İmadəddin Nəsimi filmində səslənən bütün qəzəllər (aktyor: Rasim Balayev)

Поділитися
Вставка
  • Опубліковано 15 жов 2024

КОМЕНТАРІ • 127

  • @gunelabdul8572
    @gunelabdul8572 3 місяці тому +5

    Nəsimi deyiləndə hər zaman aglima Rasim Balayev krasavcik gəlir. Atamin cavanligina oxsadiram onu. Allah uzun ömür versin əvəzolunmaz sənətkarimiza❤

  • @elcinqasmov7195
    @elcinqasmov7195 Рік тому +7

    Rasim Balayev böyük sənətkardır var ol böyük Sənətkar yaxşıki varsan 👍

  • @araz_efendi
    @araz_efendi  2 роки тому +22

    (1)
    Üzünü məndən nihan etmək dilərsən, etməgil!
    Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!
    Bərgi - nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
    Aşiqi bixaniman etmək dilərsən, etməgil!
    Qaşlarının qövsündə müjganın xədəngin gizləyib,
    Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!
    Canımı vəslin şərabından ayırdın, ey gözüm,
    Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!
    Qoymuşam eşqində mən kövnü məkanın varını,
    Can nədir kim, qəsdi - can etmək dilərsən, etməgil!
    Bürqəi üzündən açarsan məgər naməhrəmə,
    Gizli əsrarı əyan etmək dilərsən, etməgil!
    Yandırırsan könlümü eşqində, məlum oldu kim,
    Ani risvayi - cahan etmək dilərsən, etməgil!
    Doğruyam eşqində oxtək, kirpiyin tanıq durur,
    Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!
    Çünki eşqin məskənidir könlümün viranəsi,
    Həsrətə anı məkan etmək dilərsən, etməgil!
    Çün yəqin bildi Nəsimi eşqini oldu ğəni,
    Ol yəqin sən güman etmək dilərsən, etməgil!
    (2)
    Sən sana gər yar isən var, ey könül, yar istəmə!
    Yarü dildar ol sana, sən yarü dildar istəmə!
    Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?
    Bivəfa aləmdə sən yari-vəfadar istəmə!
    Gül bulunmaz bu dikənli dünyanın bağında çün,
    Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!
    Mə'rifətdir xalis altun, sikkəsi fəzlü hünər,
    Altunu tanı, zəğəldən ari dinar istəmə!
    Həqqə münkirdir fəqih, inanma ol şeytana kim,
    Yoxdur ol cinxilqətin zatında iqrar, istəmə!
    Ari göftar, ey könül, gerçəklərin nitqidürür,
    Hər diliəgridə yoxdur ari göftar, istəmə!
    Cifədir dünya, anın talibləri adı kilab,
    Olma kəlb anın kim, oldu adı murdar, istəmə!
    Şərbəti ağuludur fani cahanın, sən anın
    Şərbətindən nuşudaru umma, zinhar istəmə!
    Dünyanın sevgisi ağır yük imiş, məndən eşit,
    Nəfsini yük etmə ana, ey səbükbar, istəmə!
    Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün,
    Xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə!
    İmadəddin Nəsimi

  • @mamedzade09
    @mamedzade09 3 роки тому +111

    Film necə də peşəkarlıqla çəkilib. Nəsimiyə can verən möhtəşəm aktyorumuz Rasim Balayevin də zəhməti böyükdür. Eyni qaydada rejissor və heyətin. Belə keyfiyyətli işlər görə bilmirik müasir texnologiyaların tətbiq olunduğu dövrdə.

    • @azakazer6983
      @azakazer6983 3 роки тому +4

      Novruzu neysan aşikar oldu yenə
      Şehrimiz bu gün xoş badəxar oldu yenə
      Qönçədən gül baş çıxardıb saldı üzünden niqab
      Bülbülü şeyda xətibi laləzar oldu yenə
      Imadeddin Nəsimi

    • @ulviyyehuseynova884
      @ulviyyehuseynova884 Рік тому +7

      Hələdə Nəsiminin ölüm səhnəsinə baxa bilmirəm,əgər baxsam ürəyim tab gətirməz huşumu itirərəm.

