Dəli Yazar x Barss - Yad Eləmir (Prod by SarkhanBeats)

Поділитися
Вставка
  • Опубліковано 1 жов 2024
  • Dəli Yazarın Barssla birgə ifa etdiyi "Yad Eləmir" mahnısı artıq onlayndır.
    Dəli Yazara UA-cam-da abunə ol: mikpro.az/deli...
    Musiqi: Dəli Yazar
    Söz: Dəli Yazar, Barss
    Beat: Sarkhan Beats
    Clip: Blue Art Production & My Media Baku
    Directed: Ramin Niftəliyev, Murad Cəfərov
    Assistant: Fərid Əlihəsənov, Kamran Mürsəlzadə
    Dəli Yazarı sosial şəbəkələrdə izlə:
    Instagram: mikpro.az/deli...
    Facebook: mikpro.az/deli...
    Dəli Yazarı rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/deli...
    Sözlər:
    [Bənd 1: Dəli Yazar]
    Heç kəs ürəyimi şad eləmir
    Çün gedənim daha məni yad eləmir
    Sevdiyi insanı elə unudur
    Heç insana bu zülmü yad eləmir
    O dəli dənizlər durulubmuş
    Qızılgülü kitabında qurudubmuş
    Mən onu əbədi dərd eləmişkən
    O məni çoxdan unudubmuş
    [Keçid: Dəli Yazar]
    Yad eləmir daha məni
    Neynim? Xoşbəxtdir, deyəsən
    Ürəkdə o qədər söz var ki, amma
    Dilə gəlmir, deyəsən
    Yad eləmir daha məni
    Neynim? Çatıbsa kim dadına
    Ömrümün yarısını verdim
    Düşmürəmmi yadına?
    [Nəqərat: Dəli Yazar]
    Düşmürəmmi yadına, Leylam
    Düşmürəmmi yadına?
    Mən neçə nəğmələr yazarkən adına
    Düşmürəmmi yadına?
    Çatmırlar dadıma, Leylam
    Çatmırlar dadıma
    Rast gələndə adıma, Leylam
    Düşmürəmmi yadına?
    Düşmürəmmi yadına, Leylam
    Düşmürəmmi yadına?
    Mən neçə nəğmələr yazarkən adına
    Düşmürəmmi yadına?
    [Bənd 2: Barss]
    Varlığım unudulub sanki, heç olmayıb elə bil
    Quruyub dodaqda sözlər, dilim ağzımda zəlil
    Yaşanan xatirələrimiz yaralarıma duz səpir
    Niyə o lal olub gözümə baxan, danışan şəkil?
    Səni geri qaytarmaq üçün, bu can fəryad elədi
    Günahım olmasa da, mən yenə imdad dilədim
    Bu eşqi tapdalayıb hissləri bərbad elədin
    Qəlbimdən çıxıb gedəli bir dəfə belə yad eləmir
    [Keçid: Dəli yazar]
    Yad eləmir daha məni
    Neynim? Xoşbəxtdir, deyəsən
    Ürəkdə o qədər söz var ki, amma
    Dilə gəlmir, deyəsən
    Yad eləmir daha məni
    Neynim? Çatıbsa kim dadına
    Ömrümün yarısını verdim
    Düşmürəmmi yadına?
    [Nəqərat: Dəli Yazar]
    Düşmürəmmi yadına, Leylam
    Düşmürəmmi yadına?
    Mən neçə nəğmələr yazarkən adına
    Düşmürəmmi yadına?
    Çatmırlar dadıma, Leylam
    Çatmırlar dadıma
    Rast gələndə adıma, Leylam
    Düşmürəmmi yadına?
    Düşmürəmmi yadına, Leylam
    Düşmürəmmi yadına?
    Mən neçə nəğmələr yazarkən adına
    Düşmürəmmi yadına?
    Dəli Yazar tərəfindən Barssın iştirakı ilə ifa olunan “Yad Eləmir” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2023
    Etiketlər:
    #DəliYazar #YadEləmir #mikpro #barss #leylam #dusmuremmiyadina

КОМЕНТАРІ • 996

  • @DeliYazar
    @DeliYazar  10 місяців тому +1203

    "Leyla" sizlərə əmanət, gözəl insanlar, əminəm ki, bu musiqi layiq olduğu yerə çatacaq ☺🙏🏻 "Dəli"dən hərənizə bir ədəd ♥

