Dərs 4. Diskret törəməli tənliklər və onlar üçün məsələlər
Вставка
- Опубліковано 26 січ 2025
- Diskret additiv törəmə yalnız fərq, diskret multiplikativ törəmə yalnız nisbət və diskret poverativ törəmə yalnız kök vasitəsilə verildikdə, diskret additiv inteqral yalnız cəm, diskret multiplikativ inteqral yalnız hasil və diskret poverativ inteqral yalnız qüvvətlər vasitəsilə verilir. Dərs 3-də göstərdik ki, ədədi silsilənin ümumi həddinin tapılması birinci tərtib diskret additiv törəməli tənlik üçün Koşi məsələsinə, həndəsi silsilənin ümumi həddinin tapılması isə birinci tərtib adi diskret multiplikativ tənlik üçün Koşi məsələsinə gətirilir. Sonra isə tələbələr additivo-multiplikativ törəməli, multiplikativo-additiv törəməli, daha sonra additivo-poverativ, poverativo-additiv, multiplikativo-poverativ və poverativo-multiplikativ törəməli ikinci tərtib tənliklər üçün Koşi və sərhəd məsələlərinə baxmışlar.