    • @zakirhsnov8298
      @zakirhsnov8298 Рік тому +3

      İndi nə yaxşı senari yazan var, nə də güclü rejissor.Yaxşı aktjorlarmız isə barmaqla sayılası qədərdir.Bir də ki,klassik şairləri oxuyan da yoxdur.Çünki ədəbiyyat dərslərini yədris edənlərin çoxu belə şeirləri nə bilirlər,nə də tədris edə bilmirlər.Budur əsil bəla.Filmin musiqisinə diqqət yetirin.Varmı belə bəstəçilər İndi. Fəxrəddin Manafov,Vidadi Həsənov kimi indi aktyor varmı?İndi seriallar çəkmıklə girucdi rejissorarın çoxu.Pulu hər şeydən üstün tuturlar.İnsanlara mənıvi keyfiyyətlır aşılayan filmlərimiz yox dətəcəsindədir.

    • @aykai5437
      @aykai5437 11 місяців тому +2

      Çunki dil korlanıb

  • @bakibaki6726
    @bakibaki6726 4 роки тому +52

    Bawa duwenler azdi amma tam derk etmeye caliwmaq isdeyen insan ucun cox derin menadi "İmadetdin Nesimi"🥀🍃

  • @maisekazimova2539
    @maisekazimova2539 3 роки тому +52

    Ey müsəlmanlar, mədəd ol yar pünhan ayrılır, Ağlamayım neyləyim, çün gövdədən can ayrılır. Ey sənəm, hicran əlində naleyi - zar eylərəm , Gözlərimdən sanasan dəryayi - ümman ayrılır. Ol səbəbdəndir ki , mən bimarü rəncur olmuşam, Xəstə könlüm mərhəmi şol dərdə dərman ayrılır. Rəngi - çöhrəm zərd olubdur, qamətim həm çün hilal, Ol günəş ☀️ üzlü həbibim, ləli-xəndan ayrılır . Taqətim, səbrim tükəndi, yarsız mən neylərəm? Əqlimi şeyda qılan ol çeşmi - fəttah ayrılır. Məhşəri-yovmul -hesab qopdu qiyamət başıma, Ey Yusif surətli, məndən piri - Kən'an ayrılır. Ey cigərsuz, nari - firqətdən, Nəsimi, çarə nə? Hər kimə ,,nəhnü qəsəmna'' çün əzəldən ayrılır. İMADƏDDİN NƏSİMİ.

  • @raduqas.3369
    @raduqas.3369 3 роки тому +30

    Rasim Balayevin ifasında Nəsiminin qezelleri qeyri -adı seslənir ! İnsanı əfsun edir ! Hörmətli aktyorumuza can saglıgı arzu edirem !

    • @oyunlarnsah7898
      @oyunlarnsah7898 2 роки тому +1

      Amin Allahım ömür versin yenə belə tarixi filmlərimizi yaratsın 💗😍

  • @firacelilova9021
    @firacelilova9021 4 роки тому +40

    Uşaqlıqdan Nəsiminin qəzəllərini oxumuşam. Filmi əfsanə 👏👏

  • @talehsuleymanov5890
    @talehsuleymanov5890 3 роки тому +21

    Bu cür qəzəlləri qoyub gedib afətin pis günə qoyduğu qəzələ qulaq asırlar.

  • @mslifee5739
    @mslifee5739 2 роки тому +21

    Ah Nəsimii…. səni başa düşmək hər ağlın , ürəyin işi deyil

  • @gulsnliyeva3285
    @gulsnliyeva3285 4 роки тому +39

    İndiki gənclər Bu cür Gözəl Tarixi filmlərdən bixəbərdilər heyifki dəyərlərimiz unudulur heyif, çox təəssüflənirəm…

    • @raduqas.3369
      @raduqas.3369 3 роки тому +5

      Mən genc-24 yaşım var, qezellerdən mənəvi qida alıram, fexr edirem ki, ruhum mehz bununla zövq alır!!

