Köhnə Həkimlərin SİRRİ - Hər gün 2 Stəkan İçin

Поділитися
Вставка
  • Опубліковано 20 тра 2024
  • #BirBax #Azerbaycan #nanə
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Hələ qədim zamanlardan bir çox bitkidən tibbdə müalicəvi vasitə kimi istifadə ediblər. Belə məşhur bitkilərdən biri də nanədir. Adi qaraçay yerinə nanə çayı içməyi sevənlər çoxdur. Amma dərman vasitəsi kimi bu bitkinin qəbulu bəzi hallarda sizə zərər belə verə bilir. Əsas məsələ istifadə olunacaq ölçünü bilməkdir. Bu gün bir bax kanalında Nanə çayının istufadə qaydalarından danışacam. Diqqət ekrana.
    Nanənin tərkibində bol miqdarda vitamin var. Bu səbəbdən də, orqanizmdə yaranan bəzi narahatlıqlar zamanı nanə köməyə çatır. Nanənin dəmlənməsi və qurudulması üsulları çox adamı maraqlandırır. Məhz buna görə də, müxtəlif xəstəliklər zamanı nanənin qəbuledilmə üsulları haqqında video hazırlamağa qərar verdim.
    Bitkinin faydaları hələ qədim zamanlardan insanlara məlum idi. Onunla bağlı ilk yazılı mənbələr qədim Misir xanədanlıqlarına aiddir. Qədim Romada nanənin köməyilə mədə-bağırsaq traktatı xəstəliklərini, həmçinin, dəridəki səpkiləri müalicə edirdilər. Bitkidən tonuslaşdırıcı kimi və bədənin müqavimətini artırmaq üçün istifadə olunub. Nanə suyu havanı təmizləyir. Bəzi filosoflar nanə yarpağı çeynəməyi adət etmişdilər. Onlar düşünürdülər ki, bitkinin yarpağı beyin damarlarını açır. Qədim mədəniyyətlərdə nanənin pis ruhları evdən uzaq tutduğuna dair inanclar da mövcud idi. Digər bir inanca görə, gənc qızlar yastıqlarının altına nanə qoyub yatarsa, yuxuda gələcək həyat yoldaşını görür.
    Demək olar ki, hər bir evdə qurudulmuş nanə yarpağı var. Nanənin faydaları çoxdur. Məşhurluğunu tərkibindəki vitamin və mineral zənginliyinə borcludur. Qoxusu və dadından əlavə, nanədən hazırlanan bir çox məhlul və vasitə də insanların köməyinə çatır. Tərkibindəki əsas elementlər bunlardır:
    -suda həll olunan B qrupu vitaminləri və C vitamini;
    -keyidici xüsusiyyətə malik olan təbii birləşmələr;
    -antioksidantlar;
    -beta-karoten;
    -təbii turşular;
    -mikroelementlər (fosfor, maqnium, natrium və s.);
    -bitki mənşəli zülal;
    -qida lifləri;
    -qətran;
    -şəkər;
    Təbiətdə nanənin bir neçə növü mövcuddur. Onlar bir-birindən kimyəvi tərkibinə, ölçülərinə və qoxusuna görə fərqlənir. Daha geniş yayılanı acı nanədir. Onu geniş əkin sahələrində və həyətyanı bağçalarda əkib-becərirlər.
    Nanənin orqanizmdə gördüyü işlərdən bəzilərini xüsusi qeyd etmək lazımdır:
    Ağrıları azaldır və iltihabı minimuma endirir;
    Qan təzyiqini və damarların periferik müqavimətini aşağı salır;
    Stressi aradan qaldırır, sakitləşdirir, sinir sisteminin işini normallaşdırır;
    Mədə-bağırsaq traktatı orqanlarının fəaliyyətini nizama salır;
    Öd suyu ifrazını stimullaşdırır;
    Yaddaşı gücləndirir, beynin funksiyasını yüksəldir;
    Virus səbəbilə yaranan xəstəliklərlə mübarizə aparmağa kömək edir;
    Şişkinlikləri aradan qaldırır;
    Saçları və dırnaqları möhkəmləndirir;
    Ağızdakı pis qoxularının qarşısını alır;
    İştahı azaldır;
    Bədxassəli şişlərin bölünməsinin və inkişafının qarşısını alır;
    Müxtəlif infeksiyalardan sonra sağalma prosesini sürətləndirir;
    Hormonal balanslaşmanı təmin edir, klimaks zamanı arzuolunmaz simptomların qarşısını alır;
    Pnevmaniya və digər ağciyər xəstəliklərini yüngülləşdirir;
    Dərinin ümumi vəziyyətini yaxşılaşdırır, səpki və sızanaqları yox edir;
    Ginekoloji xəstəliklər zamanı köməyə çatır;
    Müxtəlif xəstəliklər zamanı nanənin tətbiqi:
    Fərqli xəstəliklər və xoşagəlməz simptomlarla mübarizə aparmaq məqsədilə nanədən müəyyən vasitələr hazırlanır. Onlardan ən geniş yayılanları ilə tanış olaq.
    Ürəkbulanma və qusma zamanı. Bu simptomları nanədən hazırlanan məhlul sayəsində aradan qaldırmaq mümkündür. 1 xörək qaşığı nanə yarpağını 1 stəkan qaynar suya əlavə edin və ağzını örtərək 20 dəqiqə dəmlənməsini gözləyin. Məhlulu ilıq halda gündə 3 dəfə için. Qeyd edim ki, məhlul mədə yanması və qıcıqlanması zamanı da köməyinizə çatacaq.
    Əsəb gərginliyi zamanı. Stresslə mübarizə aparmaq, əsəb gərginliyini aradan qaldırmaq üçün də nanə məhlulu yetərlidir. 1 xörək qaşığı nanə yarpağını 1 stəkan soyuq suya qatın. Təxminən, 10 dəq vam odda qaynadın. Məhlul soyuyandan sonra yarpaqların dibə çökməyini gözləyin. Gündə 2 dəfə, hər dəfə də 50 ml olmaqla için. Bu məhlulun qəbulu depressiya əleyhinə müalicə kursu kimi də dəyərləndirilə bilər.
    Bronxit zamanı. Bu xəstəlik zamanı efir yağı və ya nanə ilə edilən inqalyasiyanın köməyi böyükdür. Suyu qaynadın. Qaynar suya bir neçə damcı nanə efir yağı və ya 2 xörək qaşığı nanə yarpağı əlavə edin. Qarışımın bir az soyumasını gözləyin. Sonra buğunda nəfəs alın. Bunun üçün başınızı suyun üzərinə əyin və yun şalla, yaxud iri bir dəsmalla örtün. Ehtiyatlı olun ki, buxar tənəffüs yollarını yandırmasın. Burnunuzu suya çox da yaxın tutmayın.
  • Наука та технологія

