YENİ VİDEO: Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə aparılır

Поділитися
Вставка
  • Опубліковано 15 тра 2024
  • video: AYDAA. Bu kanalda bütün videoların şərhlərində izləyicilər yazırlar ki, niyə Ağdamda tikinti işləri ləng gedir?
    Bu videonu paylaşaraq bildirmək istəyirəm ki, işlər ləng yox, lazımi mərhələlərə uyğun aparılır. Şəhərdə əvvəlki yolların arasındakı ərazilərdə evlər tikilmir. Tamamilə yeni şəhər qurulur, təzə fərqli yollar çəkilir. Ona görə də ərazinin dağıntılardan təmizlənib, yol yataqlarının hazırlanması və buna paralel olaraq kommunikasiya xətlərinin çəkilməsi prosesi sürətlə gedir. Şahidəm ki, səhər saat 8-dən qabaq iş başlayır və düz axşam gün batanadək davam edir. Yol yataqları hazır olduqdan sonra artıq yaşayış bunalarının tikintisinə start veriləcək. Bu işə iyun ayında başlanacağı gözlənilir. Yəni əgər binaların yüksəlməsi gözə görünmürsə, "iş getmir"demək düzgün deyil. Mühəndis mənə izah etdi ki, binalar tikilib sonra yol və kommunikasiya xətləri çəkilsəydi, bir yeri iki dəfə qazmaq lazım gələrdi və bu da işi çox uzadardı...
    Yolları da elə enini-uzununu ölçüb torpağın üstünə asfalt örtməklə çəkmirlər. Son 2 ayda 2 dəfə saatlarca gəzib müşahidə etmişəm- əvvəlcə dağıntılar təmizlənir (sökülür və daşınır), sonra bitki örtüyü təmizlənir, torpaq qatı dərin qazılıb çıxarılır, beynəlxalq standartlara uyğun yol yatağı hazırlanır, komunikasiya xətləri hamısı bir dərin xəndəklə aparılır və s. Ciddi və sürətli iş gedir.
    MƏLUMAT ÜÇÜN:
    Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometrdir. Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr olacaq. İndi tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu hissədə tikinti sahəsinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma, torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir.
    Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

КОМЕНТАРІ • 8

  • @Shtisel.
    @Shtisel. 17 днів тому +1

    Inşallah Ağdam şəhəri də bərpa olunar.Allahin kömeyile Ağdam çox gözəl abad bir müasir şəhərə çevrilər.Ruhlar şəhəri adi üzərindən götürülər 🤲

  • @nnisa7248
    @nnisa7248 17 днів тому +1

    Bu işdə əziyyəti keçən hər kəsə ALLAH can sağlığı güc qüvvət versin 🤲

  • @RedmiRedmi-qu6qc
    @RedmiRedmi-qu6qc 17 днів тому +1

    Allahu təalə kömək olsun tezliklə işlər başa çatdırılsın
    Mən şəksiz inanıramki Allahın yardımı ilə Ağdam əvvəlkindən daha geniş və müasir olacaq bundan sonra bu yerlərdə həmişə əmin amanlıq və sülh olsun
    Təşəkkür edirəm Səadət xanım o çətin iş şəraitində vaxt aşırı bizə videolar hazırlayırsınız

  • @AzadVeten
    @AzadVeten 17 днів тому +1

    Ətraflı məlumat üçün təşəkkür Səadət xanım.

  • @ilahememmedova7804
    @ilahememmedova7804 17 днів тому +3

    Hec bir yenlik yoxdu Seadet xanim isler niye bele leng gedir 2025koc deilir bu gedisle nece olacag binlar oldugu kimi yerindedi

  • @tarzanesgerov
    @tarzanesgerov 17 днів тому

    👏👏👏

  • @akifqenberov4285
    @akifqenberov4285 17 днів тому

    Uğurlar uğurlar uğurlar

  • @ElgizKazimov
    @ElgizKazimov 17 днів тому

    Salam Agdamin Novruzlu kendinen ne xeber var minalar temizlenir ?