 4 роки тому +2

    Çox sag olun ətraflı məlumata görə. Ona görə danadisilər çox imis bagımızda 🤔

    •  4 роки тому +1

      Buyurun

    •  4 роки тому +1

      Sonda peyinin icinde olan ziyanvericiler barede danismisam.

    • @za3266
      @za3266 4 роки тому +1

      @ çox gözəl.

  • @jaxojaxo4676
    @jaxojaxo4676 3 роки тому +1

    Çox dəyərli məlumatlar verirsiz bunun üçün sizə çox sağ olun deyirəm.Chandler qoz (amerkan) ağaclarım var 3 ildi ki əkmişəm hansı ayda və hansı heyvanın peyini məsləhətdir? Əvvəlcədən təşəkkürlər!

    •  3 роки тому

      videoya yeqin diqqetle baxmamisiz. Men peyin terefdari deyilem. Bele ise yay boyu peyinli su vere bilersiz.

  • @jaxojaxo4676
    @jaxojaxo4676 3 роки тому +2

    Toyuq tinindən bir başa peyni ağacın dibinə tökmək olar mı? Yəni mütləq köhnə olması şərtdir mi?

    •  3 роки тому

      yox olmaz. Yandirarsiz agaclari. Suda 1 hefte saxlayin ve 1/20 nisbetinde verin. Duzdur artiq ona ehtiyac yoxdur

  • @peykpeyk7204
    @peykpeyk7204 4 роки тому +4

    əla məsləhətinizə görə çox sağ olun
    👪👌

    •  4 роки тому

      Baxdiginiz ucun cix sag olun

  • @ruhengizruhengiz1838
    @ruhengizruhengiz1838 3 роки тому +3

    Peyinsiz torpağın gücü olmaz.Mənim həyətim torpaqdır.Onu yumşalda bilmirəm.İndi indi düzəlir həmişədə əkmişəm.Həyətdə çıxan otları,ağacladan tökülən yarpaqları çiçəkləri,evdə işlətdiyimiz çayın yarpaqların,inək peyini,əlimə nə keçir torpağa qoşub şumlatdırıram.

    •  3 роки тому

      Həyətinizdə danadisi var?

    • @ruhengizruhengiz1838
      @ruhengizruhengiz1838 3 роки тому

      @ Bilirəm peyindən olur.Amma yumşaltmaq mümkün deyil.Ancaq belə.

  • @menfidanam
    @menfidanam 4 роки тому +3

    Cox yaxshi melumatlar verirsiz amma kulekden, deyilinenlerin yaxwi eshidilmemesinden sebrim catmadi axira kimi baxmaga.

    •  4 роки тому +1

      Cox sag olun. Mikrofon da almisam amma tesiri yoxdu. Daha bahali mikrofonlara baxiram. Onu da alacam.

    • @elnursadqov3772
      @elnursadqov3772 4 роки тому +1

      @ Salam.Üzr istiyrəm öyrətmək kimi olmasın mikrafon alanda baxın üst maçalkası biraz qalını olsa yaxşı olar külək səsini götürməz..
      Uğurlar sizə.

    •  4 роки тому

      @@elnursadqov3772 duz deyirsiz. Baxacam onlara

    • @elnursadqov3772
      @elnursadqov3772 4 роки тому +1

      @ İnşallah.
      Allah nəsib eləsin al.👍

    •  4 роки тому

      @@elnursadqov3772 insallah

  • @tunzalexelilova22
    @tunzalexelilova22 4 роки тому +4

    Çox sağ olun.

    •  4 роки тому +1

      Buyurun

  • @huseynemirov9950
    @huseynemirov9950 4 роки тому +2

    Dəyərli məlumatlara görə təşəkkürlər

    •  4 роки тому

      Buyurun

  • @kurtelecom6941
    @kurtelecom6941 2 роки тому +1

    Məsləhətinizə görə çox təşəkkür edirəm.Xahiş edirəm səsinizi yüksəldəsiniz.Çünki səsiniz zəif gəlir.

