Dəyərli izləyicilər, telefon və ya UA-cam rus dilindədirsə, dil avtomatik rusca olur. Filmi Azərbaycan dilinə çevirmək üçün video parametrlərindən dil seçimində Azərbaycan dilini seçə bilərsiniz. Xoş izləmələr 🙂
İzlədiyim ən gözəl yerli film oldu bu. İlk Azərbaycan filmi idiki ağlayıram və youtube-də ilk videodur ki, rəy yazmaq qərarına gəlirəm. Sadəcə olaraq möhtəşəm
Baxdığınız, bəyəndiyiniz, paylaşdığınız üçün hamınıza təşəkkür edirəm! 🤗 Film iki dildə mövcuddur. Ayarlarda Dil bölməsindən Azərbaycan və Rus dilini seçə bilərsiniz. ❤
Taleh bey and olsunki cibimde 5 manat olsun siqarete yo vererdim bu kino üçün baxardım . Meselen telefonda .Ama men biraz eringec adamam gedib kinoteatra baxmağa erinmişem bunun üçün üzür isteyirem sizden menim üçün zeher tuluğu başqa bir şeydir . Çünki Adilin yaşadıqlarını mende yaşamışam .. ama ne vaxtsa kinotatrda flan film çıxıb deseler demişem men ora getsem Zeher Tuluğuna baxaram. Amaki eringec olduğum üçün heç birine gedib baxmadım …
Çox təəssüf ki, çatdırdığı mesajlar Azərbaycanın acı reallığıdır.Sadəcə əhsən! Özümü qınadım ki,niyə gedib kinoteatrda baxmamışam.Belə böyük iş üçün kiçik də olsa dəstəyim olardı.Əməyi keçən hər kəsə təşəkkür edirəm.
Bir filmlə nə qədər mesaj çatdırmaq, nə qədər dərin mövzulara toxunmaq olardı. Qız övladının yük kimi görülməsi, qadının ailədə gördüyü mənəvi zorakılıqlar, polisi həkimi, müəllimi, rüşvəti, daha nə qaldı. Sadəcə ƏHSƏN. Əllərinizə sağlıq. Azərbaycan kinosuna yeni bir can qatırsınız. Yaxşı ki varsınız. Taleh və Əlixan.
esger getmeyime 1 gun qalmis kinoteatrda verilirdi bu film,bu gun artiq evliyem 4 aydan sora ata oluram,nehayet 3 il sonra yuklendi,bu qeder tez gozlemirdim.Tesekkurler)
Bu filmə yoldaşımla nişanlı olan vaxtı gedib kinoteatrda baxmışdıq. Uşaqlara həssas olduğumdan, nə qədər özümü sıxsam da, göz yaşlarımı saxlaya bilmədim. Bu gün artıq mən bir qız atasıyam! Allah bütün balaları qorusun. Yenidən bu filmə qayıtdım. Qız atasıyam deyə, indi bu filmi yaşadım hiss etdim. Artıq gözümdən axan yaş, aktyorların möhtəşəm oyun nümayişinə deyil, onların mənə hiss etdirdiklərinə görə axırdı. Yaşayırdım, hiss edirdim, ağrayırdım, ağlayırdım, hirsliydim! Doğurdan da, övlad acısı insanı “Zəhər tuluğu” na çevirərmiş.
Heyif ki, bir dəfədən artıq bəyənmə olmur. Möhtəşəm qardaş, fikirimi çatdıra bilməyəcək qədər möhtəşəm! Bu nə əfsanə film, bütün kollektivə təşəkkür! ♥️
Gözəl film... xüsusilə Leyla obrazı... çox möhtəşəm oyunculuq...Maşında aktrisalığı...toyda heçnə olmamış kimi oynamağı...Kompileksiz şəkildə yemək yeməyi..Adilin dalınca düşüb saf saf söhbətləri....nə olursa olsun...ərinin ayağını verməməyi...hamilə hamilə isti yemək bişirib ortaya gətirməyi..)) Filmə görə təşəkkürlər... Hər biriniz ayrı -ayrılıqda möhtəşəmdiniz...❤
Aglatdi Şəmslə bir yerde icimde ölən uşaqlığıma ,umidlərimə, atam öləndə sən kişisən özünü bərk tut dedikleri üçün ağlaya bilmədiyim atama,əldən gedən gəncliyimə agladim Taleh Yüzbəyov təşəkkur.
Saat yarımlıq filmdə nə qədər mövcud reallıqları əks etdirən l mövzular qoyuldu, duyğusallıq da bir başqa. Möhtəşəm, hələ də təsirindən çıxa bilmirəm. Başda Taleh Yüzbəyov olmaqla bütün komandaya təşəkkür edirəm.
İki qız atası olaraq deyə bilərəm ki , parça-parça oldum... Ayrıca bütün komanda heyyətinə təşəkkürlərimi bildirirəm. Taleh və Əlixan bəy möhtəşəmsiz. Mənim üçün Azərbaycan film industriyasında ən möhtəşəm film oldu.
Taleh,Əlixan,Emil bu uşaqlar kino çəkəndə gedin baxın kinoteatrda..5 manata 10 manata heçkim kasıblamıyacaq amma bir olsaq bu uşaqlara kömək etmiş olacayıq..Taleh elə insandır ki, nə qədər millət tərəfdən sevgi,dəstəy görsə çox o qədər belə kinolar ərsəyə gələcək..növbəti kinolarında kinoteatrda görüşənədək
Sizi en başından beri takip ediyorum, Türkiye'den yazıyorum. Çok başarılısınız, gittikçe gelişiyorsunuz. Harikulade bir film olmuş, emeğinize sağlık. Lütfen doğru PR çalışması yapın ve hakettiği kadar çok izleme alsın. Sevgilerimle.
Mükəmməl filmdir😢 Baxmasan olmur, baxsan da qəlbin dözmür. Yerinin atı üstü qızıl olan ölkənin xəstəxanası, həkimi, rüşvəti, cəhaləti, 5-ci əsrdən qalma ərəb təfəkkürü, yaxşılıq edənin kötək yeməsi, yetimin əzilməsi, qadına ləkənin bu qədər asan yapışması, kasıbçılıq və daha nələr nələr….💔Əməyinizə, ürəyinizə sağlıq🤲🏻
@@Nurlana_in_Canada ele onu deyirem ki islamin gelisi ile biz ereblerle tanis olmusuq yeni 7 ci esr erebleri ile 7 esr ereb tefekkuru ile.Cox saq ol ki 7 ci esrde islam yarandiqini mene xatirlatdin)))
Bədənimin hər nöqtəsi sızıldadı.Kino var baxırsa,kino var yaşayırsan.Qardaş siz necə insansız?!Bütün əziyyəti keçənlərə dərin təşəkkürlər.Çox uzun zamandır belə dram,bu qədər sosial mesaj,bu qədər insanı sorğuladan,düşündürən dərin məna dolu film izləməmişdim.Nə bizdə,nə onlarda.Bir sözlə möhtəşəm.Sağ olun,var olun!Zəhər Tuluğunun ilk gündən izləyicisi.
