11 dəqiqədə Mars səyahəti

Поділитися
Вставка
  • Опубліковано 28 вер 2021
  • Mars min illərdir insanların marağını cəlb edən bir planetdir. İlk dəfə bundan 4.000 il əvvəl qeydə alınan bu planeti 17-ci əsrdə teleskopun icadından sonra araşdırmağa başladıq. İtalyan astronom Giovanni Schiaparelli 1877-ci ildə 22 sm-lik teleskopla Marsın ilk xəritəsini hazırladı. Bu xəritənin ən mühüm xüsusiyyəti Marsdakı kanalların təsvir olunmasıdır. Yadplanetlilər dedikdə ilk ağlımıza gələnlərin Marslılar olmasının səbəblərindən biri də budur. Uzun müddət bu kanalların orada yaşayan inkişaf etmiş bir sivilizasiya tərəfindən inşa edildiyi düşünülürdü. Təxminən 15 il sonra Percival Lowell tərəfindən daha ətraflı xəritə tərtib edildi və 1930-cu ildə isə Eugène M. Antoniadi Marsın daha da ətraflı xəritəsini yayımladı. Elə bu xəritədən sonra Marsdakı kanalların optik illüziya olduğu ortaya çıxdı.
    1960-cı illərdə əvvəlcə Sovet İttifaqı, sonra isə ABŞ Marsa kosmik aparatlar göndərməyə başladı. Bunlar Marsa yaxınlaşan və sonra yoluna davam edən “flyby” tipli nəqliyyat vasitələri idi. Sovet İttifaqı tərəfindən göndərilən 9 kosmik aparatdan heç biri məqsədinə çatmadı. ABŞ tərəfindən göndərilən “Mariner 5” isə 1965-ci ildə Marsın yaxınlığından keçərək bizə Yer kürəsindən başqa bir planetin yaxından çəkilmiş ilk fotolarını göndərdi. 1971-ci ildə Sovet İttifaqı növbəti dəfə “Mars 2” adlı kosmik aparat göndərdi. Lakin kompüterində yaranan nasazlığa görə yenidən hədəfinə çata bilmədi və demək olar ki, 47 il əvvəl, 27 noyabr 1971-ci ildə Marsa çırpıldı. Bu qəzalı enişlə Yer kürəsindən başqa bir planetə enən ilk kosmik aparat ünvanını qazandı. Ondan təxminən bir ay sonra “Mars 3” kosmik aparatı Mars planetinə yumşaq eniş edə bildi, ancaq enişdən 14,5 saniyə sonra onunla da rabitə əlaqəsi kəsildi. ABŞ-ın yenə eyni ildə, 1971-ci ildə göndərdiyi “Mariner 9” kosmik aparatı Yerdən kənarda bir planetin ətrafında dövr edən və planetin sistematik şəkildə xəritəsini hazırlayan ilk kosmik aparat oldu. “Mariner 9” ilk dəfə Marsa çatanda böyük bir toz fırtınası ilə üzləşdi. Fırtına yavaşladıqda ilk görünənlər isə nəhəng vulkan zirvələri idi.
    Bu ərazi “Tharsis platosu” adlanır. Topoqrafik xəritədə gördüyünüz kimi, bu vulkanlar olduqca yüksəkdir. Bəziləri 20 km, bəziləri isə Everestdən 3 qat daha yüksəkdir. Günəş sistemində bunlardan daha böyüyünü hələ görmədik. Bu əraziyə verilən “Tarsis” adı İncildə və Tövratda bəhs edilən bir yerin adıdır və bu ad Mersindəki Tarsusla əlaqələndirilir.
