Alqayit Xelilov

Поділитися
Вставка
  • Опубліковано 14 кві 2014
  • Xəlilov Alqayıt Bayram oğlu 1940-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Anası Seyid Maral Seyid Bayramın qızıdır.
    Alqayıt orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun "Tarix-filologiya" fakültəsinə qəbul olmuş və 1967-ci ildə həmin institutun "Dil və ədəbiyyat" şöbəsini bitirmişdir.
    1967-ci ildən 1972-ci ilə qədər doğma Daşkənd kənd orta məktəbində müəllimlik etmişdir.
    1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunmuş və 1974-cü ilə qədər burada fəaliyyət göstərmişdir.
    1974-cü ildə yenidən Göyçə mahalına qayıtmış və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışmışdır. 1979 -cu ildən Göygöl rayonunda məskunlaşmış,Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir.
    El şairi Aşıq Alqayıt 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşamışdır və özünəməxsus yaradıcılığını davam etdirmişdir.
    Xəlilov Alqayıt Bayram oğlu 2013-cü il yanvarın 12-də Xırdalan şəhərində vəfat etmişdir.

КОМЕНТАРІ • 18