    • @CamalEsgerli-x9l
      @CamalEsgerli-x9l 10 місяців тому +21

      Sevilirsen abiii❤❤

    • @CamalEsgerli-x9l
      @CamalEsgerli-x9l 10 місяців тому +12

      Abi belə musuqilierin davamı gələr İNŞALLAH ALLAHIN KÖMƏYİ İLƏ ALLAH QOYSA ALLAHIN İNZİ İLƏ

    • @НеБуДи-я8ъ
      @НеБуДи-я8ъ 10 місяців тому +9

      Əhsən Bütün Mahnıların Kimi Buda Seviləcey Səsinə Qüvvət

    • @kamalabaloghlanova2996
      @kamalabaloghlanova2996 10 місяців тому +9

      Milyon baxış edəcəyik👌👍

    • @xediceatakisiyeva7129
      @xediceatakisiyeva7129 10 місяців тому +7

      dayii sesine qelemine sagliq

  • @qruzvar1745
    @qruzvar1745 10 місяців тому +113

    Bu yorumu oxuyan insan inşAllah xoşbəxt olarsan🤲

  • @Soyuqeller
    @Soyuqeller 5 місяців тому +119

    Qulaq asan olsa məni də çağırın birgə quruza düşəy 😮‍💨💔💔

  • @eliw_144
    @eliw_144 10 місяців тому +215

    Hər əlin toxunduğun da burda olacam...🥀☺️

  • @zeyefendi
    @zeyefendi 10 місяців тому +245

    Cox insanin adi Leyla olmasada, xeyalinda her kes oz Leylasini yad eledi ❤️‍🩹🥺

    • @abbasnovruzlu3821
      @abbasnovruzlu3821 10 місяців тому +8

      Salam, Mahnının Sözləri Qədər Bu Sözlərdə Toxundu Qəlbə👍

    • @gulifrhda2018
      @gulifrhda2018 10 місяців тому +4

      Eynən🥲❤️‍🩹

    • @ilham.112
      @ilham.112 8 місяців тому +2

      Doğru (

    • @resadresad1109
      @resadresad1109 7 місяців тому

      😢😢

    • @AliCafarov90
      @AliCafarov90 6 місяців тому +4

      Hele adinin Leyla olmasi😏

  • @safarovali
    @safarovali 10 місяців тому +139

    Bu mahnı milyonu vuracaq🎉 hər bəyənidə gəlib dinliyəcəm

  • @Fatow2006
    @Fatow2006 10 місяців тому +282

    Hər qulağ asanda mənidə çağırın🫠✨️

  • @barssmusic
    @barssmusic 10 місяців тому +219

    Hər birinizə xoş izləmələr əziz izləyicilər yazılan bütün şərhlərinizi şəxsən oxuyacam maksimum dəstək gözləyirəm hər birinizdən. 😉🔥

  • @elvin.ismayilov13
    @elvin.ismayilov13 10 місяців тому +403

    "Bura hər şeyini itirənlərin toplandığı bölümdü.." Uğurlar dəyərli insanlar✌🏽

  • @LeyLa_Mirzeyeva
    @LeyLa_Mirzeyeva 10 місяців тому +134

    LeyLaLar bunu sevdi♥️ Uğurlarınız daimi olsun🤲🏻

  • @eişanzeinalli
    @eişanzeinalli 10 місяців тому +148

    Ürəydə o qədər söz var ki, ama dilə gəlmir deyəsən..🖤

    • @dram0214
      @dram0214 10 місяців тому +1

      İstəsən belə dilə gəlmir

    • @sahiborucov8935
      @sahiborucov8935 4 місяці тому +1

      Ürəydə olan sözləri dilə gətirə bilməmək sevgi deməydi.Ancaq gözlər gözlərə baxaraq anlada bilir o sozləri

    • @xeyaldunyam7840
      @xeyaldunyam7840 Місяць тому

      ​@@sahiborucov8935gerek qarsinda ki da gozlerinde ki kederi gorecek qeder sevsin seni...Oda her kese qismet olmur

    • @RafiqaRasulova
      @RafiqaRasulova 10 днів тому

      Duzdu vallah 😔

  • @Xeyallarin_Icine..
    @Xeyallarin_Icine.. 9 місяців тому +18

    Arada beyenin bir yerde dinleyek))

  • @gulbaharferzaliyeva4243
    @gulbaharferzaliyeva4243 10 місяців тому +146

    Minlərlə insanı həsrətdə qoyan "Leylam" .Uğurlu olsun,qardaşım. Davamlı olsun! Düşüncənə, nəfəsinə sağlıq!