    Marsa uğurlu eniş edərək Yer kürəsinə siqnal göndərən ilk kosmik aparat “Viking 1”-dir. 20 iyul 1976-cı ildə Marsın “Qızıl düzənlik (Golden Plain)” adlanan bölgəsinə endi və 6 ildən çox fəaliyyət göstərdi. Bu isə Marsa endikdən sonra göndərdiyi ilk fotoşəkildir. İlk dəfə başqa bir planeti öz səthindən görürük.
    Təxminən 20 il sonra, 1997-ci ildə Pathfinder kosmik aparatı Marsa endi. Əvvəlkilərdən fərqli olaraq bu kosmik aparat Marsa özü ilə 6 təkərli müşahidə aparatı (rover) da gətirmişdi. Artıq bir planetin səthində uzaqdan idarə olunan bir maşın sürürdük. Yalnız 100 metr gedə bilsə də, Sojourner adlı bu rover və Pathfinder 16500 fotoşəkil çəkdi və 8,5 milyon ölçmə həyata keçirib nəticələrini Dünyaya göndərdi.
    2004-cü ildə Marsa daha iki rover endi. Bunlardan birincisi olan Spiritin 90 SOL, yəni 90 Mars günündə işləməsi və yalnız 600 metr irəliləməsi planlaşdırılmışdı. Ancaq 5 ildən çox yoluna davam etməyi bacardı və ümumilikdə 8 km yol qət etdikdən sonra yumşaq quma batıb qaldı.
    2004-cü ildə Spiritdən üç həftə sonra Marsa enən ikinci rover Opportunity isə bu gün də fəaliyyətini davam etdirir. Enişdən sonra ətrafını araşdıraraq yola çıxan bu rover əvvəlcə “Endurance kraterini” araşdıraraq şəklini çəkdi. Sonra cənuba doğru hərəkət edib özünü bura gətirən kosmik gəminin dağılmış istilik qoruyucularını tapdı. Sonra qaldığı yerdən yoluna davam etdi və bir çox başqa irili-xırdalı kraterləri müşahidə etdi. Bizə Marsda bir vaxtlar suyun olması ilə bağlı ilk elmi dəlilləri göndərdi. Ümumilikdə 46 km yol qət etdikdən sonra 2018-ci ilin iyun ayında Marsın məşhur qum fırtınalarından biri ilə üzləşdi. Buna görə alimlər onu dərin yuxu rejiminə keçirtdi. Bu günlərdə yuxu rejimindən çıxarılıb yenidən yoluna davam etməsi gözlənilir.
    Məhz bu cür roverlar, kosmik aparatlar və orbitdəki peyklərin çəkdiyi fotoşəkillər sayəsində Marsda belə ətraflı səyahətə çıxa bilirik.
    İndi sizi bu səyahət çərçivəsində Olimp dağına aparaq. Günəş sistemindəki ən yüksək dağa. Əhatə etdiyi ərazinin diametri 600 km-dir. Yəni, bu dairəvi ərazi Fransa böyüklüyündədir. Gördüyünüz qabarıq kənarlara görə belə vulkanik dağlar “qalxanvarı vulkanlar” adlanır. Havay adaları da bu cür vulkanlardan ibarətdir. Türkiyədə Orta Anadoludakı Karacadağ və Şərqi Anadoluda Ağrı dağının cənubundakı fəaliyyətdə olan Tendürek vulkanı da qalxanvarı vulkandır.
    Olimp dağının şərqində boz zolaq görürsünüz. Bu sahənin şəkli daha yüksək keyfiyyətlə çəkilib. Səthə yaxınlaşıb diqqətlə baxsaq axan lavanın izlərini görə bilərsiniz.
  • Наука та технологія

