Mübahisələrin həlli istiqamətində ən son yeniliklər biznes nümayəndələrinin diqqətinə təqdim olunub
Вставка
- Опубліковано 31 жов 2024
- #Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun oktyabrın 31-də #sahibkarlıq subyektləri, #hüquq və konsaltinq şirkətləri, biznes assosiasiyalarının nümayəndələri ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Mediasiya Şusasının və Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları və dəvət edilmiş özəl sektorun nümayəndələri iştirak ediblər.
Tədbirdə işçi qrup tərəfindən mübahisələrin həlli və biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər səsləndirilib, sahibkarların qarşılaşdıqları çətinliklər, İşçi Qrupun fəaliyyətində görmək istədikləri islahatlar və yeniliklər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.