    • @gulsnliyeva3285
      @gulsnliyeva3285 3 роки тому +2

      çox sevindirici haldır.. kaş bütün gənclər sizin kimi düşünsə😕

    • @raduqas.3369
      @raduqas.3369 3 роки тому +2

      @@gulsnliyeva3285 mənce tərbiyeden de asılıdır ! Təşəkkurlər

    • @gulsnliyeva3285
      @gulsnliyeva3285 3 роки тому +1

      əlbətdəki elədir.buyurun söhbət xoş idi🤚

    • @nahiderzayeva1992
      @nahiderzayeva1992 3 роки тому +1

      Men de cox teessuf edirem..heyf bizim kimi xalqdan ki uzu bedbextciliye gedirik....

  • @zezizezi2686
    @zezizezi2686 3 роки тому +11

    Rasim Balayev Allah sizə uzun ömür can sağlığı versin.Həmisə yazın yaradın.Sizdən yoxdur ey.Siz mədəniyyət naziri olmağa layiqsiniz🤗✒️♥️

  • @iradaibisova6992
    @iradaibisova6992 3 роки тому +17

    Əsl xəzinə budur🙏🏼🖤

  • @sahinismayilov2506
    @sahinismayilov2506 3 роки тому +11

    ALLAH rehmetcelesin dahi şairimize. Heyif o dövrün insanlari Nesimini başa düşmeyibler.

  • @jalememmedova9054
    @jalememmedova9054 2 роки тому +2

    Kinomuzun evezolunmaz ve menim cox sevdiyim aktyor Rasim Balayev .🇦🇿👏

  • @sokrat2007
    @sokrat2007 Рік тому +4

    Can qurban Nəsimiyə. Bir hürufi olaraq çox sevirəm onu.

  • @ulduzagayeva5975
    @ulduzagayeva5975 Рік тому +2

    Zamanə üçün nə gözəl dəyərli sözləri var ,duyub anlayana nə mutlu

  • @emendatus1
    @emendatus1 3 роки тому +5

    Hisslər, emosiyalar və fikirlərin toplusuyuq hər birimiz. Ya daxili, ya da xarici səbəblərlə əlaqədar bunlarda dəyişiklik olanda bizdə də məcburi dəyişiklik olur. Məs. Kefim yoxdur, özümü pis hiss edirəm, nastraenyam yoxdur, narahatam nəsə, qəmginəm, qorxuram və s. Nəsimi zirvəsinə çatan insanda, yə'ni Kamil insanda belə problemlər ola bilməz. Çünki Kamil İnsan özünü hisslər, emosiyalar və fikirlərlə eyniləşdirmir. Əsl özündə qalır. Əsl özünü heç vaxt yaddan çıxartmır. Kamil insan olmaq ən əsas məsələdir. İnsanın həyatda ən vacib işidir. Bu dəqiqə bunu dünyada ən yaxşı izah edən, yol göstərən adam Rupert Spira-dır. Ona kim diqqətlə qulaq assa Nəsiminin şerlərinin sirrinə vaqif ola bilər.

  • @mingcevirmtbx8882
    @mingcevirmtbx8882 11 місяців тому +6

    Tarixdə çox belə haqsızlıqlar olmuş.Nəsimi o milyonlardan biridir.Həmişə mərd, qoçaq, öz sözünü deməyə cəsarət edənlər bax beləcə soyulub.Yaltaqlar ,...girənlər həmişə yağlı tikə yeyib yaxada gəziblər.Cəsarət, düz söz heç bir məmurun xoşuna gəlmir, düz danışanın dilin gəsirlər.HƏQİQƏT BUDUR! Əgər kim mənimlə razı deyilsə sözümü sübut edə bilərəm!

  • @ramilquliyev5304
    @ramilquliyev5304 Місяць тому

    Can nəsimi.sən bizim əbədi böyük üstadımızsan.