  • @Leyla.2oo2
    @Leyla.2oo2 7 місяців тому +19

    Bir sözlə möhtəşəm.👌🏻 Adımın ən gözəll mahnılarınnan biridə budu.🔥Sesinize qüvvət🖤
    "LEYLA"🔥❤️

  • @Vusale.elizade_03
    @Vusale.elizade_03 10 місяців тому +31

    *_O dəli dənizlər durulubmuş_*
    *_Qızılgülü kitabında qurudubmuş ..._*
    *_Mən onu əbədi dərd eləmişkən_*
    *_O məni çoxdan unudubmuş ..._*
    #🥀

  • @yalquzaq_676
    @yalquzaq_676 10 місяців тому +77

    Başqasının bədbəxtliyi üzərində,xoşbəxtlik qurulamaz,əlbət bir gün yaşatdığlarını yaşayacaqlar..! 🖤🌙 __ [ 👏 Alqışlarınız bol olsun Abi 😊 ]

  • @zakirabdullayevofficial
    @zakirabdullayevofficial 10 місяців тому +65

    "Yad Eləmir Daha Məni Neynim?! Xoşhbəxtir Deyəsən" 🥀🔥

  • @babayeva20000
    @babayeva20000 10 місяців тому +55

    Əminəm ki bu mahnı partlayacaq həmişəki kimi ♥️

  • @elnur_gedebeyli_0219
    @elnur_gedebeyli_0219 8 місяців тому +5

    Bilirəm, nə vaxtsa oxuyacaqsan bu şərhi əvvəlcə bunu deyimki səndən sonra mənim dünyam məhv oldu. yadında? Hər səhər tezdən oyananda saatlarla yazışardıq, hər axşam dərsdən gələndən sonra gecəyə kimi danışardıq.yaxşı, etiraf edirəm darıxmışam o günlərdən ötrü, bəs heç vaxt getməyəcəkdin? Bəs həmişə yanımda olacaqdın? Mən sənə çox güvənmişdim çox inanmışdım hər kəs edər amma o etməz deyirdim. Sən gedəndən sonra hər şey çox dəyişdi həyatımda, bütün xəyallarımızı yıxdın sən.halbuki bir bilsən nə qədər sevirdim səni...
    Niyə belə etdin axı niyə? Məndən çox xoşbəxt edəcək o sevdiyin səni? Hər nəysə artıq heç bir mənası yoxdu,sən başqasını sevdiyini bir nəfəsdə çox rahatlıqla dedin amma bilmədinki həmin mesaj necə kəsdi mənim nəfəsimi...
    Amma bir ümidim var idiki sonra deyəcəksən bu bir zarafat idi. Amma çox təəsüfki zarafat deyildi bu,bəlkə də həmin gecə mən ölümlə üzləşəndə sən sevgilinlə yazışıb gülürdün, bəs ürəyin idim bəs ömrün idim bəs həyatının anlamı idim. Hamısı yalan imiş. Heç olmasa gedərkən halallıq alardın.Deyirlər unut, boş ver, barış həyatınla, unutdum, boş verdim və barışdım. Dil bilməz ürəyə nə yalan satım bəs? Axı mən ona yalnızca sevgimi verməmişdim. Mən ona həyatımı vermişdim,ömrümü vermişdim o isə bunu anlamadı, və sonunda bildimki sən demə sevdiyi varmış. Başa düşürəm sevib sevilmək onunda haqqıdı. Hər nəysə qismətimiz bu imiş canın sağolsun,tam səmimi qəlbdən deyirəm lazım olsa mən ölərəm təki sən xoşbəxt ol. amma mənə yaşatdıqlarına görə heç vaxt bağışlamayacam səni.💔😞

  • @Vusale.elizade_03
    @Vusale.elizade_03 10 місяців тому +35

    Uğrunda öləcək qədər sevdiyin birinin yadına düşmədiyini bilmək .... çox incidər ....🥀

    • @dram0214
      @dram0214 10 місяців тому +1

      Yaşanıb ?