Bu film əslində Azərbaycan adlı yer üzündəki cəhənnəmin acı reallığın göstərir,nə qədər axmaq və alçaq bir toplumda, cəmiyyətdə yaşamağımızı nümayiş etdirir.Dilde Azərbaycan xalqı ilə qürur edirik.Amma kim nə deyir desin heç də qürur duyulası bir xalq deyilik
kişi oğlu, məsələ xalqda deyil, şəraitdədir. insanımızı bu hala salan rüşvətin baş ucalığı ilə verilməsi, götürülməsidir. pul üçün öz mənliyini satmasıdır. filmdə ancaq neqativləri görmüsüz? ailəcanlılıq, dostluqda sədaqət, bu qədər iyrəncliyin içində hələ də vicdanlı vətəndaşlarımızın olduğunu bilmək və s., və s.. Görmədiniz?
Çox fərqli, çox təsirli film . Əməyi keçən hər kəsə təşəkkürlər. Qız övladı Allahın bəxş etdiyi ən gözəl hədiyyədir. Filmdə çox gözəl mövzulara toxunulub. Allah hər birimizə sağlam, saleh, layiqli övlad nəsib etsin.🤲🌸🌹
Çox təəssüf olsun ki,səhiyyədə qabardılan problemlər indi də aktualdir.Təcili tibbi yardım maşının pul ilə Bakıya surdurmək təcrübəsin mən də yaşamışam.
1 ay evvel atamin berk urey agrilari var idi. bineqedide qaliram. 55 deqiqe gozlemishik tecili yardim. + 4 il evvel bibim agir xercheng xestesi idi. berk qanaxmalari olurdu. tecili yardim mashini onu miqalkasiz apardi probkaynan. guya icazeleri yoxdu. pul derdinnen. chox gec chatdirmishdilar..
Bir atasız qız kimi mənə nə gədər toxundu bu film, bir bilsəz..”ölsəm atam məzarıma gələr mi” deyə düşünərkən belə fədəkar ataların olmağı mənə təsir edir..Kişilər, yaxşı həyat yoldaşı, ata olmağı öyrənin..
Kinoteatrda izləmişdim, yeni çıxmış kimi başdan sona qədər yenidən izlədim. Film bir çox həqiqəti eks etdirir həqiqətən də. Belə bir iş üçün, bütün komandaya təşəkkürlər!❤
1:44:44 “Zəhər Tuluğu” obrazını canlandıran “ADİL” kimi tanıdığımız adam hər çətinliyə rəğmən sonuna kimi savaşıb qadın və onun dünyaya gələcək qız uşağının həyatını xilas etdi. Xəstəlikdən dünyasını dəyişmiş qızının adınıysa körpəyə qoyulmasını rica etdi. Film özlüyündə bir çox gerçəkləri əks etdirir. Olduqca çox təsirliydi. Taleh Yüzbəyov, sizə və əməyi keçən komandaya dərin minnətdarlığımızı bildiririk və uğurlar.
Bir qız atası olaraq məni duyğulandırdığınız üçün və o an qızıma bərk sarıldıb ALLAHA sadəcə təşəkkür etməmə səbəb olduğunuz üçün bütün qəlbimlə sizə təşəkkür edirəm dəyərli və peşəkar Azərbaycanlı sənətkarlarım😪🙏
Çox hörmətli Taleh bəy və komandasına təşəkkür edirəm. Bir filmdən daha artıq, hər incəliyə hər nöqtəyə toxunulub. Günümüzün acı reallığını tənqid etdiyinizə görə təşəkkür edirəm sizə.
Bir qız atası olaraq bu film məni çox kövrəltdi. Taleh bəy Sizi təbrik edirəm. Azərbaycan kino sahəsinə faydalarınız sonsuzdur. Yaxşı ki, Sizin kimi yetənəklərimiz var. Var olasınız.
Bu film əvvəldən axıra acı həqiqətlərdən ibarətdir.Zəhər tuluğunun zəhər tuluğu olmağına səbəb var imiş və zəhər tuluğunun zəhər tuluğu olmağına səbəb olanların hamısına Allah"ürəklərinə görə versin".Sadəcə möhtəşəm..........
@@CristianDior_777Sizin kimi məxluqlara Allah övlad nəsib etməsin. Sizin kimiləri heç Allah var etməsin. Yarım yaradılmış insansan sadəcə, heçvaxt anlıya bilmiyəcəksən bu duyğunu, və həmçinin sənin kimilər qız övladının necə bir hüzur necə bir mələk necə bir ana olduğunu anlamıyacaq. Çünki sənin üçün kişilik 200 qramdı, onunda 50sini kəsib atıblar.
Ağlamaq və gülmək qədər bir birinə zidd iki duyğunu izləyicilərə ürəkdən yaşatmağı bacardığınız üçün bütün heyətinizi təbrik edirik! Ürəkdən qəhqəhə çəkib 10 dəqiqə sonra gözyaşlarına boğulduq, həyat kimi, dramın içində komediya. :) Qayğıkeş,mehriban bir atanın da həyatdan aldığı zərbələrlə necə zəhər tuluğuna çevrildiyini gördük. Təbrik edir davamını gözləyirik! P.s. Belə atalar da qurban olsunlar qız uşaqlarına :)
Əslində çox dərin bir sətr altı məna var bu filmdə. İnsani dəyərləri təsvir edən övladını itirmiş bir atanın fəryadı var, və daha nələr nələr var. İzləyiciyə belə bir film nümaiş etdkrdiyiniz üçün əməyi keçən hər kəsə təşəkkür edirəm. Var olun Azərbaycan filmi sizin kimi işini sevən insanlarla yüksələcək yenidən.
Bu film mene tam ayrı təsir elədi 8 yaşımda məndə penimaniya olmuşdum hemde asma idim vəziyyətim ağır idi yaxşıki atam köməyimə çatdı Allah heçkime bele dərd verməsin
Menim qızım qizilcadan plevrit olmuşdu düz iki ay xestexalarda qaldığı ağır veziyetde,reanimasiyalaeda,NECEDEFEDİ əməliyyatlar keçirtdi,şükürki sağaldı,bu film mene yatdığım xəstəxanalarda ki ölen uşaqları xatirlatdi😢
Azərbaycan mədəniyyətinə Allahın bir hədiyyəsidir Taleh yüzbəyov. Təşəkkür edirəm. Son zamanlar baxdığım ən mükəmməl Azərbaycan filmidir. Son səhnə Lənkərana oxşadı.
Kinoteatrda baxmisiq cox mohtesem filmdir. Hemise olmasa da imkan tapdiqca, bu cur filmlere gedib kinoteatrda baxmagimiz daha yaxsi olar, hem bu sahe inkisaf eder hem de muellifler zehmetinin behresini yaxsi sekilde gorer. Xulase mence yerli muhit ucun sedevrdir !
Telekanallarda yayımlanan mənasız və bayağı çoxseriyalı bütün seriallar birlikdə yığsan bu filimin bir epizodu qədər dəyəri yoxdur. Təşəkkürlər Taleh....... Davamlı olsun.....