  • @azizganbarov5035
    @azizganbarov5035 3 роки тому +5

    Səsinizə sağlıq xalqımızın dəyərli sənətkarı Rasim Balayev 🤲🏻🇦🇿🤲🏻

  • @mirislamcavadovv298
    @mirislamcavadovv298 3 години тому +1

    NƏSİMİ filmi Kodak lentinə çəkilən ikinci Azərbaycan filmidi 1-ci film O ,olmasın ,bu olsun film o qədər möhtəşəm çəkilib ki Teymurləngi oynayan kinoaktyora (Yusif Vəliyev)filmin rejissoru Həsən Seyidbəyli öz iradlarını bildirib unutma ki film Nəsimi haqqında çəklilr film Azərbaycanın qızıl fonduna daxildi 100 ölkə həmin filmi alıb Bakıda keçirilən kinofestivalda tarixi filmlər mövzüsunda ən yaxşı film prizini alıb Yaşasın Azərbaycan❤❤

  • @metlebhuseynov5904
    @metlebhuseynov5904 4 роки тому +9

    Allah rehmet elesin

  • @ibrahimimamhuseynasiqi6865
    @ibrahimimamhuseynasiqi6865 2 роки тому +2

    Bürün sənətkarlar bir arada.Ən kiçik obrazlar belə ustalıqla ifa olunub.Yaşa,Rasim Balayev.Nəsimi deyilən kimi gozümdə Rasim Balayev canlanır.Əsl sənət bax budur.

  • @hf1945
    @hf1945 4 роки тому +13

    Möhtəşəm ❗

  • @muradmammedov4576
    @muradmammedov4576 4 роки тому +9

    Nəsimi çox gözəl Azərbaycan şairi

    • @meleykeojeyeva4705
      @meleykeojeyeva4705 3 роки тому +1

      Şair deyil ALLAH dostu seyit

    • @mrsnone00
      @mrsnone00 3 роки тому +5

      @@meleykeojeyeva4705 heyif, filmi anlamamısınız😕

  • @اللهأكبر-ل6ر2ل
    @اللهأكبر-ل6ر2ل 3 роки тому +2

    БОЮК НАСИМИ. ⭐🌙🙏🇦🇿🇹🇷🇵🇰❤️❤️❤️АЛЛАХЫМ АЗЕРБАЙДЖАНА ГЕЙРАТЛИ БИР МАДАНИЯТ НАЗИРИ( ЛАРИ) ГИСМАТ ЕТ. ⭐🌙🙏🙏🙏

  • @mi7150qwerty
    @mi7150qwerty 3 роки тому +2

    Mohtesemmm seirde ifada

  • @mehibluu
    @mehibluu Місяць тому

    Bele videolarin olması mükəmməldir

  • @gunelkazeki7863
    @gunelkazeki7863 2 роки тому +7

    Üzünü məndən nihan еtmək dilərsən, еtməgil!
    Gözlərim yaşın rəvan еtmək dilərsən, еtməgil!
    Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
    Aşiqi biхaniman еtmək dilərsən, еtməgil!
    Qaşların qövsündə müjganın хədəngin gizləyib,
    Еy gözü məstanə, qan еtmək dilərsən, еtməgil!
    Canımı vəslin şərabından ayırdın, еy gözüm,
    Еynimi gövhərfəşan еtmək dilərsən, еtməgil!
    Qoymuşam еşqində mən kövnü məkanın varını,
    Can nədir kim, qəsdi-can еtmək dilərsən, еtməgil!
    Bürqəi üzündən açarsan məgər naməhrəmə,
    Gizli əsrarı əyan еtmək dilərsən, еtməgil!
    Yandırırsan könlümü еşqində, mə’lum oldu kim,
    Anı risvayi-cahan еtmək dilərsən, еtməgil!
    Doğruyam еşqində oхtək, kirpigin tanıqdurur,
    Qəddimi nеyçün kaman еtmək dilərsən, еtməgil!
    Çünki еşqin məskənidir könlümün viranəsi,
    Həsrətə anı məkan еtmək dilərsən, еtməgil!
    Çün yəqin bildi Nəsimi ağzının var olduğun,
    Ol yəqini sən güman еtmək dilərsən, еtməgil!