    • @Vusale.elizade_03
      @Vusale.elizade_03 10 місяців тому +2

      @@dram0214 Bir ağrını hiss etmək üçün sırf yaşamaq gərəkməz məncə ..

    • @dram0214
      @dram0214 10 місяців тому

      @@Vusale.elizade_03 ama o ağrını yaşayan insan qədərdə hiss edə bilməz kimsə

    • @sahiborucov8935
      @sahiborucov8935 4 місяці тому +1

      Çox incidir yox insanı öldurur.

    • @agabeymemmedov383
      @agabeymemmedov383 3 місяці тому +1

      ​@@Vusale.elizade_03salam xanım

  • @SermiKazimova
    @SermiKazimova 10 місяців тому +25

    Her gün qulağ asdigim mahnı❤sesini quvet🎉

  • @ulkerbaghir
    @ulkerbaghir 10 місяців тому +24

    Leylalara o qədər gözəl mahnılar yazılır ki, gələcəkdə qızım olsa, adını Leyla qoymağa təhrik edir məni 😅 Çox gözəl mahnıdır, uğurlar 😊

    • @sevincrizvan910
      @sevincrizvan910 10 місяців тому

      Eynən mənim kimi son bir ay ❤️Leylam🙏

    • @ulkerbaghir
      @ulkerbaghir 10 місяців тому +1

      @@sevincrizvan910 Sağ salamat qucağınıza alasınız 🙏🏻💗

    • @Pawa_21
      @Pawa_21 10 місяців тому +2

      Məncə qoymasaz yaxşıdı

    • @sabinanovruzova1945
      @sabinanovruzova1945 9 місяців тому +1

      Elə bu səbəbdən qızımın adı Leyla oldu

    • @RamalDadasov-mh6qx
      @RamalDadasov-mh6qx 6 місяців тому +1

      Leyla adı gözəl addır

  • @yazar712
    @yazar712 10 місяців тому +28

    Deli yazarın yazdığı mahnısındakı "Leylam". Elbet her kesin heyatındada vardır...🥀

  • @_dehgani
    @_dehgani 10 місяців тому +19

    Ne qeder yarali insan bu mahnini gozleyirdi?🥀

  • @aslanovalim99
    @aslanovalim99 10 місяців тому +31

    Dəli yazar . Bars , sizi təkrarlayan birini düşünə bilmirəm . Sizi təkrarlamaq mümkün deyil ❤️❤️😘😘😘

  • @azeresedov8795
    @azeresedov8795 10 місяців тому +16

    Düşmüremmi yadina Leylam düşmüremmi? Vardir her kesin heyatinda unuda bilmediyi Leylasi.

  • @leylammmdli7449
    @leylammmdli7449 10 місяців тому +17

    Leyla qulaq asır indi delinin mahnısı ❤superdi cox seviniremki adıma göre mahni oxuyur uğurlar hər bir mahnısı gözeldi❤

  • @Aysu77858
    @Aysu77858 10 місяців тому +19

    Sevdiyi insanı elə unudur, Heç insana bu zülümü "YAD"eləmir🥀

  • @davud4717
    @davud4717 10 місяців тому +16

    Mən sevim, sən sevmə, qoy belə olsun.
    Sənə sev deməyə nə cürətim var?
    Ürək özünündür özün bilərsən...💔🥀
    Mənimsə əhdimə sədaqətim var.

  • @icatofficialreal
    @icatofficialreal 10 місяців тому +27

    "Yad Elənmiyənlər"👋🏻🖤

  • @cavidbayramzade1o1
    @cavidbayramzade1o1 10 місяців тому +13

    Bu Musiqini bawa duwmey ucun gerey cox weylerini itiresen ‼️
    Ugurlar bratka ruhumuza toxunduguvuz ucun var olasiz ‼️✊🏻🖤

  • @xanim7604
    @xanim7604 10 місяців тому +6

    Fikir vermisem Leyla adinda qizlar qesenk olur ve bextleri gozel olmur

  • @OrhanUsta_
    @OrhanUsta_ 10 місяців тому +26

    Hələ heçbir mahnını bu qədər həsrətnən gözləmirdim..Yad eləməsədə hər zaman xəyalımızdan atabilmədiyimizə gəlsin

