Ələkbər Hüseynov (7 iyul 1961/ 2 avqust 2007) Həyatı-Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci ildə Bakıda anadan olub. Ə. Hüseynov 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil almışdır. Yaradıcılığı-Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayır. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərində Qurban, H.X. Andersenin "Bülbül" nağılında Nağılçı və Çin imperatoru, N. Bədəlovun "Qara rəngin nağılı"nda Aydın, R. Əlizadənin "Tıq-tıq xanım"ında dirijor, Qoca və Müğənni, A. Ostrovskinin "Qar qız"da Lel, R. Əlizadənin "Keçəlin toyu"nda Keçəl rollarını oynamışdır. Ə. Hüseynovun səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü də tamaşaya hazırlamışdır. Aktyor "Keçəlin toyu" tamaşasındakı Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olmuşdur. 2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunmuşdur. Mükafatları-2000-ci ildə Ə. Hüseynov Əməkdar Artist fəxri adına layiq görülmüşdür. Ə.Hüseynov bir sıra digər festivalların da iştirakçısı və mükafatçısıdır. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatları laureatıdır. Beynəlxalq Festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatına (2007) layiq görülmüşdür. Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra Hepatit C vəfat edib. Aparıcı Şərqiyyə Hüseynovanın xalası oğludur. Filmoqrafiya-Yaşıl eynəkli adam (film, 1987)-Bacıoğlu Ələkbər Analar (film, 1988)-Səməd Etiraf (film, 1992)-Fikrət Köpək (film, 1994)-özünü asmış məhbus Bala-başa bəla! (film, 1995)-Cəmil Təsadüfi görüş (film, 1999)-satıcı Yaşıl eynəkli adam-2 (film, 1999)-Bacıoğlu Ələkbər Yaşıl eynəkli adam-3 (film, 2002)-Bacıoğlu Ələkbər Bir anın həqiqəti (film, 2003)-Rövşən Cavadov
HARUNUNU ATASIDI BU AKTYORUMUZ
Ələkbər Hüseynov (Ələkbər əmi )Allah rəhmət eləsin məkanı cənnət olsun 🥀🥀 Amma oxşamır.İnsan həyatda bir dəfə olur təkrarı olmur.
Oxşarlığı yoxdur, Ələkbər qəşəng oğlan idi
Ələkbər Hüseynov
(7 iyul 1961/ 2 avqust 2007)
Həyatı-Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci ildə Bakıda anadan olub. Ə. Hüseynov 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil almışdır.
Yaradıcılığı-Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayır. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərində Qurban, H.X. Andersenin "Bülbül" nağılında Nağılçı və Çin imperatoru, N. Bədəlovun "Qara rəngin nağılı"nda Aydın, R. Əlizadənin "Tıq-tıq xanım"ında dirijor, Qoca və Müğənni, A. Ostrovskinin "Qar qız"da Lel, R. Əlizadənin "Keçəlin toyu"nda Keçəl rollarını oynamışdır.
Ə. Hüseynovun səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü də tamaşaya hazırlamışdır. Aktyor "Keçəlin toyu" tamaşasındakı Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olmuşdur.
2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunmuşdur.
Mükafatları-2000-ci ildə Ə. Hüseynov Əməkdar Artist fəxri adına layiq görülmüşdür. Ə.Hüseynov bir sıra digər festivalların da iştirakçısı və mükafatçısıdır. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatları laureatıdır. Beynəlxalq Festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatına (2007) layiq görülmüşdür.
Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra Hepatit C vəfat edib.
Aparıcı Şərqiyyə Hüseynovanın xalası oğludur.
Filmoqrafiya-Yaşıl eynəkli adam (film, 1987)-Bacıoğlu Ələkbər
Analar (film, 1988)-Səməd
Etiraf (film, 1992)-Fikrət
Köpək (film, 1994)-özünü asmış məhbus
Bala-başa bəla! (film, 1995)-Cəmil
Təsadüfi görüş (film, 1999)-satıcı
Yaşıl eynəkli adam-2 (film, 1999)-Bacıoğlu Ələkbər
Yaşıl eynəkli adam-3 (film, 2002)-Bacıoğlu Ələkbər
Bir anın həqiqəti (film, 2003)-Rövşən Cavadov
Oğlu oxşayır .göz nahiyələrinə baxan da
hec oxşamır eee qəti