  • @isahuseynov4299
    @isahuseynov4299 4 роки тому +6

    Super

  • @badboy-qo7sm
    @badboy-qo7sm 5 років тому +15

    👏👏

  • @aysnliyeva9605
    @aysnliyeva9605 3 роки тому +3

    Rasim Balayev❤

  • @nailasultanova700
    @nailasultanova700 3 роки тому +2

    САМЫЙ КРАСИВЫЙ АКТЁР МИРА ,,РАСИМ БАЛАЕВ ,,🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿❤❤🥰😍😘💯💯🤲🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿❤🥰🥰😍😘💯🤲

  • @user-es7et3xq5f
    @user-es7et3xq5f 3 роки тому +2

    Allah uzun ömür can sağlığı versin

  • @vasiffarza6436
    @vasiffarza6436 3 роки тому +36

    Ey bülbüli-qüdsi nə giriftari qəfəssən
    Sındır qəfəsi tazə gülüstan tələb eylə

    • @xalidsahverdiyev6482
      @xalidsahverdiyev6482 3 роки тому

      Orxan Lokbatanli

    • @vasiffarza6436
      @vasiffarza6436 3 роки тому +6

      @@xalidsahverdiyev6482 Nəsimi aq

    • @madinahuysenova8998
      @madinahuysenova8998 3 роки тому +1

      Menim en ureyinimin dibinden sevdiyim qezeldi😔😔😔😔😔😔😔

    • @gulzarmmmdova1225
      @gulzarmmmdova1225 3 роки тому +2

      Nəsimini əyani olaraq şair şəxsiyyət kimi əvəzedilməz sənətçimiz Rasim Balayevin timsalında tanıdığ sevdik
      Allahın möcüzəsidir böyük şairin ruhu 600 il sonra dünyaya göz açmış həmvətəni gənc Rasim Balayevə keçmiş, Nəsimini yaddaşlarda həkk olan filmdə canlandırmağa, onu millətinə daha yaxından tanıdın sevdirmək kimi missiyanı yerinə yetirmişdir böyük şairin Hələbdəki narahat ruhu rahatlığ tapmışdırRasim Balayevə can sağlığı diləyirəm

    • @hzname3018
      @hzname3018 3 роки тому

      Ərkansız olanlarla rəfiq olma, Nəsimi,
      Yol əhli gözət, sən ədəb-ərkan tələb eylə...

  • @Qazi-sb2ws
    @Qazi-sb2ws 6 місяців тому

    Mehebbet sairi
    Allah rehmet elesin
    Ruhu sad olsun

  • @zerdabzerdabl1346
    @zerdabzerdabl1346 4 роки тому +4

    Əla

  • @Qelbimin_Sesi
    @Qelbimin_Sesi 4 роки тому +4

    Mohtewem.. super...

  • @ReshadMahmudov
    @ReshadMahmudov 28 днів тому

    Orijinal ən gözəl nümunədir.

  • @ElmarBaycann
    @ElmarBaycann 4 роки тому +9

    Nəsimi😍

  • @fermanatakisili1071
    @fermanatakisili1071 2 місяці тому

    Ənə-Əl-HƏQQA....

  • @AliAsker-yl4po
    @AliAsker-yl4po 3 місяці тому

    Eline, emeğine sağlıq qardaşım...

  • @vefasirinova7328
    @vefasirinova7328 3 роки тому +2

    sevirem da bu filmi tez tez baxiram

  • @sefeqnagiyeva2920
    @sefeqnagiyeva2920 2 роки тому +1

    Pasim balayev kimi aktyor birde dunyaya gelmez ...