  • @berkaycandir
    @berkaycandir 10 місяців тому +10

    *Hayırlı olsun kardeşim benim, muhteşem..* 🔥

  • @huseyn_memmedov
    @huseyn_memmedov 10 місяців тому +36

    Səndən daha çox lazımdır bu sənətə. Qulaqlarımızın paslarının qənimi🎵🔥🖤

  • @lemanekberova6685
    @lemanekberova6685 10 місяців тому +8

    "LEYLA" olmağı şərt deyil.. Leylanın timsalında heçnə olmamış kimi unudanlara gəlsin bu mahnı.

  • @fatimepiriyeva3352
    @fatimepiriyeva3352 10 місяців тому +44

    Yerimizi aldıq gənclər ♥️

    • @medineelizade8672
      @medineelizade8672 10 місяців тому

      ua-cam.com/video/-HMYpHIPShM/v-deo.htmlsi=eB3D5MqcRnnyHtqw

  • @aydan_
    @aydan_ 10 місяців тому +29

    Ürəydə o qədər söz var ki 💫

  • @Fatow2006
    @Fatow2006 10 місяців тому +14

    Uğurlarrr✨️
    "düşmürəmmi yadına?"🥲❤️‍🩹

  • @barssmusic
    @barssmusic 10 місяців тому +11

    Trend #30 sizlərin sayəsində əzizlərim! Ən yüksək pillələrə qaldırmağı yenə sizlərə həvalə edirik partladın Trendi 🚀

  • @gulbaharferzaliyeva4243
    @gulbaharferzaliyeva4243 10 місяців тому +19

    Dayı ,uğurların bol olsun.Həmişəki kimi möhtəşəmsən.Qələminə sağlıq .Belə davam et.❤

  • @Mavim334
    @Mavim334 10 місяців тому +4

    🔊🤍

  • @asifmustafayev4211
    @asifmustafayev4211 10 місяців тому +14

    Hər kəsin bir Leylası olur həyatda. Leylam, sən həyatımdan getsən də həmişə qəlbimdə yaşadacam səni, acı çəkə-çəkə özümü öldürüb səni yaşadacam o ürəydə. Düşərəm əlbət yadına, sevilmədiyini iliklərinə qədər hiss etdikdə xatırlayarsan məni💔😔
    Allaha əmanət ol, o dünyada qovuşarıq bəlkə🥀😔

  • @nicatmusayev8423
    @nicatmusayev8423 10 місяців тому +12

    Herkesin heyatinda unuda bilmediyi bir “Leyla” var

  • @0ptimusprime248
    @0ptimusprime248 10 місяців тому +27

    Lirikanın azsaylı brendlərindən birisən Dəli. Yeni əsəriniz gözəl, daha gözəl işlərdə görüşmək diləyi ilə❤
    Və Barss, beat üzərində yaxşı oyanayırsan, tərzin özünəməxsusdur. Ədəbiyyatdan lirik əsərlər oxuyub, bazanı gücləndirsən əfsanələrdən olacaqsan. Meyxananın əfsanələrini əfsanə edən lüğətlərinin zənginliyi idi. Bu Rap üçün də keçərlidir.

  • @kivirciqkivircik1149
    @kivirciqkivircik1149 10 місяців тому +14

    LEYLA OLARAQ....❤️👍🏻

  • @Fdrich
    @Fdrich 10 місяців тому +3

    Bəyənin bir yerdə qulaq asaq (

  • @nergizesgerova9202
    @nergizesgerova9202 10 місяців тому +13

    Deli yazar sesinin vurgunuyam❤ Cox gozel oxuyur axi😢😢 Hemise yukseklerde inweAllah🤲💙

  • @murselovaa
    @murselovaa 10 місяців тому +19

    Əminəmki layiq olduğu yerə yüksələcək bu əsər yenə də möhtəşəmsən Dəli Yazarımız🤩