КОМЕНТАРІ • 77

  • @AygunIsmailov-lv2ww
    @AygunIsmailov-lv2ww Місяць тому +5

    Allah razı olsun Rəbbim elminizi artırsın İnşəallah.

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Var olun, salamlarımızı göndəririk

  • @IsTelekom-ii8ym
    @IsTelekom-ii8ym Місяць тому +2

    Dəyərli məsləhətlərə görə çox sağ olun

  • @goycekismayilova3634
    @goycekismayilova3634 Місяць тому +5

    Salam.Saatlıdanam. Verdiyiniz məlumatlarla çox faydalanırıq. Səsiniz,nitqiniz mükəmməl. Var olasan gözəl qızım.

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      İzlədiyiniz üçün çox sağ olun🌹

  • @adilemirzeyeva3307
    @adilemirzeyeva3307 Місяць тому +3

    Sabahınız xeyirli,uğurlu olsun Xəyalə Xanım.Çox sağ olun maraqlı paylaşıma görə.Allah Sizi qorusun.Sizi Qusardan izləyirik.Qucaq dolu salamlarımız var Qusardan Sizə❤❤❤👍👍👍🌹🌹🌹🌹🌹

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому +1

      Çox sağ olun, Adilə xanım. Gözəl sözlərə görə minnətdaram

  • @birbaxkanal
    @birbaxkanal  Місяць тому +10

    Bizi haradan izləyirsiniz?🤗

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 Місяць тому +2

    Dəyərli məlumatlar verdiyin üçün təşəkkür edirəm.
    Həmişə izləyirəm. Çox xoşuma gəlir

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому +1

      Var olun. İzlədiyiniz üçün təşəkkürlər🌹

  • @Heyatqisa
    @Heyatqisa Місяць тому +3

    Size sona qeder qulaq asdim nanenin butun faydalarini saydiz halal olsun ,mende bir elave etmek istedim ,tuklenmeye meyili olan qadinlara da cox komek edir erken vaxtlarda tebbiki )))

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      İzlədiyiniz üçün çox sağ olun🌹

    • @Heyatqisa
      @Heyatqisa Місяць тому

      @@birbaxkanal siz sag olunki bele faydali melumatlar hazirlayib bizlere teqdim edirsiz Allah razi olsun

  • @qorxmazmhrrmov7377
    @qorxmazmhrrmov7377 Місяць тому +1

    👍❤

  • @sefiqenerimanova1830
    @sefiqenerimanova1830 Місяць тому +1

    Təşəkkür. Çox sağ olun. Düzgün məlumatlar verirsiz.

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Var olun, salamlarımızı göndəririk

  • @juliya3076
    @juliya3076 Місяць тому +2

    Salam sizi Bakıdan izləyirəm 🙏🇦🇿TEŞEKKERLER 🙏🇦🇿

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      İzlədiyiniz üçün çox sağ olun🌹

  • @baku0136
    @baku0136 Місяць тому +3

    Salam çox sağ ol gözəl qlzlm verdiyin məlumata gore❤❤❤

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Təşəkkür edirəm, var olun❤️

  • @user-lq5vq3lw3v
    @user-lq5vq3lw3v Місяць тому +3

    Salam sizi izleyirem cox deyerli melumatlar verirsiz teşekkürıer.

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      İzlədiyiniz üçün çox sağ olun🌹

  • @MahiraQmbrova
    @MahiraQmbrova Місяць тому +1

    Sağlam həyat❤️ sağlam bilgiler sizde❤️👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      İzlədiyiniz üçün çox sağ olun🌹

  • @user-jt9hz7jt3n
    @user-jt9hz7jt3n Місяць тому +1

    Şemkirden izleyirem ❤

  • @kovakadini88
    @kovakadini88 Місяць тому +3

    Çox Sağolun Təşəkkürlər ♥️! Gözəl Qız 🥰🌹🍀✨🙏✌️

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому +1

      İzlədiyiniz üçün mən təşəkkür edirəm🌹

  • @fdgghgffc8008
    @fdgghgffc8008 Місяць тому +1

    Salam çox sağ olun sizi Füzulidən izləyirik

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Var olun, salamlarımızı göndəririk

  • @user-mo4nh9km2r
    @user-mo4nh9km2r Місяць тому +1

    Salam. Çox sağolun...
    Dəyərli məlumatlar verirsiniz.
    Abşeron, Saraydan izləyirəm.

