Çox gözəl izah edirsiz .Var olasız müəllim !Kitabınızı işləyirəm ,doğrusu bu kitabın bu qədər gənc biri tərəfindən tərtib edildiyin ağlıma belə gətirməzdim . Heyrətimi ifadə etmək üçün sözlər acizdir ...Mən nədənsə Etibar Lətiflini qocaman hətta müəllimlik fəaliyyətini yəqinki dayandırmış biri zənn edirdim.😀
Cox gozel izah edirsiz.muellim menim ucun cox maraqlidi ibtidai siniflere hazirlasanlar hansi nesri elde etsinler nese ferqi var.evde hazirlasanlar ucun
Təşəkkürlər. İbtidai sinif müəllimləri üçün mütləq 1-ci nəşr Məntiq məsələləri kitabı gərəklidir. Bu kitab həm məntiq üçün, həm də ibtidai miq-də düşən riyaziyyat məsələlərini asanlıqla həll etmək üçün çox faydalı vəsaitdir. Məntiqin digər bölmələrini - ardıcıllıq, şifrə, tərəzi. kub, sahə və perimetr, şəkil əlaqələri, fiqurlar, cədvəllər, əməllər və s. mövzuları öyrənmək üçün isə ya 2-ci nəşr ya da 5-ci nəşr məntiq testləri kitabını alın. Hər 3 kitab bir-birindən fərqli və yararlı kitablardır.
Salam. Atanın 60,uşaqlarının isə 9, 12, 14 yaşları vardır. Neçə il öncə atanın yaşı uşaqların yaşlarının cəminin 2 mislinə bərabər idi? Zəhmət olmasa həll edərdiniz
Gulnare Abdurahmanova Salam. 1 ci nəşrdə ancaq məsələlərdir( faiZ, yaş, ehtimal, işçi hovuZ, sürət , mətn məsələləri və s) Digər mövzular olan ədədi ardıcıllıq, şifrələr, sözlü məntiq, cədvəl, tərəzi, sahə perimetr, kublar, şəkil əlaqələri və s isə başqa iki fərqli kitabda var. Həm göyüzlü 6 cı nəşrdə, həm də ağüzlü 2 ci nəşr məntiq kitablarımda.
Salam belə bir məsələ var həll edə bilmədim. Hal-hazırda Dimitri Arçildən 12 yaş böyükdür, 8 il əvvəl isə, ondan 2 dəfə böyük idi, Dimitrinin 2 ildən sonra neçə yaşı olacaq?
cox sagolun.vidyo paylaşımlariniz cox gozeldi .Allah razi olsun .Demekki heyatda pulsuz ders kecenler de var . cox sagolun minnetdaram ..kitabinizda xeyirli olsun .ugurlar.
muellim operatorlarin izahi sizdende gelsinee birde cetinlik derecesi olan ededi ardicilliqlar xahis ediriy vaxtiniz olanda ama miq az qalireeee muellim imkan dairesinde
Bəli, ancaq məsələrdən ibarət kitabdı. 1-ci nəşr Məntiq MƏSƏLƏLƏRİ kitabı içindəki mövzular: 1. Məntiqi-Riyazi Məsələlər 2. Faiz Məsələləri 3. Yaş Məsələləri 4. İş və Hovuz Məsələləri 5. Sürət Məsələləri 6. Birləşmələr Nəzəriyyəsinə Aid Məsələlər (Permutasiya; Kombinezon və Aranjeman) 7. Ehtimal Nəzəriyyəsinə Aid Məsələlər 8. Cədvəl, Diaqram və Qrafik Məsələləri 9. Mətnin Məntiqi Təhlili 10. Verilənlərin Təhlili və Kafiliyi 11. Ölçü vahidləri 12. Cavablar