    •  2 роки тому +1

      Yaxşı.

  • @abuyusuf2085
    @abuyusuf2085 3 роки тому +1

    Videolarınızdan faydalanırıq. Çox sağ olun. Amma çox təkrara yol verirsiz deyə video uzun olur. Məncə məlumatları qısa və dolğun şəkildə hazırlayıb çəkiliş etsəz daha yaxşı olar.

    •  3 роки тому

      Bu videoda deyilənləri təkrarlayaraq bir video çəkib, məni də ora qeyd edə bilərsiz? Mümükün qədər qısa çəkmək istəyirəm, alınmır. Dediklərimi də heç yerdən oxumadığım və bir başa dediyim üçün təkrar ola bilər. Mümkünsə siz bir video çəkin və göstərin necə edim. Əvvəlcədən çox sağ ol deyirəm.

    • @abuyusuf2085
      @abuyusuf2085 3 роки тому

      Bir dəfə Facebookda yazmışdız ki, -video hazırlayıram baxmırsız, kanalı bağlamaq istəyirəm və s. O yazınızı oxuyandan sonra mən sizin UA-cam kanala abunə oldum, bildirişləri də açdım, bəzilərinə koment də yazdım və çalışdım ki, hər videoya baxın və bəyənmə də edim ki, bəlkə kanalınıza faydam ola. Həmmdə çalışdım görə bildiyim əskikləri tapıb sizə bildirim ki, videolarınız daha keyfiyyətli olsun. Amma görürəm ki, irad qəbul etmək istəmirsiz. Əksinə mənə video çəkmək nəsihəti edirsiz. Allah sizə kömək olsun.

  • @faiqmamedov9177
    @faiqmamedov9177 2 роки тому +3

    Çox uzun danışırsan qardaş,çalış bir az yığcam ,qısa və konkret olsun rolik

    •  2 роки тому +1

      Biri deyir az danış, digəri deyir ətraflı danış. Faiq mən ümumiyyətlə bu yerlərin adamı deyiləm :)

  • @NuranGamer1456
    @NuranGamer1456 3 роки тому +3

    Qardaşım, salam. Videonuzu diqqətlə izlədim. Amma mən peyinsiz heç nə əkməyi təsəvvür edə bilmirəm. Peyin torpağın tərkibini yumşaldır, ona hava keçməsini asanlaşdırır və s.Mən bitkilərə peyini ya bərk şəkildə, ya da qıcqirmiş şəkildə verirəm. Yazda-yayda cəlləkdə və yaxud da köhnə iri hamam vannasında qıcqırdıb, sulayanda verirəm. Qişda isə ağacların ətrafına verirəm. Toyuqlarımın hinlərini hər dəfə təmizləyəndə, daşıtdırıb verdirirəm. Hətta keçən il 1 maşın qoyun peyini də almışdım. Onu da yaydırdım torpağın üzərinə. Qaldı ki, sizin dostlarınızın 1 maşın peyin almaq məsləhətinə - məncə, çox düzgün məsləhətdir. Yazda 1 maşın yaş inək peyini alın. Üzərini parnik klyonkası ilə bağlayın. Ətək tərəflərinə daş kubiklər düzün. Üstünə də taxta parçaları atınki, külək klyonkanı atmasın. Yay günəşinin təsirindən peyin başlayacaq yanmağa. Peyinin içərisində temperatur o qeder yüksək olacaq ki, peyindəki bütün ot-alaq toxumları və mikroblar yanacaq. Dediyiniz danadişi və may böcəkləri peyinin üstü açıq qalanda, öz yumurtalarını həmin peyinin içərisinə qoyurlar. Bağladıqda isə peyinin içinə hər hansı bir böcək yumurta qoysa, virus və yaxud da bakteriya varsa da, hamısı yanıb məhv olacaq. Payizda klyonkanı açıb, rahatca həmin yanmış peyini bütün bitkilərinizə verə bilərsiniz. Heç bir qorxusu olmayacaq. Əksinə, torpağınızı qidalandırmaq və münbit etmək üçün çoxlu üzvi gübrəniz olacaq.