İşden eve gedirdim birden gördüm ki youtubeda zeher tuluğu paylaşılıb, içimde sevindim, öz özüme dedim ki eve gelen kimi yemeyib içmeyib divanda uzanib açacam filme baxacam. Ele de eledim. Film o qeder maraq ile izlenirki heyecanıma ve ac galmağıma deydi :) Çox ince movzulara toxunulub, heqiqeten heyatin realliğını dibine kimi eks etdirir. Halaldi. Ümumiyetle Taleh Yüzbeyovun bütün proyektlerini izlemişem çox da beyenirem👍🏻 Bütün aktyorlar rollarıni çox Gözel oynayiblar😊
Söz tapa bilmədim. Möhtəşəm filmdir. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Aktoyrların hamısı bir birindən yaxşı oynayıb rolunu. Çox sağolun belə bir film ərsəyə gətirdiyiz üçün.
Фильм прекрасный. Хотел еще посмотреть когда учился в Азербайджане, но посчастливилось наконец-то посмотреть на своей родине, в Туркменистане. Фильм шедевральный👏👏👏
Bir cəmiyyət insanı necə Zəhər Tuluğuna çevirdiyini izlədik((( təşəkkürlər Taleh Yüzbəyov. Filmin hər dəqiqəsindən zövq aldım. Şəmsin isə əllərindən öpürəm❤ Allah bütün balaları qorusun.
Men bir AZERBAYCAN genci olaraq bu kinonun bele gozel erseye gelmeyinde kimin ne ezyeti varsa teshekkur edirem yaxshiki varsiniz bizim kino ruhumuzu var edirsiniz Minnettdaram
Heqiqeten size halal olsun...Bu gun filmi izleyenlerle bir birimize dedikki Azerbaycandada normal tesirli ve sehvsiz bir film tapdiq...Halal olsun Taleh muellim..Var olun..Davami gelsin...Desteyim yalniz Like ve yorumdur.Sevilirdiz dahada sevildiz..Elixan senede 5+ dusur Cemo
Cox tesuff ki ne qeder bele Sems balalarmiz hekim sehlenkarliqinin qurbani olub. ALLAH insan cani uzerinden pul qazanan her kese lenet elesin. Filme gore iste tewekkurler sadece mohtesem
Bilmirəm, nə deyim, xəstə cəmiyyət, xəstə şikəst təbabət səhiyyə,finalda 😢kövrəldim agladım, çox möhtəşəm bütün çalarlarla bədbəxt toplum olçagımız ortalıqda ümüd edək ki, yiyəsi olacaq xarabanın kökündən dəyişəcək hər şey bizə girən girib uşaqlarımız firəvan sivil normal cəmiyyət görəcək 🖐️
Ne yazsam azdir bu film ucun. Ne qeder tesekkur etsem azdir yene de. Butun kollektiviniz o qeder tebii ve semimisiniz ki. Her zaman var olun. Allah her birinizi qorusun.
Alatavadan sonra ağlamağıma səbəb olan filim daha... Süjet xətti o qədər gözəldir ki, saniyə belə qaçırmaq istəmədim. Filmdən çıxan fikirlərin gerçəkliyini isə ayrı sevdim. Əziyyəti keçən hərkəsə təşəkkürlər. Başda Taleh Yüzbəyov və Əlixan Rəcəbov olmaqla❤️❤️❤️
Anam xerceng xestesi idi Azerbaycandakı hekimler bizim qanımızı içdi o minlerle pullar xercledik avropaya getirmeli olduq burda tamami ile yalniş müaliceler oldugunu dediler. Azerbaycan Onkologiya sahesi berbatttttttdır gedin gözlerinizle şahidi olun😢 Anam dünyasını deyişdi Allah bütün xestelere şefa versin Amin
Azərbaycanda yutubda çəkilən filmlər daha möhtəşəmdir nəinki tv də. Həmdəki filmdəki Taleh Yüzbəyov və ya Əlixan ümumiyətlə bu kollektivin adı varsa o filmə söz ola bilməz
Övladı olanlar filmi izləyərkən tam fərqli hisslər yaşadı. Mən filmin 1:35-ci deqiqəsində film izləmədim real həyat gördüm. Filmdə əziyyəti keçən hər kəsə minnatdaram.
Başda Taleh bəy olmağla aktyorlara bu filmin ərsəyə gəlməsində ən kiçiyindən tutmuş ən böyüyünə kimi hər bir kəsə dərin minnətdarlıq bildirirəm. İnsan tüklərinin biz-biz olmaması qeyri mümkündür. Filmin hər cümləsində dərin məna yatır. Bir daha təşəkkürlər belə gözəl film üçün…❤
Çox sağ olun möhtesem film üçün. Tehsil, sehiyye, aile, insanlıq mövzusu çox gözel şekilde işlenib. Sonda ağlamamaq elde deyil. Əməyi keçen her kese teşekkürler❤
Çoxdandı bu filmi gözləyirdim və nəhayət ki izləmək qismət oldu. Çox çox möhtəşəm alinıb. Hələ belə duyğu dolu yerli film izləməmişdim. Ağlamamaq əldə deyil...Əhsən sizə Taleh bəy👏 Sevilirsiz❤ Təşəkkürlər🎉
Всё на высшем уровне.Актуальные проблемы указываются в фильме.И очень хорошо что можно на двух языках смотреть.Талеh,ты молодец.Мүасир Азәрбајҹан киносунун 1 номрәлиси сизсиниз!
Taleh bəy, bu vaxta qədər heç bir Azərbaycan filmindən kövrəlməmişdim, amma sən kövrəltdin bizi qardaş. Sizə yeni yeni yaradıcılıq uğurları arzulayıram əziz dostum!
Müstəqillik dövrümüzdə çəkilmiş en gözəl film deyerdim.yazmaga soz tapmiram,filmin təsirindən cixa bilmedim.bele film gozlemirdim.eziyet cekenlere təşəkkür ve xahiş:davam eleyin
Övlad neymətdir. Qız ya oğlan fərqi yoxdur. Allah bütün balaları qorusun. Gözəl mövzulara incəliklə toxunulub ən əsası da rüşvət. Sondakı səhnə möhtəşəm idi.
AZƏRBAYCANIN İNDİKİ DÖVRÜNDƏ ƏN YAXŞI AKTYORU TALEH YÜZBƏYOVDU ALLAH SİZƏ UZUN ÖMÜR VƏ AMERİKADA YAŞAYAN XOŞBƏXT İNSANLARIN HƏYATI KİMİ SAĞLAM VƏ GÖZƏL HƏYAT NƏSİB ETSİN.ÖPÜRƏM YAXŞI Kİ VARSIZ😘🙏
Dəyərli izləyicilər, telefon və ya UA-cam rus dilindədirsə, dil avtomatik rusca olur. Filmi Azərbaycan dilinə çevirmək üçün video parametrlərindən dil seçimində Azərbaycan dilini seçə bilərsiniz. Xoş izləmələr 🙂
Tam semimi deyirem
Son dövrlerin en yaxşi azerbaycan filmi idi
Allah can sağliği versin , uğurlariniz daimi olsun😊
İzlədiyim ən gözəl yerli film oldu bu. İlk Azərbaycan filmi idiki ağlayıram və youtube-də ilk videodur ki, rəy yazmaq qərarına gəlirəm. Sadəcə olaraq möhtəşəm
Cox sağolun Taleh bəy. Film Əla Möhtəşəm. Davamı gəlsin.
