Anam atamın başqa qadınla yaşamasına razıydı. Məmmədbağır Bağırzadənin oğlundan şok sözlər.

Поділитися
Вставка
  • Опубліковано 2 жов 2024
  • Xalq artisi Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə ilə müsahibəni təqdim edirik.
    Məmmədbağır müəllim bakılı idi. Amma onda bakılılara xas xüsusiyyətlər o qədər də nəzərə çarpmırdı.
    Atam ansamblının adını "Dilkeş” qoymuşdu, evdə də daha çox ərəb, türk kanallarına baxırdıq. Bir dəfə bunların səbəbini atamdan soruşanda mənə dedi ki, mən musiqilərimi yazanda, onları ifa edəndə elə bilirəm ki, Kərkükdəyəm. Orda yaşayan azərbaycanlıların keçirdiyi hissləri keçirirəm. Atam uzun illər ordakı insanların sevgisiylə, oraları görmək xiffəti ilə yaşayıb. O, dünyasını dəyişəndən sonra arxiv idarəsində işləyən tanışımızdan xahiş etdim ki, bizim nəslin şəcərəsini araşdırsın. Məlum oldu ki, atamın ulu babaları İraqda, Kərkükdə doğulublar. O, öz şəcərəsini genetik olaraq hiss etmişdi. Bu gün atamla bağlı bir çox şeylərə heyfislənirəm. Mənim ağlıma da gəlməzdi ki, o, həyatdan belə tezliklə köçəcək.
    Geyimə qarşı çox həssas, tələbkar adam olub.
    Anam rəhmətə gedəndən sonra atamın yanında ən çox olan adam mən olmuşam. O, geyiminə və xarici görünüşünə qarşı çox tələbkar idi. Hər yer üçün ayrıca kostyumları olurdu. Aldığı kostyumların pencək ciblərinin tikişlərini sökdürməzdi ki, birdən pencəyin cibləri sallanar, efirdə səliqəsiz görünər. Hətta bir dəfə uzaq yol gedib dostları ilə görüşəndə dostlarından biri zarafatla demişdi ki, Məmmədbağır bütün yolu deyəsən ayaqüstü gəlmisən, paltarında bircə qırış da yoxdur. Adamlar onun səliqəsinə heyrət edirdilər. Bəzən biz eyni vaxtda eyni libaslar alırdıq. Amma paltarları əynimizə geyinəndən sonra onunla mənim görünüşümün arasında yerlə-göy qədər fərq olurdu.
    Bayaq dediniz atanızla bağlı heyifsləndiyiniz məqamlar olub. Nələrə görə heyifslənirsiniz?
    Atam evdə İran muğamlarını, ərəb, fars musiqilərini çox gözəl ifa edirdi. Amma efirdə heç vaxt o mahnıları oxumadı. Ona heyifslənirəm ki, nahaq onun evdəki ifalarını, zəngulələrini kameraya çəkməmişəm. Özü razı olmasa belə gərək gizlincə həmin ifaları kamerayla çəkərdim. Bir dəfə özünə dedim ki, efirlərdə, səsyazma studiyalarında bu mahnılardan ifa et. Dedi, sən nə danışırsan? Adamlar var, gözləyirlər ki, mən İran musiqiləri ifa edim, ondan sonra məni topa tutsunlar.
    O vaxtlar musiqiyə İran boğazları, çalarları gətirənləri bərk tənqid edirmişlər.
    Məmmədbağır Bağırzadə bəlkə də Azərbaycanda yeganə müğənnidir ki, Qarabağın bütün bölgələrində onu çox sevirdilər. Təsəvvür edin ki, atam Ağdamda Yaqub Məmmədovun qarşısında toy aparırdı. Onun qarşısında ifa etmək hər adamın işi deyildi. Amma atamın özünü aparması, mədəniyyət və musiqidə köhnə yolla getməsi onu sevdirmişdi. Rəhmətlik Səxavət Məmmədovla əsgərlik dostu olmuşdular. Atamın toyunda da Yaqub Məmmədov, Arif Babayev, Səxavət Məmmədov oxuyub. Yaqub Məmmədovun ildə bir dəfə kəhrəba üzüm yetişəndə bizə qonaq gəlməsi yadımdadır. Babamın onun üçün açdığı süfrələrin tayı bərabəri olmazdı.
    Məmmədbağır müəllim həm də çox kövrək adam olub...
    Həddindən artıq kövrək idi. O, "Şur” muğamını çox sevirdi. Hərdən hamımız süfrə arxasında əyləşib televiziya kanallarında gedən musiqilərə qulaq asırdıq. Hansısa musiqi və ya bir alətin səsi onun ürəyinə toxunanda görürdük ki, tikəsini uda bilmir, ağlayır.
    İlk dəfə dondurma yeyəndə də ağlayıb...
    Dondurmanı ilk dəfə əlli bir yaşında yeyib. Yadıma gəlir, bacımın yaşı az idi. Atam evə zəng vuranda bacım ona dedi ki, gələndə ona dondurma alsın. Onda anam təzə rəhmətə getmişdi. Atam bir neçə "karobka” cürbəcür dondurma alıb gətirdi. Bacıma dedi ki, qızım ürəyin nə qədər istəyir ye. Sonra o, özü də bizə qoşulub ikisini birdən yedi. Mən onda məətəl qaldım. Çünki atam səsinə görə heç vaxt soyuq şeylər yeməzdi. Bizim başımız dondurma yeməyə qarışanda gördük atam ağlayır. Bacım ondan ağlamağının səbəbini soruşanda atam onun başını sığallayıb dedi: "Mən siz yaşda olanda pulum yox idi dondurma almağa, sonralar da sənətim imkan vermədi”.
    Ümumiyyətlə, ona nələr daha çox toxunurdu?
    Həyatda yaşadığı çətinliklər sonralar ona çox təsir edirdi. Atam tək adam olub. Ona nə ata, nə əmi kömək etməyib. Hətta öz kəndçilərindən belə köməyi olmayıb. O, nə edibsə, hamısını öz zəhməti sayəsində edib.

КОМЕНТАРІ • 318