XATİRƏ: AQŞİN ƏLİZADƏ ((22.05.1937 - 3.05. 2014)

Поділитися
Вставка
  • Опубліковано 27 жов 2024
  • XATİRƏ: AQŞİN ƏLİZADƏ ((22.05.1937 - 3.05. 2014)
    Bu gün görkəmli bəstəkar, Xalq artisti, professor Aqşin Əlizadənin doğum günüdür. Aqşin Əlizadə daim axtarışda olan, yaradıcılıq üfüqlərini genişləndirən, sənətkarlığını kamilləşdirməyə can atan bəstəkardır. Onun musiqi üslubu zaman keçdikcə cilalanır, yeni təmayüllərin və həyat təcrübəsinin təsiri ilə yenilənir, lirik-pastoral boyalar yerini miqyaslı kompozisiyalara, dramatik-faciəvi ovqatlara verir. Onun əsərləri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrini canlandırır, füsünkar vətən təbiətini vəsf edir, sadə, qonaqpərvər, məğrur insanlardan söhbət açır. Kamera orkestri “Aşıqsayağı” və “Cəngi”, fortepiano üçün “Dastan”, “Qoca xanəndə” orqan pyesi, müşayiətsiz xor üçün yazılmış “Bayatılar” silsiləsi, “Kənd suitası”, musiqisində ağrılı-acılı keçmişimizin, mübarizəmizin nəfəsini duyduğumuz Üçüncü, Dördüncü, Beşinci simfoniyalar və ən nəhayət həm A.Əlizadə yaradıcılığının, həm də XX əsr Azərbaycan musiqisində tarixi səpkidə milli qəhrəmanlıq əsəri olan “Babək” baleti dediklərimizə əyani misaldır. ( "Üzeyir
    məktəbinin layiqli davamçısı - AQŞİN ƏLİZADƏ” Cavid Məmmədli. S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri)
    Bunula əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından görkəmli bəstəkar Aqşin Əlizadəyə aid bəzi materialları, onun “Hüzn Valsı” adlı əsərinin müşayiəti ilə təqdim edirik.

КОМЕНТАРІ •