Xüsusi təyinatlılarımız Naxçıvanda tapşırıqları yerinə yetirdi

Поділитися
Вставка
  • Опубліковано 19 вер 2024
  • Xüsusi təyinatlılarımız Naxçıvanda tapşırıqları yerinə yetirdi
    Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilib.
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
    Komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb.
    Qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.
    Müvafiq qeydiyyat aparıldıqdan sonra şəxsi heyət həkim müayinəsindən keçirilib, silah və digər zəruri təminat növləri ilə təmin olunub. Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanılıb. Optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.
    Komanda-qərargah təliminə cəlb olunan tank, artilleriya, hava hücumundan müdafiə və xüsusi təyinatlı bölmələr verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələrək ümumqoşun bölmələrinin qarşısında duran tapşırıqların icrasına əlverişli şərait yaradıb.
    Təlimin gedişində xüsusi təyinatlılar şərti düşmənin dərinliyində, çətin keçidli dağ və qayalıq ərazilərdə müxtəlif kəşfiyyat tapşırıqları, o cümlədən şərti düşmənin vacib obyektlərinə basqın fəaliyyətləri yerinə yetiriblər. Təlimin ikinci mərhələsi qəbul edilən qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin effektiv istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.
    Təlimin yekununda əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib və müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Xüsusi təyinatlılarımız Naxçıvanda tapşırıqları yerinə yetirdi
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #naxçıvan #xüsusitəyinatlı #təlim #şərtidüşman #hərbitəlim #naxçıvandatəlim #bakutvxeber #bakutvxəbərlər #bakutvxəbər #bakutvxeberler #bakutvsonxeberler

КОМЕНТАРІ • 4

  • @OzcanCabbarov
    @OzcanCabbarov 5 місяців тому +2

    Allahim balarimizi qoru

  • @Ultor_141
    @Ultor_141 5 місяців тому +1

    Təchizatı dəyişmirlərdə🤦 Köhnə silahlar ,köhnə kalimatorlar və s. Üstlərindəkilərin toplam qiyməti 2 min falandı. Xaricilərin döyüşçülərinin üstündə 20-30 minlik təchizat olur. Dəyər verirlər adamlarına. Yoxsa bizimkilər az təchizatla çox iş gördürmək istəyirlər😂. Elələrinə görə inkişaf yoxdu da

  • @Kamil_Bayramov
    @Kamil_Bayramov 5 місяців тому

    Menim qardaşımda Naxçıvandadı bu gün gedəsi idi təlimə yəqin onlardı can🥺🤲🏻