    •  3 роки тому +1

      Sağ olun ki, videoya baxmisiniz. Peyini her il vermek olmaz. Torpaqda azot artıqlığı yaradır. Bu da bitkilere ziyandır. Peyin suyunu yaxşı edirsiz. Qidalandırmaq gözəldi. Çox xeyiri var. Peyini pulla almaqdansa onun kimi effektə malik bitki kompotu düzəldirəm ve peyindən də effektiv olan və ən əsası pulsuz olan kompostdan istifadə edirəm.

    • @NuranGamer1456
      @NuranGamer1456 3 роки тому +2

      @ Siz də sağ olun. Amma hər halda siz ağaclarınızı və bitkilərinizi peyinsiz qoymayın. Çox istəyirəm ku, sizin bağınız yaxşı inkişaf eləsin və gözəl olsun. Bir neçə gün bundan qabaq da sizə şərh yazmışdım. Yəqin ki, xatirinizdədir. Sizin həyətin torpağı qumsal olduğu üçün mütləq çoxlu üzvi gübrələr: peyin, kompost, kül və s. ilə gübrələnməlidir ki, bitkilər yaxşı inkişaf ede bilsin. Həm də yayda mümkün qeder suyu torpaqda saxlaya bilsin. Peyin vermədən başqa gübrələrə güvənib, illərinizi boşa verə bilərsiniz. Onu da deyim ki, nadir hallarda sizin kimi cavanlar torpağa meylli olur. Buna görə də sizə Maşallah düşür.🙂 Allah can sağlığı versin. Heç zaman ruhdan düşməyəsiniz. Bağınız bərəkətli olsun. 🙏🙏🙏

    •  3 роки тому +1

      Cox sag olun. Allah razi olsun

  • @zamikzeynalov5525
    @zamikzeynalov5525 3 роки тому +2

    Salam men bax sahemdə axaclarımın div ətrafına qoyun peykini vermişəm ne qeder düzdur, quru toz halındadır peyin

    •  3 роки тому +1

      Qoyun peyini sepmekle olmur. Onu ya torpaga tokub, sonra bellemek lazimdir, ya da ki, samanata qatib vermek lazimdir. terkibinde azot cox olur deye diqqetli olun. Cox vermek olmaz. Agaclarinizi yandira bilersiz.

  • @kmalxlilova5114
    @kmalxlilova5114 3 місяці тому

    Salam Aleykum, bəs danadişiləri necə yox etmək olar?

  • @NasirHuseyn
    @NasirHuseyn 4 роки тому +2

    Salam gözəl insan.Videonuza baxdım.Bildiyiniz qədər dəyərli məlumat verdiyiniz üçün sağolun.Deyirsinizki peyinin üstündə ağ təbəqə varsa onu almayın.Həmin ağ təbəqənin nə olduğunu bilmək istərdim.Onu hansı mənbədən öyrənmisinizsə xaiş edirəm mənədə öyrədin.

    •  4 роки тому +2

      Salam. Cox sag olun. Peyin barede ecnebi dilde rus-ingilis dilinde axtaris verin, orda cixacaq. Bizim alimlerimiz ozlerine eziyyet verib her hansi bir meqale yazmirlar. Butun melumatlari ecnebi menbelerden gotururem. Mene ele geldi ki, siz bu dediyimle razi deyilsiniz. Ona gore menbeni sorusursuz.

  • @elvinsabanov1877
    @elvinsabanov1877 4 роки тому +2

    Deyirsiz inek peynini cox vermek olmaz amma bizde rayonda her il ekin sahelerine inek peyni verilir.100 illerdi bu bele davam edir.men bildiyim qederi ile torpagi quvvetlendirir peyin

    •  4 роки тому +1

      Verdiyim melumat menim fikirlerim deyil. Her videoya gore nece gun hazirliw gorurem. Illerfi peyin verirler deye mehsul ilden ile azalir ve yerli sortlar getdikce yixa cixir. Evezinde hibrid sortlar gelir.