  • @vefaleqehremanova9532
    @vefaleqehremanova9532 3 роки тому +3

    Motesem harika minetdarim heminize tek tek

    • @serdarabbasov7344
      @serdarabbasov7344 2 роки тому

      götə girən Azerbaycan dilində yaz şərhini türk dilnfə yox nəsimiyə hörmət et baxdığın Nəsimi filmdə bax Azerbaycan dili səslənir

  • @elizamanov462
    @elizamanov462 3 роки тому +2

    جميل جدا غزال دي

  • @ruhangizmusavi2891
    @ruhangizmusavi2891 Місяць тому

    RASİM MÜƏLLİM YAXŞIKİ VARSİNİZ. DOĞMA ƏZİZ SƏNƏTKAR. HƏMİŞƏ VAR OLASIZ

  • @axmedovakonul5076
    @axmedovakonul5076 4 роки тому +5

    Sevìrem sizin qezelinizi

  • @orxansamadov3915
    @orxansamadov3915 2 роки тому

    Kvant yeni dunya baxisi zad hamisin bilib rehmetlik

  • @rza4942
    @rza4942 2 роки тому

    Möhtəşəm çox gözəl di

  • @eonjijlol
    @eonjijlol 2 роки тому +1

    Sadəcə respect

  • @ЕлнурТагиев
    @ЕлнурТагиев 2 роки тому +2

    Düzünə Nəsimi !

  • @m.ii.m6677
    @m.ii.m6677 3 роки тому +25

    Nesimi seyid olub ve hec vaxt Allahi danmayib. Sadece sovet dövründe o da bir coxlari kimi islam düşmeni kimi gösterilib. Arasdirsaz görersiz ki Nesimi şerlerinde, qezellerinde ne qeder Allaha ve islama hesr olunanlari var. O enel heqq deyende anlatmaq isteyirdi ki Allah her kesin qelbindedi. Belke bele deyil? Sadece, Nesimi demiş kamil insan var ve cahil insan. Bezi cahiller bunu hec vaxt başa düşmezler. Ona göre de bizim dahi şexsiyyetlere hemişe başqalari sahib cixib, deyib ki bizimkidi...ALLAH deyib, MEN hec yere sigmazam, möminin qelbinden başqa, Nesimi de bunu deyib, Allah haminin qelbindedir...

    • @nicatquliyev20
      @nicatquliyev20 11 місяців тому

      Dindarlar Alber Eynşteyn üçündə az qala əhli-beyt aşiqi deyərlər, islamın həqiqi tanrı dini olduğunu özünüzə və cəmiyyətə sübut etmək üçün ən qatı ateisti belə möminmiş kimi tanıdırsız. Nəsimi bir Zərdüşt olub islamla yaxından uzaqdan əlaqəsi belə yox idi, şeirlərində açıq aşkar insanın tanrı olduğunu deyir amma siz yenə də öz bildiyiniz kimi başqa mənalar verərək şərh edirsiniz

    • @xalid4ik_
      @xalid4ik_ 3 місяці тому

      Salamaleykum.yanlış anlamısan nəsimini))

  • @ulvuekberov4901
    @ulvuekberov4901 2 роки тому

    Allahım gözıl sənıkarımlza saglam çan versin .Filimdə əməyi keçən bütün əməkdaşlaratəşəkkürlər.

  • @avraamlyum2234
    @avraamlyum2234 10 місяців тому

    Не согласен , с теми , кто говорит , что творчество Нэсими понимать современному человеку сложно , сложные тексты , коранические изложения , другая система ценностей , практически другой язык , язык того времени Азербайджанского народа , и т д. Не согласен , потому что, Нэсими творил не только для современников , даже , скажу больше , ни настолько для современников , а, для будущего поколения азербайджанцев ! Нэсими живая кровь Азербайджанской поэзии , кровная память народа , на таком молекулярном уровне не даст забыть Великого поэта человечества! И каждое поколение Азербайджанского народа с восторгом будет читать и понимать своего сына , Имадеддин Нэсими , ибо , народ богат не только природными ресурсами , и так же , своим культурным наследием , а, Нэсими своим потомкам оставил бесценное богатство !

