Hospitaldan qaçıb yenidən döyüşə qayıtdı, şəhid oldu - REPORTAJ
Вставка
- Опубліковано 9 лют 2025
- Torpağın vətən olması üçün şəhadət zirvəsinə yüksələn igidlərimizdən biri də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının giziri Faiq Həsənovdur.
APA TV-nin məlumatına görə, Faiq Həsənov 1990-cı il iyulun 28-də Bakı şəhərində anadan olub.
Birinci Qarabağ müharibəsi başlayanda Faiqin yaxınları, doğmaları da torpaqların azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Əmisi Elşən Həsənov şəhid, dayısı Mahir Rzayev isə qazi olub.
Bəlkə də elə buna görədir ki, ali təhsilini başa vurub hərbi xidmətə yollanan Faiq əsgərlikdən sonra hərbçi olmağa qərar verdiyini ailəsinə deyəndə, onlar razılaşmayıb. Amma Faiq Həsənov Xüsusi Təyinatlı Qüvvələrin tərkibində həyat yoluna davam etmək istəyib.
Anası Yeganə xanım deyir ki, nə qədər cəhd etsək də, Faiq arzusunun ardınca getdi: “Əvvəlcə İsmayıllıya təlimə getdi. “Yaşma” ilə birlikdə təlimlərə qatıldılar. Sonra Faiqgili bir həftəlik evə göndərdilər. Sentyabrın 26-sı gecə 5-in yarısı zəng gəldi və təlimat verildi ki, hərbi hissəyə geri dönsünlər. Qapıdan çıxanda dedi ki, Ağcabədiyə təlimə gedirik. Gənc əsgərlərə təlim keçəcəyik. Mən də inandım, elə bildim doğrudan da təlim keçməyə gedir”.
Gizir Faiq Həsənov anası və bacı-qardaşları ilə sağollaşır. Anasına “hər şey yaxşı olacaq” deyib ayrılır: “Qapıdan çıxanda məni iki dəfə öpdü, bir də dala qayıtdı və yenidən üzümdən öpdü. Sentyabrın 27-si zəngləşdik, dedi ki, meşədə təlimdəyik. Oktyabrın 4-nə kimi mütəmadi danışmışam. Oktyabrın 4-ü axşam saat 7-nin yarısına kimi dayanmadan telefonunu yığdım, açmadı. Sən demə, döyüşdə olduğu üçün telefonuma cavab verə bilməyib. Oktyabrın 5-i gecə şəhid olub”.
2017-ci ildə atasını itirən Faiq Həsənov anasına həm oğul, bacı və qardaşlarına isə atalıq edib. Bacısının ali təhsil almasına yardımçı olub. Dayısı Qarabağ qazisi Mahir Rzayevin sözlərinə görə, Faiq hərbi xidmətdən qayıtdıqdan sonra Xüsusi Təyinatlıların əsgəri olacağını ilk ona deyib. Sənədlərini hazırlayıb, imtahana gedib: “Döyüşlərdə yaralanmışdı. Mən də bunu eşidib onun ardınca Füzulidəki hospitala getdim. Gəldim gördüm ki, özü öz dediyini belə eşitmir. Eşitməsini itirmişdi. Ağır kəllə-beyin travması almışdı, ayağını da çəkirdi”.
Döyüşlərdə ağır yaralanan Faiq dayısının “səni Bakıya aparaq” təklifi ilə razılaşmayıb. Oktyabrın 1-dən 3-dək dayısı onu inadından döndərə bilməyib: “Nə etdim, qayıtmadı. Bakıya tək qayıtdım. Oktyabrın 4-ü axşam saatlarında Bakıya qayıtdım. Oktyabrın 5-i sübh tezdən zəng gəldi ki, Faiq şəhid olub. İnanmadım, dedim axı mən onu hospitalda qoyub geri dönmüşdüm. Deməli, mən qayıdan gecə hospitaldan qaçıb”.
Gecə ilə yaralı halda döyüş yoldaşlarının olduğu ön cəbhəyə irəliləyib Faiq. Komandiri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Nadir Şərifov deyir ki, Faiq Həsənov Vətən Müharibəsində qəhrəmanlıqla döyüşüb: “Müharibənin ilk günlərindən döyüşlərə qatıldıq. Füzuli istiqamətindəki ağır döyüşlərdən başladıq. Gizir Faiq Həsənov döyüşlərdə qəhrəmanlığı ilə fərqlənirdi. Çoxsaylı düşmən qüvvələrinin məhv edilməsində şücaət göstərdi. Faiqin də iştirakı ilə əhəmiyyətli yüksəklikləri əldə elədik. Qorxmaz idi, elə bil onda canavar ürəyi vardı”.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi saytımız: www.lent.az
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha
#apatv #apaxeber #apacanli
Allah rəhmət eləsin məkanı cənnət olsun Amin !
Allah rəhmət eləsin məkanı cənnət olsun Allah bütün şəhidlərmizə rəhmət eləsin Allah səbr versin
Allah rehmet elesin FAİQ emi😭😭
Allah rəhmət eləsin Faiq məkanın cənnət olsun😪
Qəhrəman ,igid qardaşım.Məkanın cənnət olsun😥
ALLAH RƏHMƏT ELƏSİN 😢😭
Allah rəhmət etsin sənə
Qəbrin nurla dolsun şəhidim qəhrəman ogul🇦🇿🇦🇿🇦🇿
Allah rəhmət eləsin , ruhu şad məkanı cənnət olsun🙏Şəhidlər ölməz, Vətən bölünməz🇦🇿
Məkanın cənnət olsun Faik.hələdə yadımdan çıxmırsan ayın 3-ü səninlə danışdıq.Bir-birmizlə halallaşdıq.Bütün bunları gözümdən yaş süzülə süzülə yazıram
Sən bizim biraz uzaq qohumumuz olsanda biz səninlə qürur duyuruq allah sənə rəhmət eləsin
Alllah rehmet elesin,mekanın cennet ruhun şad olsun.
Allah rəhmət etsin.Allah yaxınlarına səbr versin.
Allah Rahmat eləsin Cəmi İgidlərimizə Amin Aziz ALLAH
Mənim. Iş yoldaşım Böyük ağsaqqalımin qardaşı oğlu Allah sənə 1000 rəhmət Etsin...fexrimizsen
Allah Rəhmət Eləsin 😓😓
ALLAH REHMET ELESIN Qebri nurla dolsun
Allah rəhmət etsin
Allah rəhmət eləsin!😞😞😞
Bir yerdə işlədik.Bir tikəmizi böldük.Sənin ilk işə başladığln gün gözümün qabağındadı.Uşaqlar dedilər qrupa təzə uşaq gəlib.Uşaqlarla yuxarı kazarmaya qalxdıq ki səni görək.İlk danışdığımız sözlər,hətta geyindiyin şalvar köynək belə yadımdadı.Məkanın cənnət olsun inşa Allah.