    • @maximusisus6123
      @maximusisus6123 4 роки тому +2

      @ heç dəxli var? Hibrid sortdan inek peyninə nə var? Birdə ümumiyyətlə dünyada hibrid olmayan sort mədəni bitki var?!

    •  4 роки тому +1

      @@maximusisus6123 Dexli odur ki, normal sertlerde torpaqda yetismeyen bitkileri, hibrid bitkiler evez edir. Hibrid bitkiler de bol mehsuluna ve ilde bir nece defe mehsul verme xususiyyetlerine gore, yerli sortlari ekincilikden cixardirlar. 20-25 il evvel qisda ciyelek tapmaq olardi? Indi demek olar ki, her kesin heyetinde il boyu bar veren ciyelek var.

  • @user-us8xm1nj9q
    @user-us8xm1nj9q 6 місяців тому

    Salam sizin vidiolariniza baxiram. Men ancaq inek peyininnen istifade edirem Gorek nece olacaq .Kompost nece ? Boceklerin coxalmasina sebeb olmurku? Mumkunse basa salardiz .cox sag olun

  • @raufrauf5679
    @raufrauf5679 Рік тому +3

    Qardaw indi aqac sulamaq olar ?

  • @nazimrehimov8950
    @nazimrehimov8950 Рік тому +1

    Salam.Dibcək ğülü ücün necə torpaq secmək olar?Məsələn yarpak cürüntülü torpak zərər verər?

    •  Рік тому

      Güldən asılıdır. Azaliya, anturium turş torpağı sevir. Slumbergerra, algaonemalar meşə cürüntüsünü sevir. Kaktusların böyük əksəriyyəti qumsal torpağı sevir.

  • @iradeagayeva5805
    @iradeagayeva5805 4 роки тому +2

    Salam. Düz deyirsiz bizede guş peyini gelenden sonra cürbecür heşeratlar peyda olub. Bütün yarpaglar deşikdi. Çeyirkede reyda olub. Onu nece mehv etmek olar?

    •  3 роки тому +1

      cox cetin bir meseledir amma reallasdirilmasi mumkundur. Daima dermanlamalisiz ve gozle gorunenleri elle yigmalisiniz ki, kokunu kese bilesiz.

    • @seramis1719
      @seramis1719 Рік тому

      Toyuq saxlayın. Bütün həşəratları məhv edir

  • @zekirbekirli6404
    @zekirbekirli6404 2 роки тому +1

    salam kartofa qoyun peyni vermek olar ve ne ce verim

  • @elovsetezizov589
    @elovsetezizov589 Рік тому +1

    Salam baqi baqcasi mali dovleti bereketli olsun.
    menim aqaclarim sire buraxir onu neyneye bilerem?
    Birde 2 aydi dockada peyin suyla qarisdirib qicqirtmisam onu ne vaxt verim aqaclarin dibine?

    •  Рік тому +1

      Peyin suyunu güllərə ve ya həmişə yaşıl kollara verə bilərsiz. Ağaclara indi o lazım deyil. Şirə isə gövdə yeyən qurdlara görədir. Onun üçün də şirəni qopardandan sonra ən azı 3 dəfə ağacınıza İnsektisid tərkibli dərman vurmalısız. Yağışlı hava olmasın

  • @ELDAR17975
    @ELDAR17975 Рік тому +1

    Salam. Zəhmət olmazsa deyərdiniz Armud ağacı üstündə dolu olur,amma sonra 70% tökülür. Niyə?

    •  Рік тому +1

      Salam. Səbəbi çox ola bilər.
      1. Çox su verirsiz deyə, kökləri zədələnə bilər.
      2. Az su verirsiz.
      3. Ağaca gübrə vermirsiz deyə ağac çox zəifdir.
      4. Həşarat və ya göbələk xəstəliyindən də ola bilər.

  • @kmalxlilova5114
    @kmalxlilova5114 3 місяці тому

    Xiyar şitili əkmişəm, hər gün birini dibindən kəsir, nə vurmalıyam onların dibinə?