Heyatda daim ugurlar size 👏👏👏
Sizə gələcəkdə uğurlar.Film super.
Baxdığınız, bəyəndiyiniz, paylaşdığınız üçün hamınıza təşəkkür edirəm! 🤗
Film iki dildə mövcuddur. Ayarlarda Dil bölməsindən Azərbaycan və Rus dilini seçə bilərsiniz. ❤
Taleh bey and olsunki cibimde 5 manat olsun siqarete yo vererdim bu kino üçün baxardım . Meselen telefonda .Ama men biraz eringec adamam gedib kinoteatra baxmağa erinmişem bunun üçün üzür isteyirem sizden menim üçün zeher tuluğu başqa bir şeydir . Çünki Adilin yaşadıqlarını mende yaşamışam .. ama ne vaxtsa kinotatrda flan film çıxıb deseler demişem men ora getsem Zeher Tuluğuna baxaram. Amaki eringec olduğum üçün heç birine gedib baxmadım …
Sağ ol Taleh. Şedevr yaratmısan. Əhsən sənə!
Əhsən Qardaş☝🏻 heç kim pis başa düşməsin Azərbaycan Kinosu sənə etibat olmalidir.... Mohtesem
Filmə görə minnətdarlığımı bildirirəm. Sizə gelecəydə ugurlar və bol projelər arzulayıram. İnşaallah ki ardı olar belə və digər filmlərin. ❤
Tale,çox tèşekkür edirik sene. Nece gözel çekmisiz,nece gözeldi her şey. Söz tapa bilmirem
Qiz atalari bu filmi ferqli gozle izlediler. Teşekkur Taleh! 👏🏽
Qız atası olmaq özü başqa gözəllikdir
Min dünya malına dəyismərəm qızımın kəsilib atılan dırnagını belə
deme qardas
Qız atası olub bu filmə dişini sıxa sıxa baxmamaq mümkün deyil
Qiz atasi olarag oxuyuram bunu, sene yaziram, Allah cemi butub balalarimizi qorusun, amma cox derin bir filmdir
Şəmslə insanlıq öldü, Şəmslə insanlıq doğuldu !!!
Taleh və Əlixan ikinizdə möhtəşəmsiz !!!
elixan mohtesemdi❤❤❤
Əlixan Əlixan Əlixan möhtəşəm oynayıb
ikinizdə burdakı "də" ayrı yazılır ikiniz də möhtəşəmsiz
rəyiniz də çox gözəl idi çox gözəl vurğuladız 👍
Vurğuladız yox vurğuladınız@@hikmtmmmdli8570
Salam axırda uşaq ölür eləmi?
Çox təəssüf ki, çatdırdığı mesajlar Azərbaycanın acı reallığıdır.Sadəcə əhsən!
Özümü qınadım ki,niyə gedib kinoteatrda baxmamışam.Belə böyük iş üçün kiçik də olsa dəstəyim olardı.Əməyi keçən hər kəsə təşəkkür edirəm.
Bir filmlə nə qədər mesaj çatdırmaq, nə qədər dərin mövzulara toxunmaq olardı. Qız övladının yük kimi görülməsi, qadının ailədə gördüyü mənəvi zorakılıqlar, polisi həkimi, müəllimi, rüşvəti, daha nə qaldı. Sadəcə ƏHSƏN. Əllərinizə sağlıq. Azərbaycan kinosuna yeni bir can qatırsınız. Yaxşı ki varsınız. Taleh və Əlixan.
Ən gözəl komentariya sizinki idi.alqislayiram sizi
ovladin qizi oglani olmaz. ovlad ovladdir.
👍 sizədə əhsənki filmi sadəcə dramdan ibarət olmadığını və digərlərinədə catdırırsız
esger getmeyime 1 gun qalmis kinoteatrda verilirdi bu film,bu gun artiq evliyem 4 aydan sora ata oluram,nehayet 3 il sonra yuklendi,bu qeder tez gozlemirdim.Tesekkurler)
tez ? eslinde gec yuklendiye
hara dushmusen qaqas? men de 1 oktyabr gedirem
@@bay_fok camahat ata olur, hara duşmüsən nədi. 2026 nın aprelinə deyərəm hələ nəqədər vare
@@АлиМуслимзаде 😂😂😂 ala yarımçıq oxudum yorumu
@@rufatbaxisli9619 mizah mizahhhh
Cir Cindir Tiktokerleri Meshur Etmekdense Bele Savadli Istedadli Genc Aktyorlarimizin Qedrin Bilmeliyik. Bir Soznen Ehsen 👍👍👍
Fikir olarag cox yaxsidi amma bu cur bir filmin altinda etik normalardan kenara cixmag bu filme qarsi duzgun deyil
Elə oyunçuların çoxsu blogerdi😂
Sox içinə qəhbənin balası
Həqiqətən əhsən 🎉
Beli
Coxdandi hec hollivud filmlerinden bele zovq almirdım!!! Yüzbeyov… ne yaxsi ki bizdensiz!!! Bütün kollektiv cox sağolun!!!
Nə gözəl ifadə etmisiz:Nə yaxşı ki,bizdənsiz❤
Bu filmə yoldaşımla nişanlı olan vaxtı gedib kinoteatrda baxmışdıq. Uşaqlara həssas olduğumdan, nə qədər özümü sıxsam da, göz yaşlarımı saxlaya bilmədim. Bu gün artıq mən bir qız atasıyam! Allah bütün balaları qorusun. Yenidən bu filmə qayıtdım. Qız atasıyam deyə, indi bu filmi yaşadım hiss etdim. Artıq gözümdən axan yaş, aktyorların möhtəşəm oyun nümayişinə deyil, onların mənə hiss etdirdiklərinə görə axırdı. Yaşayırdım, hiss edirdim, ağrayırdım, ağlayırdım, hirsliydim! Doğurdan da, övlad acısı insanı “Zəhər tuluğu” na çevirərmiş.
bir qızın olduğu üçün çox şanslısan. allah saxlasın
Allah saxlasın
ALLAH saxlasın
Allah balavı saxlasın))
Sizin comentinizi oxuya oxuya kövrəldim
Heç kim Əlixan Rəcəbovun yaratdığı möhtəşəm obrazdan danışmayıb. Möhtəşəm. Bütün kollektivə Minnətdaram ❤
7-koğuşta ki Möcüzə filmində ki obrazı xatırlatdı
@@novruzhasanov8222 xatırlatmıre təmiz plagiatdı))
Əlixanı görəndə ilk ağlıma o obraz gəldi @@novruzhasanov8222
“Aliço” çukur dizisindəki obraza bənzədilib sanki
mən bəyənmədim, eyni rolu dahada yaxsı icra edənlər olmuşdur.
Taleh Yüzbəyov Azərbaycan Film tarixində tam fərqli zirvədir!
bele yersiz filmə görə 😂😂😂???
@@samkasamka5900yersizdi baxma
@@samkasamka5900niyə yersiz film?
@@samkasamka5900nəyi yersiz imiş? Boş boş danışmayın
@@samkasamka5900qaqaş get sikdirdə
Heyif ki, bir dəfədən artıq bəyənmə olmur.