Digər mövzular başqa kitablardadı. 2 ci və 7 ci nəşrdə: 2-ci nəşr Məntiq Testləri- içindəki mövzular: 1. Verbal (sözlə bağlı) testlər 2. Ədədi ardıcıllıqlar 3. Şifrələr 4. Kənar həddlərə görə orta həddin tapılması 5. Sıra izləmələri 6. Əməllər I 7. Əməllər II 8. Ədədlər üzərində hesab əməlləri 9. Fiqurlar və ədədlər arasındakı riyazi əlaqənin tapılması 10. Cədvəllər 11. Şəkil əlaqələri 12. Kublar və digər fəza fiqurları 13. Qatlanaraq kəsiklər edilmiş kağızın açılışının tapılması 14. Fiqurun hissələrinin xəyalən birləşdirilməsi və ayrılması 15. Tərəzilər 16. Sahə və perimetrin tapılması 17. Qrafiklər 18. Açıq tipli test tapşırıqları 19. Uyğunluq testləri 20. Magistratura - Ümumi Sınaq Modeli 21. Dövlət qulluğu - Ümumi Sınaq Modeli 22. Müəllimlərin işə qəbulu - Ümumi Sınaq Modeli 23. Cavablar
Kenan x , aygun-y olsun. Onda x+y=42 42-26=16 (misalda iki sexs verdiyine gore 16:2=8 il evvel) Y-8=х Х-8+х=26 2х=34 Х=17( bu 8il evvelki yas idi) Hal hazirda ise 17+8=25 42-25=17 Cavab 25,17
Salam. Misal üzərində qeyd edim. Məsələn: 15-in sadə vuruqları 3 və 5-dir. Sadə vuruq, yəni ən kiçik bölənlər. Məsələn 15-i sadə vuruqlara ayırmaq üçün 15-i ən kiçik hansı ədədə bölmək mümkündürsə o ədədə bölməkdən başlayırsız. 15 ən kiçik 3-ə bölünür və 5 alınır, sonra da 5-i 5ə bölürük 1 alınır. Deməli 15-in sadə vuruqları 3 və 5-dir. Başqa misal: 18-i sadə vuruqlara ayıraq. 18-i əvvəl 2-yə bölürük 9 alınır, 9-u 3-ə bölürük 3 alınır, 3-ü də 3-ə bölürük 1 alınır. !8-in sadə vuruqları 2, 3 və 3 -dür. Çünki, 2x3x3 =18 edir.
Atanin ve onun 2 ovladinin birlikde 48 yasi var.5 ilden sonra atanin yasi 2 ovladinin yasindan 2 defe cox olacax.O zaman Adil adli usaqin nece yasi varsa gulnazinda o qeder yasi olacax.Tapin gorek Atanin ve ovladlarinin nece yasi var? Bini həll edin xaish
Salam. Hər mövzunun əvvəliondə həmin mövzuya aid bütün məsələ tiplərinin bir neçə fərqli üsullarla və həmçinin düsturlarla geniş izahları verilib. Hər mövzuya aid 30-50 izahlı nümunə və əlavə qaydalar, düsturlar və onblara aid izahlar var. Ardınca isə yoxlama xarakterli testlər verilib. Kitabdakı mövzular : 1. Məntiqi-Riyazi Məsələlər 2. Faiz Məsələləri 3. Yaş Məsələləri 4. İş və Hovuz Məsələləri 5. Sürət Məsələləri 6. Birləşmələr Nəzəriyyəsinə Aid Məsələlər (Permutasiya; Kombinezon və Aranjeman) 7. Ehtimal Nəzəriyyəsinə Aid Məsələlər 8. Cədvəl, Diaqram və Qrafik Məsələləri 9. Mətnin Məntiqi Təhlili 10. Verilənlərin Təhlili və Kafiliyi 11. Ölçü vahidləri 12. Cavablar
Salam müəllim.Zəhmət olmasa, bu məsələni izah edərdiz:Ailə ata,ana və bir-birindən 2yaş fərqli 3 uşaqdan ibarətdir.Ata anadan 2yaş böyükdür.Ananın yaşı ata ilə uşaqlarının yaşları cəmindən 2dəfə azdır.Bütün ailə üzvlərinin birlikdə 60 yaşı olarsa,ən böyük övladın neçə yaşı var?