  • @gul8395
    @gul8395 Рік тому +1

    Qardaş mən çiçəklərimi inək peyininə əkdim heç qatqı qatmadan ama güllərim heç artmır 6 dibçəyim çuurüdü ama peyin təzə deyil idi

    •  Рік тому +1

      Tək peyində əkmisiz deyə yanıblar. Torpağına peyin əlavə etməliydiz.

    • @gul8395
      @gul8395 Рік тому +1

      @ hə səyif elədim məhv oldular 😢 çox sağolun cavab yazdığınız için 🙏🏻

  • @ferqiycfrova1692
    @ferqiycfrova1692 4 місяці тому

    Yerin quvvesi olmur axı......Otu doqrayıb iyidib tökmek olar??

  • @vilayetaliyev7776
    @vilayetaliyev7776 2 роки тому +1

    salam mən bakıda heyetimde yeni baş salmaq isdeyirem.sari qumsal torpaqdır. peyin verməyə ehtiyac var? birdə toyuq peynin sizin dediyiz üsulda vermey olarmi yeni əkilən aqaclara.

    •  2 роки тому

      Salam. Torpağınıza peyin, ağac ovuntusu(opilka), qazon, yarpaq, cılılmış kağız və ya kardon tökün və bellətdirin. Bunu bostan edəcəyiniz yerlərə edin. Ağac əkəndə isə bunları ağacın calasına tökün. Peyindən başqa digərlərini hər il edə bilərsiz. Peyin 3 ildən bir verilir.

    • @vilayetaliyev7776
      @vilayetaliyev7776 2 роки тому +1

      @ çox saq olun .ətraflı məlumat verdiniz.Işlernizde sizə uqurlar.

    •  2 роки тому

      @@vilayetaliyev7776 buyurun

  • @elcinyaqubov287
    @elcinyaqubov287 2 роки тому +2

    Peyini odun kuluile qarisdir heç bir hesarat ola bilmez

    •  2 роки тому +1

      Peyin esasen azot terkibli maddedir deyek. Peyinle kulu qarisdiranda, peyinin terkibindeki azot tez bir zamanda amiyaka cevrilir ve ucur. Onunla da peyinin hec bir menasi qalmir.

  • @raufeliyev7145
    @raufeliyev7145 3 місяці тому +1

    Menim torpaqim qumsaldi aqac quruyur biri deyir peyini bol ele biri deyir peyin ziyandi qalmiwam avara

    •  3 місяці тому +1

      Qumun dərdi odur ki, suyu saxlamır və zəifdir. Mulça etsəz və gübrə versəz, tutacaq

  • @guliyasirinova254
    @guliyasirinova254 2 роки тому +1

    Zehmet olmasa deyrdiz peynden pitklere agaclara xestelik kece biller ? Agclarlmlnda güllerimnde yarpaqlarl sarallr quryur büzşur

    •  2 роки тому

      Salam. Peyinlə dana dişi gələ bilər. Yarpaqların büzüşməsi ya gənədəndir ya da çox peyin vermisiz və bitkini yandırmısız. Büzüşən yarpağın içinə baxın. Orda gənə də ola bilər.

  • @user-sq6es9hs3u
    @user-sq6es9hs3u 2 роки тому +1

    Qicqirmis yas peyin duzeldib vermek olar bitkilere?

    •  2 роки тому +1

      Yaş peyinin içinde onu ifraz edən heyvanın mədə-bağırsağindaki bütün xəstəliklər olur. Siz onu almayın. Almısınızsa 2 il saxlayın ki, tam yansın o. Sonra istifadə edin.

    • @user-sq6es9hs3u
      @user-sq6es9hs3u 2 роки тому

      @ salam. Teze agaclarimin yarpaqlarini nese yeyir. Ceirtkedi ya agac qurdudu bilmirem darasiblar. Ne edim?

  • @hyrnrmzn6533
    @hyrnrmzn6533 3 роки тому +1

    Sizin wotsap nomrenizi almaq olarmi meslehet ucun ?

