Dəyərli əczaçılar sizlərə təşəkkür edirik!

Поділитися
Вставка
  • Опубліковано 22 вер 2023
  • Dəyərli əczaçılarımız!
    Hər biriniz bu çətin yolda dayanmadan, səngimədən və böyük həvəslə addımlayırsınız. Sahib olduğunuz peşənin düzgünlüyünü, şəffaflığını və dəyərini sevgi ilə qoruyub saxlamağınız hər zaman böyük diqqətə layiqdi. Sizi fərqləndirən də məhz bu amildir.
    “AzəriMed” olaraq hər birimiz bir böyük amal, dəyər uğrunda çiyin-çiyinə çalışırıq, inkişaf edirik. İnsanların sağlamlığı üçün düzgün seçim olmaq zəhmətinizin bariz nəticəsidir. Əczaçılıq peşəsinin doğruluğunu, adını və vacibliyini layiqli şəkildə qorumağınız “AzəriMed”-in dəyərli üzvu olmağınızın nümunəsidir.
    Sizi Dünya Əczaçılar Günü münasibətilə təbrik edir, həyatınızda böyük uğurların, daim günəş,həyat və sevginin olmasını arzu edirik.
    Biz sizlərlə fəxr edir, zəhmətiniz üçün təşəkkür edirik!
    #azerimedqsc #azərimed #əczaçılargünü #25sentyabr #beynəlxalqəczaçıgünü

КОМЕНТАРІ •