Teyyub Aslanov - Segah

Поділитися
Вставка
  • Опубліковано 19 сер 2024
  • Teyyub Aslanov - Segah ( Nəsimi sözlərinin akademik tərzdə ifası )
    Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm,
    Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.
    Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən,
    Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm.
    Aləmül-qeybin süfatı məndən oldu aşikar,
    Ey bəsirətsiz, məni gör kim, nə zati-ə’zəməm.
    Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,
    Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.
    Ümmühat ilən nə var abaya olmasa xələl,
    Aləmi təhqiqə baxsan cümləsindən əqdəməm.
    Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam,
    Talibi-didari-yaram, şadimanam, xürrəməm.
    Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,
    Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.

КОМЕНТАРІ • 12

  • @inqilabbeybalayev6311
    @inqilabbeybalayev6311 5 років тому +5

    Azərbaycanın dəyərli xanəndəsi Teyyub Aslanov

  • @tevekkulqurbanov1286
    @tevekkulqurbanov1286 Рік тому +1

    Allah Taala Ağaxan Abdullayeve rəhmət eləsin ustadın yoludur....Teyyub Mellim yaxşı oxudu.. Allah Taala onu qorusun inşallah....

  • @tahirsalmanov6154
    @tahirsalmanov6154 5 років тому +4

    Allah Teyyub Aslanova can sağlığı versin.onun kimi sənətkar yoxdur.olmuyacaqda.

  • @shahriyarxalilli579
    @shahriyarxalilli579 4 роки тому +4

    Allah saglam ömur versin. Allah Agaxan Abdullayeve min rehmet elesin 🙏 ustadın nefeslerin vurur MashaAllah 💓

  • @faridosmanli4042
    @faridosmanli4042 4 роки тому +2

    Ustad Senetkar👏❤️

  • @Logman_Mustafayev
    @Logman_Mustafayev 3 роки тому +1

    Allah size uzun omur can sagligi versin Ustad

  • @elbruskbrli2946
    @elbruskbrli2946 4 роки тому +1

    Səsinə qüvvət Allah qorusun

  • @tt101101
    @tt101101  5 років тому +5

    Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm,
    Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.
    Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən,
    Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm.
    Aləmül-qeybin süfatı məndən oldu aşikar,
    Ey bəsirətsiz, məni gör kim, nə zati-ə’zəməm.
    Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,
    Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.

    Ümmühat ilən nə var abaya olmasa xələl,
    Aləmi təhqiqə baxsan cümləsindən əqdəməm.

    Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam,
    Talibi-didari-yaram, şadimanam, xürrəməm.

    Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,
    Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.

  • @aliasgharbigloo2262
    @aliasgharbigloo2262 4 роки тому +3

    salam.mən İranan izləirəm Allah imam husseinə xatir əslan muəlimi nəzərdən saxlasin. mən bu səsdə bir ilahi avaz gurorəm bəlkə 100 dəfə baxmşam.məni əf edin səf yazsam çun ki sizin xəti yaxşi bilmirəm