abizade x3 Ana= A Ata= A + 2 Kiçik uşaq= X Ortancıl = X + 2 Böyük=. X+ 4 olarsa 2A= A+2+X+X+2+X+4 A=3X+8 alınır. Bütün ailə üzvləri: A + A+2+ X+X+2+X+4=60 A-ları Yuxarıdakı 3X+8 lə əvəz etsək: 9X+24=60 X= 4 Alınar ki, kiçik uşaq 4 yaş, ortancıl 6, böyük 8 yaş, ana 20, ata 22 yaş alınar. Amma sualın kim tərtib edibsə reallıqdan yayınıb. Çünki 20 yaşlı ananın 8 yaşlı uşağının olması absurddur. Anna ən tezi 11 yaşda evlənib )
E + S = 24 E - S = 14 Tenlikleri teref terefe toplasaq; E+S+E-S=24+14 ve hell etsek: 2E = 38 E = 19 S = 5 Sərxan Eldardan 14 yaş kiçik olduğu üçün 14 ildən sonra Eldarın indiki yaşında olacaq, həmin vaxt Eldarın 19+14 = 33 yaşı olacaq.
Elmar Zeynalov Salam. İstənilən yaş məsələsi üçün (99% halda) sistem tənlik qurmaq mümkündür. Məsləhətdir ki, yaş məsələsini ancaq sistem tənliklə edəsiz
Salam. Ata ana üç qız yaşları cəmi 90_dır. Qızların yaş fərqi iki ildir. Ananın yaşı qızların yaşları cəmindən 10 çoxdur. Ata və ananın yaşları cəmi ortancıl qızın yaşına bərabərdir. Böyük qızı yaşını tapın
Salam. Kiçik qız -- x Ortancıl qız -- x+2 Böyük qız --- x+4 yaş Ananın yaşı ---- x+x+2+x+4 + 10 = 3x+16 Atanın yaşını ---- A ilə işarə edək Ata və ananın yaşları fərqi (siz səhvən yaşları cəmi yazmısız) ortancıl qızın yaşına bərabrdir. Bunu aşağıdakı kimi yazaq: A - (3x+16) = x+2 A= 4x+18 olar Ata ana üç qız yaşları cəmi 90_dır. Buna əsasən; 4x+18 + 3x+16 + x + x+2 + x+4 = 90 yazsaq 10x = 50 x = 5 olar. Böyük qızın yaşı isə x+4 olduğundan 5+4 = 9 olacaq
Çox sağ olun, gözəl və sadə üsulla izah edirsiz və xəttiniz də gözəldir. Allah razı olsun, Etibar müəllim.
Təşəkkürlər, diqqətinizçün!
Ela müellim😍 Hemişeki kimi gözel izah😍😍Diger videolarinizi sebirsizlikle gözdüyürem😍😍
Çox aydın izah edirsiniz.Çox sağolun
Çox gözəl məllim.Əla izah edirsiz.👍
Çox gözəl izah edirsiz .Var olasız müəllim !Kitabınızı işləyirəm ,doğrusu bu kitabın bu qədər gənc biri tərəfindən tərtib edildiyin ağlıma belə gətirməzdim . Heyrətimi ifadə etmək üçün sözlər acizdir ...Mən nədənsə Etibar Lətiflini qocaman hətta müəllimlik fəaliyyətini yəqinki dayandırmış biri zənn edirdim.😀
Wemsiyye Kamal Təşəkkürlər :)
Təşəkkürlər müəllim.İn şa Allah mövzuların davamı gələr.
Çox sağ olun, müəllim.. Əla izah edirsiniz)
COOOOOOX SAGOLUN MUELLİM ARDİ GELSİN XAHİS EHTİYACİMİZ VAR SİZİN İZAHLARA
sadiq aliyev Davamı olacaq
Aydın izah edirsiniz müəllim minnəttaram
Salam Etibar mellim necesiniz men Seyfulla Bayramzadeyem sizin telebeviz ne yaxsi ki varsiniz
İzahınızı bəyənirəm və tez başa düşürəm təşəkkür edirəm davamlı olsun
Əla izah üçün təşəkkur edirəm🤗🥰
Coxsagolun,cox faydali oldu
Çox sağolun ALLAH razı olsun.mən də məntiqi sizin kitabdan öyrənmişəm.Ay Müəllim heyif ki videolarınız azdı
aytac həsənli Təşəkkürlər. Mütləq şəkildə tezliklə digər mövzulara da aid video dərslər çəkib yerləşdirəcəm. Sadəcə zaman problemim var.
