Qanı Laxtalandıran QİDA - 99% İnsan Bunu Bilmir

Поділитися
Вставка
  • Опубліковано 22 вер 2024
  • Bu qidalar QANI LAXTALANDIRIR. Qətiyyən yeməyin. Qanda laxtalanma və damar tıxanıqlığı. Son illər ən çox yayılan, 2 insandan birində rast gəlinən problemdir. Artıq çəki və hərəkətsizlik bu xəstəliyin yaranmasına səbəb kimi göstərilsə də, ən əsas amil yediyimiz qidalardır. Bəli, düz eşitdiniz. Çox vaxt mənşəyini bilmədiyimiz, faydasının olub olmadığı barədə heç təsəvvürümüz belə olmayan qidalar. Marketlərdə vitrinləri bəzəyən çeşid bolluğu sizi aldatmasın.
    Zəncəfil. qan viskozitesini azaltma qabiliyyəti var. Zəncəfildəki xüsusi bir maddə gingerol omega 3 və omega 6 yağ turşuları ilə birlikdə, trombositlərin bir birinə yapışmasına mane olan xüsusi fermentlər istehsal edir. Gingerol əvvəldən mövcud olan xalesterini qandan uzaqlaşdırır və yenidən meydana gəlməsinin qarşısını alır, qanı daha duru hala gətirir. Zəncəfil yemək damarlardakı pis xalesterin səviyyəsini aşağı salır və qan axınını artıraraq, onun bütün orqanlara daxil olmasına kömək edir. Darçın. Bu ədviyyat güclü bir antikoaqulyantdır: gündəlik qəbul etdikdə qan təzyiqini aşağı salır, iltihabı azaldır, insultdan qoruyur. Amma darçını həddindən çox qəbul etməyin, çünki ifrat dərəcədə istifadəsi qaraciyərə zərər verə bilər. Qırmızı kələm. Əslində, kələm turşusu da daxil olmaqla, bütün növ kələmlər qaraciyərə faydalıdır. Lakin qırmızı kələm digərlərindən fərqli olaraq, faydalı maddələrə kalium, se və Be qrupu vitaminləri ilə daha çox zəngindir. Kələm yemək qanın keyfiyyətini yaxşılaşdırır və qan laxtalanmasının qarşısını alır. Sarımsaq. güclü antioksidandır, iltihab əleyhinə təsir göstərir. Bir qandurulducu kimi, sarımsağın əhəmiyyəti o qədər çoxdur ki, dərman preparatları antikoaqulyantlarla birgə çox miqdarda qəbuluna icazə verilmir. Bal. Digər faydalı xüsusiyyətləri ilə yanaşı, bal qandurulducu təsir göstərir, qanı yaxşılaşdırır. Xurma. Tərkibindəki flavonoidlərin sayəsində, qanı duruldur, xolesterini azaldır, qan damarlarının divarlarını gücləndirir və laxta yaranmasının qarşısını alır. Cücərmiş buğda. yaşlanmanın qarşısını alır. Eyni zamanda, əla qandurulducudur. Salatlara əlavə edərək yeyə bilərsiniz. Sitrus meyvələri. se vitamini və su ilə zəngindir. Limon qandurulucu xüsusiyyəti ilə daha çox tanınır. Sitrus meyvələri adi halda yeyə və ya çaya əlavə edə bilərsiniz. Soğan. qan laxtasının miqdarını azaldan və eyni zamanda, mövcud olan trombları aradan qaldırmağa kömək edən maddələrdən ibarətdir. Üstəlik, təkcə çiy yox, həmçinin bişmiş soğan da faydalıdır. Nar. Bir araşdırmaya görə, nar təbii antioksidantdır və nitrik oksid istehsalını artırır. Bu da qan dövranının normallaşmasını, arteriyaların sağlamlığını təmin edir. Yaşıl çay. Stressə qarşı effektiv olan yaşıl çay ürək damar xəstəliklərinin əmələ gəlməsinə mane olmaqda da mahirdir. Antioksidant baxımından zəngindir. Gündə 1 fincan içməyi vərdişə çevirsəniz, damarların sağlamlığı üçün önəmli olacaqdır.
    Qaragilə. Antosianinlərlə zəngindir. Qeyd edim ki, antosianinlər oksidativ stressin, iltihablanmanın profilaktikasında əhəmiyyətlidir. Damarların sağlamlığına müsbət təsir edir. Qaragilənin və digər giləmeyvələrin qəbulunun artırılması ürək xəstəliklərinə tutulma riskini aşağı salır, bunu bir çox elmi araşdırmanın nəticələri təsdiqləyir. Moruq. Bu ləzzətli, şirin giləmeyvə orqanizmi gücləndirir, hərarəti salır. Həmçinin aspirinin tərkibindəki maddələri ehtiva edir. Brokoli. Arteriyalarda yığıntıların əmələ gəlməməsinin qarşısını alır. Antioksidant sayılan se və ye vitaminləri qaynağıdır. Bu sayədə immuniteti gücləndirir. Yeməklərinizdə suda bişmiş, zeytun yağlı, limonlu brokoliyə yer ayırmağı unutmayın.
    Pamidor. Pamidorların tərkibində xalesterini azaldan likopen və qan damarlarının divarlarını gücləndirən rutin var. Bu məhsullardan istifadə edərkən miqdara diqqət edin və əks göstərişlər olduğunu unutmayın.
    qanda laxtalanma, qan laxtalanması, qanda qatılaşma, damarlarda tromb, qan duruldan, qanda laxtalanma sebebi,

КОМЕНТАРІ • 35

  • @kovakadini88
    @kovakadini88 4 місяці тому +5

    Təşəkkürlər ♥️ ! 🤌🤩🙋🥰🙏✌️

  • @azrbaycan5537
    @azrbaycan5537 4 місяці тому +1

    Çox sağ olun

  • @Səkinə-c9k
    @Səkinə-c9k 4 місяці тому +5

    Məsləhət üçün çox sağ olun.

