LƏNKƏRAN BAZARINDA YANĞIN.

Поділитися
Вставка
  • Опубліковано 9 вер 2024
  • Bu gün səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" ərazisində mağaza yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb, digər tikililərə keçməsinin qarşısı alınıb. Baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Lənkəran şəhərində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və içərisində qismən ərzaq malları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

КОМЕНТАРІ • 5

  • @user-oo7xl3yy3v
    @user-oo7xl3yy3v 2 місяці тому +1

    Хдо комак быбо 🙏

  • @user-lz5iw3sk1o
    @user-lz5iw3sk1o 2 місяці тому +1

    Allah komay olsun,,,

  • @musamuradov7078
    @musamuradov7078 2 місяці тому +2

    Lənkəranda əhalinin ən çox istifadə etdiyi məkan da hec bir sanitar gigiyenik yangindan muhafizə olmayan yerdə bu labud idi

    • @caniyeva.
      @caniyeva. 2 місяці тому

      Heç kim heç nədən sığortalanmayıb. Yanğının Rayonumu olur. Ona qalsa Bakıda paytaxt ola ola elə yerlər var ki gəlib görsəz Lənkəranımızı gözünüzün üstə qoyarsız. Ən əsası da anti sanitariyanı da yaradan insanlardı öz özünə yaranmır.. Marketdə kimin idisə Allah səbr versin o qədər ziyana düşüb.