Gozel izahlar iydi tesekkurler
Coox ela
👍
Salam. Çox super izahat
Cox sagolun faydali videolara gore
Allah razı olsun sizdən
Çox sağolun.👍👍👍
Tesekkurler muellim.
Çox gözəl izah edirsiz.
Salam.niyə məhs sadə vuruqlara ayırırıq?
Ela basa salir
Evə verdiyiniz tapsiriq alınmır.Zəhmət olmasa izahın verərdiniz.Kərim,Xəyal,Elnurun yaşı..
məntiq dərslərinin davamı gəlsin, müəllim
Batya Bako Sentyabr ayından etibarən yeni video dərslər yerləşdiriləcək
inşallah, mən oktyabrda dövlət qulluğuna hazırlaşıram, başqa videolara baxmışam, sizin izah etdiklərinizi daha tez qavrayıram
Cox gozel izah edirsiz.muellim menim ucun cox maraqlidi ibtidai siniflere hazirlasanlar hansi nesri elde etsinler nese ferqi var.evde hazirlasanlar ucun
Təşəkkürlər. İbtidai sinif müəllimləri üçün mütləq 1-ci nəşr Məntiq məsələləri kitabı gərəklidir. Bu kitab həm məntiq üçün, həm də ibtidai miq-də düşən riyaziyyat məsələlərini asanlıqla həll etmək üçün çox faydalı vəsaitdir. Məntiqin digər bölmələrini - ardıcıllıq, şifrə, tərəzi. kub, sahə və perimetr, şəkil əlaqələri, fiqurlar, cədvəllər, əməllər və s. mövzuları öyrənmək üçün isə ya 2-ci nəşr ya da 5-ci nəşr məntiq testləri kitabını alın. Hər 3 kitab bir-birindən fərqli və yararlı kitablardır.
Cox sagolun minnettaram.Her zaman var olun
Etibar müellim salam.sizin ibtidailer ücün riyaziyat kitabınız çıxacaqdı bilmek isteyirem çıxdımı o kitab?
Salam. Bəli, 3-4 ay öncə çıxıb. Satışda hər yerdə var.
Etibar məllim.minnətdaram😆
Çox minnətdaram müəllim, ama çoooox çətindi
Təşəkkürlər. Kitablar izahlıdır, alıb ardıcıl işləsəniz çətinlik aradan qalxacaq
Salam. Atanın 60,uşaqlarının isə 9, 12, 14 yaşları vardır. Neçə il öncə atanın yaşı uşaqların yaşlarının cəminin 2 mislinə bərabər idi?
Zəhmət olmasa həll edərdiniz
@@Nizamİbadov salam.
60 - x = 2*( 9-x + 12 -x + 14-x)
60-x = 70 - 6x
6x - x = 70- 60
5 x = 10
X = 2
Cavab: 2 il.
coox sagolun muellim gozleyiriy sebirsizlikle
Çox sağ olun.çox xahiş edirəm birinci sahəyə aid asan məsələlərdən də cifti çəkib qoyardız
Nəzərdə tutulub. Bu ay ərzində yeni video dərslər paylaşacam
Inşaallah.çox sağ olun
👍🤪😄
Çox çetin verirler bu testləri qəbulda ibtidai sinif müəllimlərinin nəyinə lazım bu mənasız tənliklər ... Millətə niyə bu qədər yuklənirlər bunlar
Muellim salam kitabinizin 1ci nesrini dunen almisam ama orda mentiqe aid butun movzular yoxdur bilmek isteyrem basqa kitabiniz da var mentiqden?
Gulnare Abdurahmanova Salam. 1 ci nəşrdə ancaq məsələlərdir( faiZ, yaş, ehtimal, işçi hovuZ, sürət , mətn məsələləri və s)
Digər mövzular olan ədədi ardıcıllıq, şifrələr, sözlü məntiq, cədvəl, tərəzi, sahə perimetr, kublar, şəkil əlaqələri və s isə başqa iki fərqli kitabda var. Həm göyüzlü 6 cı nəşrdə, həm də ağüzlü 2 ci nəşr məntiq kitablarımda.