Möhtəşəm qardaş, fikirimi çatdıra bilməyəcək qədər möhtəşəm! Bu nə əfsanə film, bütün kollektivə təşəkkür! ♥️
Gözəl film... xüsusilə Leyla obrazı... çox möhtəşəm oyunculuq...Maşında aktrisalığı...toyda heçnə olmamış kimi oynamağı...Kompileksiz şəkildə yemək yeməyi..Adilin dalınca düşüb saf saf söhbətləri....nə olursa olsun...ərinin ayağını verməməyi...hamilə hamilə isti yemək bişirib ortaya gətirməyi..))
Filmə görə təşəkkürlər...
Hər biriniz ayrı -ayrılıqda möhtəşəmdiniz...❤
Qarpızı necə istahla yedisə urəyim qarpız istədi.
Qızım qalx qızdırmanda keçib buz kimisən... Bu söz qədər təsirli hrçnə ola bilməzdi😢
Biz səninlə yol boyu danisacaqdiq...
Allah heç bir valideynə övlad acısı verməsin😢
Rus dilinde qoyub kinonu bura
@@CavanshirCavanshirli-ym9xddili dəyişin
sonda qaqaşın Allah balanı saxlasın sözüdə çox ağır oldu.
Aglatdi
Şəmslə bir yerde icimde ölən uşaqlığıma ,umidlərimə, atam öləndə sən kişisən özünü bərk tut dedikleri üçün ağlaya bilmədiyim atama,əldən gedən gəncliyimə agladim
Taleh Yüzbəyov təşəkkur.
ALLAH RƏHMƏT ELƏSİN
Allah Atanıza rəhmət eləsin .
Nə axmaq sözdür kişisen bərk dur atası ölən ağlıyar da.
@@sahlaismayilova2922 bizim milletde axmaq cox soz var
Kişilər də ağlayar ..
Ilk defedir ki, Azerbaycan filmine baxib goz yawi tokurem, emeyinize sagliq.
Saat yarımlıq filmdə nə qədər mövcud reallıqları əks etdirən l mövzular qoyuldu, duyğusallıq da bir başqa. Möhtəşəm, hələ də təsirindən çıxa bilmirəm. Başda Taleh Yüzbəyov olmaqla bütün komandaya təşəkkür edirəm.
İki qız atası olaraq deyə bilərəm ki , parça-parça oldum...
Ayrıca bütün komanda heyyətinə təşəkkürlərimi bildirirəm. Taleh və Əlixan bəy möhtəşəmsiz. Mənim üçün Azərbaycan film industriyasında ən möhtəşəm film oldu.
Taleh,Əlixan,Emil bu uşaqlar kino çəkəndə gedin baxın kinoteatrda..5 manata 10 manata heçkim kasıblamıyacaq amma bir olsaq bu uşaqlara kömək etmiş olacayıq..Taleh elə insandır ki, nə qədər millət tərəfdən sevgi,dəstəy görsə çox o qədər belə kinolar ərsəyə gələcək..növbəti kinolarında kinoteatrda görüşənədək
çox razıyam
Sizi en başından beri takip ediyorum, Türkiye'den yazıyorum. Çok başarılısınız, gittikçe gelişiyorsunuz. Harikulade bir film olmuş, emeğinize sağlık. Lütfen doğru PR çalışması yapın ve hakettiği kadar çok izleme alsın. Sevgilerimle.
Mükəmməl filmdir😢 Baxmasan olmur, baxsan da qəlbin dözmür. Yerinin atı üstü qızıl olan ölkənin xəstəxanası, həkimi, rüşvəti, cəhaləti, 5-ci əsrdən qalma ərəb təfəkkürü, yaxşılıq edənin kötək yeməsi, yetimin əzilməsi, qadına ləkənin bu qədər asan yapışması, kasıbçılıq və daha nələr nələr….💔Əməyinizə, ürəyinizə sağlıq🤲🏻
5 ci esrden qalma ereb tefekkurunu 7 ci esr etsek daha yaxsi olar
@@TuralIsgenderov-q9k 7 ci esrde artiq Islam dini var idi. (610 cu il)
@@Nurlana_in_Canada ele onu deyirem ki islamin gelisi ile biz ereblerle tanis olmusuq yeni 7 ci esr erebleri ile 7 esr ereb tefekkuru ile.Cox saq ol ki 7 ci esrde islam yarandiqini mene xatirlatdin)))
❤❤@@Nurlana_in_Canada
Övladı olanlar bir başqa izlədilər ❤️ Təşəkkürlər Taleh
Ovladini itirenler bir başqa..
@@vusalhuseyn9968 allah rehmet elesin💔
vallah elə oldu
Ruscaniye qoyub???
Təşəkkürlər Taleh Təşəkkürlər varol
Sən nə gözəl filmsən belə. Ağladım,təsirləndim,güldüm,kövrəldim... Təşəkkürlər Yüzbəyov və komandası. Davamlı olsun❤❤❤
Bədənimin hər nöqtəsi sızıldadı.Kino var baxırsa,kino var yaşayırsan.Qardaş siz necə insansız?!Bütün əziyyəti keçənlərə dərin təşəkkürlər.Çox uzun zamandır belə dram,bu qədər sosial mesaj,bu qədər insanı sorğuladan,düşündürən dərin məna dolu film izləməmişdim.Nə bizdə,nə onlarda.Bir sözlə möhtəşəm.Sağ olun,var olun!Zəhər Tuluğunun ilk gündən izləyicisi.
Zəhər tuluğundakı bütün suallara cavab tapdım.
Bu film əslində Azərbaycan adlı yer üzündəki cəhənnəmin acı reallığın göstərir,nə qədər axmaq və alçaq bir toplumda, cəmiyyətdə yaşamağımızı nümayiş etdirir.Dilde Azərbaycan xalqı ilə qürur edirik.Amma kim nə deyir desin heç də qürur duyulası bir xalq deyilik
Bizi alçaq quruluş məhv elədi.Rus fars birdə bu rejim xalq olaraq sonumuza çıxdı!
kişi oğlu, məsələ xalqda deyil, şəraitdədir. insanımızı bu hala salan rüşvətin baş ucalığı ilə verilməsi, götürülməsidir. pul üçün öz mənliyini satmasıdır. filmdə ancaq neqativləri görmüsüz? ailəcanlılıq, dostluqda sədaqət, bu qədər iyrəncliyin içində hələ də vicdanlı vətəndaşlarımızın olduğunu bilmək və s., və s..
Görmədiniz?
@@_adilceyhun sən dediyin o rüşvəti götürən də şəraiti yaradan da elə bu cəmiyyətdir
Ayıq insanlar zülüm çəkir..
@@muhammedmedetzade5909 cəmiyyət deyil, hazırki şəraitdir. çox danışmaq istəmirəm.
bir qızı xilas etmək üçün kənddən Bakıya getmək, digər qızı xilas etmək üçün Bakıdan kəndə qayıtmaq.
incə
@@Karabiner007 HEMDE COX İNCE
Eyni kız degil mi?
