Tapılan qalıqlar kimlərə aiddir? | Ermənilərin Ağdərədəki dəhşətli əməlləri ifşa olundu

Поділитися
Вставка
  • Опубліковано 2 жов 2024
  • Tapılan qalıqlar kimlərə aiddir? | Ermənilərin Ağdərədəki dəhşətli əməlləri ifşa olundu
    “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birgə Ağdərə rayonunun Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər.
    Kütləvi məzarlıqda Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid meyit qalıqları aşkar edilib.
    Bildirilib ki, bir ay ərzində burada qazıntı işləri aparılıb. 6 nöqtədə axtarış işləri aparılaraq insan sümüklərinin qalıqları aşkarlanıb. Ərazidə digər insan qalıqlarının olması da ehtimal edilir.
    Şahidlərin sözlərinə görə, burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük maşını vurulub.
    Sözügedən ərazidə ümumilikdə 4 kütləvi və iki fərdi məzarlıq aşkarlanıb.
    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) İşçi Qrupunun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonu ərazisində qızğın döyüşlər gedib: “Həmin döyüşlərdə xeyli hərbçimiz həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin cəsədlərini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb”.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Tapılan qalıqlar kimlərə aiddir? | Ermənilərin Ağdərədəki dəhşətli əməlləri ifşa olundu
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #ermənilər #qalıqlar #ağdərə #kütləviməzarlıq #ermənistan #qarabağmüharibəsi #şəhidlər #hərbçilər #itkin #qazıntı #insanqalıqları #məzarlıq

КОМЕНТАРІ • 3