Cox beyendim men ozumde riyaziyyat muellimesiyem izahlariniz heqiqeten diqqete layiqdi
Necə olur? Nicat böyüyüb Afiqin indiki yaşına çatır? Afiq böyümür? Xahiş edirəm cavadlandırın.
İradə Səmədova Təbiiki böyüyür. Sadəcə qurduğumuz tənlikdə Afiqin böyüməsi və ya indiki yaşı gərəkli deyil deyə o məqama toxunmadıq.
Çox təşəkkür edirəm.Cavablandırdığınız üçün.
muellim 1 sualim var orada 13 u 2 ye vurduq atanin yasini aldiq bes 2 ni 3 e vurb 156 onlarin cababina bolmk olar ? 26 alinir
personaj personaj Salam, sualınızı anlamadım. Nəyi nəyə bölmək olar? Sualı aydın yazın
Salam müəllim bu ibtidai sinif MİQ imtahanına düşə biləcək suallardır yoxsa riyaziyyat müəllimləri üçün olan suallardır?
Allahverdi Həsənov Salam, ibtidai sinif Miq-ə düşən suallardı.
1, 2-ci suallarin izahindan hec ne basa dusmedim. bunun izahinin basqa yolu yoxmu,daha asan? bu qarisiq izah idi
Minnədaram, müəllim.
Salam muellim sizinle nece elaqe saxlamaq olar? Elaqe nomresi qeyd ede bilersiz?
Turkan E-va Salam. etibar.letifli@gmail.com adresinə yazın
cooooox cooooox saqolun allah sizi qorusun
Təşəkkür edirəm.
tesekkur muellim
Salam belə bir məsələ var həll edə bilmədim.
Hal-hazırda Dimitri Arçildən 12 yaş böyükdür, 8 il əvvəl isə, ondan 2 dəfə böyük idi, Dimitrinin 2 ildən sonra neçə yaşı olacaq?
Salam.Dimitrinin 33 yaşı olacaq.
*Nümunə 9-da ilişib qalmışam müəllim. Bu biraz çətin oldu mənim üçün. İzah edərsjn zəhmət olmasa* 🙏 🙏 K-X =X-E
K-X = X-E
K+E = 2X olacaq
K+X + E = 69 tənliyində K+E -nin əvəzinə 2X yazsaq:
2X + X = 69 olacaq
və
3X = 69
x = 23
Xəyalın 23 yaşı var.
@@etibarletifli7906 çox sağolun, Etibar müəllim . İndi anladım. Təşəkkürlər!!! 🙏
Salam , 1ci məsələnin daha sadə yolu yoxdur?
salam müəllim size sualim var .bu mentiqi testler miq imtahanina düsür?
Aydın Qedirov Salam. Bəli düşür
cox sagolun.vidyo paylaşımlariniz cox gozeldi .Allah razi olsun .Demekki heyatda pulsuz ders kecenler de var . cox sagolun minnetdaram ..kitabinizda xeyirli olsun .ugurlar.
@@aydnqedirov4257 Buyurun.., Təşəkkürlər
muellim operatorlarin izahi sizdende gelsinee birde cetinlik derecesi olan ededi ardicilliqlar xahis ediriy vaxtiniz olanda ama miq az qalireeee muellim imkan dairesinde
sadiq aliyev Bu aralar işlər hədsiz çox oldu, amma miq imtahanadək mütləq dediyniz mövzulara aid video dərs yükləyəcəm
Mellim bu ancaq meselerdi yoxsa ,mentiq misallari var
Bəli, ancaq məsələrdən ibarət kitabdı.