КОМЕНТАРІ • 9

  • @BilinmeyenHeqiqetler
    @BilinmeyenHeqiqetler  2 роки тому +2

    11 dəqiqədə Mars səyahəti
    Mars min illərdir insanların marağını cəlb edən bir planetdir. İlk dəfə bundan 4.000 il əvvəl qeydə alınan bu planeti 17-ci əsrdə teleskopun icadından sonra araşdırmağa başladıq. İtalyan astronom Giovanni Schiaparelli 1877-ci ildə 22 sm-lik teleskopla Marsın ilk xəritəsini hazırladı. Bu xəritənin ən mühüm xüsusiyyəti Marsdakı kanalların təsvir olunmasıdır. Yadplanetlilər dedikdə ilk ağlımıza gələnlərin Marslılar olmasının səbəblərindən biri də budur. Uzun müddət bu kanalların orada yaşayan inkişaf etmiş bir sivilizasiya tərəfindən inşa edildiyi düşünülürdü. Təxminən 15 il sonra Percival Lowell tərəfindən daha ətraflı xəritə tərtib edildi və 1930-cu ildə isə Eugène M. Antoniadi Marsın daha da ətraflı xəritəsini yayımladı. Elə bu xəritədən sonra Marsdakı kanalların optik illüziya olduğu ortaya çıxdı.
    1960-cı illərdə əvvəlcə Sovet İttifaqı, sonra isə ABŞ Marsa kosmik aparatlar göndərməyə başladı. Bunlar Marsa yaxınlaşan və sonra yoluna davam edən “flyby” tipli nəqliyyat vasitələri idi. Sovet İttifaqı tərəfindən göndərilən 9 kosmik aparatdan heç biri məqsədinə çatmadı. ABŞ tərəfindən göndərilən “Mariner 5” isə 1965-ci ildə Marsın yaxınlığından keçərək bizə Yer kürəsindən başqa bir planetin yaxından çəkilmiş ilk fotolarını göndərdi. 1971-ci ildə Sovet İttifaqı növbəti dəfə “Mars 2” adlı kosmik aparat göndərdi. Lakin kompüterində yaranan nasazlığa görə yenidən hədəfinə çata bilmədi və demək olar ki, 47 il əvvəl, 27 noyabr 1971-ci ildə Marsa çırpıldı. Bu qəzalı enişlə Yer kürəsindən başqa bir planetə enən ilk kosmik aparat ünvanını qazandı. Ondan təxminən bir ay sonra “Mars 3” kosmik aparatı Mars planetinə yumşaq eniş edə bildi, ancaq enişdən 14,5 saniyə sonra onunla da rabitə əlaqəsi kəsildi. ABŞ-ın yenə eyni ildə, 1971-ci ildə göndərdiyi “Mariner 9” kosmik aparatı Yerdən kənarda bir planetin ətrafında dövr edən və planetin sistematik şəkildə xəritəsini hazırlayan ilk kosmik aparat oldu. “Mariner 9” ilk dəfə Marsa çatanda böyük bir toz fırtınası ilə üzləşdi. Fırtına yavaşladıqda ilk görünənlər isə nəhəng vulkan zirvələri idi.
    Bu ərazi “Tharsis platosu” adlanır. Topoqrafik xəritədə gördüyünüz kimi, bu vulkanlar olduqca yüksəkdir. Bəziləri 20 km, bəziləri isə Everestdən 3 qat daha yüksəkdir. Günəş sistemində bunlardan daha böyüyünü hələ görmədik. Bu əraziyə verilən “Tarsis” adı İncildə və Tövratda bəhs edilən bir yerin adıdır və bu ad Mersindəki Tarsusla əlaqələndirilir.
    Marsa uğurlu eniş edərək Yer kürəsinə siqnal göndərən ilk kosmik aparat “Viking 1”-dir. 20 iyul 1976-cı ildə Marsın “Qızıl düzənlik (Golden Plain)” adlanan bölgəsinə endi və 6 ildən çox fəaliyyət göstərdi. Bu isə Marsa endikdən sonra göndərdiyi ilk fotoşəkildir. İlk dəfə başqa bir planeti öz səthindən görürük.
    Təxminən 20 il sonra, 1997-ci ildə Pathfinder kosmik aparatı Marsa endi. Əvvəlkilərdən fərqli olaraq bu kosmik aparat Marsa özü ilə 6 təkərli müşahidə aparatı (rover) da gətirmişdi. Artıq bir planetin səthində uzaqdan idarə olunan bir maşın sürürdük. Yalnız 100 metr gedə bilsə də, Sojourner adlı bu rover və Pathfinder 16500 fotoşəkil çəkdi və 8,5 milyon ölçmə həyata keçirib nəticələrini Dünyaya göndərdi.