  • @qabilaxverdiyev3371
    @qabilaxverdiyev3371 4 роки тому +3

    👍👍👍

  • @БобоБобо-н1е
    @БобоБобо-н1е 29 днів тому

    Bezi sozler Azerbaijan dilinde deyil...maraqlidir bu sozler hansi dildedi?Meselen:bimarimiz,garagin,savadu-azamu,ărsile färsi kafi nun...ve sair,

  • @kerimlielmir8896
    @kerimlielmir8896 Рік тому

    👍❤❤

  • @necefeliyev477
    @necefeliyev477 Рік тому

    Sadəcə əhsən

  • @nergizkerimova9116
    @nergizkerimova9116 Рік тому

    Haqq mendedi.Bedbext

  • @elnurmirzeyev9984
    @elnurmirzeyev9984 3 місяці тому

    Bədbəxtlik budur ki 700il əvvəlki düşüncə indi də davam edir. Nəsimini bugün də ateist kimi tanıyanlar daha çoxdur. Əhli Beyt aşiqi olub Nəsimi.

  • @nergizkerimova9116
    @nergizkerimova9116 Рік тому +1

    Qelbimi qan eyledi acı dimarın.

  • @azizbandali2139
    @azizbandali2139 3 роки тому +1

    Nesimi❤️

  • @Mirijkjj
    @Mirijkjj Місяць тому

    GƏR Kİ BU GÜN NƏSİMİYƏM.
    HAŞİMİYƏM QURREYŞİYƏM.
    MƏNDƏN UCADİR AYƏTİM
    AYƏYƏ ŞANƏ SİĞMAZAM.

  • @etibar.mmmdov.8054
    @etibar.mmmdov.8054 3 роки тому +2

    Bayağliaşan cəmiyyət

  • @etibar.mmmdov.8054
    @etibar.mmmdov.8054 3 роки тому +10

    Bunlar insan deyil yad planetlidi qusursuz sadəcə soz tapa bilmirəm

  • @aylin1448
    @aylin1448 3 роки тому

    👏

  • @ceyhun1009
    @ceyhun1009 Рік тому

    Allah dunyasinini deyişenleri rehmet elesin.Ruhunuz şad olsun Amin.Gulaqa Memmedovun seslediyi ifa evezedilmezdir Qalmişlara can saqliqi Xoş gunler Arzulayiriq.Amin.Bu bir Tarix idi getdi ?.O dövrler bele. hani.bele filmler tamaşalar Terbiye edeb erkan idi..Sizlerde çox saqolun paylaşdiniz. minettariq .17 09 2023. 7:24

  • @vefaleqehremanova9532
    @vefaleqehremanova9532 3 роки тому

    Bunu vacapa nece qoyarim bilmirem bilen varsa yazsan

  • @Tur4L
    @Tur4L Рік тому

    Mən əbədiyyat üfiqinde doğam günəşəm

  • @florabuyukgok
    @florabuyukgok 2 роки тому +1

    İller evvel de eyni teessuratlarla izleyirdim, indi de.

    • @serdarabbasov7344
      @serdarabbasov7344 2 роки тому +1

      Flora sən türklə evlənmisən soy adın Büyükgök niyə gedirsiz Azerbaycandan vətən boşalır azerbaycanlılardan

  • @liya8600
    @liya8600 2 роки тому +4

    Ağrımaz qəzəli var burda?

  • @balahuseynpnahov9777
    @balahuseynpnahov9777 Рік тому

    "İ.Nəsimi"filimi bundan yaxşı çəkilə bilməzdi

  • @xaveramirov135
    @xaveramirov135 3 роки тому

    Heç silib eləməyiblər

  • @AsusRogAllyxx
    @AsusRogAllyxx Рік тому

    indi qalmisiq telxeylerin arasinda

  • @vefahuseynova6435
    @vefahuseynova6435 2 роки тому +1

    Allah’ın kitabından ancaq bu geder uzaqlaşmaq olardı, indi aydın olur ki, ne üçün sovet dövleti Nesimini tebliq edermiş. Rasim beye ayrıca hörmet ve mehebbetler.