1-ci nəşr Məntiq MƏSƏLƏLƏRİ kitabı içindəki mövzular:
1. Məntiqi-Riyazi Məsələlər
2. Faiz Məsələləri
3. Yaş Məsələləri
4. İş və Hovuz Məsələləri
5. Sürət Məsələləri
6. Birləşmələr Nəzəriyyəsinə Aid Məsələlər
(Permutasiya; Kombinezon və Aranjeman)
7. Ehtimal Nəzəriyyəsinə Aid Məsələlər
8. Cədvəl, Diaqram və Qrafik Məsələləri
9. Mətnin Məntiqi Təhlili
10. Verilənlərin Təhlili və Kafiliyi
11. Ölçü vahidləri
12. Cavablar
Digər mövzular başqa kitablardadı. 2 ci və 7 ci nəşrdə:
2-ci nəşr Məntiq Testləri- içindəki mövzular:
1. Verbal (sözlə bağlı) testlər
2. Ədədi ardıcıllıqlar
3. Şifrələr
4. Kənar həddlərə görə orta həddin tapılması
5. Sıra izləmələri
6. Əməllər I
7. Əməllər II
8. Ədədlər üzərində hesab əməlləri
9. Fiqurlar və ədədlər arasındakı riyazi əlaqənin tapılması
10. Cədvəllər
11. Şəkil əlaqələri
12. Kublar və digər fəza fiqurları
13. Qatlanaraq kəsiklər edilmiş kağızın açılışının tapılması
14. Fiqurun hissələrinin xəyalən birləşdirilməsi və ayrılması
15. Tərəzilər
16. Sahə və perimetrin tapılması
17. Qrafiklər
18. Açıq tipli test tapşırıqları
19. Uyğunluq testləri
20. Magistratura - Ümumi Sınaq Modeli
21. Dövlət qulluğu - Ümumi Sınaq Modeli
22. Müəllimlərin işə qəbulu - Ümumi Sınaq Modeli
23. Cavablar
7-cı nəşr
İçindəki mövzular:
1. Ön söz
2. Ədədi ardıcıllıqlar
3. Sıra izləmələri
4. Şifrələr
5. Kənar həddlərə görə orta həddin tapılması
6. Əməllər
7. Ədədlər üzərində hesab əməlləri
8. Fiqurlar və ədədlər arasındakı riyazi əlaqənin tapılması
9. Cədvəllər
10. Şəkil əlaqələri
11. Kublar və digər fəza fiqurları
12. Qatlanaraq kəsiklər edilmiş kağızın açılışının tapılması. Fiqurun hissələrinin xəyalən birləşdirilməsi və ayrılması
13. Tərəzilər
14. Qrafiklər
15. Sahə və perimetrin tapılması
16. Sözlə bağlı (verbal) testlər
17. Qarışıq testlər I
18. Qarışıq testlər II
19. Qarışıq testlər III
20. Cavablar
@@etibarletifli7906 coox sagolun mellim
Numune 9- cvb23
Etibar müəllim, nüm5də 3cü uşağı soruşur siz 19+3 yazdınız. Axı 3cü uşaq +6 olmalıdır
ulviya rzayeva Ən böyük uşaq x+9; ikinci x+6, üçüncü x+3, ən kiçik dördüncü uşaq x yaşındadır. Uşaqlar böyükdən kiçiyə doğru sıralanır.
Kənanla Aygünün yaşları cəmi 42- dir.Aygün Kənan yaşında olanda yaşları cəmi26 idi.İndi onların neçə yaşı var?
Kenan x , aygun-y olsun. Onda x+y=42
42-26=16 (misalda iki sexs verdiyine gore 16:2=8 il evvel)
Y-8=х
Х-8+х=26
2х=34
Х=17( bu 8il evvelki yas idi)
Hal hazirda ise 17+8=25
42-25=17
Cavab 25,17
@@nailaaslanova4262 çox sağ olun. Təşəkkürlər.
Salam müellim bu kitab satışda var. İzah da eladı.