  • @Aysubalakishiyeva
    @Aysubalakishiyeva 10 місяців тому +19

    Hər zamankı kimi əla!Uğurlarınız bol olsun🎉❤

  • @Thefatoo_
    @Thefatoo_ 10 місяців тому +12

    Bəlkədə bir gün oxuyarsan .sən unutdun məni amma mən səni hər dəqiqə xatırlayaraq öldüm .hər dəfə səni başqası ilə görərkən öldüm amma sən məni heç vaxt yad eləmədin heç bir an düşmədim yadına. Sənə nifrət etmək istəyirəm ürəyim icazə vermir sevgim nifrətimdən güclüdü . Amma indi soruş yenədə nifrət etmirəm sənə ..sənə ömrümün yarısın verdim amma düşmürəm yadına çox darıxıram amma daha çatma dadıma bundan sonra kimisə sevməməyi öyrətdin çox sağol həyat dərsi verdin. Sən məni yad eləməsəndə mən hər gün səni yad edib sevəcəm....🥲💔
    @DeliYazar
    uğurların bol olsun superdi🥲❤️

    • @Aytiii.o2o
      @Aytiii.o2o 10 місяців тому +1

      Cox sevenler yarida qoyulanlardir...bu hemiwe beledi belede qalacag...

    • @NigarAbbasova-s2p
      @NigarAbbasova-s2p 10 місяців тому +2

      Allah sebr versin.cox pis hisdir sevib sevilmemek

  • @ZahiR12.09
    @ZahiR12.09 10 місяців тому +5

    Niye leyla? Gülçöhre,Tutu,Qönçe deyilde Leyla?

    • @meherremaliyev6820
      @meherremaliyev6820 5 місяців тому

      😂

    • @mhmmdabdullayev1696
      @mhmmdabdullayev1696 5 місяців тому

      Ümumiyyətlə hər kəsin həyatında bir Leyla var Aydın Sani mənimdə həyatımda zərbələr vurub gedən bir Leylam var

  • @eminhuseynov819
    @eminhuseynov819 10 місяців тому +7

    "vefali" leylammm yerinə heckimi qoya bilmediyim bacı deyə ureyime yazdigim her yadima dusdukde gozumu yaş bogazimi qəhər boğanim inşallah birgun yenede yollarimiz kesișecek. Qopardığın bu əlaqəni allah yenə berpa edəcək çünki bizim aramizdaki münasibət baci sozunden bele irəli idi. Seni heç vaxtt unutmayacam menim vefali leylammm🫂💔

  • @elnuraxundov8286
    @elnuraxundov8286 10 місяців тому +28

    Hər zaman yeni mahnılarınla hər kəsi heyran edirsən uğurların davamlı olsun 🖤

    • @medineelizade8672
      @medineelizade8672 10 місяців тому

      ua-cam.com/video/-HMYpHIPShM/v-deo.htmlsi=eB3D5MqcRnnyHtqw

  • @bugdayeliyev1494
    @bugdayeliyev1494 10 місяців тому +6

    Sevdiyinin adı Leyla olanların gözü yaşlı

  • @lemantiktokofficial
    @lemantiktokofficial 10 місяців тому +1

    Gözəl Səs Gözəl İfa Mədəni İnsan Çoxxxxxxx Bəyəndim Çoxxxxxxxxxxxxxxxxxxx

  • @snanzabit7479
    @snanzabit7479 10 місяців тому +19

    Azərbaycanın melankolik kralı 👍

  • @ShefaAliyevaa
    @ShefaAliyevaa 10 місяців тому +32

    Sözlər o qədər toxunur ki qəlbə, sızıltısını hər zərrədə hiss etmək olur..🍷🥀
    Səbirsizliklə gözləyirdim ürəinizə sağlıq🤍

  • @efsanelekberov3528
    @efsanelekberov3528 10 місяців тому +11

    Ne deyim vallah deyilecek söz buraxmayan deli yazara eşq olsun. Qələmin, qəlbin var olsun şair..❤

  • @arzu_poladova
    @arzu_poladova 10 місяців тому +19

    -Axir ki, o gün gəldi çatdı. Əminəm ki, gözlədiyimizə deyəcək. Sənin Musiqilərin deməyəcəm,, Əsərlərin hər zaman öz sözün deyib. Hər cümləsi,, hər sətri aparıb adamı uzaxlara.. Sənə bu yolda bol şans, sonsuz Uğur Arzulayıram❤️
    Yaxshiki, Yazarımız oldun. Yaxshiki Varsan Şair! Yaz yarat, bizdə hər zaman burda Səni gözləyəcik.❤️