  • @1Adadov11
    @1Adadov11 Рік тому

    Qaqa xais edirem bdene yaz tez heyete peyin tokmusem oz heyetimde agaclarda ekmisem bellemisem isdiremki peyini tokum sepim heyete ne meslehet gorsen

  • @azikotalisinski3664
    @azikotalisinski3664 Рік тому +1

    Qardaşım mən at qoyun quş inək quş peyni hər il verirəm Bakının torpağı çox zəifdir bir il vermədim bitkilər inkişafdan qaldı ..bu il qoyun peyini verdim agaclara dəhşət inkişaf etdilər agaclarım payızda gül acıb güllə agaclarım tumurcuqları birdə yam yaşıl olub yarpaqlarında iriləşib mən at peynidə verdim bu effekti görmədim ancaq Qoyun peyini dəhşət inkişaf etdi agaclar mən öz təcrübələrimi yazıram

  • @salamsalam946
    @salamsalam946 2 роки тому +3

    Çox yaxşı məsləhət verirsiz. Amma geyiminizə görə baxmaq yaxşı deyil.

  • @mahireliyev4790
    @mahireliyev4790 3 роки тому +1

    Əvvəla Salam qardaş menim bağımda 5 .6 illik calaq olunmuş alma ağacım var.2' 3 il bundan qabağ meyvesi gözəl yəni yaxşı inkişaf edirdi.bu il görürem ağacın özündən iri iri agrengli qurdlar çıxır sonra ise ağac yavaş yavaş başladı solmağa özüm meetel qalmışam bu neden ola bilər????

    •  3 роки тому

      Ağacın özündən deyəndə, kökündən nəzərdə tutursuz? Barmaq qalınlığında və 3-4 sm boyunda qurdlardir?

    • @mahireliyev4790
      @mahireliyev4790 3 роки тому

      @(ağ rəngli) barmaq qalınlığında beli ancaq ağacın gövdəsində gördüm onu mən

    • @mahireliyev4790
      @mahireliyev4790 3 роки тому

      Qardas bir məsləhət verərdiniz zəhmət olmasa mən neyləye bilerem

    •  3 роки тому

      @@mahireliyev4790 bir az çaş baş qaldım. Mənim bir videom var. Adı "bunları taniyirsiz?". Ona baxın. Odur?

    • @mahireliyev4790
      @mahireliyev4790 3 роки тому

      @ Ay sağol onlardan biridir beli mən neyləye bilerem

  • @AGSTAFA-mg3dt
    @AGSTAFA-mg3dt Рік тому +1

    Salam qardaş mən məhləyə at peyini verdim 1 kamaz quru peyin 8 sot yerə sizcək orda kartof əksəm olar

    •  Рік тому +1

      Satmaq üçün əkirsiz yoxsa özünüzə?

    • @AGSTAFA-mg3dt
      @AGSTAFA-mg3dt Рік тому

      @ özüm üçün qardaş

  • @elnurmemmedov6147
    @elnurmemmedov6147 2 роки тому +1

    Torpagin turwulugun nece azaltmaq olar?

    •  2 роки тому

      Salam. Bununla bağlı bir video çəkmişəm. Vərəqləyin videolarımı tapacaqsız.

  • @xuramanrizvan7683
    @xuramanrizvan7683 4 роки тому +2

    Salam, hər vaxtınız xeyir. Gözəl məlumatlara görə çoxsağolun. Belə faydalı videolar tez-tez çəkib, yayınlasaz, bizə, yeni başlayanlara kömək etmiş olarsız.Mən indi ağaclara su verəndə, deyəsən danadişilər gördüm. Bu qara rəngli, sıçrayan uzunsov qurdlar deyil ki? Əgər belədirsə, onlara qarşı nə istifadə edim?

    •  4 роки тому +2

      Artiq 2 ile yaxindir ki, videolar cekirem ve paylasiram. Demek olar ki, cox movzuya toxunmusam. Agac- koldan tutmus bostana ve ordan da meslehetlere qeder videolarim var. Danadisinin seklini qrupda paylasaram.