  • @AzrQurbanov-mm3cn
    @AzrQurbanov-mm3cn 4 місяці тому +1

    Əla məsləhətiniz üçün çox sağ olun

  • @NesibHeyderov-nv6ci
    @NesibHeyderov-nv6ci 4 місяці тому

    Çox saqolun xestemiz var size bacb melumat toplayram

  • @kamilabdullayev4901
    @kamilabdullayev4901 4 місяці тому +10

    Qardaş Bəs Hansı Yağlardan İstifadə Edim Bilmirəm Bir Sitent Var Ürəyimdə Mən Neyləyim?.

    • @elmir152
      @elmir152 4 місяці тому +2

      İndiki dükanlarda satılan yağlar ancaq xəstəliy mənbəyidir

    • @user-jqwap8upwz0jlb
      @user-jqwap8upwz0jlb 4 місяці тому +2

      Təmiz kərə yağı ( nehrə yağı kəndlilər bilir)

    • @Zenure-kn8is
      @Zenure-kn8is 4 місяці тому +1

      Qardaş təmiz inək yağı

    • @tahireqarabag
      @tahireqarabag 4 місяці тому +1

      Nehrə yağı. İstifadə edin.

    • @nizamimammadov5713
      @nizamimammadov5713 2 місяці тому

      😊😊😊😊😊

  • @gulnareisrafilova2140
    @gulnareisrafilova2140 4 місяці тому +1

    Bunlar hamısı doğru biz də bilirik.bəs bu məhsulların istehsalına nəzarət etsinlərdə.özünüz deyib özünüz eşidirsiz.nəzarət yoxdur.

  • @shlahaqverdiyeva451
    @shlahaqverdiyeva451 4 місяці тому

    Görəsən o pooommmidor nədir

  • @sabiragamaliyev3891
    @sabiragamaliyev3891 4 місяці тому +1

    0:58

  • @shlahaqverdiyeva451
    @shlahaqverdiyeva451 4 місяці тому

    Nə yeyək ay qardaş

  • @ilayca15821
    @ilayca15821 4 місяці тому

    Kələmin tərkibində kalium kalsium maqnezium və s .var, meyvə tərəvəzlərdən ən çox kələmlə dərman vurulur biz yediklerimizden vitamin ala bilmirik ,guc vermisik aptek vitaminlere, nə yeyək bilmirik ,ayaq agrlsl da yaylllb ,haml axsaylr ,fizaterapiyada novbeye durublar

  • @pakizemammadova4933
    @pakizemammadova4933 4 місяці тому

    👍❤️

  • @bakcellbakcellim8641
    @bakcellbakcellim8641 4 місяці тому

    Əgər bunlar,bu qədər insanlara ziyan vurursa,əlaqədar təşkilatları,niyə bunların qarşısın almır. Çünki,elə bunları,istehsal edən ,elə bunun qarşısını almalı olan,məmurların özləri istehsal edir. Gücünüz çatmır,başlamısız ,belə getdi,belə gəldi.

  • @ЗаминаИБРАГИМОВА-р7и
    @ЗаминаИБРАГИМОВА-р7и 4 місяці тому

    ❤️🤲🏻👍👍👍

  • @azadhaciyev2325
    @azadhaciyev2325 4 місяці тому +4

    Bəs bu millət nə yesin. Axı hamı kəddə yaşamır. Biz ayırd edə bilmirik nə təmizdir nə natəmizdir.

    • @Zenure-kn8is
      @Zenure-kn8is 4 місяці тому

      Hamı kənddə yaşamır amma kənddən yağ alırlar biz kənddə yaşayırıq mal qaramız yoxdu satı alırıq inək yağını

  • @S.M1310
    @S.M1310 4 місяці тому +9

    Pomidor sozunu duzgin teleffuz edin . Paaaaamidor yox , pomidoor ..videoya gore chox sag olun . Amma sozlerimizi duzgun tfleffiz edin . Eyibdi

  • @FerzAliyev-dr3xs
    @FerzAliyev-dr3xs 4 місяці тому +1

    Aya,hardasan ay sovetin dünyadakı ən təbii və ən keyfiyyətli yağları,ərzaqları....əgər köhnə evi uçurub təzə ev tikirsənsə ,bu təzə ev köhnə evdən bütün göstəriciləri ilə üstün olmalıdır..indi biz əksini görürük..bütün yağlar,ərzaqlar girdirmə,çörək mal buğdasından bişirilir,təhsil ölmüş halda,səhiyyə ölmüş halda,cəmiyyətdə davranış qaydaları artıq yoxa çıxıb,ailə münasibətləri,böyük kiçik münasibətləri pozulub,mədəniyyət və incəsənət,ədəbiyyat,elm həddən artıq pis gündə....nəyə lazım idi bu təzə ev...?kağız parçasının üzərində yazılmış bir sözə dəyirdimi köhnəni itirmək?Vallahi yox.....

  • @ilkinnurullayev4358
    @ilkinnurullayev4358 4 місяці тому

    😂😂😂😂😂

  • @fghbbbv4622
    @fghbbbv4622 4 місяці тому

    Təşəkkür edirəm

  • @elmir152
    @elmir152 4 місяці тому +2

    Çox maraqlı gəldi sağolun varolun