  • @nikorstmv
    @nikorstmv 10 місяців тому +14

    "Mən neçə nəğmələr yazarkən adına, düşmürəmmi yadına"❤

  • @NurMemmedova-ky3td
    @NurMemmedova-ky3td 2 місяці тому +2

    Dinləyəndə menide cagirin 🥺

  • @sebnemeliyeva4385
    @sebnemeliyeva4385 10 місяців тому +7

    Sən onu bir an belə unutmayıb öz ruhunla yaşadarsan,o isə hələ də bivəfa Leylasının dərdini çəkər❤️‍🩹

  • @faridalimusic
    @faridalimusic 10 місяців тому +16

    Zirvələrdə Olasınız Həmişə 👏🏻👏🏻

  • @agayevkamran
    @agayevkamran 10 місяців тому +11

    Leyla olan Mən..Ağlatdı Bu mahnı Məni Gece gece..🥹🖤Uğurlar olsun

  • @Hafizkostruktionmmc
    @Hafizkostruktionmmc 8 місяців тому +5

    Yalnızlıq insana çox şey öyrədir.. Amma Sən getmə "Cahil" Qalım..🍷🚬

  • @orucmamedov8999
    @orucmamedov8999 10 місяців тому +10

    Hər gün bir musiqi çıxaran ifaçılardansa ildə 1 mahnı çıxaran Dəli yazarım var çox sağol əsərin üçün ❤️❤️

  • @Private26775
    @Private26775 10 місяців тому +2

    Bu mahnı çıxandan buna qulaq asırdı, indi isə ayrıyığ ehhh yorumumu görsən vəfasız yanıt ver 🥺🥺🥺

  • @elcibyhsnli4351
    @elcibyhsnli4351 10 місяців тому +15

    Gözəl işlərdən birini birdaha yaratmısınız. Qələminizə və, səsinizə qüvvət qardaşlar.. Beat'da mükəmməl olubdur.. Hörmətlər! 😇✌🏻

  • @cemilekazmova4479
    @cemilekazmova4479 10 місяців тому +8

    Bomba kimi ifadı xeyirli uğurlu olsun👏❤💣🎵❤💣❤💣🎵❤💣❤💣👏

  • @ФаридаРашидкызы
    @ФаридаРашидкызы 10 місяців тому +6

    Kazakistanan sellammmlaaarrrrr ❤️❤️❤️❤️❤️❤️❤️muhteşem Maşallah maşallah süper prosta 100 defa dinledim

  • @samirismayilov2380
    @samirismayilov2380 10 місяців тому +3

    Men nece negmeLer yazarken adina...dusmuremmi yadinaa menaLi soz .

  • @Səma-y6d
    @Səma-y6d 3 місяці тому +3

    24 saat olmayib kesf eledym belke 240 defe dinlemisem. Mukemmel

  • @Leyla-mh5tp
    @Leyla-mh5tp 10 місяців тому +7

    Leyla mahnilar cox gozel ❤️ amma bu mahni en gozeli ❤️💞

  • @AngelMusazade
    @AngelMusazade 10 місяців тому +7

    Ohhhhhh çox şükür allaha🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @Eldrvv7
    @Eldrvv7 10 місяців тому +5

    Bu Yorumu görürsənsəsə bəyən yenidən qulaq asım ❤

  • @MaxxMedia17-vb8ft
    @MaxxMedia17-vb8ft 10 місяців тому +8

    Yine hislerime tercüme olan müthiş bi parçaaa dahaaaa

  • @Yaslicocuksago55
    @Yaslicocuksago55 10 місяців тому +4

    Bu mahnı ürəyimi qanadır, bəyənmirəm
    💔♏️🫂♉️🍀🐼🐻

    • @hikmet.81
      @hikmet.81 10 місяців тому +1

      Bəyənmə 🫂🍀🐼🐻

    • @Yaslicocuksago55
      @Yaslicocuksago55 10 місяців тому

      @@hikmet.81 sənin üzündəndir🍀🫂🐼🐻

  • @Leylaliyeva-zo2gk
    @Leylaliyeva-zo2gk 10 місяців тому +5

    Çox bəyəndim mahnının sözləri məni mənnən aldı uğurlarız bol olsun❤️🫂

  • @hashimofha777
    @hashimofha777 10 місяців тому +6

    Çünki gedənim daha məni yad eləmir.)🥀

  • @Mavim334
    @Mavim334 10 місяців тому +2

    Xosbetdir deyesen.....
    Dusmuremmi yadina...?🎧

  • @rashadcavadov1961
    @rashadcavadov1961 8 місяців тому +2

    Leyla bəlkə də bir gün görüb oxuyacaqsan bunu amma bilki ,Rəşad həmişə bəlkədə ölənədək, sevəcək səni (Şah dağ)unutma.