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      İzlədiyiniz üçün çox sağ olun🌹

  • @Anamnmetbexi
    @Anamnmetbexi Місяць тому +2

    Qusarın Avaran kəndindən salamlayıram sizi maraqlı məlumatlar üçün çox sağolun

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому +1

      Var olun. İzlədiyiniz üçün təşəkkürlər🌹

  • @SeideHsnova-yc5sc
    @SeideHsnova-yc5sc Місяць тому +1

    Masallidan izləyirəm sizi faydali məsləhətlərinizcun cox sag olun

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      İzlədiyiniz üçün çox sağ olun🌹

  • @SeyranKrimova
    @SeyranKrimova Місяць тому +2

    Bakıdan izləyirəm Allah sizdən razı olsun çox sağ olun❤

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Var olun. İzlədiyiniz üçün təşəkkürlər🌹

  • @yeganeqaniyeva8706
    @yeganeqaniyeva8706 Місяць тому +2

    Salam Allah sizdən razı olsun amin

  • @aksu27
    @aksu27 Місяць тому +2

    Yardımlıdan izləyirəm

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому +1

      İzlədiyiniz üçün çox sağ olun🌹

  • @asifesgerov3284
    @asifesgerov3284 Місяць тому +3

    Salam.cox sag olun.

  • @zahraseven701
    @zahraseven701 Місяць тому +1

    Çox sağ olun maraqlı məlumatlara görə. Təşəkkür edirəm 🌹

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      İzlədiyiniz üçün siz sağ olun🌹

  • @telmanwabanov9792
    @telmanwabanov9792 Місяць тому +2

    Sizi 62 den yeni Zaqataladan izleyirem men icirem nane cayi👍di

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Var olun. İzlədiyiniz üçün təşəkkürlər🌹

  • @billurverdiyeva7976
    @billurverdiyeva7976 Місяць тому +1

    Salam Mingəçevirdən.

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому +1

      Var olun, salamlarımızı göndəririk

  • @dilareeliyeva5687
    @dilareeliyeva5687 Місяць тому +3

    Sizi Qubadan izləyirəm.Marifıənfiriçi məsləhətləriniz ücün tşk.Edirəm.

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Var olun. İzlədiyiniz üçün təşəkkürlər🌹

  • @user-eo4uy4yd5z
    @user-eo4uy4yd5z Місяць тому +1

    Salam Allah sizi var etsin mariflenirik.Urekle bağlı da verliş etsez çox şad olarıq, təşəkkür edirəm

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Var olun. İzlədiyiniz üçün təşəkkürlər🌹

  • @kamalaaliyeva489
    @kamalaaliyeva489 Місяць тому +1

    Çox tşk edirem Allah razı olsun çox gözel bizi faydalı melumatlarınızla faylandırırsınız 🙏🏻🙏🏻🥰❤️👍

  • @user-tt2rg3ih9u
    @user-tt2rg3ih9u Місяць тому +1

    Москвадан

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Var olun, salamlarımızı göndəririk

  • @qurbanqurbanov1114
    @qurbanqurbanov1114 Місяць тому +1

    Niyə Cövhər-Nanə+dən niyə demirsən ay xanım?

  • @clilovarubab4780
    @clilovarubab4780 Місяць тому +1

    SALAM XANIM HAL HAZIRDA NANƏ CÖVHƏRİ İÇƏ İÇƏ SİZİ DİNLƏYİRƏM VƏ SİZƏ COX COX TƏŞƏKKÜR EDİRƏM 🙏❤️🌹

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Var olun, salamlarımızı göndəririk

  • @elnaraaliyeva8683
    @elnaraaliyeva8683 Місяць тому +1

    Salam . hamilayam nanəni mana icmak olar

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      Həkiminizdən mütləq soruşun. Çünki hamilə vaxtı bitki çayları zərər verə bilir

    • @elnaraaliyeva8683
      @elnaraaliyeva8683 Місяць тому +1

      Çox sag olun

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      @@elnaraaliyeva8683Siz sağ olun

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Місяць тому +2

    SİZİ QOBUSTAN RAYONUNUN BƏKLƏ KƏNDİNDƏN İZLƏYİRƏM

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому +1

      Salamlarımızı göndəririk🌹

  • @elnarerehimova8299
    @elnarerehimova8299 Місяць тому +1

    ama qebzlik edir nane

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому +1

      Köp və həzmsizliyə çox yaxşı təsir edir. Qəbizlik bəlkə nanədən deyil sizdə?