    2004-cü ildə Marsa daha iki rover endi. Bunlardan birincisi olan Spiritin 90 SOL, yəni 90 Mars günündə işləməsi və yalnız 600 metr irəliləməsi planlaşdırılmışdı. Ancaq 5 ildən çox yoluna davam etməyi bacardı və ümumilikdə 8 km yol qət etdikdən sonra yumşaq quma batıb qaldı.
    2004-cü ildə Spiritdən üç həftə sonra Marsa enən ikinci rover Opportunity isə bu gün də fəaliyyətini davam etdirir. Enişdən sonra ətrafını araşdıraraq yola çıxan bu rover əvvəlcə “Endurance kraterini” araşdıraraq şəklini çəkdi. Sonra cənuba doğru hərəkət edib özünü bura gətirən kosmik gəminin dağılmış istilik qoruyucularını tapdı. Sonra qaldığı yerdən yoluna davam etdi və bir çox başqa irili-xırdalı kraterləri müşahidə etdi. Bizə Marsda bir vaxtlar suyun olması ilə bağlı ilk elmi dəlilləri göndərdi. Ümumilikdə 46 km yol qət etdikdən sonra 2018-ci ilin iyun ayında Marsın məşhur qum fırtınalarından biri ilə üzləşdi. Buna görə alimlər onu dərin yuxu rejiminə keçirtdi. Bu günlərdə yuxu rejimindən çıxarılıb yenidən yoluna davam etməsi gözlənilir.
    Məhz bu cür roverlar, kosmik aparatlar və orbitdəki peyklərin çəkdiyi fotoşəkillər sayəsində Marsda belə ətraflı səyahətə çıxa bilirik.
    İndi sizi bu səyahət çərçivəsində Olimp dağına aparaq. Günəş sistemindəki ən yüksək dağa. Əhatə etdiyi ərazinin diametri 600 km-dir. Yəni, bu dairəvi ərazi Fransa böyüklüyündədir. Gördüyünüz qabarıq kənarlara görə belə vulkanik dağlar “qalxanvarı vulkanlar” adlanır. Havay adaları da bu cür vulkanlardan ibarətdir. Türkiyədə Orta Anadoludakı Karacadağ və Şərqi Anadoluda Ağrı dağının cənubundakı fəaliyyətdə olan Tendürek vulkanı da qalxanvarı vulkandır.
    Olimp dağının şərqində boz zolaq görürsünüz. Bu sahənin şəkli daha yüksək keyfiyyətlə çəkilib. Səthə yaxınlaşıb diqqətlə baxsaq axan lavanın izlərini görə bilərsiniz. Bu fotoşəkillər 2006-cı ildə Marsın orbitinə göndərilən “Mars Reconnaissance Orbiter” aparatındakı yüksək keyfiyyətli kameralarla çəkilmişdir. Ancaq bu cür fotoşəkillər keyfiyyəti yüksək tutmaq üçün rəngsiz, yəni ağ-qara verilir. Ortada gördüyünüz bir az fərqli rəngli zolaqda isə “saxta rəng” adlı bir foto texnikadan istifadə olunur. Bu bölgələrdə insan gözünün görə biləcəyi spektrdən fərqli spektrlər də qeyd olunur. Bu, xüsusilə səthin quruluşu ilə əlaqədar bəzi elmi məlumatlar verir.
    Marsın fotoşəkillərinə diqqətlə baxsaq lava izləri ilə yanaşı, vulkan külünü də görə bilərik. Bunlar dünyadakı qar kimi bir yerə yığıla və qar uçqununa bənzər kül uçqunlarına səbəb ola bilər. Baxın, yaxınlaşdıqca bu uçqunların izlərini görəcəksiniz. İndi gördüyünüz bu mavi nöqtə bir avtobus boydadır. Mars külü uçqundan sonra bərkiyərək belə bir qayaya çevrilib.
    Çox geniş ərazini əhatə etdiyi üçün hündürlüyü yavaş-yavaş artan və bu səbəbdən meylliliyi az olan bu dağın kənarlarında dik yamaclar var. Gəlin dağın zirvəsinə nəzər salaq. Dünyadakı dağların zirvəsindən bir az fərqli görünür. Bu bölgənin fotoşəkillərində buludlar da qismən ağ rəngdə özünü göstərir. Zirvədə ümumilikdə 6 “kaldera” var. Yəni çökmüş krater. Bunlar təxminən 3,5 km dərinlikdə olan çuxurlardır.
