XTQ-IN 18 YAŞLI ŞƏHİDİ SADIQ BAĞIRZADƏNİN DÖYÜŞ YOLU.ASTARA ƏRÇİVAN.

Поділитися
Вставка
  • Опубліковано 28 вер 2024
  • Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Astara rayonu Ərçivan kəndində andan olan Xüsusi Təyinatlı Qüvvələrin 18 yaşlı kəşfiyyatçısı Sadiq Şahin oğlu Bağırzadədir.Murovdağ istiqamətində gedən döyüşlərdə 200 yaxın silahdaşını düşmən mühasirəsindən çıxaran Sadiq ötən ilin sentyabrın 30-da Murovdağın Kəlbəcərlə kəsişdiyi dağlıq ərazidə döyüş tapşırığını yetirərkən qəhrəmancasına şəhid olub.
    Sadiq Şahin oğlu Bağırzadə 2002-ci il aprel ayının 15-də Astaranın #Ərçivan# qəsəbəsində dünyaya gəlib.Evin tək oğul övladı olan Sadiq 2009-ci ildə Şəhid Natiq Kərimov adına Ərçivan 3 saylı tam orta məktəbin birinci sinfinə gedib, 2019-cu ildə həmin məktəbin məzunu olan Sadiq uşaq yaşlarından idmanın boks növü ilə məşğul olub. Sadiq uşaq yaşlarında olarkən dəflərlə keçirilmiş boks üzrə yarışlarda qızıl medallara layiq görülüb. İştirak etdiyi turnirlər də aldığı medallar, diplomlar Sadiqi Azərbaycanın Boks üzrə Milli komandasının üzvü edib. 2020-ci il may ayında hərbi xidmətə yollanan Sadiq Bağırzadə peşəkar idmançı olduğu üçün 3-min əsgərin arasından seçilərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilir. Kəşfiyyatçı kimi çətin təlimlərdən keçən Sadiq Bağırzadə İkinci Qarabağ savaşı başlayan gündən Murovdağ yüksəkliyi uğrunda vuruşmada əsgər yoldaşları ilə birlikdə düşmən postlarının dağıdılmasında, Murovdağ yüksəkliyinin düşmənlərdən təmizlənməsində, 200 yaxın əsgərin mühasirədən qurtarılmasında iştirak edib. Ləqəbi Murov Aslanı olan Sadiq #Bağırzadə# sentyabrın 30-da Murovu düşməndən azad edib digər hərbi tapşırığı yerinə yetirməyə gedərkən mina atan mərminin qəlpəsindən yarlanaraq qəhrəmancasına həlak olub. Komandirlərinə bizdən sonra gələn nəsillərə bu müharibə qalmamalıdır deyən #Sadiq# canından əzizi olan vətəninin ərazi bütövlüyünü qorumaq uğrunda qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Məkanın cənnət olsun, Xüsusi Təyinatlı Qüvvələrin ən gənc kəşfiyyatçısı Sadiq Bağırzadə.

КОМЕНТАРІ • 18