Eyni qiz deyil
Kinoda kecmis ve gelecek cekilib. Kecmisde ki Sems oz qiziydi @@berkoor
@@berkoordeğil ,kendi kızı vefat etmiş
Çox fərqli, çox təsirli film . Əməyi keçən hər kəsə təşəkkürlər. Qız övladı Allahın bəxş etdiyi ən gözəl hədiyyədir. Filmdə çox gözəl mövzulara toxunulub. Allah hər birimizə sağlam, saleh, layiqli övlad nəsib etsin.🤲🌸🌹
Çox təəssüf olsun ki,səhiyyədə qabardılan problemlər indi də aktualdir.Təcili tibbi yardım maşının pul ilə Bakıya surdurmək təcrübəsin mən də yaşamışam.
1 ay evvel atamin berk urey agrilari var idi. bineqedide qaliram. 55 deqiqe gozlemishik tecili yardim. + 4 il evvel bibim agir xercheng xestesi idi. berk qanaxmalari olurdu. tecili yardim mashini onu miqalkasiz apardi probkaynan. guya icazeleri yoxdu. pul derdinnen. chox gec chatdirmishdilar..
Allah lənət eləsin onlara
Bədbəxt o kəsdirki qiz kimi gozəl neməti istəməz. Bədbəxt
düz👍
Xeste olanda yadlarına düşürük
@@hkk73 baxır kimdi o xəstəlikdə yadına düşər
1 qizim var 4 il gozlemisik qizi veren Allaha qurban olum.
👍👍👍👏👏👏👏👏👏Əhsən sizə. Əhsən butun yaradici heyyətə.
İnsanın dərin acısı olanda zəhər tuluğu olurmuş...
👍
Təssüf ki
))
@@zha12lish ehsen
👍
Bir atasız qız kimi mənə nə gədər toxundu bu film, bir bilsəz..”ölsəm atam məzarıma gələr mi” deyə düşünərkən belə fədəkar ataların olmağı mənə təsir edir..Kişilər, yaxşı həyat yoldaşı, ata olmağı öyrənin..
Kinoteatrda izləmişdim, yeni çıxmış kimi başdan sona qədər yenidən izlədim. Film bir çox həqiqəti eks etdirir həqiqətən də. Belə bir iş üçün, bütün komandaya təşəkkürlər!❤
Satılır
Ooooo Salam Mahir səni buralarda görmək çox xoş oldu
1:44:44 “Zəhər Tuluğu” obrazını canlandıran “ADİL” kimi tanıdığımız adam hər çətinliyə rəğmən sonuna kimi savaşıb qadın və onun dünyaya gələcək qız uşağının həyatını xilas etdi. Xəstəlikdən dünyasını dəyişmiş qızının adınıysa körpəyə qoyulmasını rica etdi. Film özlüyündə bir çox gerçəkləri əks etdirir. Olduqca çox təsirliydi. Taleh Yüzbəyov, sizə və əməyi keçən komandaya dərin minnətdarlığımızı bildiririk və uğurlar.
Camo obrazını Əlixandan başqası belə yaxşı oynaya bilməzdi fikrimcə,ürəyinizə sağlıq
😷😴
Sadəcə möhtəşəm. Artıq bizdə kino yoxdu deməyə bilərik. Azərbaycanın dünya səviyyəsində təqdim edə biləcək qədər güclü bir filmdir. Təşəkkürlər.
Bir qız atası olaraq məni duyğulandırdığınız üçün və o an qızıma bərk sarıldıb ALLAHA sadəcə təşəkkür etməmə səbəb olduğunuz üçün bütün qəlbimlə sizə təşəkkür edirəm dəyərli və peşəkar Azərbaycanlı sənətkarlarım😪🙏
Bu dəfə nəsə güldürmədi zəhər tuluğu .Mərhəmətli insanların həmişə həyatları belə olur 🚬
Düzdü😢
53:55 qızı qaçırdılan vaxtda arxadan video çəkən insan bu cəmiyyətin doğru bi təsviridi həqiqətəndə
Çox hörmətli Taleh bəy və komandasına təşəkkür edirəm.
Bir filmdən daha artıq, hər incəliyə hər nöqtəyə toxunulub. Günümüzün acı reallığını tənqid etdiyinizə görə təşəkkür edirəm sizə.
Bir qız atası olaraq bu film məni çox kövrəltdi. Taleh bəy Sizi təbrik edirəm. Azərbaycan kino sahəsinə faydalarınız sonsuzdur. Yaxşı ki, Sizin kimi yetənəklərimiz var. Var olasınız.
Allah atalı analı böyütsün
@@ahmedov313 Çox sağ olun. Allah bütün balaları atalı analı böyütsün, ata anaya da onların pis gününü, yoxluğunu göstərməsin. Amin
@@nijatkhaliyev6092 amin qardaş🙏🏻
Bu film əvvəldən axıra acı həqiqətlərdən ibarətdir.Zəhər tuluğunun zəhər tuluğu olmağına səbəb var imiş və zəhər tuluğunun zəhər tuluğu olmağına səbəb olanların hamısına Allah"ürəklərinə görə versin".Sadəcə möhtəşəm..........
Bir kişinin yaşaya biləcəyi ən böyük xoşbəxtlik qız atası olmaqdır!!!
Tam əksini düşünürəm !! Allah hər kişi oğlu kişiyə oğul qismət etsin
@@CristianDior_777Sizin kimi məxluqlara Allah övlad nəsib etməsin. Sizin kimiləri heç Allah var etməsin. Yarım yaradılmış insansan sadəcə, heçvaxt anlıya bilmiyəcəksən bu duyğunu, və həmçinin sənin kimilər qız övladının necə bir hüzur necə bir mələk necə bir ana olduğunu anlamıyacaq. Çünki sənin üçün kişilik 200 qramdı, onunda 50sini kəsib atıblar.
🤦🏻♂️Utanılacaq haldasız ikinizdə... Nə fərq var oğlan ya qız, gözəl, normal və sağlam övlad qismət olsun.@@user-lq2gl3ph2s
@@user-lq2gl3ph2s qramini və nə qədər kəsildiyini maman o saat çatdirib deyəsən sənə. məndə deyirəm niyə o qədər oynadirdi e
@@CristianDior_777sen evlenme qoy neslin kesilsin sen cani
Senari Super
Aktyorlar Super
Musiqi Super
Super Super Super...
Hər kəsə təşəkkür
Bu film deyildi, nəsə başqa bir şey, filmdən də artıq idi!!! Təşəkkür Yüzbəyov! 👏👏👏
Ağlamaq və gülmək qədər bir birinə zidd iki duyğunu izləyicilərə ürəkdən yaşatmağı bacardığınız üçün bütün heyətinizi təbrik edirik! Ürəkdən qəhqəhə çəkib 10 dəqiqə sonra gözyaşlarına boğulduq, həyat kimi, dramın içində komediya. :) Qayğıkeş,mehriban bir atanın da həyatdan aldığı zərbələrlə necə zəhər tuluğuna çevrildiyini gördük. Təbrik edir davamını gözləyirik!
P.s. Belə atalar da qurban olsunlar qız uşaqlarına :)
Mohtesem. 2 saatliq filmde ne qeder movzuya deyilib. Halal olsun👏🏻👏🏻👏🏻
Qiz atalarimi kovrek olur bilmirem. Mene cox tesir etdi. Allah balalari qorusun. Tesekkurler bele mohtesem eser ucun
Qız övladı nemətdir, hüzurdur və yeni doğulan bir günəşdir, filmdəki Şəms adının anlamı kimi.. 🤍 Təşəkkürlər, Yüzbəyov və bütün komanda!