    Marsda bir də böyük kanyonlar var. Tharsis bölgəsinin şərqində “Valles Marineris” vadisi yerləşir. Mariner Vadisinin adı onun ilk fotoşəkilini çəkən Mariner kosmik gəmisinin adından götürülüb. Eni 200 km olan bu vadinin uzunluğu 4.000 km-dir. Başqa sözlə bu məsafə Bakıdan Londona qədər olan məsafəyə bərabərdir. Günəş sisteminin ən böyüklərindən biri olmasına baxmayaraq, bundan daha böyüyünün harada olduğunu bilirsinizmi? Yer kürəsində Şərqi Afrikadakı Rift Vadisi. Əslində, quruluşuna görə də bir-birlərinə bənzəyirlər. Digər vadi tiplərindən fərqli olaraq bu nəhəng strukturlar çay sularının fəaliyyəti nəticəsində deyil tektonik hərəkətlər nəticəsində meydana gəlir.
    Juventae bölgəsində çəkilmiş bu yüksək keyfiyyətli şəkildə 2,5 km hündürlükdə olan dağı görürsünüz. Çox mərtəbəli bir torta bənzəyir. Bu tortun hər təbəqəsi, əslində, sulfat çöküntüsü nəticəsində meydana gəlib. Alimlər burada maqnezium sulfatın da ola biləcəyini düşünürlər. Bu maddə tibb və kosmetik məhsullarda istifadə olunur. Yəni, bir gün “UA-cam”da Marsdan gətirilən kosmetik kremlərin tanıtımını izləsəniz, bilin ki, xammalı buradandır.
    Marsın səthi ilə bağlı məlumatımız gündən-günə artır. Ancaq indiyə qədər daxili quruluşu haqqında çox şey öyrənə bilmədik. Amma çox yaxında bu mövzuda da məlumatlar əldə edəcəyik. Çünki 5 may 2018-ci il tarixində Marsa göndərilən InSight kosmik aparatı, 26 noyabr 2018-ci il tarixində Marsa uğurlu eniş etdi. NASA-nın 6 illik fasilədən sonra Marsa göndərdiyi bu kosmik aparat Qırmızı Planetdə baş verən tektonik hərəkətlər və planetin geoloji quruluşu haqqında məlumatlar toplayaraq 4,5 milyard il ərzində nə baş verdiyini araşdıracaq. InSight kosmik aparatı Marsın daxili quruluşunu araşdıraraq alimləri planetdəki seysmik fəaliyyətlər, planetin daxili temperaturu və nüvəsi haqqında məlumatlarla təmin edəcək.
    NASA 17 iyul 2020-ci ildə isə “Ingenuity” adlı vertolyotu daşıyan “Perseverance” adlı kosmik gəmini Marsa göndərdi. "Perseverance" 18 fevral 2021-ci ildə Marsa endi. "Ingenuity" adlı vertolyot 2021-ci il aprelin 19-da Mars üzərində uğurlu uçuş həyata keçirərək Dünyadan kənarda uçan ilk vertolyot oldu.
    Beləliklə Yerdən kənar bir planetin dərinliklərinə doğru yeni bir səyahətə başladıq.

  • @lamiymirzyeva7236
    @lamiymirzyeva7236 2 роки тому +1

    Maraqlı idi, cox sag olun

  • @royababayeva2690
    @royababayeva2690 Рік тому

    ƏL-HƏKİM - çox hikmətli

  • @aydinovelsen5102
    @aydinovelsen5102 2 роки тому

    MaşaAllah

  • @lamiymirzyeva7236
    @lamiymirzyeva7236 2 роки тому +1

    Videolarini cox beyenirem👍

  • @aydinovelsen5102
    @aydinovelsen5102 2 роки тому

    Əlhəmdulillah

  • @Melike-qc4tr
    @Melike-qc4tr 2 роки тому

    Maraqlı məlumatdır👍

  • @aydinovelsen5102
    @aydinovelsen5102 2 роки тому

    Əhsən sizə👍👍👍

  • @aydinovelsen5102
    @aydinovelsen5102 2 роки тому

    Əla video olub