    • @huseynford
      @huseynford Рік тому +1

      Başa düşdüyünüz budur?

  • @rsidsadixzad970
    @rsidsadixzad970 3 роки тому +1

    Nəsibi HeyAtdi

  • @altunay2556
    @altunay2556 2 роки тому +1

    İnzivaya çəkilmək üçün bir bunu izləmək kifayət edər...

  • @eldarveysalov567
    @eldarveysalov567 Рік тому +1

    Sovet dövründə Nəsimiyə ateist damğası vurub təbliğ edirdilər. Halbuki o bütün qəzəllərində uca Allahı mədh edir,bu dünyanın və dünyəvi dəyərlərin batilliyini,əsl eşqin isə Rəbbimizə olan eşq olduğunu təlqin etməyə çalışmışdır. Allah onun günahlarını bağışlasın və rəhmət etsin. Amin!

  • @aykai5437
    @aykai5437 11 місяців тому

    Bu kino deyesen Babekden evvel cəkilib

  • @lam1aa
    @lam1aa 4 місяці тому +1

    Nəsiminin hurifi olduğunu bilib hələ də sevirsiz onu ??

    • @Afsana-lc9qn
      @Afsana-lc9qn 3 місяці тому

      Biraz daha dərin araşdırın sonra müzakirə edək

    • @lam1aa
      @lam1aa 3 місяці тому

      @@Afsana-lc9qn yaxşı gözlə

    • @elnurmirzeyev9984
      @elnurmirzeyev9984 3 місяці тому

      Nəsimi Əhli Beyt aşiqi olub. Hz Əli əleyhissalam haqqında qəzəlini oxuyun görün necə sevgisi olub

  • @ТургайМаммаджафаров
    @ТургайМаммаджафаров 10 місяців тому

    Maraqlısı odur ki nesimi bu qezeli yazanda xarici dovletde mersedes wolsvagen BMW icad edirdiler😂😂😂😂

    • @araz_efendi
      @araz_efendi  10 місяців тому +1

      1300-1400-cü ildə Mercedes, wolkswagen olub ?))

    • @ТургайМаммаджафаров
      @ТургайМаммаджафаров 10 місяців тому

      @@araz_efendi ilk maşın 1833 cu ilde olub ancaq masina qeder neler olub. İndi sohbet masinnan düşür deye maşın baresinde yaziram size. Bu gün texnalogiya ireli gedir qezeller yox.

    • @ТургайМаммаджафаров
      @ТургайМаммаджафаров 10 місяців тому

      @@araz_efendi bunu da elave edim çox tessuf ki o qezelleri ezber bilen çox insan bazarda qarpiz satir..bu sadece beyni meditasiya etmekdir. Başka bir şey deyil. ☺🙏

    • @nazimgamarlinski3545
      @nazimgamarlinski3545 9 місяців тому +1

      Sizcə, orta əsrlərdə Avropada avtomobil olub?Həmin dövrdə İngiltərə ilə Fransa arasında yüzillik müharibə gedib. Nəsiminin edamından 14 il sonra Ruanda Janna D'Arkı tonqalda yandırıblar.

  • @nergizkerimova9116
    @nergizkerimova9116 Рік тому

    Ne bilisenki Allah Ezimden.

  • @talehbabayev9553
    @talehbabayev9553 10 місяців тому +1

    Bunlar nə dildə danişir,görəsən iz dediklərin özləri başa düsür

  • @Али-к3б8д
    @Али-к3б8д 2 роки тому

    Гелечек ди бу хеле 0лмайыб бсмль` ИмаМ ` МахД¡ Азербайджан

  • @xaliqnaxcivanli2350
    @xaliqnaxcivanli2350 2 роки тому

    NAXCIVAN

  • @galatasaraygalatasaray3659
    @galatasaraygalatasaray3659 Рік тому

    PECAT, RASİM BALAYEVDƏN!