İki kəndi birləşdirən körpünün təmirə ehtiyacı var… | Kanal S Xəbər

Поділитися
Вставка
  • Опубліковано 7 жов 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    8000 nəfərdən çox sakinin yaşadığı Muxax kəndi ilə 1000 nəfərə yaxın sakinin yaşadığı Zəyəm kəndi arasında əlaqəni təmin edən yeganə körpünün beton bünövrəsi bir neçə yerdən zədələnib. 2019-cu ildə inşa edilən bu körpüdən hər gün yüzlərlə sakin istifadə edir. Keçən il Muxax çayında suyun səviyyəsinin artması da körpüyə xeyli zərər vurub. Sakinlər kənd bələdiyyəsinin imkanları hesabına müəyyən qədər təmir edilən körpünün baş verəcək təbii fəlakətlərə davam gətirə bilməyəcəyindən narahatdırlar. Sözügedən körpü həm də sakinlərin rayon mərkəzi ilə əlaqəsini təmin edən yeganə avtomobil yoludur. Ümid edirik, aidiyyati qurumlar körpünü əsaslı təmir etməklə sakinlərin narahatlığına birdəfəlik son qoyacaq.
    #kanals #zaqatala #körpü

КОМЕНТАРІ • 1

  • @Jaisjsjsjsjddkk
    @Jaisjsjsjsjddkk Рік тому

    Hər ev 3-5 manat xərc çekse heç kimə ağız açmağa da ehtiyac olmaz. Onsuz baxan yoxdu.