Zibil qutularına atılan tullantılardan 150 milyon manat qazanılıb - APA TV

Поділитися
Вставка
  • Опубліковано 26 сер 2024
  • #APATV #Balaxanı #Balakhani #zibilemalı #tullantı #Məişəttullantıları #zavod #Təmizşəhər #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Zibil qutularına atılan tullantılardan 150 milyon manat qazanılıb - APA TV
    Zavoda il ərzində 100 min tona qədər tullantı gətirilərək, çeşidləmə prosesinə cəlb olunur. Tullantılar ilkin olaraq tərəzidə ölçülür, sonra boşaltma məntəqəsinə gətirilir.
    Burada il ərzində 1000 manatdan çox dəmir pul toplanır. Dəmir pullar dezinfeksiya olunduqdan sonra banka təhvil verilir.
    Orxan Cabbarlının sözlərinə görə, zavod avtomatik sistemdə fəaliyyət göstərir, hər hansı təhlükə yaranarsa, zavodun işi dərhal dayanır.
    Metal tullantılar maqnit separatorla tutulduqdan sonra digər tullantılar çeşidlənməyə yönləndirilir. Burada hər bir əməkdaş fərqli tullantını çeşidləyir. Çeşidləmə prosesində bəzən maraqlı əşyalar da tapılır. Həmin əşyalar zavodda yaradılmış guşədə sərgilənir. Bunların arasında 1892-ci ildə nəşr olunan kitab xüsusi diqqət çəkir.
    Bəzən hansısa əşyasını itirən şəxslərin zavoda müraciət etdiyini deyən Orxan Cabbarlı tapılan əşyaların aidiyyəti üzrə təhvil verildiyini deyir.
    İllik gücü 500 min ton olan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə tullantıların yandırılması nəticəsində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək mümkündür. Tullantıların yandırılması zamanı həcmi azalır və əmələ gələn uçan kül xüsusi filtirlə tutularaq poliqonda basdırılır, dib külü isə yol inşaatında istifadə edilir.
    Qeyd edək ki, ölkə başçısının 2 iyul 2022-ci il tarixli Fərmanı ilə işğaldan azad olunan bütün ərazilərdə tullantıların idarə olunması “Təmiz Şəhər” ASC-yə tapşırılıb. Hazırda həmin ərazilərdə tullantıların müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlər davam etdirilir.
    ORXAN ASLAN
    ARİF ƏLİYEV
    APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 22

  • @SVRSLY
    @SVRSLY Рік тому +19

    İş budu halaldı VAllah Allah sizi qorusun

  • @user-bo5op6je8y
    @user-bo5op6je8y Рік тому +13

    Belə zavodlar hər rayonda olmalıdır

    • @sportf3048
      @sportf3048 Місяць тому

      Rayon olmasa da heç olmasa bölgəyə bölüb hər bölgədə etsələr də yaxşı olar

  • @leylaaliyeva6174
    @leylaaliyeva6174 Рік тому +8

    Çox çetin işde çalışırlar. Allah asanlaşdırsın.
    Allah işinizi avand elesin

  • @VasifElizade_
    @VasifElizade_ Рік тому +5

    Bölgələrimizdə belə zavodlar olsa yaxşı olar

  • @gulsane_dekor7713
    @gulsane_dekor7713 Рік тому +3

    Bu zavodlarda rayonlarda açilsin nə olar. Həm iş olar ehaliyə hamdə zibilləşmanin qabağu alinar

  • @sahibikiranch8870
    @sahibikiranch8870 Рік тому +4

    Çox Əla Lahiyedi !!!! Bu cür tədbirlər görulmese Ölkə ərazilər Çaylar, Meşə lər, Denizler , Göler, Əkin sahələri Tulanti ilə Çirklənir !!!

  • @orxanibayev340
    @orxanibayev340 Рік тому +2

    Görün həyətlərdə zibil konteynerləri 3-4 növ olsaydı iş nə qədər asanlaşardı. Amma əhsən, hardansa başlamaq lazımdı👏

  • @user-eq3fz1kf3y
    @user-eq3fz1kf3y Рік тому +1

    Agilli ideyadi.işinizdə ugurlar👋👏

  • @bakubaku1464
    @bakubaku1464 2 місяці тому

    Allah komek olsun. Hec olmasa bu Komunal iscilerin maasinda artirsalar yaxsi olar

  • @esgerhesretov620
    @esgerhesretov620 2 місяці тому

    Bele zavod her bir şeherimizde olmali ya da neqliyat vasteleri ayilmasi daha gözəl olar.Belə olan halda zibilliklər azalar.Bu xidmətin təbiətə daha böyük xeyri var.Sel sularin belə zibillikləri çaylara ,ordanda dənizi çirkləndirir.

  • @ibrahim_telefon_online
    @ibrahim_telefon_online Рік тому

    Maşallah olsun

  • @snow_whitee331
    @snow_whitee331 Рік тому

    Nə gözəl

  • @nasibamamedova2538
    @nasibamamedova2538 Рік тому +1

    Salamlayıram.Əlaçı yəni yenilik deyil belədə olmalıdı Bakı paytaxtdı görkəmli yerləri demirəm elə yerləri varki BOMBEYƏ bənzəyir dediyiniz proqram hər yerdə eyni şəkildə həyata keçirilməlidir .Məs: Sumqayıt şəhərinin H.Z TAGIYEV qəsəbəsinin mərkəzinə dogru gedin" 99" binaya 5 əd spisat olunmuş Zibilbxnalata rast gələcəksiz . Vallahi Səlahiyyətim olsaydı ora toparlanıan üfunətli zibilləri JEKDƏ çalışanların düz evlərinin ortasına tökərdim Bizdə hər şey var SƏVİYYƏ deyilən bir anlam yox .Başqa ölkələrə gedirsən Təmizliyə baxıb bayılırsan niyə? ç.ünkü BƏLIDİYYƏ necə lazımdı işini icra,edir .çox təəssüf .Bizdədir ancaq Reklam olsun ..Düzəlmərik.🇦🇿🇦🇿🇦🇿🤘🤘🤘🇦🇿🇦🇿

  • @muradisrafilov6607
    @muradisrafilov6607 Рік тому

    Vay vay iyrenmirler burda işləyənlər

    • @Abd1837s
      @Abd1837s Рік тому +2

      Sən öz sözlərindən bəs iyrənmirsən?

  • @Yunesko24
    @Yunesko24 Рік тому

    Bəs meyit olanda maqnit özünə çəkirmi

  • @user-uz3zq6gp5u
    @user-uz3zq6gp5u Рік тому

    Nağılbaz Orxan

  • @ruslanmirzyev387
    @ruslanmirzyev387 Рік тому

    Oqeder pul ylqllabilmez millet onsuzda zibil vezyete yasiyir bu bir reklamdl mileti zibil devet eliyiler

  • @user-xo7bg3do5n
    @user-xo7bg3do5n Рік тому

    Кто работает, тот не зарабатывает. 💰