Çəpgözlüyün növləri

Поділитися
Вставка
  • Опубліковано 7 вер 2024
  • Çəpgözlüklə bağlı daha əvvəl də danışmışam ( əvvəlki videoları izləmək üçün #RXçəpgözlük etiketinə daxil olun). Fəqət indi daha da geniş mövzu haqqında - çəpgözlüyün növləri ibarədə sizə məlumat vermək istədim.
    Təbii ki, videoda təkcə növlərindən yox, çəpliklə bağlı başqa məqamlardan da söz etmişəm. İzləməyi və suallarınızı qeyd etməyi unutmayın. Yaxın zamanda suallarınızla bağlı videolarım olacaq, sırf sizə özəl hazırlanmış. :)
    Aşağıdakı linklərə daxil olaraq məni digər sosial şəbəkələrdən də izləyə bilərsiniz.
    Facebook: / rafadarxalilov
    İnstagram: / rafadarxalilov
    Çəpgözlüyün bir neçə növü var. Bunlarla, elmi məlumatlarla sizi yormaq istəmədiyim üçün bir az daha səthi, amma məlumatlandırıcı informasiya vermək istəyirəm. Yeni doğulan uşaqlarda dediyim kimi, ilk 3 ayda hələ görmə tam formalaşmadığına görə göz hərəkətləri simmetrik olmaya bilər. Göz hərəkətləri simmetrik olmadığına görə valideynlər bəzən narahat olur, “A, bizim uşağımızda, deyəsən, çəplik var”. İstənilən halda yenə də o dövrdür. Yəni ilk 6 aya qədər çəplik mövzusunu müzakirə etmək çox da doğru deyil. Gözdə problem varmı, yoxdurmu? O müzakirə olunmalıdır. Amma çəplik mövzusu, “Mənim uşağımda çəpgözlük varmı, yoxdurmu? Bu doğru deyil. Niyə? Göz sinirləri yenə yekunda gözü hərəkət etdirən əzələlərdir. Əzələləri də idarə edən sinirlərdir. Sinirlər tam formalaşmadığına görə, beyin də kontrolu tam etmədiyinə görə fizioloji olaraq, yəni biz normal uşaqlarda belə bəzən çəplik müşahidə edirik. Gözlərin hərəkətində asimmetriyanın olmağı uşaqda bir xəstəliyin və ya bir problemin olduğu anlamına gəlməyə bilir. Bəzən düzdür, altında yatan səbəblər olur, amma yenə də müayinənin nəticəsində bəlli olur, bu patalojidirmi, yoxsa fiziolojidirmi? İstənilən halda valideyn nigarandırsa, bu nigaranlığını həkimlə bölüşməlidir. Həkim müayinə edib, yekun qərarı həkim verəcək. Müayinədən bəlli olur. Əgər gözün refraksiyasında, dərəcəsində hər hansı bir qüsur yoxdursa, mənfi, müsbət yoxdursa, ikincisi, görmə oxu sərbəstdirsə, nə deməkdir, yəni kənardan, obyektdən düşən, gələn işıq görmə mərkəzinə çatırsa, bütün şüa keçirici mühitlərimiz şəffafdırsa və göz dibində bir problem yoxdursa, müayinədə demək ki, bu fizioloji çəplikdir. Narahat olmamaq lazımdır, zamanla toparlanacaq. Adətən 2 yaşına qədər bu şikayətlər keçir gedir. Amma yenə də xəstə həkimdən sözü aldı. Bu fizioloji çəplikdir, düzələcək. Getdimi? Yox. Yenə də, hər 6 aydan bir mütəmadi getməldir, çünki uşaq inkişaf etdikcə əlavə hər hansı bir patoloji proses işə qoşula bilər. Yenə də, hər 6 aydan bir vaxtaşırı kontrol olunmalıdır. Problem, şikayət tam bitənə qədər. Bu fizioloji hissəsi. Amma patoloji nələr ola bilir? Refraktiv qüsurlar. Adətən praktikada ən çox rast gəldiyimiz hipermetrobdur. Gözdə dərəcə müsbət olur. Uşaq orqanizmi təxminən 18 dərəcə diopterə qədər qüsuru gizlədə bilir. Bu nə deməkdir? Uşağın gözü +8-dir. Amma kənara heç bir problem kimi özünü biruzə vermir. Valideynlər baxırlar, uşaqda sanki hər şey yolunda imiş kimi heç şikayət etmirlər. “Yox, həkim. Uşaq normaldır. Gəzməyi, dolaşmağı, tapmağı, yerə bir şey düşür. Dərhal gedir, balaca nöqtə də olsa, iynəni də olsa, gedir, tapır. Mənim uşağımın gözündə problem yoxdur”. Müayinə vaxtı aşkar olur ki, uşağın gözü, sən demə, +8, +9-dur. O qədər belə uşaqlarımız var. Bu da müayinə olunmadan mümkün deyil, necə aşkar edə bilərik? Yəni bu uşaq orqanizmi cavan olduğuna görə kompensator gücü çox güclüdür. Patoloji prosesi gizlədir. Amma prosesin gizlənməyi orada onun yatmağı demək deyil. O altda işini görür. Necə? Gözümüz çox yorulur. O uşağın gözü çox yorulur. Yorulduğuna görə əlavə bir stress oldumu və ya uşaq soyuqlayır, qrip keçirib, qızdırma qalxdımı, nəsə bir şey yedi, allergiya oldu. Uşaq səhər qalxsın, gözlər çəpləşir. “Ay həkim, bizim uşağın heç bir problemi yox idi. Dünən kimsə üstünə qışqırdı və ya yıxıldı, gözü çəpləşdi”. Yıxılmaqla göz çəpləşməz. Bunun gözündə problem var idi. Sadəcə o problemin dekompensasiyaya keçməsi üçün, yəni üzə çıxması üçün bir bəhanə, bir səbəb lazım idi. O səbəb də “Uşaq getdi, it hürdü, qorxdu gözü çəpləşdi və ya yıxıldı gözü çəpləşdi”. Fərqli səbəblər olur. Yekunda nə olur? İstənilən halda problemin varlığı və yoxluğu üçün vaxtında müayinə lazımdır. Əgər vaxtında düzgün müayinə aparılarsa, problem aşkar olunur. Onu da önləməkdən ötrü birinci görəcəyimiz iş eynəkdir. Uşaqlara eynək yazmaqla ola biləcək problemləri, xüsusuilə də mövzumuz çəpgözlükdür, çəpgözlüyü önləmək olur. Amma çox təəssüf ki, biz praktikada daha çox nəyə rast gəlirik? “Həkim, hər şey qaydasında idi. Bir həftədir uşağın gözü çəpləşməyə başladı”. Yəni problem ortaya çıxandan sonra biz xəstəni görməyə başlayırıq, görürük. Çəplik ortaya çıxandan sonra işin idarə olunması daha da çətinləşir, menecmenti daha da çətinləşir. İstənilən halda yenə də qayıdırıq əvvələ. Gözün dərəcəsini təyin edirik...
    Daha ətraflı məlumat üçün videonu izləyin.

КОМЕНТАРІ • 98