Nurlana Azizova Salam. Bəli hər yerdə satışda var
Müəllim sadə vuruq nə deməkdi mən başa düşmədim zəhmət olmasa mənə başa salardız ?☺️
Müəllim birəd xaişim bu gün başa salardızda çünki sabah intahanım var
Salam. Misal üzərində qeyd edim. Məsələn: 15-in sadə vuruqları 3 və 5-dir. Sadə vuruq, yəni ən kiçik bölənlər. Məsələn 15-i sadə vuruqlara ayırmaq üçün 15-i ən kiçik hansı ədədə bölmək mümkündürsə o ədədə bölməkdən başlayırsız. 15 ən kiçik 3-ə bölünür və 5 alınır, sonra da 5-i 5ə bölürük 1 alınır. Deməli 15-in sadə vuruqları 3 və 5-dir.
Başqa misal: 18-i sadə vuruqlara ayıraq. 18-i əvvəl 2-yə bölürük 9 alınır, 9-u 3-ə bölürük 3 alınır, 3-ü də 3-ə bölürük 1 alınır. !8-in sadə vuruqları 2, 3 və 3 -dür. Çünki, 2x3x3 =18 edir.
Çox sağolun etibar müəllim indi başa düşdüm minnətdaram böyük təşəkkür bildirirəm?
7#3=24
2#8=16
5#5=28
6#4=? Salam Etibar müəllim buna baxa bilərsiz?
Salam
Cavab 24 olacaq 7*3+3=24
2*8+0=16
5*5+3=28
4*6+0=24
@@gymagyma9671 təşəkkürlər
@@a-zade3905 Dəyməz
Minnətdaram sizə Etibar müəllim
NUMUNE 8in daha rahat yolu yoxdur??cox qariwiqdi bu
Müellim izahınlz cox qelizdi 🙄
👏👏
Super
9. 23
Atanin ve onun 2 ovladinin birlikde 48 yasi var.5 ilden sonra atanin yasi 2 ovladinin yasindan 2 defe cox olacax.O zaman Adil adli usaqin nece yasi varsa gulnazinda o qeder yasi olacax.Tapin gorek Atanin ve ovladlarinin nece yasi var? Bini həll edin xaish
Təşəkkürlər
salam muellim sizinle nece elaqe saxlamaq olar?kitablarinizi elde etmek isteyirem.mumkunse tel nomresini yazin
Murwud Ibadullazade Salam. Kitablar hər yerdə satışda var
Bu kitabda helleride var hamısının?
Salam. Hər mövzunun əvvəliondə həmin mövzuya aid bütün məsələ tiplərinin bir neçə fərqli üsullarla və həmçinin düsturlarla geniş izahları verilib. Hər mövzuya aid 30-50 izahlı nümunə və əlavə qaydalar, düsturlar və onblara aid izahlar var. Ardınca isə yoxlama xarakterli testlər verilib.
Kitabdakı mövzular :
1. Məntiqi-Riyazi Məsələlər
2. Faiz Məsələləri
3. Yaş Məsələləri
4. İş və Hovuz Məsələləri
5. Sürət Məsələləri
6. Birləşmələr Nəzəriyyəsinə Aid Məsələlər
(Permutasiya; Kombinezon və Aranjeman)
7. Ehtimal Nəzəriyyəsinə Aid Məsələlər
8. Cədvəl, Diaqram və Qrafik Məsələləri
9. Mətnin Məntiqi Təhlili
10. Verilənlərin Təhlili və Kafiliyi
11. Ölçü vahidləri
12. Cavablar
@@etibarletifli7906 salam kitabin adi nedirki?ve qiymeti?zehnet olmasa deyerdiz
ders ders Salam.
Etibar Lətifli - Məntiq MƏSƏLƏLƏRİ - 1-Cİ nəşr. İzahlı.
12 manat
ders ders Salam. "Məntiq MƏSƏLƏLƏRİ -1 Cİ nəşr. Maksimum və ən dolğun izahlarla" - Etibar Lətifli
@@etibarletifli7906 salam kitabinizi nece elde etmek olar?
Bu testler ibtidai muellimlere düşecek?