Əslində çox dərin bir sətr altı məna var bu filmdə. İnsani dəyərləri təsvir edən övladını itirmiş bir atanın fəryadı var, və daha nələr nələr var. İzləyiciyə belə bir film nümaiş etdkrdiyiniz üçün əməyi keçən hər kəsə təşəkkür edirəm. Var olun Azərbaycan filmi sizin kimi işini sevən insanlarla yüksələcək yenidən.
Bu film mene tam ayrı təsir elədi 8 yaşımda məndə penimaniya olmuşdum hemde asma idim vəziyyətim ağır idi yaxşıki atam köməyimə çatdı Allah heçkime bele dərd verməsin
Allah sefa versin
Menim qızım qizilcadan plevrit olmuşdu düz iki ay xestexalarda qaldığı ağır veziyetde,reanimasiyalaeda,NECEDEFEDİ əməliyyatlar keçirtdi,şükürki sağaldı,bu film mene yatdığım xəstəxanalarda ki ölen uşaqları xatirlatdi😢
Azərbaycan mədəniyyətinə Allahın bir hədiyyəsidir Taleh yüzbəyov. Təşəkkür edirəm. Son zamanlar baxdığım ən mükəmməl Azərbaycan filmidir. Son səhnə Lənkərana oxşadı.
Kinoteatrda baxmisiq cox mohtesem filmdir. Hemise olmasa da imkan tapdiqca, bu cur filmlere gedib kinoteatrda baxmagimiz daha yaxsi olar, hem bu sahe inkisaf eder hem de muellifler zehmetinin behresini yaxsi sekilde gorer. Xulase mence yerli muhit ucun sedevrdir !
Kinoteatr da bu film deyildi başqası idi
@@mamedoff__pubg8646 basqasi da var ya yoxdu bilmirem , amma bu film kommersial idi ve men ozum baxmisam kinoteatrda
@@mamedoff__pubg8646 nece yeni deyildi ozum baxmisam gedib :)
@@mamedoff__pubg8646bu idi
Men ozum baxmisam kinoteatrda. Basqasi deyildi. Sadece indi pulsuz yayimlanib.
Sən axı kimsən belə ?! Taleh Yüzbəyov Azərbaycan film tarixinə keçmisən artıq möhtəşəm 👏👏👏👏
Adil personajı bir belə dərdə dözüb yaşayıbsa onun özü bir möcüzədir indicə TV-dən baxdım həkim səhlənkarlığının o qədər qurbanı olan uşaqlar varki 😢
Talehin iller sonraya armağani. Iller sonrada bu filme baxilacaq. Iller sonrada sen hemise sevilecen. Ugurlarin bol olsun qardas.
Telekanallarda yayımlanan mənasız və bayağı çoxseriyalı bütün seriallar birlikdə yığsan bu filimin bir epizodu qədər dəyəri yoxdur. Təşəkkürlər Taleh....... Davamlı olsun.....
Düzdür
Əlixan Rəcəbovu oynadığı möhtəşəm rol üçün ürəkdən təbrik edirəm. Uğurların daimi olsun qardaş❤
Bir qiz atasi olaraq cox toxundu mene bu kino.
Butun eziyyeti kecen her kese tesekkur edirem.
Sadece mohtesemsiniz.
"Qalx ağıllı qızım maşın bizi gözləyir"😢😢😢 həyat həqiqətən çox acımasızdı Şəms😢😢😢😢
İşden eve gedirdim birden gördüm ki youtubeda zeher tuluğu paylaşılıb, içimde sevindim, öz özüme dedim ki eve gelen kimi yemeyib içmeyib divanda uzanib açacam filme baxacam. Ele de eledim. Film o qeder maraq ile izlenirki heyecanıma ve ac galmağıma deydi :) Çox ince movzulara toxunulub, heqiqeten heyatin realliğını dibine kimi eks etdirir. Halaldi. Ümumiyetle Taleh Yüzbeyovun bütün proyektlerini izlemişem çox da beyenirem👍🏻 Bütün aktyorlar rollarıni çox Gözel oynayiblar😊
Xəstələnməsin, ay Şəms,bu ölkədə hec kim xəstələnməsin😢
Qızın adı şəms deyil nəzakətdir
Söz tapa bilmədim. Möhtəşəm filmdir. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Aktoyrların hamısı bir birindən yaxşı oynayıb rolunu. Çox sağolun belə bir film ərsəyə gətirdiyiz üçün.
Bir film ancaq bu qədər möhtəşəm ola bilərdi.Aktyor seçimləri,ssenari bir sözlə hərşey mükəmməl! Əziyəti keçən hərkəsə TƏŞƏKKÜRLƏR!!!
Başda Taleh Yüzbəyov, və Alixan Rəcəbov olmaqla bütün kollektivə təşəkkürlər... Bu cür film üçün...
Фильм прекрасный. Хотел еще посмотреть когда учился в Азербайджане, но посчастливилось наконец-то посмотреть на своей родине, в Туркменистане. Фильм шедевральный👏👏👏
Bir cəmiyyət insanı necə Zəhər Tuluğuna çevirdiyini izlədik((( təşəkkürlər Taleh Yüzbəyov. Filmin hər dəqiqəsindən zövq aldım. Şəmsin isə əllərindən öpürəm❤ Allah bütün balaları qorusun.
Çox haqlısınız
Möhtəşəm ssenari, möhtəşəm aktyor heyəti,goz yaşlarımı saxlaya bilmədim, təşəkkür edirəm belə film çəkib yaratdığınız görə
Men bir AZERBAYCAN genci olaraq bu kinonun bele gozel erseye gelmeyinde kimin ne ezyeti varsa teshekkur edirem yaxshiki varsiniz bizim kino ruhumuzu var edirsiniz Minnettdaram
Ağlatdın bizi Taleh bəy.gözəl filmə görə çox sağ ol.
Vaxtımızı 1:49:53 dəqiqə dəyərli etdiyiniz üçün bütün kollektivə təşəkkür edirəm.
Heqiqeten size halal olsun...Bu gun filmi izleyenlerle bir birimize dedikki Azerbaycandada normal tesirli ve sehvsiz bir film tapdiq...Halal olsun Taleh muellim..Var olun..Davami gelsin...Desteyim yalniz Like ve yorumdur.Sevilirdiz dahada sevildiz..Elixan senede 5+ dusur Cemo
Cox tesuff ki ne qeder bele Sems balalarmiz hekim sehlenkarliqinin qurbani olub. ALLAH insan cani uzerinden pul qazanan her kese lenet elesin. Filme gore iste tewekkurler sadece mohtesem
Təşəkkür Taleh bəy və filmdə iştirak edən bütün aktyorlar.Sonunu göz yaşı olmadan izləmək mümkün deyil.Qız uşağına həssas olan atalar anlayar məni...