  • @zaurquliyev6585
    @zaurquliyev6585 5 місяців тому

    Mal peyininin üstünü salafan ilə örtüb parçalanmasini təmin etmək necə?

    •  5 місяців тому +1

      Dediyinizi etmək olar amma bu zaman onun içinə Danadişı öz yumurtalarını qoya bilər deyə, tam yanandan sonra mütləq onu setkadan keçirib-ələmək lazımdır.

  • @mete618
    @mete618 3 роки тому +1

    ağaclara peyin vermə vaxtı haçandı?

    •  3 роки тому +2

      Əkiləndə və ya hər 3 ildən bir verirlər. Payızda verirler ki, curuyərkən istisi köklərin don vurmasınin qarşısını alsın. Eyni zamanda yagis-qar suyu peyinin qidasını köklərə çatdırsın. Belə isə peyin suyu 1/10 nisbətində istənilən vaxt verə bilərsiz yəni yayda.

    • @mete618
      @mete618 3 роки тому

      @ təşəkkür edirəm

  • @orxanazayli7709
    @orxanazayli7709 Рік тому +1

    Siz danisanda dincelirem cox gozel izah edirsiz yormadan

    •  Рік тому

      cox sag olun

  • @mahizrhsnova1659
    @mahizrhsnova1659 3 роки тому +1

    Salam gül toxumlarına nə versək daha yaxşı artar çiçəkləyər.toxum güllərini deyirəm çox sağ olun

    • @constantine1654
      @constantine1654 2 роки тому

      Torfa əkin və ya ev şəraitində hazırlanan kompostodan istifadə edin

  • @user-lt8yw3lq9c
    @user-lt8yw3lq9c 3 роки тому +1

    soxulcan peyini istifade ede bilersiz soxulcan peyini en guclu gubrelerden sayilir hemde hec bir heserat getirmir

    •  3 роки тому

      Mən komposta üstünlük verirəm.

  • @sirvansahlar5767
    @sirvansahlar5767 Рік тому +2

    Abi kişininde qadınunda diz qapagının görünmesi haramdı

    •  Рік тому +1

      harda yazılıb? o hissənin şəklini çəkib mənə İnstagram Bağban730 göndərə bilərsiz?

    • @haroldgodwinson3410
      @haroldgodwinson3410 Рік тому

      😂😂😂

  • @Trusikoo
    @Trusikoo 11 місяців тому +1

    Salam. Qrupa necə qoşulmaq olar?

    •  11 місяців тому

      Facebook-da Bağban qrupu. Logosunda üzüm var.

  • @rizanmikayilov3350
    @rizanmikayilov3350 2 роки тому +1

    Yer ölüb gedir

  • @azikotalisinski3664
    @azikotalisinski3664 Рік тому

    🐑 Qoyun peyni dəhşət idi kalistamon pitisforum kalinabundanej oleandr evkalipt və şam agaclaı tuya sibirski kedr agaclarım inkişafı əla oldu qoyun peyini sən sonra

  • @elekberehmedov32068
    @elekberehmedov32068 3 роки тому +1

    Çox sadə ol qardaş

    •  3 роки тому

      Siz də sağ olun

    • @elekberehmedov32068
      @elekberehmedov32068 3 роки тому

      Qardaş saqolun yazmışam sadə gəlib üzürlü sayın.

  • @malikahmadov7124
    @malikahmadov7124 Рік тому +1

    Göyercin peykini nece isdfayde edmek olar

    •  Рік тому +1

      ancaq suda 1 hefte qicqirdib, 1/20 nisbətində istifadə edə bilərsiz

    • @malikahmadov7124
      @malikahmadov7124 Рік тому

      @ pamidor salam ve xiyar siz dediyviz kimi vereim

  • @Heshimov1.
    @Heshimov1. Рік тому +1

    Babat küləkliyir qardaşın səsi gelmir

  • @elviraqasimova1461
    @elviraqasimova1461 3 роки тому +1

    Salam. Mən belə başa düşdüm ki sönmüş peyin yanmış peyin deməkdir,elıdimi?Bəs dediyiniz sönmüş peyini necə istifadə etmək lazımdı?