Xeyalin 23 yasi var
Riyaziyyatı güclü olanlara rahatdı
Salam müəllim.Zəhmət olmasa, bu məsələni izah edərdiz:Ailə ata,ana və bir-birindən 2yaş fərqli 3 uşaqdan ibarətdir.Ata anadan 2yaş böyükdür.Ananın yaşı ata ilə uşaqlarının yaşları cəmindən 2dəfə azdır.Bütün ailə üzvlərinin birlikdə 60 yaşı olarsa,ən böyük övladın neçə yaşı var?
abizade x3
Ana= A
Ata= A + 2
Kiçik uşaq= X
Ortancıl = X + 2
Böyük=. X+ 4 olarsa
2A= A+2+X+X+2+X+4
A=3X+8 alınır.
Bütün ailə üzvləri:
A + A+2+ X+X+2+X+4=60
A-ları Yuxarıdakı 3X+8 lə əvəz etsək:
9X+24=60
X= 4 Alınar ki, kiçik uşaq 4 yaş, ortancıl 6, böyük 8 yaş, ana 20, ata 22 yaş alınar.
Amma sualın kim tərtib edibsə reallıqdan yayınıb. Çünki 20 yaşlı ananın 8 yaşlı uşağının olması absurddur. Anna ən tezi 11 yaşda evlənib )
@@etibarletifli7906 )))))).Təşəkkür edirəm müəllim Allah razı olsun sizdən.
Sual İ.Əlləzovun kitabındandır
İndiki yox, keçmişdəki yaşında olanda olar.
İradə Səmədova neçənci sualdan danışırsız?
Babatdi da😒
Eldarın yaşı sərxanın yaşından böyükdür .onların yaşları cəmi 24 yaşları fərqi 14 dür. Sərxan eladarınyaşında olanda Eldarın neçə yaşı olacaq?
E + S = 24
E - S = 14
Tenlikleri teref terefe toplasaq; E+S+E-S=24+14 ve hell etsek:
2E = 38
E = 19
S = 5
Sərxan Eldardan 14 yaş kiçik olduğu üçün 14 ildən sonra Eldarın indiki yaşında olacaq, həmin vaxt Eldarın 19+14 = 33 yaşı olacaq.
Salam
Salam məlim mən başa düşə bilmirəm sistemi nə vaxt qurmag lazımdı
Elmar Zeynalov Salam. İstənilən yaş məsələsi üçün (99% halda) sistem tənlik qurmaq mümkündür. Məsləhətdir ki, yaş məsələsini ancaq sistem tənliklə edəsiz
9 da C?
revkam hesenli Bəli, doğrudur
9cu sualın cavabı 23dur?
Arif Bebirov Bəli 23 doğru cvbdır
@@etibarletifli7906 Allah razi olsun. Bu cür derslerinizin çox olmasını isterdik
Bir de kitablarinizin ayrı ayrılıqda satış qiyməti ne qederdir
Arif Bebirov 12 manat və 10 manat olan da var.
salam bu kitabin pdf variantini xahis edirem kimde varsa kommente cavab versin
ZiyaNezrinHüseyn Mustafayevlər müəllif hüquqları qorunur. Kitab satışda var, 12 manat verib almaq imkanınız yoxdursa hədiyyə edərik
Salam. Ata ana üç qız yaşları cəmi 90_dır. Qızların yaş fərqi iki ildir. Ananın yaşı qızların yaşları cəmindən 10 çoxdur. Ata və ananın yaşları cəmi ortancıl qızın yaşına bərabərdir. Böyük qızı yaşını tapın
Salam.
Kiçik qız -- x
Ortancıl qız -- x+2
Böyük qız --- x+4 yaş
Ananın yaşı ---- x+x+2+x+4 + 10 = 3x+16
Atanın yaşını ---- A ilə işarə edək
Ata və ananın yaşları fərqi (siz səhvən yaşları cəmi yazmısız) ortancıl qızın yaşına bərabrdir. Bunu aşağıdakı kimi yazaq:
A - (3x+16) = x+2
A= 4x+18 olar
Ata ana üç qız yaşları cəmi 90_dır. Buna əsasən;
4x+18 + 3x+16 + x + x+2 + x+4 = 90 yazsaq
10x = 50
x = 5 olar.
Böyük qızın yaşı isə x+4 olduğundan 5+4 = 9 olacaq
Etibar Letifli. Çox sağ olun allah razı olsun
👍
Təşəkkürlər