LALƏ ŞÖVKƏT AYGÜN BƏYLƏR HAQQINDA

Поділитися
Вставка
  • Опубліковано 10 вер 2024
  • Lalə Şövkət:
    Aygün Bəyələrin ölüm xəbəri məni dərindən sarsıtdı və kədərləndirdi.
    Onun ilk çıxışları yadıma düşdü. O zaman mən Brilliant xanıma zəng edib dedim ki, bu qız fitri istedaddır, onu gorumaq lazımdır.
    Əfsuslar, biz onu qoruya bilmədik.
    Aygün Bəylər səsi ilə ifa etmirdi, o, bütün vücudu ilə, ruhu ilə oxuyurdu.
    Onu heç kim əvəzləyə, təkrar edə bilməz. O, unikal idi. Millət itirdi. Biz itirdik.
    Böyük sənətkarlığı ilə bərabər böyük insanlıq və böyük mərdlik var idi onda. Mərdanə qəldi və mərdanə getdi.
    Gözü tox, alicənab, ləyaqət və əxlaq simvolu. Əyilmədi, xırdalanmadı, özünü bütövlüklə sənətə qurban verdi.
    Görünür, Allah bu fani dünyanı ona layiq görmədi, bu neməti bizə çox gördü.
    Məkanı cənnət, ruhu şad olsun. Böyük sevgi, ehtiram və rəhmətlə yaddaşlarımızda daim qalacaq.
    ALLAH RƏHMƏT ELƏSİN!

КОМЕНТАРІ • 2

  • @tavustagiyeva3216
    @tavustagiyeva3216 8 місяців тому +1

    Allah rehmet elesin

  • @nh2034
    @nh2034 Місяць тому

    Mən Lalə xanım Şövkətin yeni dövrdə müsahibəsi ilə tanış olmaq istərdim.