    •  3 роки тому

      3 ildə 1 dəfə torpağa qataraq belləyirsiz ya da nəsə əkəndə dibinə verirsiz.

  • @masajaparataze2817
    @masajaparataze2817 3 роки тому +1

    Qoyun peyni məsləhətdi?

    •  3 роки тому

      Suya qatıb 1/10 nisbətində verə bilərsiz.

    • @masajaparataze2817
      @masajaparataze2817 3 роки тому

      @ yocaya verecəm 1kq 10 litir?

  • @RenaOgulova
    @RenaOgulova 10 місяців тому +1

    Yalan diyir peyinin hec neye ziyani yoxdur

    •  10 місяців тому

      Hə. Yalan deyirəm. Bekarçılıqdır. 😂

  • @xazanmammadova8780
    @xazanmammadova8780 2 роки тому +1

    Baxiram sizin baginiz hec de baga oxsamir bu melumatlari klmin ucun danisirsiniz bag duzeldin ozunuz ucun

    •  2 роки тому +2

      Bağ necə olmalıdır ki? Park deyil, bağdır. Bu məlumatlar sizin kimi bağla parkı qarışdıranlar üçün deyil. Mənim kimi yeni bağ salanlar üçündür. Xoşunuza gəlmirsə Dislike edin və keçin.😂

  • @aydinquliyev7255
    @aydinquliyev7255 3 роки тому +1

    S
    Al
    Am qardaş məndə torpaq iylənir nə edim?

    •  3 роки тому

      Salam. Necə yəni iylənir? Nəsə torpağa qatırsız yoxsa öz-özünə iylənir?

    • @aydinquliyev7255
      @aydinquliyev7255 3 роки тому +1

      @ torpaqı çevirirəm altı göm göy olur iy gəlir

    •  3 роки тому

      @@aydinquliyev7255 maraqlidir. baxmaq lazimdir. Yeqin alta nese tokub uzerine adi torpaq tokubler

    • @aydinquliyev7255
      @aydinquliyev7255 3 роки тому +1

      @ bir əclaf yaş peyin soxuşdurmuşdu qoyun kecən il noyabrda hələdə həll olmur

    •  3 роки тому

      @@aydinquliyev7255 bu ola bilər. Yaş peyini torpağın üstünə töküləe ki, havanın təsiri ilə sönsün.

  • @shargiahajieva484
    @shargiahajieva484 Рік тому

    Qoyun beyini barədə danışmadız hec

  • @rizanmikayilov3350
    @rizanmikayilov3350 2 роки тому +1

    Bəs yerə peyin vermiyən nə edəy ??

    •  2 роки тому +1

      Qazon, saman, opilka, yarpaq, karton, kül və.s və ilaxır üzvi maddələr var. Hər il Azot tərkibli maddə verəndə torpaq şoranlaşır.

    • @haroldgodwinson3410
      @haroldgodwinson3410 Рік тому

      @karton?

  • @user-eh2zo2kj2b
    @user-eh2zo2kj2b Рік тому +1

    Salam qoyun peyini hakda danis

    •  Рік тому

      İstifadə etmək olar amma onun da özünü yox suyunu istifadə edin.

    • @user-eh2zo2kj2b
      @user-eh2zo2kj2b Рік тому

      @ Tesekkur

  • @gencinihanhesenzadeh705
    @gencinihanhesenzadeh705 3 роки тому +1

    Qoyun peyni bəs ?

    •  Рік тому

      Eynidir mal peyiniylə

  • @FaxraddinQasmov-ko7of
    @FaxraddinQasmov-ko7of 5 місяців тому +1

    Bəs qoyun peyini barədə niyə bir söz demədiz ?

    •  5 місяців тому +1

      çox istifadə olunmur, ona görə. O da mal peyini kimidir. Əsas tam yanmış olsun.

  • @mentormullim8734
    @mentormullim8734 3 роки тому +1

    Çox sağ olun