Şəbi hicran yanar canım, tökər qan çeşmə giryanım... Məhəmməd Füzuli...

Поділитися
Вставка
  • Опубліковано 17 жов 2024
  • #allah #aşk #tasavvuf #sevgi #tasavvufsohbetleri #eşq #dua #zikir #allahdua #zikr
    Məni candan usandırdı, cəfadan yar usanmazmı?
    Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
    Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
    Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?
    Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
    Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı?
    Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
    Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
    Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
    Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
    Degildim mən sənə mail, sən etdin əqlimi zail,
    Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
    Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
    Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
    Muhəmməd Füzuli
    Musiqi:AbdulHamid dizi musiqisi.

КОМЕНТАРІ • 1

  • @Aliyeva_0207
    @Aliyeva_0207 7 місяців тому +1

    Çox gözəl,dəyərli sözlər👏