  • @omarnazarzada
    @omarnazarzada 10 місяців тому +9

    Sən əzəldən şedevrsan qardaşım, təbinə qüvvət! ❤🤝

  • @bozqurd7342
    @bozqurd7342 10 місяців тому +2

    Varlığım unudulub sanki, heç olmayıb elə bil ..

  • @Saalam_Leyla
    @Saalam_Leyla 10 місяців тому +3

    Bir Leyla olaraq bəyəndim. Uğurlu olsu. leylanın gərək qəlbini qırmayasan, əks halda yanan elə özün olacaqsan.

  • @gunduzsetdarli321
    @gunduzsetdarli321 10 місяців тому +2

    Həyatımdan bəhs edən bir musiqi olması Mənədə kimlərisə xatırlatmalı olur...💔

  • @FidanAliyeva-g5q
    @FidanAliyeva-g5q 10 місяців тому +5

    Bu mahnı niyə bu qədər gözəldi səsinə qüvvət

  • @elshansamedov
    @elshansamedov 10 місяців тому +3

    Düşmürəm mi Yadına?

  • @sadiqrehimzade337
    @sadiqrehimzade337 10 місяців тому +6

    Qulaq asmayanlar çox şey itirib qulaq asanlar hər şey 💔

  • @Ukrayna_
    @Ukrayna_ 9 місяців тому +5

    Yad Eləmir... 🎶

  • @MəhəmmədQədirov-c6f
    @MəhəmmədQədirov-c6f 2 місяці тому +2

    Leyla adında qıza aşiq olana böyük yaradı bu musiqi

  • @sameerahamad1494
    @sameerahamad1494 9 місяців тому +4

    So beautiful very nice song 👌🔥👌🔥👌🔥👌🔥👌🔥👌🔥👌

  • @Aytac2001
    @Aytac2001 10 місяців тому +5

    Hesretinde olduğum "Laylam mahnısı axırıki çıxdı 🤲🥹 Xeyirli uğurlu olsun♥️😍

  • @HabilBaĝırov-l1w
    @HabilBaĝırov-l1w 10 місяців тому +1

    Baxış sayının az olmagnin sebebi uje hami bezdi mahnidan 😁

  • @LeylaAbdyva
    @LeylaAbdyva 10 місяців тому +15

    Hər bir Leylanın yadına düşən biri mütləq olur🍷❤️‍🩹.... Xoş anılarla yadda qalır ama yanlış adamla.🙂

    • @medineelizade8672
      @medineelizade8672 10 місяців тому

      ua-cam.com/video/-HMYpHIPShM/v-deo.htmlsi=eB3D5MqcRnnyHtqw

  • @ibrahimov75
    @ibrahimov75 10 місяців тому +14

    Hər mahnında qəlblərə toxunursan əhsən👏🖤

    • @medineelizade8672
      @medineelizade8672 10 місяців тому

      ua-cam.com/video/-HMYpHIPShM/v-deo.htmlsi=eB3D5MqcRnnyHtqw

  • @Gunes2015
    @Gunes2015 10 місяців тому +6

    3 deqiqeye cox wey yerlewdirmisen Broo…🖤

  • @izzet13
    @izzet13 10 місяців тому +6

    Dəli yazar sən savaddlı qabilyyətli oğulsan uğurların bol bol olsun gözəl qardaş ❤

  • @Papatyampapatyam65
    @Papatyampapatyam65 10 місяців тому +7

    Çatmırlar dadıma Leylam..
    •{Bəzən musiqilər sən sus mən danışıram deyər}•

  • @dasqnsettarov2132
    @dasqnsettarov2132 9 місяців тому +3

    Birde bize Hayati zehir edenler vardirama unutamiyor kalb napalim be biz sevdik kimle olur olsun mutlu olsun diyenler varya onlari asla birakmayin 😢