Vətənsiz qalan insanın üzü heç vaxt gülməz | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Поділитися
Вставка
  • Опубліковано 4 лют 2024
  • Vətənsiz qalan insanın üzü heç vaxt gülməz | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
    “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
    Verilişin budəfəki qonağı Əməkdar jurnalist, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, yazıçı-publisist Flora Xəlilzadə olub.
    O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Zəngəzur bölgəsindən, Qarakilsə rayonunun Urud kəndindən söhbət açıb. Bildirib ki, Urud Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biridir. Əməkdar jurnalistin sözlərinə görə, bu kənddə min ildən çox yaşı olan Alban-Türk qəbiristanlığı, Babək qalası, Bazarçay üzərindəki qədim körpü və digər maddi-mədəniyyət abidələri bu yurdun tarixən türklərə məxsusluğunu, burada məskunlaşan əhalinin bizim əcdadlarımız olduğunu ortaya qoyur.
    Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan F.Xəlilzadə qeyd edib ki, ötən əsrin əvvəlində ermənilər onun hər iki babasını, dörd dayısını amansızlıqla qətlə yetiriblər. Bildirib ki, sovetlər dövründə də Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı ayrı-seçkiliyini hər zaman hiss edib və görüb. O, bununla bağlı şahidi olduğu hadisələri, böyüklərdən eşitdiyi həqiqətləri dilə gətirib.
    Əməkdar jurnalist ötən əsrdə ailə üzvlərinin deportasiyaya məruz qaldığını söyləyib. Bildirib ki, ermənilər insanları zorla öz evlərindən çıxarıb, qadın və uşaqları sürüyərək qarın içinə atıblar. O, soydaşlarımızın bir çoxunun yollarda qar və şaxtadan, bir qisminin isə yurd həsrətindən dünyasını dəyişdiyini deyib.
    Bildirib ki, Vətənsiz qalan insanın üzü heç zaman gülməz. Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi işlərdən danışan Əməkdar jurnalist F.Xəlilzadə vurğulayıb ki, ən böyük arzusu ata-baba yurduna qayıtmaqdır.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Vətənsiz qalan insanın üzü heç vaxt gülməz | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #QƏRBİAZƏRBAYCANXRONİKASI #qərbiazərbaycan #xronika #Vətən #Rufikİsmayilov #FloraXəlilzadə #jurnalist #Zəngəzur #bakutv #trend #sonxeber #xeber #haber #news #azerbaycan #sondakika #новости #bakutvxeber #bakutvxəbərlər

КОМЕНТАРІ • 8

  • @meriperi225
    @meriperi225 2 місяці тому

    Allah can sağlığı versin. Rəhmətlik Əzizə Cəfərzadəyə bənzətdim. Hətta səsi, danışığı.

  • @ulviyyaahmad8497
    @ulviyyaahmad8497 4 місяці тому +1

    Dəhşət. Bunu səfirliklərə yaymaq lazımdır.

  • @user-ru1nd6pe1n
    @user-ru1nd6pe1n 3 місяці тому +1

    Bu sözləri indi yox,çoxdan danişmaq lazım idi. Yatırıq sonradan ayiliriq

  • @validayolchuyeva19
    @validayolchuyeva19 4 місяці тому +1

    Gun o gun olsun ki yurdumuza gayidag weten den uzag dismusuk insallah gayidarig

  • @user-nu6wm8vs1x
    @user-nu6wm8vs1x 4 місяці тому +1

    Урут кенди Вагади кенди! Урут кендиден 9-10 бизим мектбинде дерс верен меллимлер Фаррух Камран Мирсейиб Исрафил Фазил бунлар мне дерс вериб : 1962-илден Тебриз чох саг олун бахырам ки яда салан вар бу тарихи Аллах сизе чох яш версн 🎉 ! 🌹🎲⚓

  • @HK-fw9ko
    @HK-fw9ko 4 місяці тому

    Flora xanım gün ogün olsun ki vətənə bırlikdə qayidaq siz Güllər Babayevani xatırladınız onun həyatı bir dastandır erməni lə mübarizədə❤

  • @sonazeynalova772
    @sonazeynalova772 4 місяці тому

    Бели онлар хейдер елийевин шекилинденде чекинирдилер онун руху миллетимизин устунде олсун

  • @sonazeynalova772
    @sonazeynalova772 4 місяці тому

    Варам сизе ханым