Bilmirəm, nə deyim, xəstə cəmiyyət, xəstə şikəst təbabət səhiyyə,finalda 😢kövrəldim agladım, çox möhtəşəm bütün çalarlarla bədbəxt toplum olçagımız ortalıqda ümüd edək ki, yiyəsi olacaq xarabanın kökündən dəyişəcək hər şey bizə girən girib uşaqlarımız firəvan sivil normal cəmiyyət görəcək 🖐️
UŞAĞIN ADINI ŞƏMS QOYARSIZ... 😢😢😢
... BİR DƏ HEÇ KİM XƏSTƏLƏNMƏSİN!!! 🤲🤲🤲
Men neye baxdimmm bele😮 deqiq azerbaycan cekib bu filme Talehh Yuzbeyov👍🏻👍🏻👍🏻
Ne yazsam azdir bu film ucun. Ne qeder tesekkur etsem azdir yene de. Butun kollektiviniz o qeder tebii ve semimisiniz ki. Her zaman var olun. Allah her birinizi qorusun.
Alatavadan sonra ağlamağıma səbəb olan filim daha... Süjet xətti o qədər gözəldir ki, saniyə belə qaçırmaq istəmədim. Filmdən çıxan fikirlərin gerçəkliyini isə ayrı sevdim. Əziyyəti keçən hərkəsə təşəkkürlər. Başda Taleh Yüzbəyov və Əlixan Rəcəbov olmaqla❤️❤️❤️
Anam xerceng xestesi idi Azerbaycandakı hekimler bizim qanımızı içdi o minlerle pullar xercledik avropaya getirmeli olduq burda tamami ile yalniş müaliceler oldugunu dediler. Azerbaycan Onkologiya sahesi berbatttttttdır gedin gözlerinizle şahidi olun😢 Anam dünyasını deyişdi Allah bütün xestelere şefa versin Amin
Allah rəhmət eləsin
1ci etap xercengli xeste tanisimizi 1 ayda sehv mualiceyle oldurduler onkologiyada. Xaraba qalsin bu olkenin sehiyyesi
Allah rəhmət eləsin. Bilirəm qardaş. Böyük dərddir. İnsan özü psixi problemə düşür + gözü doymayan həkimlərin nazın çəkmək.
Menim atamda ankaloji xestedir. Bir kelme ile dedilerki oldurmek istemirsense apar basqa özəl xestexanaya.
Menim Anamida ele elediler
Çoxdandır bələsinə baxmamışdım, ağır, dərin və mənalı filmdir.
Təşəkkürlər 🤍💔
Bu filmi necəsə globala çıxarmalıyıq. Mütləq bir şəkildə. Heç bir yerdən oğurlanmamış təbii senaridir. Almaz dəyərindədir. Ardı gələr İnşallah
Cinemada izləmişdim. O günü təsirindən çıxa bilməmişdim. Yenədə izləyirəm. Təşəkkürlər əməyi keçənlərə. Belə filmlərin davamı gəlsin
Bütün yaradıcı heyətə təşəkkür edirəm. Möhtəşəm iş görmüsünüz. Halal olsun.
Tulugun niye zeherle dolu oldugunu anladiq...Emeyinizi halal edin. Tebrik edirem butun aktyor kolletivini ve emeyi kecen her kesi.
Azərbaycan kino tarixinə belə bir gözəl inci bəxş edən hər bir kəsə təşəkkürlər !
Azərbaycanda yutubda çəkilən filmlər daha möhtəşəmdir nəinki tv də. Həmdəki filmdəki Taleh Yüzbəyov və ya Əlixan ümumiyətlə bu kollektivin adı varsa o filmə söz ola bilməz
Övladı olanlar filmi izləyərkən tam fərqli hisslər yaşadı. Mən filmin 1:35-ci deqiqəsində film izləmədim real həyat gördüm. Filmdə əziyyəti keçən hər kəsə minnatdaram.
Bu film o qədər yaradıcı və möhtəşəm idir ki çox duyğulandım sözlə ifadə etmək olmaz ama bu yaradıcılığa əhsən Şəms adını ömür boyu unutmayacam
Başda Taleh bəy olmağla aktyorlara bu filmin ərsəyə gəlməsində ən kiçiyindən tutmuş ən böyüyünə kimi hər bir kəsə dərin minnətdarlıq bildirirəm. İnsan tüklərinin biz-biz olmaması qeyri mümkündür. Filmin hər cümləsində dərin məna yatır. Bir daha təşəkkürlər belə gözəl film üçün…❤
Çox sağ olun möhtesem film üçün. Tehsil, sehiyye, aile, insanlıq mövzusu çox gözel şekilde işlenib. Sonda ağlamamaq elde deyil. Əməyi keçen her kese teşekkürler❤
Çoxdandı bu filmi gözləyirdim və nəhayət ki izləmək qismət oldu. Çox çox möhtəşəm alinıb. Hələ belə duyğu dolu yerli film izləməmişdim. Ağlamamaq əldə deyil...Əhsən sizə Taleh bəy👏 Sevilirsiz❤ Təşəkkürlər🎉
Cox agladim. ALLAH hec bir övladı valideysiz, valideynləri ovladsiz qoymasin. Amin ((
Cox istərdim kinoteatra gedərək dəstək olanlardan biri olmaq, amma alınmadı. İndi izləyə biləcəyim üçün çox şadam✨
Всё на высшем уровне.Актуальные проблемы указываются в фильме.И очень хорошо что можно на двух языках смотреть.Талеh,ты молодец.Мүасир Азәрбајҹан киносунун 1 номрәлиси сизсиниз!
Taleh bəy, bu vaxta qədər heç bir Azərbaycan filmindən kövrəlməmişdim, amma sən kövrəltdin bizi qardaş. Sizə yeni yeni yaradıcılıq uğurları arzulayıram əziz dostum!
Müstəqillik dövrümüzdə çəkilmiş en gözəl film deyerdim.yazmaga soz tapmiram,filmin təsirindən cixa bilmedim.bele film gozlemirdim.eziyet cekenlere təşəkkür ve xahiş:davam eleyin
Övlad neymətdir. Qız ya oğlan fərqi yoxdur. Allah bütün balaları qorusun. Gözəl mövzulara incəliklə toxunulub ən əsası da rüşvət. Sondakı səhnə möhtəşəm idi.
AZƏRBAYCANIN İNDİKİ DÖVRÜNDƏ ƏN YAXŞI AKTYORU TALEH YÜZBƏYOVDU ALLAH SİZƏ UZUN ÖMÜR VƏ AMERİKADA YAŞAYAN XOŞBƏXT İNSANLARIN HƏYATI KİMİ SAĞLAM VƏ GÖZƏL HƏYAT NƏSİB ETSİN.ÖPÜRƏM YAXŞI Kİ VARSIZ😘🙏
Emil de var
Americada yasayan insanlarin 1/3i koklukden ve onunla
Bagli xesteluklerden 1/5i ise psikolojisi xesteliklerden depresiya panik ataklardan eziyyett cekir.
Taleh və Alixanın her işi uğurlu alınır. Bu da həmçinin. Həm güldürüb həm ağlatmağı bacarırlar. Bravo.
Nə qədər təşəkkür etsəm də yetməz.Allah köməyiniz olsun,yaradıcılıq uğurları arzulayırıq.